Ana səhifə »  Xəbər lenti »  BAMF Ermənistanın mina xəritələrini verməməsi ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasına müraciət edib
A+   Yenilə  A-
BAMF Ermənistanın mina xəritələrini verməməsi ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasına müraciət edib

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) azad edilmiş ərazilərdə basdırılan minaların xəritələrinin Ermənistan hökuməti tərəfindən Azərbaycana təhvil verilməməsi ilə bağlı BMT İnsan Hüquqları Şurasına yazılı müraciət ünvanlayıb.

AZƏRTAC müraciəti təqdim edir.

Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycan Respublikasının azad edilmiş ərazilərində qalan mina və partlamamış hərbi sursatların yaratdığı ağır vəziyyəti İnsan Hüquqları Şurasının diqqətinə çatdıraraq bildirir:

“2020-ci ilin noyabrında üçtərəfli razılaşma nəticəsində Ermənistan ilə Azərbaycan arasındakı münaqişəyə son qoyuldu. Qeyd edək ki, Ermənistan son 30 ilə yaxın müddətdə beynəlxalq səviyyədə rəsmən Azərbaycanın tərkib hissəsi kimi tanınmış əraziləri işğal altında saxlayıb. İşğal dövründə Ermənistan həmin ərazilərdə çox sayda mina basdırıb. Bu minalar yalnız son 30 ildə deyil, hərbi əməliyyatlar dayandırıldıqdan və üçtərəfli razılaşma imzalandıqdan sonra erməni qüvvələrinin Azərbaycanın azad edilmiş ərazilərindən geri çəkildiyi zaman qəsdən, təxribat kimi basdırılıb. Ermənistanda bu minaların yerləşdiyi əraziləri göstərən xəritələr var.

Münaqişənin başa çatmasından demək olar 200 gün keçməsinə rəğmən, Ermənistan minaların yerini bildirməkdən boyun qaçırır. Bu xəritələrin təhvil verilməsini yubatmaları həm bölgədə yaşayan ermənilər, həm də azərbaycanlılar üçün təhlükəlidir.

Ermənistanın minaların yerlərini müəyyən edən xəritəni təqdim etməkdən boyun qaçırması insan haqlarının ciddi şəkildə pozulmasıdır. Bu, hələ də minalar və partlamamış hərbi sursatların təsirinə məruz qalmış ərazilərdə yaşayanların yaşamaq hüquqlarını təhdid altına atır. Burada yaşayanlar arasında təqribən 30 min erməni də var.

Bu minaların həyat üçün təhlükəsi göz önündədir. 2021-ci ilin mayına olan məlumata görə, minalar nəticəsində 120-dən çox ölüm və ya yaralanma hadisəsi baş verib. Münaqişə bitəndən bəri mina partlayışları nəticəsində Azərbaycanın 20 vətəndaşı həyatını itirib. Bu ölüm hallarının hər birinin qarşısı alına bilərdi. Ermənistanın basdırdığı bu minaların insan həyatına son qoyması insan hüquqlarının açıq şəkildə pozulmasıdır.

2021-ci il aprelin 6-da Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü jurnalistlərin erməni qüvvələri tərəfindən basdırılan minaların yerini niyə vermədikləri ilə bağlı suallarını cavablandırmaqdan imtina edib. Elə həmin gün azad edilmiş ərazilərdə itkin düşmüş həmkarlarını axtararkən minanın partlaması nəticəsində iki Azərbaycan hərbçisi yaralanıb.

Bu, beynəlxalq humanitar hüququn qəsdən pozulması deməkdir. Ermənistan silahlı qüvvələrinin azad edilmiş ərazilərdən çıxarkən minalar qoyması evlərinə qayıdan köçkünlərin mümkün qədər daha çox itki verməsindən başqa məqsəd daşımır. Münaqişə bitdikdən sonra da minaların yerini bildirməkdən imtina etmək yalnız bu itkilərin sayını artırır.

Məcburi köçkünlərin Azərbaycanın Silahlı Qüvvələrinə aid olmadığını təkrarlamaq lazımdır. Onlar münaqişə səbəbindən evlərindən didərgin düşən və bundan son dərəcə acı çəkmiş ailələrdir. Onların yeganə istəyi evlərinə sağ-salamat qayıtmaqdır. Bu ailələrin bəziləri 30 ildən çoxdur ki, didərgin düşüb. Təsadüfi deyil ki, erməni işğalı nəticəsində 750 mindən çox azərbaycanlı hələ də evinə qayıda bilmir.

Ermənistan həmin ailələri mina qorxusu altında saxlayan və evlərinə etibarlı şəkildə getməyin qarşısını alan sanki bir kilidin açarını əlində saxlayır. Beynəlxalq təşkilatların Ermənistanı mina xəritələrini təqdim etməyə çağırmasına baxmayaraq, onlar hələ də minalar barədə məlumatları bölüşməkdən imtina edirlər.

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) vaxtilə münaqişə zonasında yaşayanların insan haqları ilə bağlı hazırkı vəziyyətindən çox narahatdır.

Azərbaycanda fəaliyyət göstərən digər dörd QHT ilə birlikdə Ermənistan hökumətinə açıq şəkildə müraciət etdik və mina yerlərinin təsbit edilməsi üçün lazım olan xəritələri tələb etdik. Bu, çoxlarının paylaşdığı narahatlıqdır: burada hazırladığımız petisiya Change.org saytında ən çox imzalanan onlayn müraciətlərdən biri oldu.

Azərbaycanın xarici işlər naziri son həftələrdə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə məsələ qaldırması üçün məktub ünvanlayıb.

Azərbaycan hökuməti minaların yerinin təsbit edildiyi təqdirdə onları təmizləmək imkanına sahib olduğunu bildirdi. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu işə başlayıb və bölgədəki 20 milyon kvadrat metrdən çox ərazidə 1000-dən çox mina aşkar edib.

Birləşmiş Millətlər İnkişaf Proqramı (UNDP) və Avropa İttifaqı (Aİ) bölgəni həyati təhlükəli minalar və partlamamış hərbi sursatlardan təmizləmək üçün maliyyə yardımı və texniki ekspertiza təşkil ediblər. Son 20 ildə ANAMA və UNDP birlikdə Azərbaycanda 800 mindən çox mina zərərsizləşdirib.

Azərbaycan, eyni zamanda, Türkiyədən texnika alaraq bölgədən təhlükəli minaların çıxarılmasına kömək üçün qonşularına müraciət edib.

İşin son hissəsi kimi, Ermənistanın basdırdığı minaların yerini göstərməklə bağlı əməkdaşlığa razı olacağı müəmma olaraq qalır. Təəssüf ki, Ermənistan hökuməti bu mövzudan yayınmağa çalışır.

Azərbaycan dəstək üçün beynəlxalq tərəfdaşlarına etibar etməyə davam edir. Bu il fevralın 22-də Azərbaycan xarici işlər naziri Birləşmiş Millətlər Təşkilatından Ermənistanı azad edilmiş ərazilərdə minaların yerini təqdim etməyə çağırmasını istəyib.

BAMF-in son 30 ildəki işi əsasən Qafqazda, xüsusən də Azərbaycanda mina qurbanlarına dəstəyə yönəlib. BAMF həm də bölgədə mina təhlükəsi nəticəsində didərgin düşmüş qaçqın və məcburi köçkünlərə dəstək üçün bir çox layihəyə rəhbərlik edib. Minaların yaratdığı travmanı öz gözümüzlə görüb, şahid olduq.

Buna görə də İnsan Hüquqları Şurasındakı müşahidəçi mövqeyimizdən istifadə edərək narahatlığımızı rəsmi şəkildə təqdim etmək istəyirik. Eyni zamanda, İnsan Hüquqları Şurasını və üzvlərini Ermənistanın minaların yerini bildirməkdən boyun qaçırmasını pisləməyə çağırırıq”.

Qeyd edək ki, BAMF və Azərbaycanın müharibədən zərərçəkən regionlarında fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti təşkilatı martın 31-də erməni hərbi birləşmələri tərəfindən Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin tələb edilməsi ilə bağlı BMT qurumlarına və beynəlxalq təşkilatlara müraciət ediblər.

Həmçinin həmin təşkilatlar aprelin 8-də Azərbaycanın Qarabağ bölgəsinin 30 illik işğalı, habelə münaqişədən sonrakı dövrdə Ermənistan hərbi birləşmələrinin geri çəkildiyi zaman bu əraziləri ciddi şəkildə minalaması, minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinə qarşı dünyada məşhur www.change.org saytında Ermənistana qarşı petisiyaya ilə çıxış ediblər. Bu günədək petisiyaya təxminən 15 min nəfər qoşulub.

 
  • Oxunub:  2100  |  
  • Tarix:  07-06-2021  |  
  •    Çap et   |  
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir

18 İyun 09:11
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir
18 İyun 09:06
İşğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu müxtəlif istiqamətləri əhatə edir
18 İyun 09:00
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür
18 İyun 08:59
Növbəti milli birlik nümunəsi
18 İyun 08:57
Aztəminatlı gənclər üçün arıçılıq təsərrüfatları yaradılacaq
18 İyun 08:55
Baş infeksionist: Azərbaycanda COVID-19-la əlaqədar sanitar-epidemioloji vəziyyət yaxşıdır
18 İyun 08:54
İyunun 21-də Ermənistanda vətəndaş müharibəsi başlaya bilər
18 İyun 08:50
Radikal müxalifətin növbəti xəyanəti
17 İyun 20:53
Azərbaycanla Türkiyənin insan resursları sahəsində əməkdaşlığı müzakirə olunub
17 İyun 20:41
Rusiya XİN Azərbaycan və Ermənistan sərhədində delimitasiya işlərinə başlamağın vacibliyini bildirib
17 İyun 20:24
Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib
17 İyun 19:43
Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib
17 İyun 19:05
“Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin qalibləri mükafatlandırılıb
17 İyun 19:05
Antalyada Cənub-Şərqi Avropa Ölkələri Əməkdaşlıq Prosesi Sammiti keçirilib
17 İyun 18:58
Azərbaycanın müdafiə naziri Latviyanın NATO-nun Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü ilə görüşüb
17 İyun 18:08
Səbinə Xasayeva: Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir
17 İyun 17:55
Bugünkü müstəqil və qüdrətli Azərbaycan Ümumilli Lider Heydər Əliyevin əsəridir
17 İyun 17:25
Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 992 min 847 nəfərdir
17 İyun 17:16
Azərbaycanda koronavirusdan ölüm halı qeydə alınmayıb
17 İyun 17:00
Məzahir Bayramov: Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir
17 İyun 16:57
Türkiyə həmişə dost və qardaş Azərbaycanın yanındadır
17 İyun 16:50
Prezidentlərin dostluğu və qardaşlığı Türkiyə-Azərbaycan qardaşlığının simvoluna çevrilib
17 İyun 16:46
Fəsli Nəbiyev: “Avro-2020” futbol yarışlarının Azərbaycanda keçirilməsi, uzun illər ölkəmizdə aparılan idman siyasətinin növbəti uğurlu təzahürüdür
17 İyun 16:41
YAP Göygöl rayon təşkilatı "Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın yeni bir dönəmi başlayır" mövzusunda tədbir keçirib
17 İyun 16:38
Azərbaycanın və Pakistanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
17 İyun 16:28
Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalının məbləği açıqlanıb
17 İyun 16:25
Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır
17 İyun 16:22
Azərbaycanla Böyük Britaniya arasında gömrük əməkdaşlığı sahəsində müzakirələr aparılıb
17 İyun 16:18
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib
17 İyun 16:13
Təhsil Tələbə Krediti Fondunun vəzifələri müəyyənləşib
17 İyun 16:05
Təhsil Tələbə Krediti Fondu müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edəcək
17 İyun 15:59
Azərbaycanın bugünkü uğurları Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin davam etdirilməsinin nəticəsidir
17 İyun 15:57
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb
17 İyun 15:28
May ayı ərzində 59 şəhər və rayonun əhalisinə 1 milyon 200 mindən çox tibbi xidmət göstərilib
17 İyun 15:26
Azərbaycan atletləri Olimpiadaya 30, Paralimpiadaya isə 18 lisenziya qazanıblar
17 İyun 15:10
Antalya Diplomatiya Forumuna hazırlıqlar başa çatıb
17 İyun 14:53
ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə magistr proqramına sənəd qəbulu davam edir
17 İyun 14:51
Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradıldı - FƏRMAN
17 İyun 14:34
Azərbaycanın xarici işlər naziri Türkiyəyə səfərə yola düşüb
17 İyun 14:03
AZAL-da qadın pilotlar fəaliyyətə başlayıblar
17 İyun 13:49
İspaniya ilə investisiya və ixrac sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
17 İyun 13:40
Pərvin Kərimzadə: Şuşa Bəyannaməsi bölgədə sülh, sabitlik və firavanlıq üçün güclü bir çağırışdır
17 İyun 13:38
Azərbaycan və BMT arasında İstiqamətləndirici Komitənin ilk iclası keçirilib
17 İyun 13:14
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
17 İyun 12:58
Müttəfiqlik haqqında Bəyannamə iş birliyimizin təminatçısıdır
17 İyun 12:39
Göygöl rayonunda şəhid Həsən Bayramov yad edilib
17 İyun 12:36
“Avro-2020”: Bu gün B və C qruplarından səkkizdəbir finala yüksələcək komanda müəyyənləşə bilər
17 İyun 12:36
Tengiz Txilava: Türkiyə Prezidentinin Şuşaya səfəri çox mühüm əhəmiyyət kəsb edir
17 İyun 12:24
Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününü daha da əzəmətləndirdi
17 İyun 12:22
Füzuli və Cəbrayıl rayonlarına mediatur təşkil edilib
17 İyun 12:15
Baş Prokurorluq beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlığı genişləndirir
17 İyun 12:10
Azərbaycan ilə Xorvatiya arasında mədəni əlaqələr müzakirə edilib
17 İyun 12:06
“ASAN müraciət” mobil tətbiqi istifadəyə verilib
17 İyun 12:02
Bu il Azərbaycanda 12,5 milyard kubmetrdən çox əmtəəlik təbii qaz çıxarılıb
17 İyun 11:48
Ukrayna mətbuatı Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa səfərinə geniş yer ayırıb
17 İyun 11:41
Vüqar Seyidov: Şuşa bəyannaməsi ilə hər iki dövlət münasibətlərinin qızıl dövrünə qədəm qoydu
17 İyun 11:39
Türkiyə və Azərbaycan arasındakı münasibətlər hazırda özünün ən yüksək zirvəsindədir
17 İyun 11:37
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilərin II turu keçirilib
17 İyun 11:24
Fiziki məhdudiyyətli şagirdlərin rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb
17 İyun 11:21
DİN Ağdam rayon sakininin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb
17 İyun 11:16
“Azeri Light” neftinin qiyməti 76,5 dolları ötüb
17 İyun 10:58
Şuşa Bəyannaməsinin imzalanması 44 günlük Vətən müharibəsində qazanılan qələbənin yaratdığı yeni reallıqların təcəssümüdür
17 İyun 10:42
Sosial təminat sahəsində Almaniya təcrübəsi öyrənilir
17 İyun 09:59
Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının dördüncü iclasında Azərbaycanda korrupsiyaya qarşı görülən tədbirlərdən danışılıb
17 İyun 09:57
Azərbaycan və İspaniya arasında münasibətlərin möhkəmləndirilməsi perspektivləri müzakirə olunub
17 İyun 09:47
Moskvada Azərbaycan Milli Məclisinin və Rusiya Federal Şurasının parlamentlərarası komissiyasının iclası keçirilib
17 İyun 09:44
Bağdad Amreyev: Şuşa Bəyannaməsi bütün türk dünyasına xidmət edən bir çox məsələləri özündə əks etdirir
17 İyun 09:19
Hikmət Babaoğlu: Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” fəlsəfəsinin hüquqi müstəviyə köçürülməsi hadisəsi idi
17 İyun 09:17
Ermənilər tərəfindən xarabalığa çevrilən Füzuli yenidən dirçəlir
17 İyun 09:14
Qurtuluş məfkurəsi və azərbaycançılıq ideologiyası

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+27 +30
gecə+22 +25