Ana səhifə »  Xəbər lenti »  Azərbaycan dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunmasının tərəfdarıdır
A+   Yenilə  A-
Azərbaycan dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunmasının tərəfdarıdır

Bir ildən artıq müddətdir ki, COVID-19 pandemiyası dünyanı gərgin vəziyyətdə saxlamağa davam edir.  Artıq dünya üzrə 170 milyondan çox insan bu virusa yoluxub ki, onlardan 3 milyondan çoxu həyatını itirib. Bəzi ölkələrdə pandemiya ilə bağlı vəziyyət sözün əsl mənasında kritik həddədir. Sadəcə Hindistanla bağlı nümunəni görmək yəqin ki, dediklərimizin sübutu üçün kifayət edəcəkdir. Hindistanda demək olar ki, hər gün yoluxma və ölüm saylarında rekord sayda artım olur. Artıq rəsmi olaraq təsdiq olunub ki, Hindistanda virusun yeni mutasiyası qeydə alınıb. Virusla bağlı çətinliklərin yaşandığı tək ölkə əlbəttə ki, Hindistan deyil. Dünyanın ən böyük dövlətləri də virusdan əziyyət çəkirlər. Əminliklə demək olar ki, Azərbaycan bu ölkələrdən biri deyil. Hətta tam əksinə, pandemiyanın elan edildiyi ilk günlərdən indiki vaxta qədər onunla mübarizədə fərqlənən, ona qarşı vaxtında və effektiv tədbirlər görən ölkələr sırasında Azərbaycan Respublikası öndə gedir. Vaxtında atılmış addımlar, verilmiş qərarlar bugün Azərbaycanın pandemiya ilə mübarizədə yaxşı mənada seçilməsinin təməlində duran səbəbdir. 

Azərbaycan hökumətinin pandemiya ilə mübarizədə atdığı addımlar dünya üçün etalon təşkil edir. Həm daxildə, həm də xaricdə ölkəmiz əsl peşəkarlıq nümayiş etdirərək, pandemiya ilə mübarizədə “Aərbaycan modeli”ni dünyaya təqdim etdi. Ötən günlərdə baş tutan Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasının bağlanış mərasimindəki çıxışında ölkə başçımız indiyi qədər görülən işlərdən bəhs edərək, gələcək üçün dünya ictimaiyyətinə çağırış etdi. Prezident İlham Əliyevin bu çıxışı Azərbaycanın beynəlxalq dəyərlərə əsaslanan siyasətinin növbəti təcəssümü olaraq yaddaşlara həkk olundu. 

Çıxış bir neçə məqamla əlamətdar olsa da xüsusilə peyvəndləmə mövzusundakı fikirlər diqqətəlayiq idi. Ölkə başçımız ilk olaraq dünya ictimaiyyətinə ölkəmizdə gedən peyvəndləmə ilə bağlı məlumat verərək bildirdi ki, artıq iki milyon doza peyvənd istifadə edilib ki, bu rəqəm də ölkə əhalisinin 20 faizini təşkil edir. Xüsusi olaraq qeyd edək ki, Azərbaycan Cənubi Qafqazda peyvəndləmə prosesinə başlayan ilk ölkədir. Artıq ölkəmizdə 18 yaşdan yuxarı hər bir şəxs könüllü şəkildə peyvənd oluna bilər. 

Hər nə qədər Azərbaycan peyvənd mövzusunda böyük problemlərlə qarşılaşmasa da və ya qarşılaşdığı problemləri həll etmək iqtidarında olsa da, Azərbaycan Prezidenti daim bu məsələdə çətinlik çəkən ölkələri diqqət mərkəzində saxlamış və onların peyvəndlə təmin olunmasında böyük dövlətlərin və beynəlxalq təşkilatların rol oynamalı olduğunu ifadə etmişdir. Bu humanist mövqe ölkə başçımız tərəfindən dəfələrlə nümayiş olunsa da, təəssüf ki, reallıqda bunu müşahidə etmək çox da mümkün olmamışdır. Bəzi böyük dövlətlər öz ölkələrinin və vətəndaşlarının ehtiyacı olduğundan dəfələrlə çox sayda peyvənd əldə etməklə az inkişaf etmiş ölkələrin peyvənd əldə etmək haqlarını əlindən almışdır. Hazırda bütün dünyada, sözün əsl mənasında, ədalətsiz peyvənd bölgüsü hökm sürür. Azərbaycan Prezidentinin sözləri ilə ifadə etsək, “peyvənd millətçiliyi” aparılır. Qeyd edək ki, bunların heç biri iddia deyil, statistik rəqəmlərlə sübut olunan faktlardır. Ona görə də Azərbaycan dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunmasının tərəfdarıdır.

Beləliklə, COVID-19-la mübarizədə qısa müddətdə nəticə əldə edilməsi üçün kütləvi immunitetin yaradılması vacibdir. Bu da əhalinin böyük hissəsinin vaksinasiyası ilə əldə oluna bilər. Hər birimiz anlamalıyıq ki, pandemiya tam aradan qalxmayınca, normallaşma prosesi icra olunmayacaq və maddi itkilər davam edəcəkdir. Buna görə də Azərbaycan Prezidenti Assambleyada çıxışı zamanı inkişaf etmiş ölkələri və aidiyyəti təşkilatları az inkişaf etmiş ölkələrə dəstək olmağa çağırdı. Ümid edirik ki, ən qısa müddətdə az inkişaf etmiş ölkələr və peyvəndlə təminatda problem yaşayan ölkələr peyvəndlə təmin ediləcək və dünya pandemiyadan xilas olacaq. 

Xumarə Familli, 

Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının 

böyük mütəxəssisi

 
  • Oxunub:  2400  |  
  • Tarix:  04-06-2021  |  
  •    Çap et   |  
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir

20 İyun 16:47
Mövlud Çavuşoğlu: Antalya Diplomatiya Forumu səmərəli müzakirələrlə işini başa çatdırıb
20 İyun 16:41
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “Antalya Diplomasi Forumu”nda iştirak edib
20 İyun 14:33
Madriddə Azərbaycan diasporu ilə görüş təşkil edilib
20 İyun 14:08
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Cəlilabad rayonunda keçirilən tədbirdə hər kəs “Təki Vətən sağ olsun!” deyib
20 İyun 14:03
Mövlud Çavuşoğlu: Ümid edirik ki, seçkilərdən sonra Ermənistanın yeni rəhbərliyi əvvəlki səhvlərindən nəticə çıxaracaq
20 İyun 14:00
Ukrayna telekanalı Azərbaycanın işğaldan azad olunmuş əraziləri ilə bağlı xüsusi reportaj yayımlayıb
20 İyun 13:42
XİN: Ermənistanın minaladığı bütün ərazilərin xəritələrini verməkdən imtina etməsi məcburi köçkünlərin geri qayıtmasını ləngidir
19 İyun 18:58
Milli Qəhrəman Mübariz İbrahimovun anım günündə Vətən müharibəsinin biləsuvarlı şəhid zabit və gizirlərinin ailə üzvləri ilə görüş keçirilib
19 İyun 18:37
Azərbaycan Prezidenti İlham Əliyev İranın yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisini təbrik edib
19 İyun 17:51
Bakı və Abşeronda “Kənddən şəhərə” həftəsonu yarmarkaları fəaliyyətə başlayıb
19 İyun 17:34
Azərbaycanda koronavirus infeksiyasından daha 123 nəfər müalicə olunaraq sağalıb
19 İyun 17:06
Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Azərbaycana səfər edəcək
19 İyun 17:05
Sədərək gömrük sərhəd-buraxılış məntəqəsi üçün tikilən kompleksdə işlər tamamlanıb
19 İyun 17:03
Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib
19 İyun 16:18
Könül Nurullayeva: Biz vaksinasiya olunmaqla epidemioloji sabitliyin yaranmasına nail ola bilərik
19 İyun 15:01
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada qabonlu həmkarı ilə görüşüb
19 İyun 14:58
“Anadolu Qartalı - 2021” təliminə hazırlıq məşqləri keçirilib
19 İyun 14:56
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub
19 İyun 13:48
Antalyada Azərbaycanla Rumıniya arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub
19 İyun 13:08
Pakistanın NESPAK şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb
19 İyun 12:40
Azərbaycanın daxili işlər naziri BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi ilə görüşüb
19 İyun 12:32
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib VİDEO
19 İyun 12:28
Antonio Quterreş: Pandemiya bəşəriyyətin ümumi zəif cəhətlərini, qarşılıqlı asılılığını və kollektiv şəkildə hərəkət etməyin mütləq zərurət olduğunu göstərdi
19 İyun 12:04
Azərbaycan xarici işlər naziri Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib
19 İyun 11:59
DSMF sosial təminat sahəsində mötəbər beynəlxalq təşkilatlarla, aidiyyəti xarici qurumlarla əməkdaşlığı genişləndirir
19 İyun 11:57
Azərbaycanın iqtisadi perspektivləri Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın genişlənməsinə əlverişli şərait yaradır
19 İyun 11:51
Vüsal Qasımlı: Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinin böhrana çevik reaksiyasını qiymətləndirib
19 İyun 11:49
2020-2021-ci tədris ili üzrə Azərbaycanda 6500-ə yaxın əcnəbi tələbə təhsil alıb
19 İyun 10:46
Rezidenturaya qəbul olmaq üçün sabah 1738 namizəd imtahan verəcək
19 İyun 10:35
Azərbaycan nefti 74,54 dollara satılır
19 İyun 10:34
Türkiyənin “Zorlu Holding”i Azərbaycanın tekstil sənayesində layihələr icra edəcək
19 İyun 10:05
ADA Universitetində əfqanıstanlı diplomatlar üçün keçirilmiş “Xarici Siyasət Proqramı” uğurla başa çatıb
18 İyun 21:36
Azərbaycan Prezidentinin köməkçisi Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib
18 İyun 20:35
Dövlət Komissiyası Ermənistanın təcavüzü nəticəsində mülki obyektlərə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı məsələləri müzakirə edib
18 İyun 20:25
Böyük Britaniyanın “The Independent” qəzeti Şuşa Bəyannaməsi barədə məqalə yayıb
18 İyun 19:25
Azərbaycan xarici işlər naziri Antalyada iraqlı həmkarı ilə görüşüb
18 İyun 18:55
Antalyada Azərbaycan xarici işlər naziri ilə Türk Şurasının Baş katibi arasında görüş olub
18 İyun 18:49
Milli Məclisin komitə iclasında Niderlandla ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb
18 İyun 18:17
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada somalili həmkarı ilə görüşüb
18 İyun 18:15
Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclasının gündəliyi açıqlanıb
18 İyun 17:52
Azərbaycan ilə Qvineya-Bissau arasındakı əlaqələr müzakirə olunub
18 İyun 17:47
Türkiyə və Azərcaycan qardaşlığı bütün dünyanı heyrətə gətirəcək gücə sahibdir
18 İyun 17:42
Arif Fərzəliyev: Şuşada Türkiyə-Azərbaycan qardaşlığının gələcək uğurlarının təməli qoyuldu
18 İyun 17:41
Əli Həsənov: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini əbədiləşdirdi
18 İyun 17:39
Şahin İsmayılov: Siyasi partiyaların Şuşa Bəyannaməsinə birgə dəstək ifadə etmələri milli həmrəyliyin nümunəsidir
18 İyun 17:33
Abbas Müsəvi: Azərbaycan rayonlarının işğaldan azad edilməsi Tehran ilə Bakı arasında yeni əməkdaşlıq imkanları yaradıb
18 İyun 17:32
Qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir
18 İyun 17:28
Adil Əliyev: Qarabağ münaqişəsinin həlli regiona yeni inkişaf vəd edir
18 İyun 17:16
Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Kosmos” pavilyonunda MDB İqtisadi Şurasının iclası keçirilib
18 İyun 17:11
YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
18 İyun 17:02
Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib
18 İyun 17:01
YAP Göygöl rayon təşkilatı "Azərbacan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir" mövzusunda tədbir keçirib
18 İyun 16:55
Cavanşir Paşazadə: Azərbaycan-Türkiyə birliyi xalqlarımıza yeni-yeni zəfərlər qazandıracaq
18 İyun 16:50
Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyonu ötüb
18 İyun 16:49
Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib
18 İyun 16:44
AŞPA-nın komitə iclasında Azərbaycanın Zəngilanda həyata keçirdiyi “ağıllı kənd” konsepsiyasından danışılıb
18 İyun 16:41
Azərbaycanda koronavirus infeksiyasından daha 148 nəfər müalicə olunaraq sağalıb
18 İyun 16:37
Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti çox böyükdür
18 İyun 16:29
Antalya Diplomatiya Forumu işə başlayıb
18 İyun 16:17
YAP Mingəçevir şəhər təşkilatının nümayəndələri qazi Əli Rzayevin ailəsini ziyarət ediblər
18 İyun 15:59
Milli Məclisin deputatları Fransaya səfər edəcəklər
18 İyun 15:59
“Anadolu Qartalı - 2021” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub
18 İyun 15:58
MEDİA ilə ADA Universitetinin təşkil etdiyi silsilə seminarlara üçüncü qrup media nümayəndələri qoşulublar
18 İyun 15:52
İCESCO və AZƏRTAC media sahəsində Əməkdaşlıq Memorandumu imzalayıb
18 İyun 15:50
Təhsil naziri Təhsil Tələbə Krediti Fondu ilə bağlı sualları cavablandırıb
18 İyun 15:49
İqtisadiyyat Nazirliyi Türkiyə şirkəti ilə anlaşma memorandumu imzalayıb
18 İyun 15:46
İlham İsmayılov: Azərbaycan və Türkiyə Türk dünyasının birliyi üçün lokomativ rolunu öz üzərinə götürür
18 İyun 15:43
Rauf Əliyev: Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra bölgənin yeni inkişaf dövrü başlayıb
18 İyun 14:57
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada xorvatiyalı həmkarı ilə görüşüb
18 İyun 14:39
“Israel HaYom” nəşri: İsraillilər Odlar Yurduna səyahətin maraqlı olacağına əmin ola bilərlər

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA