Ana səhifə »  Xəbər lenti »  BMT-nin Baş katibinə Azərbaycan ilə Ermənistan arasında beynəlxalq miqyasda tanınmış sərhədin bərpasına dair tədbirlər haqqında məktub göndərilib
A+   Yenilə  A-
BMT-nin Baş katibinə Azərbaycan ilə Ermənistan arasında beynəlxalq miqyasda tanınmış sərhədin bərpasına dair tədbirlər haqqında məktub göndərilib

Bir neçə gündür ki, Azərbaycan xalqı ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş sonuncu təcavüz aktının qurbanlarına görə kədər içindədir. Xəbər verildiyi kimi, iyunun 4-də səhər saat 11 radələrində içərisində çəkiliş qrupunun üzvləri olan nəqliyyat vasitəsi Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşərək partlayıb. Nəticədə üç nəfər – AzTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, müxtəlif dərəcəli xəsarətlər almış daha 4 nəfər xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, bu faciəvi hadisədən bir həftə əvvəl Azərbaycan Respublikasının dövlət sərhədini keçmiş altı nəfər erməni təxribatçı Azərbaycan hərbi qulluqçuları tərəfindən əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu gecə saat 03:00 radələrində Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində “Ermənistan-Azərbaycan dövlət sərhədini keçməyə cəhd göstərib”. Müdafiə Nazirliyinin bəyanatında deyilirdi: “Sərhəddə Azərbaycan Ordusunun mövqelərinə gedən təchizat yollarını minalamağa cəhd göstərmiş 6 nəfər erməni hərbi qulluqçusu mühasirəyə alınıb, zərərsizləşdirilib və əsir götürülüb”.

Bu hadisələr bizə bir daha xatırladır ki, beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış birgə Bəyanata müvafiq olaraq Azərbaycan və Ermənistan arasında beynəlxalq miqyasda tanınmış sərhədin bərpası və sərhədin qorunması sisteminin möhkəmləndirilməsi üzrə həyata keçirilən tədbirlərin davam etdirilməsi zəruridir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin bir neçə ay bundan əvvəl başlanmış tədbirlərlə əlaqədar məktubu və beynəlxalq miqyasda tanınmış sərhədin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatı BMT-nin Baş katibinin ünvanına göndərilib.

Məktubda deyilir ki, 1991-ci ildə SSRİ dağılandan sonra həm Ermənistan, həm də Azərbaycan beynəlxalq hüquqa müvafiq olaraq keçmiş SSRİ respublikaları kimi malik olduğu sərhədlər daxilində müstəqillik əldə etdi. Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında 1991-ci il dekabrın 8-də imzalanmış sazişdə və 1991-ci il 21 dekabr tarixli Alma-Ata Bəyannaməsində bu sənədləri imzalamış bütün dövlətlər, o cümlədən Ermənistan və Azərbaycan da “mövcud sərhədlərin toxunulmazlığına” hörmət etməyi öhdəyə götürüblər. O vaxtdan Azərbaycan yeni dövlətlərin sərhədlərinin müəyyən edilməsi qaydasını müəyyən edən bu prinsipə qəti sadiq olduğunu dəfələrlə bəyan edib.

Y.Əliyev yazır ki, 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində Ermənistan Azərbaycana qarşı tammiqyaslı müharibədə başlayıb və onun suveren ərazisinin xeyli hissəsini işğal edib. 1993-cü ildə Təhlükəsizlik Şurası 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) nömrəli dörd qətnamə qəbul edərək Azərbaycana qarşı güc tətbiq edilməsini və onun ərazilərinin işğal olunmasını pisləyib, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, onun beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət bəslədiyini və ərazi əldə edilməsi məqsədilə güc tətbiq edilməsinin yol verilməzliyini bir daha bəyan edib. Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib.

Lakin Ermənistan bu əsas tələbləri yerinə yetirməyib. Əksinə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü hiddətləndirici şəkildə pozmaqda davam edib, beynəlxalq sənədlərdə bu prinsipin xatırladılmasını və iki dövlət arasında sərhədin beynəlxalq legitimliyini təmin edən yuxarıda adı çəkilən qaydanın həqiqiliyini dəfələrlə inkar edib. Aşkardır ki, Ermənistanın belə hərəkətləri və bu cür mövqe tutması Azərbaycanı ərazi bütövlüyü hüququndan məhrum edə bilməz. Biz işğala son qoymaq və münaqişəni danışıqlar yolu ilə həll etmək üçün illər boyu ardıcıl səy göstərmişik. Lakin Ermənistan qanunsuz olaraq güc tətbiq etməsinin nəticələrini saxlamaq və möhkəmləndirmək cəhdlərindən əl çəkməyib, yerlərdə daim müxtəlif provokasiyalara əl atıb. Nəticədə 2020-ci il sentyabrın sonlarında Azərbaycan Ermənistanın növbəti silahlı hücumuna cavab olaraq özünümüdafiə hüququnun reallaşdırmaq qaydasında əks-hücum əməliyyatına başlayıb və bu əməliyyatı uğurla başa çatdıraraq 300-dən çox şəhər, qəsəbə və kəndi, o cümlədən Ermənistan ilə həmsərhəd Qubadlı və Zəngilan rayonlarını işğaldan azad edib. Yuxarıda xatırlatdığımız üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Ermənistan silahlı qüvvələri daha iki sərhədyanı rayonun – Laçın və Kəlbəcər rayonlarının ərazisindən çıxarılandan sonra həmin rayonlar Azərbaycana qaytarılıb.

Azərbaycanlı diplomatın məktubunda daha sonra deyilir ki, Azərbaycan və Ermənistan hər iki tərəfin əlində olan müvafiq rəsmi xəritələr əsasında onların arasında sərhəd xəttini dəqiqləşdirməklə məşğuldurlar. Bu proses tərəflərin sərhəd xidmətlərinin iştirakı ilə onların arasında birbaşa texniki əlaqələr yolu ilə həyata keçirilir. Belə əlaqələr Azərbaycanın işğaldan azad edilmiş Qubadlı, Kəlbəcər və Zəngilan rayonlarında yaranan sərhəd məsələlərinin həllinə kömək edib. Bundan əlavə, Azərbaycan xoş məram nümayiş etdirərək sərhəd xətti dəqiqləşdiriləndən sonra bir hissəsi Azərbaycan ərazisindən keçən Gorus-Qafan avtomobil yolundan Ermənistan vətəndaşlarının istifadə etmələrinə icazə verir.

Bu fonda şübhə yoxdur ki, Qaragöl ətrafında yaranmış vəziyyətlə əlaqədar Ermənistanın başladığı təhrikçi kampaniya iyun ayında Ermənistanda kəskin siyasi və iqtisadi böhran şəraitində keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində əsasən daxili məqsədlər güdür. Bu şəraitdə Azərbaycana nifrət təbliği və revanşist şüarlar bir-biri ilə mübarizə aparan tərəflərin –1990-cı illərin əvvəlində Azərbaycanla müharibəyə başlayanların və 30 il sonra həmin müharibəni uduzmuş indiki hakimiyyət orqanlarının təklif etdiyi yeganə stimullardır.

Bundan əlavə, otuz il ərzində Azərbaycan ərazisini işğal edəndən sonra, iki ölkə arasında sərhəd rejimi olmadığı indiki şəraitdə Ermənistan hələ də qonşu dövlətin sərhədlərinə hörmət etmək zərurəti ilə barışmayıb və onun ərazi bütövlüyünü pozmaqda davam edir. Mövcud olmayan qurumun adından uydurulmuş sənədlərin və saxtalaşdırılmış tarix versiyalarının yayılması, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərindəki yaşayış məntəqələrinin müxtəlif saxta adlarla xatırlanması, revanşist səylərin bərpa edilməsi ... – belə nümunələrdən çox göstərmək olar.

Bütün sərhəd məsələləri iki ölkənin sərhəd orqanları arasında yaradılmış rabitə kanalı vasitəsilə həll edilməlidir. Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi 2021-ci il mayın 12-dən etibarən bu bölgədədir və Qaragöl ətrafında vəziyyətin normallaşdırılmasına dair danışırlar aparılır. Azərbaycan bütün zəruri informasiyanı hər iki tərəfin mövqelərini dinləməyi vacib hesab etmiş beynəlxalq tərəfdaşlara təqdim edib. Ermənistan isə beynəlxalq birliyi çaşdırmaqda davam edir. Buna görə unutmamalıyıq ki, saxtalaşdırma və uydurma praktikası Ermənistana çoxdan xasdır. Çoxsaylı təkzibolunmaz faktlara baxmayaraq bu ölkə onilliklər boyu Azərbaycana qarşı təcavüz törətməsini, onun ərazilərini işğal etməsini, yüz minlərlə dinc sakini doğma yurdlarından qovmasını, işğal edilmiş rayonları və şəhərləri dağıtmasını və qarət etməsini, münaqişə zamanı minlərlə dinc azərbaycanlını qətlə yetirməsini israrla inkar edir.

Məktubun sonunda qeyd edilir ki, Azərbaycan hər hansı dövlətin torpaqlarına iddia etmir, lakin öz ərazisinin bircə qarışını belə heç kəsə verməyəcək. Azərbaycan iki ölkənin beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı tanımaq və hörmət etmək əsasında bu ölkələrin dövlətlərarası münasibətlərinin normallaşdırılmasının tərəfdarıdır və Ermənistandan qarşılıqlı mövqe gözləyir.

 
  • Oxunub:  1860  |  
  • Tarix:  07-06-2021  |  
  •    Çap et   |  
Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar

14 İyun 21:10
Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton ilə telefon danışığı olub
14 İyun 21:02
Brüsseldə Türkiyə və ABŞ prezidentləri arasında görüş keçirilib
14 İyun 21:01
Milli Qurtuluş Günü ədliyyə orqanlarında qeyd olunub
14 İyun 21:00
Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində əməkdaşlığı genişləndirir
14 İyun 20:53
Azərbaycan ilə Monqolustan arasında çoxtərəfli formatlarda əməkdaşlıq uğurla həyata keçirilir
14 İyun 20:49
Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır
14 İyun 20:40
YAP Göyçay rayon təşkilatı “Tarixi qələbəyə gedən yol qurtuluşdan başlayır” adlı videokonfrans keçirib
14 İyun 20:34
YAP Bərdə rayon təşkilatında “Qurtuluşdan qələbəyə” adlı təqdimat mərasimi keçirilib
14 İyun 20:28
YAP Şəmkir rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
14 İyun 20:14
Mingəçevirdə “Ümummilli Lider Heydər Əliyev milli qurtuluşumuzun müəllifidir” mövzusunda videokonfrans keçirilib
14 İyun 20:11
Bakı Slavyan Universitetində tədbir: Əsrə bərabər gün
14 İyun 20:09
“Xilaskarlıq missiyası”
14 İyun 19:05
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
14 İyun 18:56
Binəqədi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan-zəfərə” mövzusunda tədbir keçirilib
14 İyun 18:50
Fəxrəddin Vəliyev: Ulu Öndər Heydər Əliyevin adı tariximizə böyük xilaskar kimi düşüb
14 İyun 18:46
Ağdaşda “Qurtuluşdan başlanan yol” adlı konfrans keçirilib
14 İyun 17:49
Adil Əliyev: Milli Qurtuluş Günü ölkəmizin parçalanmasının qarşısının alınmasının başlanğıc tarixidir
14 İyun 17:46
YAP Gəncə şəhər təşkilatında Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib
14 İyun 17:40
BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni layihələrlə xeyli genişlənib
14 İyun 17:34
Milli Məclis deputatları Moskva şəhərinə səfər edəcəklər
14 İyun 17:33
YAP Hacıqabul rayon təşkilatı "Azərbaycanın tarixi qələbəsi Heydər Əliyev siyasətinin uğurudur" mövzusunda videokonfrans keçirib
14 İyun 17:32
Səfir: Norveç bölgədə sülhün və sabitliyin tərəfdarıdır
14 İyun 17:28
Gədəbəydə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
14 İyun 17:22
YAP Qaradağ rayon təşkilatı Qaradağ rayon İcra Hakimiyyəti ilə birgə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirib
14 İyun 17:20
Pərvin Kərimzadə: Milli Qurtuluş Günü dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb
14 İyun 17:18
Şahin İsmayılov: Ölkəmiz qlobal proseslərə kifayət qədər böyük töhvələr verir
14 İyun 17:15
Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub
14 İyun 17:09
Azərbaycan və Qazaxıstan parlamentlərarası dostluq qruplarının onlayn görüşü keçirilib
14 İyun 16:54
Umayra Tağıyeva: Təbiət istifadəçilərini təbiəti, ətraf mühiti tullantılarla çirkləndirməməyə çağırıram
14 İyun 15:57
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü qeyd edilib
14 İyun 15:56
“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başlayıb
14 İyun 15:51
YAP Qubadlı rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə videoformatda tədbir keçirib
14 İyun 15:31
Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis edilib
14 İyun 15:24
Yevlaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
14 İyun 15:13
Təhsil naziri “Son zəng” tədbirində iştirak edib
14 İyun 15:02
Təhsil İnstitutu Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq edəcək
14 İyun 14:59
YAP Sumqayıt şəhər təşkilatında şəhid Kərim Əhmədəliyevin xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
14 İyun 14:54
YAP Cəbrayıl rayon təşkilatı Milli Qurtuluş Günü münasibətilə videokonfrans keçirib
14 İyun 14:52
“Azərbaycanla qürur duyuruq”
14 İyun 14:43
Təhsil nazirinin müavini: 2020-2021-ci tədris ili uğurlarla yadda qaldı
14 İyun 14:27
Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi təsis ediləcək
14 İyun 14:25
Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş jurnalistlər və yerli icra hakimiyyətinin nümayəndəsi təltif edilib - SƏRƏNCAM
14 İyun 14:21
YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib
14 İyun 14:20
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
14 İyun 14:04
YAP Mərkəzi Aparatında 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” adlı gənc rəssamların sənət sərgisi keçirilib
14 İyun 14:02
Suraxanı rayonunda şəhid İsa Məmmədovun məzarı ziyarət olunub
14 İyun 13:28
Ömər Eldarov: Azərbaycan xalqı üçün əlamətdar günlərə həsr olunmuş sərgilərin təşkili ənənə halı alıb
14 İyun 12:59
Azərbaycandan keçməklə Potidən Daşkəndə ilk konteyner blok qatarı yola düşüb
14 İyun 12:56
“ASAN İmza” və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Elektron imza üzrə Avropa Forumunda təqdim edilib
14 İyun 12:39
Suraxanı rayonunda şəhid Məhəmməd İsmayılzadənin xatirəsinə inşa edilmiş bulağın açılışı olub
14 İyun 12:28
Bakı Ali Neft Məktəbinin Layihə İdarəetmə Məktəbinin növbəti məzun buraxılışı olub
14 İyun 12:22
Ombudsman: Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, ərazilərin bərpası prosesini də ləngidir
14 İyun 12:14
Tahir Budaqov: Milli qurtuluşdan başlayan yol milli tərəqqiyə yol açdı
14 İyun 12:09
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: Ermənistan təcavüzə görə özünün məsuliyyətini inkar edir
14 İyun 11:56
Daimi nümayəndəlikdə 15 İyun-Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
14 İyun 11:53
15 İyun Milli Qurtuluş Günü tarixə Azərbaycanın xilası günü kimi daxil olub
14 İyun 11:42
Deputat: Türkiyə Prezidentinin ölkəmizə səfəri Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirəcək
14 İyun 11:31
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib
14 İyun 11:20
Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində döyüşmüş livanlı muzdlu terrorçu 20 il müddətinə azadlıqdan məhrum edilib
14 İyun 10:44
YAP Suraxanı rayon təşkilatının nümayəndələri Gülərin 8 yaşını təbrik etmişlər
14 İyun 10:41
YAP Göygöl rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
14 İyun 10:27
Milli Kitabxana növbəti virtual sərgini Milli Qurtuluş Gününə həsr edib
14 İyun 10:15
Azərbaycan məktəblərində 84 min 69 şagird XI sinfi bitirir
14 İyun 09:19
Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” çalınır
14 İyun 09:11
Bu gün futbol üzrə Avropa çempionatında daha üç oyun keçiriləcək
13 İyun 18:46
Xəzər Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvləri bəyanatla çıxış ediblər
13 İyun 18:17
Hikmət Hacıyev: Xarici diplomatlarla buradan bir neçə ildən sonra müasir Ağdam şəhərinə qayıtmaq arzusu ilə ayrılırıq
13 İyun 18:14
Heydər Əliyev Mərkəzinin üzərində “Avro-2020”nin iştirakçıları ilə bağlı görüntülər nümayiş etdirilib
13 İyun 17:23
Xarici diplomatlara Ağdamda aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verilib
13 İyun 16:32
Seyid Abbas Musəvi: Çox təəssüf edirəm ki, bu cür cənnət kimi yerlər viran qoyulub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA