Ana səhifə »  Xəbər lenti »  Dövlət terrorizmi siyasəti yürüdən Ermənistanın beynəlxalq cinayətləri və dünyanın ikili yanaşması
A+   Yenilə  A-
Dövlət terrorizmi siyasəti yürüdən Ermənistanın beynəlxalq cinayətləri və dünyanın ikili yanaşması

Ermənistanın beynəlxalq hüququn bütün prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc azərbaycanlı mülki əhaliyə qarşı cinayət əməllərini törətməkdə davam edir.

AZƏRTAC-ın və AzTV-nin çəkiliş qruplarının işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirərkən 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.

Bununla yanaşı, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək, yəni 44 gün ərzində dinc əhaliyə qarşı Ermənistan tərəfindən törədilmiş beynəlxalq cinayətlər onu təsdiq edir ki, Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və dövlət terrorizmi siyasəti 30 ildən artıqdır ki, bütün dünyanın gözü qarşısında davam edir. Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 60 nəfərə yaxın insan həlak olub, 300-dən çox mülki insan yaralanıb. Bundan başqa, sentyabrın 11-də Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından xeyli kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olub, 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb (onlardan 10 nəfəri məktəblidir). Oktyabrın 15-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinin Tərtərdə dəfn mərasimi zamanı qəbiristanlığı atəşə tutması nəticəsində 4 nəfər həlak olub, 4 nəfər xəsarət alıb. Oktyabrın 17-də gecə saat 1-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 52 dinc sakin xəsarət alıb, 13 nəfər həlak olub ki, onların arasında 4-ü qadın, 3-ü azyaşlı uşaqdır. Ümumilikdə, Ermənistan ordusunun Gəncəyə oktyabrın 4-də, 11-də və 17-də raket və ağır artilleriya hücumları nəticəsində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.

Beynəlxalq birliyin cəzasızlığından istifadə edərək faşist ideologiyası yürüdən düşmənin cinayətləri davamlı olmuş, 2020-ci il oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 5 nəfər mülki şəxs, o cümlədən azyaşlı uşaq həlak olub, uşaqlar və qadınlar da olmaqla 13 nəfər ciddi yaralanıb. Bunun ardınca oktyabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx olduğu əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-dən çox insan isə yaralanıb. Ermənistan ordusunun Bərdəyə 2 gün ərzində “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 26 nəfər həlak olub, 80-dən çoxu yaralanıb.

Ümumiyyətlə, bütün dünyanın gözü qarşısında dövlət terrorizmi siyasəti həyata keçirən Ermənistanın hərbi təcavüzü və beynəlxalq cinayətləri nəticəsində 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək, yəni 44 gün ərzində mülki insanlardan 90 nəfərdən çoxu həlak olub, onlardan 30 nəfərdən çoxu uşaqlar və qadınlardır, 400 nəfərdən çox, o cümlədən 100-dən çox qadın və 30-dan çox uşaq yaralanıb.

Ancaq biz nəyin şahidi oluruq? Otuz ildən artıqdır ki, erməni vandalizmi davam edir. Təcavüzkara qarşı heç bir təzyiq nəinki yoxdur, dünya birliyi Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini bütün dünyanın gözü qarşısında baş verən bu qanlı terror hadisələrinə seyrçi mövqedən yanaşır.

Otuz ilin tarixinə qısaca nəzər salaq: Hələ Dağlıq Qarabağ işğal edilməmişdən əvvəl Ermənistan ilk cinayətkar əməllərini 1990-cı il martın 24-də Ermənistanla sərhəd rayonu olan Qazax rayonunun Bağanis Ayrım kəndi erməni terrorçu dəstələrinin silahlı hücumuna məruz qalmış, ermənilər tərəfindən kəndin günahsız mülki əhalisinə qarşı görünməmiş vəhşiliklər edilmişdir. Erməni silahlı qruplarının bu genişmiqyaslı hücumu nəticəsində kənd işğal olunmuşdur. İşğal zamanı Bağanis Ayrım kəndində 100-dən çox ev talan edilmiş və yandırılmış, nəticədə 10 nəfər həlak olmuş, 15 nəfərdən çox insan yaralanmışdır. Xüsusi strateji əhəmiyyətli Bağanis Ayrım kəndi İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşdiyindən ermənilər tərəfindən bu kəndin işğalı xüsusi plan əsasında həyata keçirilmişdir. Bununla da 600 nəfərdən çox əhalisi və Qazax rayonunun Aşağı Əskipara, Quşçu Ayrım, Xeyrimli və Məzəm kəndləri ilə həmsərhəd, eləcə də Dağlıq Qarabağdan xeyli kənarda yerləşən Bağanis Ayrım kəndi ermənilərin işğalçılıq siyasəti nəticəsində zəbt olunmuşdur.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, BMT-nin Baş Assambleyasının 44-cü sessiyasında 1989-cu il noyabrın 20-də qəbul edilmiş BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyanı Ermənistan ratifikasiya edib. Lakin buna baxmayaraq, uşaqlara qarşı zorakılıq əməlləri törətməkdən çəkinmir, istər müharibə, istərsə də atəşkəs zamanı öz çirkin niyyətlərini həyata keçirir. Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqları və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında konvensiyaların ciddi şəkildə pozulmasıdır. Buna dünya ictimaiyyəti və BMT-nin üzv dövlətləri tərəfindən layiqli qiymət verilməlidir.

Qeyd etmək lazımdır ki, XX əsrin sonundan başlayaraq keçən dövr ərzində, xüsusilə 1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanda uşaqların qətlə yetirilməsi ilə bağlı kifayət qədər faktlar vardır.

1989-cu ildə Kərkicahanda 9 yaşlı Nicat və 11 yaşlı Nadir İbrahimov ermənilər tərəfindən güllələnmişdir. Müharibənin ilk illərində Kəlbəcərdə 8 uşaq - Sahil Məmmədov (10 yaş), Razim Salmanov (8 yaş), Anar Valehov (7 yaş), Cahid İbişov (10 yaş), Səxavət Dəmiroğlu (14 yaş), Natiq Əsgərov (14 yaş), Bəxtiyar Xəlilov (11 yaş) və Azər Orucov (7 yaş) vəhşicəsinə qətlə yetirilmişdir. Ermənistan ordusu tərəfindən 2011-ci ildə Ağdamda 9 yaşlı Fariz Bədəlov, Tovuzda isə 13 yaşlı Aygün Şahmalıyeva qətlə yetirilmişdir.

1991-ci il iyunun 27-28-də Xocavənd rayonunda ermənilərin “Qarabağ” terror təşkilatının üzvləri Qaradağlı kəndinə hücum edərək Vərəndəli fermasında 6 nəfər kənd sakinini (3 nəfər qadın olmaqla) diri-diri yandırmışdılar. Bunun ardınca isə, sentyabrın 8-də ermənilər Qaradağlı kəndində 3 nəfər kənd sakininin üzərinə dizel yanacağı tökərək yandırmış, 2 nəfərin isə başını kəsmişlər. 1992-ci il fevralın 13-17-də isə erməni silahlı dəstələrinin Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücumu zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, kəndin Bəylik bağı adlanan yerində 33 nəfər ermənilər tərəfindən güllələnmiş, eyni zamanda, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülmüş və hamının gözü qarşısında güllələnmişdi. Daha sonra isə 2 nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Əsirlikdə olan 68 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetirdilər. Ümumilikdə, Qaradağlı kəndində qətlə yetirilənlərdən 20 nəfəri 10-12 yaşına qədər uşaq, yarıya qədəri isə qadınlar olmuşdur.

1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndini tamamilə yandırmış, 779 nəfər dinc sakininə amansız işgəncələr vermişdir. Ağdaban kəndində ermənilərin həyata keçirdikləri soyqırımı nəticəsində 39 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onların arasında 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir.

Füzuli rayonunun işğalı zamanı Horadiz yolunda tutulmuş 40 nəfər mülki şəxsin 29 nəfəri, Gorazıllı kəndindən götürülmüş girovların 40 nəfəri, Kəlbəcər rayonunun Başlıbel kəndindən girov götürülmüş qoca, qadın və uşağın 29 nəfəri yerindəcə öldürülmüş, meyitlərə qarşı əxlaqsızlıq və vandalizm hərəkətlərinə yol verilmiş, Kəlbəcər rayonunun "Tunel" adlanan yerində güllələnən dinc sakinlər iz itirmək məqsədi ilə yük avtomobilinin üstünə yığılaraq maşınla birlikdə yandırılmışdır. Bu günahsız soyqırımı qurbanlarının az qala yarısı qadınlar və uşaqlar idi.

Qeyd etmək lazımdır ki, Xocalıda öldürülən 613 nəfərdən 63-ü uşaq idi. Bu kütləvi qırğın, vandalizm aktı zamanı 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlıdır. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 56 nəfər diri-diri yandırılmışdır. Günahsız mülki əhalini özünə hədəf seçən Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayət əməli təsadüfi xarakter daşımır, belə əməllərin törədilməsi sistemli xarakter daşıyır və cinayətkar Ermənistan həm işğal zamanı, həm də işğalın davam etdiyi 30 ilə yaxın müddət ərzində mütəmadi olaraq cəbhəyanı ərazilərdə Azərbaycan vətəndaşı olan mülki əhalini, əsasən də qadınları və azyaşlı uşaqları xüsusi qəddarlıqla qətlə yetirmişdir.

1988-ci ildə azərbaycanlılar Ermənistan SSR-dəki doğma yurd yerlərindən zorla qovulan zaman 217 soydaşımız qətlə yetirilmişdir ki, onların da 57-si qadın, 23-ü uşaqdır. Ancaq şahidlərin sözlərinə görə öldürülən uşaqların sayının daha çox olması haqqında faktlar da vardır. Belə ki, 1988-ci il dekabrın 5-də ermənilər Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq ediblər. Borunu hündür uçurumdan dərəyə ataraq uşaqları qətlə yetirmişlər. Həmin ilin noyabrında Quqarkda (Qarakilsə-Pəmbək mahalı) 70-ə yaxın 5-12 yaşlarındakı uşağı yenə boruya dolduraraq hər iki tərəfini bağlamışlar. Qətliamın üstü yalnız 1988-ci ilin dekabrında baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər tərəfindən açılmışdır.

Ümumilikdə, XX əsrin sonunda monoetnik Ermənistan yaratmağa nail olan ermənilər tərəfindən 217 azərbaycanlı qətlə yetirilmişdir. Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərəyanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir. Bu illərdə 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncələr verildi.

Ermənistanın mülki əhalini, xüsusilə qadınları və körpə uşaqları qəddarcasına qətlə yetirməsinin qısa statistikası rəsmi İrəvanın cinayətkar hakimiyyətinin və ümumi ictimai həyatın faşizm ideologiyasına büründüyünü, terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bütün qabarıqlığı ilə bir daha aşkara çıxarır. Ermənilərin qətlə yetirdiyi uşaqlar haqqında onu qeyd etmək vacibdir ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 193 azərbaycanlı körpə erməni vandalları tərəfindən qətlə yetirilmiş, 61 uşaq itkin düşmüş, 27-si isə hələ də əsirlikdədir. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, son dövrdə də 32 uşaq erməni terrorunun qurbanı olmuşdur ki, onlardan 13-ü həlak olmuş, 19-u isə yaralanmışdır.

Ermənistan işğalla bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin icra edilməməsini və onların kağız üzərində qalmasını görərək, beynəlxalq təşkilatlarda işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmamasından və işğalçı siyasətinə görə ona qarşı heç bir sanksiyanın tətbiq olunmamasından ruhlanaraq qanlı cinayətlər törətməkdə davam edib. Belə ki, 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutmuş və bu təcavüz nəticəsində 2 yaşlı Quliyeva Zəhra və nənəsi həlak olmuşlar. 24 oktyabr 2017-ci ilə olan məlumata görə, Ermənistan-Azərbaycan münaqişəsi müddətində 1440 nəfər əsir və girovluqdan azad edilmişdir ki, onların 278 nəfəri qadındır. Münaqişə nəticəsində 265 qadın itkin düşmüş, 98 qadın isə hələ girov kimi qeydiyyatdadır. Qeyd etmək vacibdir ki, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının qəbul edilməsindən 30 ildən, BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qadınlar, Sülh və Təhlükəsizlik qətnaməsinin qəbul olunmasından 20 ildən çox vaxt keçir.

Ancaq dünya birliyi, xüsusilə böyük güclər təcavüzkar Ermənistanı sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxması tələbini qoymadılar. Bu səbəbdən, Ermənistanın hərbi təcavüzünə cavab olaraq Azərbaycan 2020-ci il sentyabrın 27-dən BMT-nin Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirərək, BMT Təhlükəsizlik Şurasının 27 il yerinə yetirilməmiş qalan qətnamələrini özü icra etdi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycan əks-hücum əməliyyatı həyata keçirərək işğal altında olan ərazilərini bir-birinin ardınca azad etdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərini, 17-də Füzuli şəhərini, 22-də Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.

Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurları şərtləndirirdi. Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi (5). Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi.

Hərbi-diplomatik baxımdan məğlub olan Ermənistan və havadarları isə beynəlxalq hüquqdan, insan haqlarından, sülh danışıqlarının mühümlüyündən dəm vurmağa başlayıblar. Bununla yanaşı, “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, xüsusilə beynəlxalq QHT-lərin, o cümlədən “Freedom House”, “Amnesty International”, “Human Rights Watch”, “Trensparency International”, “Free Press”, “Mercy Corps”, “Beynəlxalq Böhran Qrupu”, “Sərhədsiz Reportyorlar”, OCCRP və digər bu kimi qurumlar və bir sıra Qərb təşkilatlarının səssizliyi acı təəssüf doğurur.

Azərbaycan Prezidenti deyib: “Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, - necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, - biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”.

Azərbaycan Prezidenti bildirmişdir ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər.

Ermənistanda revanş haqqında düşünənlər Azərbaycanın dünyaya nümayiş etdirdiyi XXI əsrin müharibə nümunəsini unutmasınlar. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!

 
  • Oxunub:  6360  |  
  • Tarix:  04-06-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır

23 İyun 22:21
Nizami Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib
23 İyun 22:02
Hulusi Akar: Qara dənizdəki gərginlik araşdırılır
23 İyun 21:51
“Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir
23 İyun 21:48
AŞPA-da pandemiyaya qarşı mübarizədə Azərbaycanın müsbət təcrübəsindən danışılıb
23 İyun 21:44
Azərbaycan Ordusunda briqada komanda-qərargah təlimi keçirilir
23 İyun 21:43
Türkiyə Məşvərət Şurasının növbəti iclası keçirilib
23 İyun 21:02
Kamal Cəfərov: Ermənistanın mina xəritələrini verməməkdə məqsədi yenidənqurma işlərinə və məcburi köçkünlərin qayıtmasına maneə olmaqdır
23 İyun 21:01
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daimi dövlət qulluğuna qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib
23 İyun 20:59
Şuşa Bəyannaməsi bütün dünyaya tarixi reallıqla barışmağın qaçılmazlığını göstərdi
23 İyun 20:52
Azərbaycanla Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələri genişlənir
23 İyun 20:50
Milli Məclisin növbədənkənar iclasının gündəliyinə 12 məsələ daxil edilib
23 İyun 20:48
Mariya Rizzotti: Artıq müharibə bitib, indi sülhün bərqərar olması barədə düşünmək lazımdır
23 İyun 20:41
Stefan Şennak: Ermənistan mina xəritələrini verməlidir, Ağdama gedib vəziyyəti öz gözlərimlə də görmək istəyirəm
23 İyun 20:39
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 4 məsələ plenar iclasa tövsiyə olunub
23 İyun 20:36
Prezidentin Mətbuat Xidmətinin məlumatı
23 İyun 17:37
İşğaldan azad edilmiş ərazilərimizdə modul tipli daha bir yeni hərbi hissə istifadəyə verilib
23 İyun 17:32
Nərimanov rayonu üzrə “Məktəb hesabatları” dinlənilib
23 İyun 17:30
Sevinc Fətəliyeva: Həqiqətlərin düzgün və şəffaf çatdırılması üçün jurnalistlərə təhlükəsiz şərait yaradılmalıdır
23 İyun 17:27
Parlamentlərarası əməkdaşlıq Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə xidmət edəcək
23 İyun 17:19
“Tələbə baharı” XV ümumrespublika bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırılıb
23 İyun 17:17
QDİƏT Parlament Məclisinin Baş Assambleyasının onlayn formatda iclası keçirilib
23 İyun 17:14
Azərbaycanın xarici işlər naziri Səudiyyə Ərəbistanına rəsmi səfərə yola düşüb
23 İyun 17:07
Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir
23 İyun 17:00
Cəlal Allahverdiyev: Şuşa Bəyannaməsində Qars müqaviləsinə istinad edilməsi tarixi sənədə sadiqliyin nümayişidir
23 İyun 16:52
Baş nazirin müavini: İşğaldan azad edilmiş bütün ərazilərdə keyfiyyətli su təminatı olacaq
23 İyun 16:51
Kamilə Əliyeva: Vətəndaşlarımız təhlükədən yayınmaq üçün Operativ Qərargahın tövsiyələrinə ciddi əməl etməlidirlər
23 İyun 16:43
Azərbaycanda koronavirus infeksiyasından daha 84 nəfər müalicə olunaraq sağalıb
23 İyun 16:33
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Şuşa Bəyannaməsi ilə bağlı konfrans keçirilib
23 İyun 16:23
Şahin Mustafayev: Üçtərəfli İşçi qrupu Ermənistanda yeni hökumət formalaşandan sonra fəaliyyətini davam etdirəcək
23 İyun 16:21
Prezident Vladimir Putin Qarabağda atəşkəsə nail olunmasında Rusiyanın rolunu qeyd edib
23 İyun 16:19
Rüstəm Nağıyev: Bəyannamənin Şuşada imzalanması xüsusi əhəmiyyət daşıyır
23 İyun 16:16
Azərbaycan Dövlət İqtisad Universitetində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib
23 İyun 16:12
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb
23 İyun 16:08
İntihar və intihara cəhd hadisələri ilə əlaqədar Baş Prokurorluqda konfrans keçirilib
23 İyun 16:06
Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin innovasiyalar və kosmik sahədə əməkdaşlığı müzakirə olunub
23 İyun 16:00
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “MILEX-2021” Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində iştirak edir
23 İyun 15:50
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının XII hesabat konfransı keçirilib
23 İyun 15:44
Rusiya paytaxtında Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransı keçirilir
23 İyun 15:38
Təkrar əkinlərə görə subsidiya almaq üçün müraciətlərin qəbuluna başlanılıb
23 İyun 15:32
Şahin Mustafayev: İşğaldan azad olunan ərazilərdə 13 iri çay, 9 su anbarı mövcuddur
23 İyun 15:27
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
23 İyun 15:20
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərinə yekun vurulub
23 İyun 15:14
Prezident İlham Əliyev: Biz bu miqyasda dağıntıdan inkişafa doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik
23 İyun 15:09
Müşfiq Məmmədli: Epidemioloji vəziyyətin yaxşılaşmasına baxmayaraq, vətəndaşlar karantin qaydalarına ciddi riayət etməlidirlər
23 İyun 15:05
Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu göstərdi
23 İyun 15:04
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri bölgədəki vəziyyəti müzakirə ediblər
23 İyun 14:48
Deputat: COVID-19 pandemiyasından uşaqlar daha çox əziyyət çəkirlər
23 İyun 14:31
Antalyaya gedib, Qalaiçini görməmək mümkün deyil
23 İyun 14:27
Azərbaycan ərazisində terror-təxribat cinayətləri törədən erməni silahlı dəstələrinin üzvləri ilə bağlı növbəti məhkəmə iclası keçirilib
23 İyun 14:24
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
23 İyun 14:24
Torpaqlarımızın işğaldan azad olunması 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaradıb
23 İyun 13:55
Təhsil naziri Bakı Ali Neft Məktəbində yaradılan tədris mühitini yüksək qiymətləndirib
23 İyun 13:52
Ankarada görkəmli qazax şairi Mukağali Makatayevin şeirlər kitabının təqdimatı olub
23 İyun 13:48
Hərbi cinayətlərdə ittiham olunan erməni hərbçilərlə bağlı növbəti məhkəmə iclası keçirilib
23 İyun 13:31
Vüsal Qasımlı: Dünya bazarlarının Azərbaycan iqtisadiyyatına təsiri müsbətdir
23 İyun 13:09
AŞPA-nın bir qrup üzvü Ermənistanın bütün mina xəritələrini verməsi ilə bağlı bəyanat yayıb
23 İyun 12:58
Vətən müharibəsindən sonra 100-cü şəhid övladı dünyaya gəlib
23 İyun 12:56
Maliyyə Nazirliyi: Hazırda Dünya Bankından kreditin alınması gündəmdə deyil
23 İyun 12:50
Prezident İlham Əliyev dövlət qulluqçularını təltif edib – SƏRƏNCAM
23 İyun 12:24
Ağdamın işğaldan azad olunmuş ərazilərində su ehtiyatlarının qiymətləndirilməsi ilə əlaqədar iclas keçirilib
23 İyun 12:09
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul edib
23 İyun 12:03
Azərbaycanda əhalinin 19 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib
23 İyun 11:58
Bu gün “Avro-2020”nin qrup mərhələsinə yekun vurulacaq
23 İyun 11:52
Yay məktəbi çərçivəsində məktəblilər üçün ekskursiyalar təşkil olunub
23 İyun 11:46
Sədaqət Vəliyeva: Vaksinasiya olunmaq və Operativ Qərargahın qaydalarına əməl etmək vacibdir
23 İyun 11:37
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açır
23 İyun 11:18
Deputat: Müharibədən 7 ay keçməsinə baxmayaraq, Azərbaycanın “dəmir yumruğu” Ermənistanı hələ də silkələməkdədir
23 İyun 10:51
KOB-ların biznes fəaliyyətlərində üzləşdiyi çətinliklər müzakirə olunub
23 İyun 10:21
Təhsil Nazirliyi: Şagirdlərin dərsliklərə dair fikirləri öyrənilir
23 İyun 10:13
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA