Ana səhifə »  Xəbər lenti »  Pakistanın Prezidenti Azərbaycan Milli Məclisinin sədrini qəbul edib
A+   Yenilə  A-
Pakistanın Prezidenti Azərbaycan Milli Məclisinin sədrini qəbul edib

İyunun 4-də Pakistan Prezidenti Arif Alvi bu ölkədə rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanı qəbul edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Milli Məclisinin sədrini və parlament nümayəndə heyətini Pakistanda görməkdən məmnunluğunu ifadə edən Pakistan Prezidenti Arif Alvi onun salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Bildirib ki, dost və qardaş ölkələr olan Pakistanla Azərbaycanın münasibətləri strateji müttəfiqlik səviyyəsindədir. Pakistan Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasət yürütməsinə görə indiyədək bu ölkəni tanımayıb. Pakistan Prezidenti Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, qardaş ölkənin öz ərazi bütövlüyünü bərpa etməsi Pakistanda böyük sevinc hissi ilə qarşılanıb. Pakistan həmişə Azərbaycanın haqq işində onun yanında olub və bundan sonra da belə olacaq.

Səmimi qəbul və Azərbaycan haqqında xoş sözlərə görə təşəkkürünü bildirən Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin də salamlarını Pakistan Prezidentinə çatdırıb.

Bu səfərin Milli Məclisin sədri kimi Pakistana ilk rəsmi səfəri olduğunu deyən Sahibə Qafarova burada keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Bildirib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanla Pakistanın bir-birinə qarşılıqlı dəstəyi əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir.

Ölkələrimiz İƏT PA ilə yanaşı, digər beynəlxalq təşkilatlar çərçivəsində də çox səmərəli əməkdaşlıq edirlər. Pakistan Prezidentinin 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının 18-ci Zirvə toplantısı çərçivəsində ölkəmizə səfərini xatırladan spiker diqqətə çatdırıb ki, bu günədək ölkələrimiz arasında müxtəlif sahələrdə imzalanmış hüquqi sənədlər əlaqələrimizin hüquqi bazasını təşkil edir. Bu xüsusda 2015-ci ildə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” xüsusi əhəmiyyət kəsb edir.

Milli Məclisin sədri bildirib ki, iqtisadi və ticari əlaqələrimizin daha da dərinləşdirilməsi üçün geniş imkanlar var. Humanitar sahədə əməkdaşlığın davamlı inkişafına xüsusi diqqət göstərilir. Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda həyata keçirilən sosial-humanitar layihələrə görə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 2015-ci ildə Pakistanın ali ordeni olan "Hilal-e Pakistan" ilə təltif olunub.

2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın şanlı Zəfərindən danışan Sahibə Qafarova bildirib ki, ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi ilə Dağlıq Qarabağ münaqişəsi birdəfəlik tarixə qovuşub.

Xocalı soyqırımını, saysız-hesabsız müharibə cinayətlərini törədən Ermənistan işğalçıları kapitulyasiya aktına imza ataraq acı məğlubiyyətlə barışmalı oldular. Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan torpaqlarını işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal altındakı ərazilərimizdən çıxarılmasına dair 4 qətnaməni özü yerinə yetirib.

Sahibə Qafarova deyib ki, indi isə Ermənistan işğalından azad edilmiş Azərbaycan ərazilərində yeni dövr başlayıb – genişmiqyaslı bərpa və yenidənqurma dövrü. Lakin münaqişə başa çatsa da, bəzi problemlər hələ də qalmaqdadır. Belə ki, Ermənistan işğaldan azad olunmuş ərazilərimizə terrorçu dəstələr göndərir, minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir, sərhədlərin delimitasiyasına mane olur.

Sədr qardaş Pakistan hökuməti və parlamenti tərəfindən Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə verilən qətiyyətli dəstəyə, o cümlədən Pakistan xalqı tərəfindən nümayiş etdirilən mənəvi köməyə görə minnətdarlığını bildirib.

Qeyd edib ki, Pakistan parlamentinin keçmiş Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı barəsində qəbul etdiyi bir sıra qətnamə və bəyanatlar da bu dəstəyin önəmli hissəsidir. Pakistan parlamentinin Vətən müharibəsi dövründə də prinsipial mövqeyini birmənalı şəkildə ifadə etməsi Azərbaycanda yüksək qiymətləndirilir.

Bildirib ki, hər iki ölkənin parlamentində fəal işgüzar əlaqələr saxlayan, müxtəlif məsələlər üzrə dəstəyini ifadə edən dostluq qruplarının fəaliyyət göstərməsi ali qanunverici orqanlarımız arasında əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.

Sonra görüşdə digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Milli Məclisin sədri Sahibə Qafarova qardaş ölkənin Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab təqdim edib və kitabdakı materiallar barədə Pakistan Prezidentinə məlumat verib.

 
  • Oxunub:  3060  |  
  • Tarix:  04-06-2021  |  
  •    Çap et   |  
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir

19 İyun 18:58
Milli Qəhrəman Mübariz İbrahimovun anım günündə Vətən müharibəsinin biləsuvarlı şəhid zabit və gizirlərinin ailə üzvləri ilə görüş keçirilib
19 İyun 18:37
Azərbaycan Prezidenti İlham Əliyev İranın yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisini təbrik edib
19 İyun 17:51
Bakı və Abşeronda “Kənddən şəhərə” həftəsonu yarmarkaları fəaliyyətə başlayıb
19 İyun 17:34
Azərbaycanda koronavirus infeksiyasından daha 123 nəfər müalicə olunaraq sağalıb
19 İyun 17:06
Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Azərbaycana səfər edəcək
19 İyun 17:05
Sədərək gömrük sərhəd-buraxılış məntəqəsi üçün tikilən kompleksdə işlər tamamlanıb
19 İyun 17:03
Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib
19 İyun 16:18
Könül Nurullayeva: Biz vaksinasiya olunmaqla epidemioloji sabitliyin yaranmasına nail ola bilərik
19 İyun 15:01
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada qabonlu həmkarı ilə görüşüb
19 İyun 14:58
“Anadolu Qartalı - 2021” təliminə hazırlıq məşqləri keçirilib
19 İyun 14:56
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub
19 İyun 13:48
Antalyada Azərbaycanla Rumıniya arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub
19 İyun 13:08
Pakistanın NESPAK şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb
19 İyun 12:40
Azərbaycanın daxili işlər naziri BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi ilə görüşüb
19 İyun 12:32
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib VİDEO
19 İyun 12:28
Antonio Quterreş: Pandemiya bəşəriyyətin ümumi zəif cəhətlərini, qarşılıqlı asılılığını və kollektiv şəkildə hərəkət etməyin mütləq zərurət olduğunu göstərdi
19 İyun 12:04
Azərbaycan xarici işlər naziri Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib
19 İyun 11:59
DSMF sosial təminat sahəsində mötəbər beynəlxalq təşkilatlarla, aidiyyəti xarici qurumlarla əməkdaşlığı genişləndirir
19 İyun 11:57
Azərbaycanın iqtisadi perspektivləri Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın genişlənməsinə əlverişli şərait yaradır
19 İyun 11:51
Vüsal Qasımlı: Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinin böhrana çevik reaksiyasını qiymətləndirib
19 İyun 11:49
2020-2021-ci tədris ili üzrə Azərbaycanda 6500-ə yaxın əcnəbi tələbə təhsil alıb
19 İyun 10:46
Rezidenturaya qəbul olmaq üçün sabah 1738 namizəd imtahan verəcək
19 İyun 10:35
Azərbaycan nefti 74,54 dollara satılır
19 İyun 10:34
Türkiyənin “Zorlu Holding”i Azərbaycanın tekstil sənayesində layihələr icra edəcək
19 İyun 10:05
ADA Universitetində əfqanıstanlı diplomatlar üçün keçirilmiş “Xarici Siyasət Proqramı” uğurla başa çatıb
18 İyun 21:36
Azərbaycan Prezidentinin köməkçisi Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib
18 İyun 20:35
Dövlət Komissiyası Ermənistanın təcavüzü nəticəsində mülki obyektlərə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı məsələləri müzakirə edib
18 İyun 20:25
Böyük Britaniyanın “The Independent” qəzeti Şuşa Bəyannaməsi barədə məqalə yayıb
18 İyun 19:25
Azərbaycan xarici işlər naziri Antalyada iraqlı həmkarı ilə görüşüb
18 İyun 18:55
Antalyada Azərbaycan xarici işlər naziri ilə Türk Şurasının Baş katibi arasında görüş olub
18 İyun 18:49
Milli Məclisin komitə iclasında Niderlandla ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb
18 İyun 18:17
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada somalili həmkarı ilə görüşüb
18 İyun 18:15
Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclasının gündəliyi açıqlanıb
18 İyun 17:52
Azərbaycan ilə Qvineya-Bissau arasındakı əlaqələr müzakirə olunub
18 İyun 17:47
Türkiyə və Azərcaycan qardaşlığı bütün dünyanı heyrətə gətirəcək gücə sahibdir
18 İyun 17:42
Arif Fərzəliyev: Şuşada Türkiyə-Azərbaycan qardaşlığının gələcək uğurlarının təməli qoyuldu
18 İyun 17:41
Əli Həsənov: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini əbədiləşdirdi
18 İyun 17:39
Şahin İsmayılov: Siyasi partiyaların Şuşa Bəyannaməsinə birgə dəstək ifadə etmələri milli həmrəyliyin nümunəsidir
18 İyun 17:33
Abbas Müsəvi: Azərbaycan rayonlarının işğaldan azad edilməsi Tehran ilə Bakı arasında yeni əməkdaşlıq imkanları yaradıb
18 İyun 17:32
Qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir
18 İyun 17:28
Adil Əliyev: Qarabağ münaqişəsinin həlli regiona yeni inkişaf vəd edir
18 İyun 17:16
Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Kosmos” pavilyonunda MDB İqtisadi Şurasının iclası keçirilib
18 İyun 17:11
YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
18 İyun 17:02
Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib
18 İyun 17:01
YAP Göygöl rayon təşkilatı "Azərbacan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir" mövzusunda tədbir keçirib
18 İyun 16:55
Cavanşir Paşazadə: Azərbaycan-Türkiyə birliyi xalqlarımıza yeni-yeni zəfərlər qazandıracaq
18 İyun 16:50
Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyonu ötüb
18 İyun 16:49
Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib
18 İyun 16:44
AŞPA-nın komitə iclasında Azərbaycanın Zəngilanda həyata keçirdiyi “ağıllı kənd” konsepsiyasından danışılıb
18 İyun 16:41
Azərbaycanda koronavirus infeksiyasından daha 148 nəfər müalicə olunaraq sağalıb
18 İyun 16:37
Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti çox böyükdür
18 İyun 16:29
Antalya Diplomatiya Forumu işə başlayıb
18 İyun 16:17
YAP Mingəçevir şəhər təşkilatının nümayəndələri qazi Əli Rzayevin ailəsini ziyarət ediblər
18 İyun 15:59
Milli Məclisin deputatları Fransaya səfər edəcəklər
18 İyun 15:59
“Anadolu Qartalı - 2021” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub
18 İyun 15:58
MEDİA ilə ADA Universitetinin təşkil etdiyi silsilə seminarlara üçüncü qrup media nümayəndələri qoşulublar
18 İyun 15:52
İCESCO və AZƏRTAC media sahəsində Əməkdaşlıq Memorandumu imzalayıb
18 İyun 15:50
Təhsil naziri Təhsil Tələbə Krediti Fondu ilə bağlı sualları cavablandırıb
18 İyun 15:49
İqtisadiyyat Nazirliyi Türkiyə şirkəti ilə anlaşma memorandumu imzalayıb
18 İyun 15:46
İlham İsmayılov: Azərbaycan və Türkiyə Türk dünyasının birliyi üçün lokomativ rolunu öz üzərinə götürür
18 İyun 15:43
Rauf Əliyev: Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra bölgənin yeni inkişaf dövrü başlayıb
18 İyun 14:57
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada xorvatiyalı həmkarı ilə görüşüb
18 İyun 14:39
“Israel HaYom” nəşri: İsraillilər Odlar Yurduna səyahətin maraqlı olacağına əmin ola bilərlər
18 İyun 14:17
Fövqəladə hallar naziri Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb
18 İyun 14:10
Anar Məmmədov: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin birliyinin və həmrəyliyinin rəmzidir
18 İyun 14:03
Nüvədi kəndinin sakinləri doğma torpaqlara qayıtmaq hüququnun təmin olunması üçün dünya birliyinə müraciət ediblər
18 İyun 13:59
Antalyada Azərbaycanın xarici işlər naziri ilə Moldovanın Qaqauziya Muxtar Ərazisinin rəhbəri arasında görüş keçirilib
18 İyun 13:51
Ali təhsil müəssisələrində karyera mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi məsələsi müzakirə olunub
18 İyun 12:54
Azərbaycanın xarici işlər naziri Antalyada BMT-nin Baş katibinin köməkçisi ilə görüşüb
18 İyun 12:40
Təhsil tələbə krediti əcnəbi tələbələrə şamil edilməyəcək

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA