Ana səhifə »  Xəbər lenti »  Pərviz Şahbazov: Türkiyə ilə “yaşıl enerji” sahəsində böyük uğurlara imza atmağın vaxtıdır
A+   Yenilə  A-
Pərviz Şahbazov: Türkiyə ilə “yaşıl enerji” sahəsində böyük uğurlara imza atmağın vaxtıdır

Energetika naziri Pərviz Şahbazov “Turkuaz Media Qrupu”nun təşkilatçılığı və Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən “IV Energetika və Təbii Sərvətlər Zirvəsi”ndə iştirak edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir “Türkiyənin enerjisi - pandemiyadan sonra enerji sənayesini yenidən düşünmək” devizi ilə təşkil olunan tədbirdə çıxış edib. Türkiyənin enerjisinin böyük bir coğrafiyanı aydınladaraq təhlükəsizliyi, sabitliyi, inkişaf və tərəqqini təmin etdiyini vurğulayan P.Şahbazov bu ölkənin vizyonunun postpandemiya dövründə də region üçün strateji əhəmiyyət daşıyacağını qeyd edib.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından başlayan müstəqil enerji siyasətimiz Türkiyə ilə birgə həyata keçirilərək Avrasiya məkanına Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Cənub Qaz Dəhlizi kimi qlobal enerji-kommunikasiya layihələrini qazandırıb. Birgə siyasi iradənin məhsulu olan bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyinə təminat verir, enerji sahəsində əməkdaşlığımızı davamlı prosesə çevirir: “İndiyə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın təxminən 437 milyon tondan çox nefti nəql edilib. Qaz kəmərləri ilə Türkiyəyə “Şahdəniz” yatağından 81,7 milyard kubmetr təbii qaz nəql olunub. 2018-ci ilin iyulundan indiyə kimi TANAP-la Türkiyəyə 10,6 milyard kubmetr təbii qaz nəql olunub. Bu ilin 5 ayı ərzində isə Türkiyəyə nəql olunmuş 4,1 milyard kubmetr qazın 2,2 milyard kubmetri məhz TANAP-ın payına düşüb. Bu dövrdə TAP ilə Avropaya 2,3 milyard kubmetr qaz ixrac edilib. Birgə enerji layihələri hər iki ölkəni dünya üçün əhəmiyyətli enerji mərkəzinə çevirir və Avrasiyanın enerji xəritəsində imzalarını ifadə edir.”

Nazir ortaq hədəflərə doğru həmrəyliklə hərəkətin digər töhfəsi kimi SOCAR-ın Türkiyədə neft emalı-neft-kimya-enerji və logistika inteqrasiyası layihəsində, təbii qazın paylanmasında iştirakını qeyd edib. Bildirilib ki, “Star” neft emalı zavodu, “Petkim” və digər layihələr də daxil olmaqla enerji sahəsində müştərək işbirliyimiz Azərbaycanın Türkiyədəki sərmayəsinin sütununu təşkil edir: “Azərbaycanın Türkiyədəki sərmayəsi 18,3 milyard dollara, Türkiyənin isə Azərbaycana yatırdığı investisiyanın həcmi 13 milyard dollara qədər artıb. Prezident İlham Əliyevin ifadə etdiyi kimi ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər yatırım qoyula bilər. Bu isə iki ölkə arasındakı siyasi etibardan, etimaddan və əlbəttə ki, qardaş güvənindən irəli gəlir”, deyə nazir əlavə edib.

Çıxışda, həmçinin energetika sektorunda planlaşdırılan layihələr, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıqdan bəhs edilib. Nazir deyib ki, artıq yaşıl enerji sahəsində böyük uğurlara imza atmağın vaxtıdır: “Azad olunmuş ərazilər ölkə Prezidenti tərəfindən “yaşıl enerji” zonası elan edilib və orada əsasən bərpa olunan enerji mənbələrindən – su, günəş və külək enerjisindən istifadə ediləcək. Türk şirkətləri də azad edilmiş ərazilərdə bərpa olunan enerji layihələrində iştirakda maraqlıdırlar. Xüsusilə Laçın və Kəlbəcərdə külək elektrik stansiyalarının tikintisi layihələri üzrə əməkdaşlıq imkanları var. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində türk şirkətləri ilə əməkdaşlığımız cəlbedici olmaqla bərabər, həm də həmrəyliyimizin rəmzi ola bilər”.

Nazir onu da əlavə edib ki, ərazi bütövlüyümüzün bərpasının yaratdığı imkanlar münasibətlərimizin yüksələn xətt üzrə inkişafını təmin edərək ölkələrimizi strateji, o cümlədən enerji keçidi prosesinin hədəflərinə daha da yaxınlaşdıracaqdır. Hazırda yeni reallıqların yaranması, Türkiyə-Azərbaycan birliyinin regionda həlledici amilə çevrilməsi isə məhz iki ölkənin liderlərinin - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bir-birinə güvəninin, qardaşlığının, gələcəyə aydın baxışlarının zəfəridir.

Qeyd edək ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Beynəlxalq Enerji Agentliyinin icraçı diektoru Fatih Birolun da qatıldığı tədbir üç panel üzrə çıxışlar və müzakirələrlə davam etdirilib.

 
  • Oxunub:  2310  |  
  • Tarix:  07-06-2021  |  
  •    Çap et   |  
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir

18 İyun 10:08
Bakı və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq
18 İyun 09:11
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir
18 İyun 09:06
İşğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu müxtəlif istiqamətləri əhatə edir
18 İyun 09:00
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür
18 İyun 08:59
Növbəti milli birlik nümunəsi
18 İyun 08:57
Aztəminatlı gənclər üçün arıçılıq təsərrüfatları yaradılacaq
18 İyun 08:55
Baş infeksionist: Azərbaycanda COVID-19-la əlaqədar sanitar-epidemioloji vəziyyət yaxşıdır
18 İyun 08:54
İyunun 21-də Ermənistanda vətəndaş müharibəsi başlaya bilər
18 İyun 08:50
Radikal müxalifətin növbəti xəyanəti
17 İyun 20:53
Azərbaycanla Türkiyənin insan resursları sahəsində əməkdaşlığı müzakirə olunub
17 İyun 20:41
Rusiya XİN Azərbaycan və Ermənistan sərhədində delimitasiya işlərinə başlamağın vacibliyini bildirib
17 İyun 20:24
Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib
17 İyun 19:43
Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib
17 İyun 19:05
“Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin qalibləri mükafatlandırılıb
17 İyun 19:05
Antalyada Cənub-Şərqi Avropa Ölkələri Əməkdaşlıq Prosesi Sammiti keçirilib
17 İyun 18:58
Azərbaycanın müdafiə naziri Latviyanın NATO-nun Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü ilə görüşüb
17 İyun 18:08
Səbinə Xasayeva: Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir
17 İyun 17:55
Bugünkü müstəqil və qüdrətli Azərbaycan Ümumilli Lider Heydər Əliyevin əsəridir
17 İyun 17:25
Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 992 min 847 nəfərdir
17 İyun 17:16
Azərbaycanda koronavirusdan ölüm halı qeydə alınmayıb
17 İyun 17:00
Məzahir Bayramov: Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir
17 İyun 16:57
Türkiyə həmişə dost və qardaş Azərbaycanın yanındadır
17 İyun 16:50
Prezidentlərin dostluğu və qardaşlığı Türkiyə-Azərbaycan qardaşlığının simvoluna çevrilib
17 İyun 16:46
Fəsli Nəbiyev: “Avro-2020” futbol yarışlarının Azərbaycanda keçirilməsi, uzun illər ölkəmizdə aparılan idman siyasətinin növbəti uğurlu təzahürüdür
17 İyun 16:41
YAP Göygöl rayon təşkilatı "Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın yeni bir dönəmi başlayır" mövzusunda tədbir keçirib
17 İyun 16:38
Azərbaycanın və Pakistanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
17 İyun 16:28
Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalının məbləği açıqlanıb
17 İyun 16:25
Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır
17 İyun 16:22
Azərbaycanla Böyük Britaniya arasında gömrük əməkdaşlığı sahəsində müzakirələr aparılıb
17 İyun 16:18
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib
17 İyun 16:13
Təhsil Tələbə Krediti Fondunun vəzifələri müəyyənləşib
17 İyun 16:05
Təhsil Tələbə Krediti Fondu müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edəcək
17 İyun 15:59
Azərbaycanın bugünkü uğurları Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin davam etdirilməsinin nəticəsidir
17 İyun 15:57
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb
17 İyun 15:28
May ayı ərzində 59 şəhər və rayonun əhalisinə 1 milyon 200 mindən çox tibbi xidmət göstərilib
17 İyun 15:26
Azərbaycan atletləri Olimpiadaya 30, Paralimpiadaya isə 18 lisenziya qazanıblar
17 İyun 15:10
Antalya Diplomatiya Forumuna hazırlıqlar başa çatıb
17 İyun 14:53
ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə magistr proqramına sənəd qəbulu davam edir
17 İyun 14:51
Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradıldı - FƏRMAN
17 İyun 14:34
Azərbaycanın xarici işlər naziri Türkiyəyə səfərə yola düşüb
17 İyun 14:03
AZAL-da qadın pilotlar fəaliyyətə başlayıblar
17 İyun 13:49
İspaniya ilə investisiya və ixrac sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
17 İyun 13:40
Pərvin Kərimzadə: Şuşa Bəyannaməsi bölgədə sülh, sabitlik və firavanlıq üçün güclü bir çağırışdır
17 İyun 13:38
Azərbaycan və BMT arasında İstiqamətləndirici Komitənin ilk iclası keçirilib
17 İyun 13:14
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
17 İyun 12:58
Müttəfiqlik haqqında Bəyannamə iş birliyimizin təminatçısıdır
17 İyun 12:39
Göygöl rayonunda şəhid Həsən Bayramov yad edilib
17 İyun 12:36
“Avro-2020”: Bu gün B və C qruplarından səkkizdəbir finala yüksələcək komanda müəyyənləşə bilər
17 İyun 12:36
Tengiz Txilava: Türkiyə Prezidentinin Şuşaya səfəri çox mühüm əhəmiyyət kəsb edir
17 İyun 12:24
Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününü daha da əzəmətləndirdi
17 İyun 12:22
Füzuli və Cəbrayıl rayonlarına mediatur təşkil edilib
17 İyun 12:15
Baş Prokurorluq beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlığı genişləndirir
17 İyun 12:10
Azərbaycan ilə Xorvatiya arasında mədəni əlaqələr müzakirə edilib
17 İyun 12:06
“ASAN müraciət” mobil tətbiqi istifadəyə verilib
17 İyun 12:02
Bu il Azərbaycanda 12,5 milyard kubmetrdən çox əmtəəlik təbii qaz çıxarılıb
17 İyun 11:48
Ukrayna mətbuatı Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa səfərinə geniş yer ayırıb
17 İyun 11:41
Vüqar Seyidov: Şuşa bəyannaməsi ilə hər iki dövlət münasibətlərinin qızıl dövrünə qədəm qoydu
17 İyun 11:39
Türkiyə və Azərbaycan arasındakı münasibətlər hazırda özünün ən yüksək zirvəsindədir
17 İyun 11:37
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilərin II turu keçirilib
17 İyun 11:24
Fiziki məhdudiyyətli şagirdlərin rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb
17 İyun 11:21
DİN Ağdam rayon sakininin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb
17 İyun 11:16
“Azeri Light” neftinin qiyməti 76,5 dolları ötüb
17 İyun 10:58
Şuşa Bəyannaməsinin imzalanması 44 günlük Vətən müharibəsində qazanılan qələbənin yaratdığı yeni reallıqların təcəssümüdür
17 İyun 10:42
Sosial təminat sahəsində Almaniya təcrübəsi öyrənilir
17 İyun 09:59
Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının dördüncü iclasında Azərbaycanda korrupsiyaya qarşı görülən tədbirlərdən danışılıb
17 İyun 09:57
Azərbaycan və İspaniya arasında münasibətlərin möhkəmləndirilməsi perspektivləri müzakirə olunub
17 İyun 09:47
Moskvada Azərbaycan Milli Məclisinin və Rusiya Federal Şurasının parlamentlərarası komissiyasının iclası keçirilib
17 İyun 09:44
Bağdad Amreyev: Şuşa Bəyannaməsi bütün türk dünyasına xidmət edən bir çox məsələləri özündə əks etdirir
17 İyun 09:19
Hikmət Babaoğlu: Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” fəlsəfəsinin hüquqi müstəviyə köçürülməsi hadisəsi idi
17 İyun 09:17
Ermənilər tərəfindən xarabalığa çevrilən Füzuli yenidən dirçəlir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+27 +30
gecə+22 +25