Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Güclü iqtisadiyyat dövlətçiliyin inkişafını təmin edir

Güclü iqtisadiyyat dövlətçiliyin inkişafını təmin edir

07.06.2021 [13:03]

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyi əldə etdikdən sonra ordu quruculuğu, beynəlxalq münasibətlər, xarici siyasətdə olduğu kimi, iqtisadi sahədə də öz suveren hüquqlarını gerçəkləşdirmək fürsəti əldə edib. Ötən müddət ərzində yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadi sisteminə inteqrasiya iqtisadi siyasətimizin başlıca istiqamətlərini təşkil edib. Lakin iqtisadi inkişafımızın müstəqilliyimizin ilk illərinə təsadüfən edən dövrü xaos və tənəzzül dövrü kimi, iqtisadi böhran kimi yadda qalıb. Həmin dövrdə köhnə dövlət təsərrüfatını tamamilə dağılmaqdan qoruyub saxlamaq, dövlət əmlakının talan edilməsinin qarşısının almaq, köhnə iqtisadi əlaqələrin qismən də olsa bərpa etmək iqtisadi inkişafımızın başlanğıcı kimi qeyd oluna bilər. Zəngin təbii sərvətlərə, əlverişli coğrafi mövqeyə və geniş iqtisadi potensiala malik Azərbaycanda iqtisadiyyatın inkişafı üçün neft sektorunun inkişafı məqsədilə beynəlxalq layihələrin həyata keçirilməsini nəzərdə tutan sazişlərin imzalanması, xarici investoralrın ölkəmizə cəlb olunması ilkin mərhələdə atılan düzgün və uğurlu addımlar olub. Sonrakı mərhələdə neftdən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi, iqtisadiyyatın bütün sahələrinə, kənd təsərrüfatına sərmayə qoyuluşu iqtisadiyyatımızın hərtərəfli inkişafına təkan verib. 1996-cı ildən etibarən Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün beynəlxalq boru kəmərlərinin çəkilişi neft ixrac edən ölkə kimi Azərbaycan iqtisadiyyatının inkişafını sürətləndirib.

Həyata keçirilən iqtisadi islahatların tənzimlənməsi, xüsusilə bazar iqtisadiyyatına keçid dövründə bankların fəaliyyəti, mülkiyyət, icarə, torpaq vergisi haqqında qəbul edilən qanunlarla yanaşı, ticarətin liberallaşdırılması, orta və kiçik sahibkarlığın inkişafı məqsədilə dövlət proqramlarının qəbulu və uğurlu icrası ilə yanaşı, iri neft şirkətlərinin respublikamızın neft sənayesinə sərmayələr yatırması dövlətimizin iqtisadi siyasətinin əsas prioritetlərindən biri olub.

Tarixi Qələbədən sonra regionda yaranan yeni reallıqlar fonunda iqtisadiyyatın inkişafı məqsədilə yaranan və mövcud olan bir sıra əməkdaşlıqlar iqtisadi bütövlüyün əsasını təşkil edən nəqliyyatın davamlı inkişaf etdirilməsi, eyni zamanda xidmətlər mübadiləsində və iqtisadi fəaliyyətdə sərbəstliyin, rəqabətin və həyat şəraitinin yüksəlməsinin təminatıdır. Bu baxımdan, bu günlərdə Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Zəngəzur dəhlizi Türkiyə ilə Azərbaycan arasında olan iqtisadi əlaqələri daha da yaxınlaşmasına xidmət edəcək. İki ölkə arasında iqtisadi inkişafın əsasını təşkil edən münasibətlərdən danışarkən Azərbaycan və Türkiyənin hər bir sahədə olduğu kimi, iqtisadi sahədə də əlaqələrinin potensialının tükənməzliyinin qeyd etmək lazımdır.

Yeri gəlmişkən, onu da qeyd edək ki, dünyanın ən böyük beyin mərkəzlərindən bir olan İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycan 6 pillə irəliləyərək 172 ölkə arasında 38-ci yerdə qərarlaşması iqtisadi sahədə ölkəmizin növbəti uğurudur. Belə ki, düzgün aparılan daxili və xarici iqtisadi siyasət nəticəsində dövlətimizin inkişafı əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması yönəldilmiş sosial layihələrin davamlı tətbiqinə  və icrasına geniş imkanlar açır.  Məlum olduğu kimi, güclü iqtisadiyyat dövlətçiliyin inkişafını təmin edir. Güclü iqtisadiyyat – güclü dövlət tezisini hər bir sahədə, xüsusən Vətən müharibəsində qələbənin əldə olunmasında mühüm rol oynayan ordu quruculuğunda dünyaya nümayiş etdirən Azərbaycan regionun lider dövləti olduğunu sübut edib. 

İlqam Əskərov,

YAP Pirallahı rayon təşkilatının aparat rəhbəri

 
Paylaş:
Baxılıb: 180 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30