Ana səhifə »  Xəbər lenti »  Azərbaycanın Vətən müharibəsində işğaldan azad olunmuş əraziləri müasir yanaşmalar əsasında bərpa edilir
A+   Yenilə  A-
Azərbaycanın Vətən müharibəsində işğaldan azad olunmuş əraziləri müasir yanaşmalar əsasında bərpa edilir

Prezident İlham Əliyev: Mən azad olunmuş əraziləri “yaşıl enerji” zonası elan etmişəm və orada əsasən bərpaolunan enerji mənbələrindən - su, günəş və külək enerjisindən istifadə ediləcək
Postmüharibə mərhələsində Azərbaycanın müəyyənləşdirdiyi əsas məqsədlərdən biri işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Güclü dövlət olan Azərbaycan Böyük Qayıdış planını uğurla və qısa müddətdə həyata keçirmək əzmindədir. Müharibənin başa çatmasından qısa vaxt ötməsinə baxmayaraq, artıq bəhs olunan ərazilərdə bərpa işlərinə və zəruri infrastrukturun yaradılmasına başlanılıb. 28 May - Respublika Günündə xalqımız əlamətdar bir hadisəyə şahidlik etdi. Belə ki, həmin gün işğaldan azad olunan ərazilərimizə növbəti dəfə səfərə gedən Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş Planı təqdim olundu. Səfər çərçivəsində dövlətimizin başçısı Ağdamda tikiləcək ilk yaşayış binasının və bir sıra infrastruktur obyektlərinin, burada yaradılacaq Sənaye Parkının təməlqoyma mərasimlərinə qatılıb və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Beləliklə, Ağdam şəhərinin bərpasına başlanılıb. Şəhərin Baş Planı ilə tanış olan Prezident İlham Əliyev Özünün dəyərli tövsiyələrini verib. Hazırda paralel şəkildə işğaldan azad edilən digər şəhərlərin də bərpa planları üzərində iş aparılır və onlar da yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.
İşğaldan azad edilmiş ərazilərin bərpası zamanı dünyadakı ən yüksək standartlar tətbiq edilir
Məlum olduğu kimi, Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müasirləşməni hədəfləyib. O cümlədən ötən il Vətən müharibəsində işğaldan azad olunan ərazilərimizin bərpası da müasir yanaşmalar əsasında həyata keçirilir. Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə salınacaq kəndlərdə və şəhərlərdə, eləcə də burada yaradılacaq təsərrüfatlarda, istehsal müəssisələrində dünyadakı ən müasir standartların tətbiqi ilə bağlı göstərişlərini verib. Dövlətimizin başçısı Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında Özünün yanaşmasını bir daha diqqətə çatdıraraq deyib: “Şəhərin müasir standartlara, müasir tələblərə uyğun inkişaf planı artıq tam işlənib hazırlanıb. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq”.
İşğaldan azad olunmuş ərazilərimizdə yaşayış məntəqələrinin müasir yanaşmalar əsasında bərpası istiqamətində ilk pilot layihənin icrasına Zəngilan rayonunun Ağalı kəndində başlanıb. Aprelin 26-da Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə Ağalı kəndinin bərpa layihəsinin təməli qoyulub. Pilot layihə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Bu kəndlər ötən il oktyabrın 28-də işğaldan azad edilib və cəmi altı aydan sonra burada bərpa işlərinə start verilib. Layihənin icrası əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Kənddə quraşdırılacaq “Arximed” bərpaedilən enerji qurğusu “Ağıllı kənd”in bütün daxili elektrik enerjisi ehtiyacını ödəyəcək və artıq qalan enerjini xaricə satmaq mümkün olacaq. Ağalıda “Ağıllı kənd” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə “Qiqabit AirPON” texnologiyasından istifadə olunacaq.
Ağdam şəhərinin Prezident İlham Əliyevə təqdim olunan Baş Planı da ən yüksək şəhərsalma standartları nəzərə alınmaqla hazırlanıb. Zamanında Ağdam şəhərinin əhalisi 36 min nəfər olub. Hazırda isə şəhərin əhalisinin sayı 50 mini ötüb. Dövlət başçısının tapşırığına uyğun olaraq, şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb. Baş Plana istinadən demək mümkündür ki, Ağdam yaxın perspektivdə Azərbaycanın böyük sənaye, turizm şəhərlərindən birinə çevriləcək. Burada hər bir aspekt nəzərə alınıb. Yeni konsepsiyaya əsasən, şəhər intensiv, müasir bağlarla əhatə olunacaq. Turistlər və yerli sakinlər şəhərə yaxınlaşanda onun ətrafında ən müasir bağlar görəcəklər. Həmin bağlarda kiçik müəssisələr, turizm obyektləri, 8-12-20 yerlik hotellər yaradıla bilər ki, şəhərə gələn qonaqlar kənara çıxmadan bağ-bağatın içində həmin hotellərdə qala bilsinlər. Şahbulaq şəhər ətrafında ən gözəl, tarixi və görməli yerlərdən biridir. Buna görə də şəhərin kənarı elə qurulub ki, şimala doğru bağlar salına-salına Şahbulaq qalasına və Xaçınçaya, oradan da dövlət başçısının tapşırığına uyğun olaraq yaradılacaq atçılıq zavodunun yerləşəcəyi Eyvazxanbəyli kəndinə qədər uzanacaq. Beləliklə, Ağdama gələn qonaqlar Şahbulağı seyr edə biləcəklər.
Ağdamın bərpası planında “Ağıllı şəhər”in bütün komponentləri nəzərə alınıb. Təqdimat mərasimində bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının UNICEF qurumu “Ağıllı və dayanıqlı şəhərin müddəaları haqqında” kitabça buraxıb. Onun 18 müddəası var. Burada İT şəbəkəsi, turizm və yaşıllıq zonaları, nəqliyyat, ümumiyyətlə bütün cəhətlər vəhdət halında əksini tapıb və Ağdamın bərpasında onların hər biri, o cümlədən də sənaye zonası nəzərə alınacaq. Burada yüksəkmərtəbəli binalar tikiləcək. Bütövlükdə, Ağdamda 1750 fərdi ev, 23 min mənzil olacaq. Ən sıx yeri mərkəz təşkil edəcək. Şəhərin tarixi mərkəzi bərpa olunacaq, istirahət zonaları, açıq səma altında İşğal muzeyi yaradılacaq. Ağdam məscidinin qarşı tərəfində şəhərin tarixi memarlığına uyğun şəkildə məhəllə yaradılacaq. Baş Plana uyğun olaraq, həmçinin ağdamlıların böyük xatirəsi olan “Fərhad Bisütun dağını çapır” heykəl kompozisiyasının bərpası da nəzərdə tutulub. Şəhərdə çoxlu parklar salınacaq. Dövlət başçısının tapşırığına uyğun olaraq Ağdamda elektriklə işləyən yeni tramvay xətlərinin yaradılması da nəzərdə tutulub. Layihəyə əsasən, tramvaylar relslər olmadan təkərlər üzərində hərəkət edəcəklər. Qeyd olunan bütün bu amillər “Dayanıqlı şəhər”, “Ağıllı şəhər” prinsiplərini özündə ehtiva edir.
Qarabağ ərazisində 10-dan çox su elektrik stansiyasının yaradılması nəzərdə tutulub
Hazırda bəzi ölkələrdə yanacaq-enerji balansının bir hissəsi mövcuddur, digər hissəsi isə idxal edilir. Azərbaycan isə özünün enerji müstəqilliyini tam təmin edib ki, bu da böyük nailiyyətdir. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində üç onillik ərzində işğal altında qalan torpaqların azad edilməsi ilə respublikamızın alternativ və bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalını artırmaq imkanları daha da genişlənib. Bu da onunla bağlıdır ki, işğaldan azad edilən ərazilərdə elektrik enerjisi istehsalı üçün mənbələr kifayət qədər çoxdur. Hazırda özünün daxili tələbatını tam şəkildə yerli istehsal hesabına ödəyən Azərbaycan müəyyən həcmlərdə elektrik enerjisini xarici ölkələrə ixrac edir və bundan on milyonlarla dollar gəlir götürür. İşğaldan azad edilmiş ərazilərdəki zəngin enerji resurslarından istifadə etməklə ölkəmiz enerji ixracını daha da artıracaq. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələrindəki çıxışında və tədbirdə Ona ünvanlanan sualların cavablarında işğaldan azad edilən ərazilərin “yaşıl zona” elan edildiyini bir daha nəzərə çatdıraraq vurğulayıb: “Mən azad olunmuş əraziləri “yaşıl enerji” zonası elan etmişəm və orada əsasən bərpaolunan enerji mənbələrindən - su, günəş və külək enerjisindən istifadə ediləcək”.
Qeyd edək ki, Vətən müharibəsində işğaldan azad olunan ərazilərimizdə vaxtilə bir sıra su elektrik stansiyaları fəaliyyət göstərib. Mənfur düşmən torpaqlarımızı işğal altında saxladığı üç onillik ərzində bu stansiyalardan istifadə edib. Ancaq işğalçı Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində, demək olar ki, bütün bu su elektrik stansiyalarını dağıdıb, avadanlığı buradan çıxarıb, stansiyaların binalarına da ciddi ziyan vurub. Məsələn, təkcə Laçın rayonunun ərazisində 5 su elektrik stansiyası sıradan çıxarılıb. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyasının yenidən qurulmasına ehtiyac var. Azərbaycan işğaldan azad edilən ərazilərə Böyük Qayıdış planına uyğun olaraq düşmən tərəfindən dağıdılmış stansiyaları yenidən qurmaq niyyətindədir. Artıq bu istiqamətdə ilk addımlar atılıb. Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərə son səfərləri çərçivəsində Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak edib. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Azərbaycan, həmçinin “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı İran İslam Respublikası ilə razılığa gəlib və layihənin icrası yaxın vaxtlarda təmin ediləcək. Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərdəki bərpa olunan enerji mənbələrindən səmərəli istifadə edilməsi ilə bağlı ölkəmizin perspektiv planları barədə ətraflı məlumat verib. “Mənim Qarabağ və “yaşıl zona” barədə dediklərim bəyanat deyil, plandır və bu plan artıq icra mərhələsindədir. İşğaldan azad edilmiş ərazilərdə - Laçın rayonunda ilk su elektrik stansiyasının açılışı bir neçə ay bundan əvvəl oldu. Ərazilər işğaldan azad olunandan 3-4 ay sonra Mən artıq orada idim, düyməni basdım və biz başladıq. Biz Qarabağ ərazisində 10-dan çox su elektrik stansiyası yaratmağı planlaşdırırıq”, - deyə dövlətimizin başçısı bildirib.
Əlamətdar haldır ki, işğaldan azad olunan torpaqlarda qurulacaq enerji obyektləri də SCADA sistemi vasitəsilə məsafədən idarə olunacaq. Qeyd edək ki, artıq respublikamızda SCADA layihəsinin birinci mərhələsi başa çatıb və sistem sınaqdan keçirilib.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  3600  |  
  • Tarix:  04-06-2021  |  
  •    Çap et   |  
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir

19 İyun 13:48
Antalyada Azərbaycanla Rumıniya arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub
19 İyun 13:08
Pakistanın NESPAK şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb
19 İyun 12:40
Azərbaycanın daxili işlər naziri BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi ilə görüşüb
19 İyun 12:32
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib VİDEO
19 İyun 12:28
Antonio Quterreş: Pandemiya bəşəriyyətin ümumi zəif cəhətlərini, qarşılıqlı asılılığını və kollektiv şəkildə hərəkət etməyin mütləq zərurət olduğunu göstərdi
19 İyun 12:04
Azərbaycan xarici işlər naziri Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib
19 İyun 11:59
DSMF sosial təminat sahəsində mötəbər beynəlxalq təşkilatlarla, aidiyyəti xarici qurumlarla əməkdaşlığı genişləndirir
19 İyun 11:57
Azərbaycanın iqtisadi perspektivləri Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın genişlənməsinə əlverişli şərait yaradır
19 İyun 11:51
Vüsal Qasımlı: Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinin böhrana çevik reaksiyasını qiymətləndirib
19 İyun 11:49
2020-2021-ci tədris ili üzrə Azərbaycanda 6500-ə yaxın əcnəbi tələbə təhsil alıb
19 İyun 10:46
Rezidenturaya qəbul olmaq üçün sabah 1738 namizəd imtahan verəcək
19 İyun 10:35
Azərbaycan nefti 74,54 dollara satılır
19 İyun 10:34
Türkiyənin “Zorlu Holding”i Azərbaycanın tekstil sənayesində layihələr icra edəcək
19 İyun 10:05
ADA Universitetində əfqanıstanlı diplomatlar üçün keçirilmiş “Xarici Siyasət Proqramı” uğurla başa çatıb
18 İyun 21:36
Azərbaycan Prezidentinin köməkçisi Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib
18 İyun 20:35
Dövlət Komissiyası Ermənistanın təcavüzü nəticəsində mülki obyektlərə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı məsələləri müzakirə edib
18 İyun 20:25
Böyük Britaniyanın “The Independent” qəzeti Şuşa Bəyannaməsi barədə məqalə yayıb
18 İyun 19:25
Azərbaycan xarici işlər naziri Antalyada iraqlı həmkarı ilə görüşüb
18 İyun 18:55
Antalyada Azərbaycan xarici işlər naziri ilə Türk Şurasının Baş katibi arasında görüş olub
18 İyun 18:49
Milli Məclisin komitə iclasında Niderlandla ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb
18 İyun 18:17
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada somalili həmkarı ilə görüşüb
18 İyun 18:15
Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclasının gündəliyi açıqlanıb
18 İyun 17:52
Azərbaycan ilə Qvineya-Bissau arasındakı əlaqələr müzakirə olunub
18 İyun 17:47
Türkiyə və Azərcaycan qardaşlığı bütün dünyanı heyrətə gətirəcək gücə sahibdir
18 İyun 17:42
Arif Fərzəliyev: Şuşada Türkiyə-Azərbaycan qardaşlığının gələcək uğurlarının təməli qoyuldu
18 İyun 17:41
Əli Həsənov: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini əbədiləşdirdi
18 İyun 17:39
Şahin İsmayılov: Siyasi partiyaların Şuşa Bəyannaməsinə birgə dəstək ifadə etmələri milli həmrəyliyin nümunəsidir
18 İyun 17:33
Abbas Müsəvi: Azərbaycan rayonlarının işğaldan azad edilməsi Tehran ilə Bakı arasında yeni əməkdaşlıq imkanları yaradıb
18 İyun 17:32
Qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir
18 İyun 17:28
Adil Əliyev: Qarabağ münaqişəsinin həlli regiona yeni inkişaf vəd edir
18 İyun 17:16
Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Kosmos” pavilyonunda MDB İqtisadi Şurasının iclası keçirilib
18 İyun 17:11
YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
18 İyun 17:02
Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib
18 İyun 17:01
YAP Göygöl rayon təşkilatı "Azərbacan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir" mövzusunda tədbir keçirib
18 İyun 16:55
Cavanşir Paşazadə: Azərbaycan-Türkiyə birliyi xalqlarımıza yeni-yeni zəfərlər qazandıracaq
18 İyun 16:50
Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyonu ötüb
18 İyun 16:49
Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib
18 İyun 16:44
AŞPA-nın komitə iclasında Azərbaycanın Zəngilanda həyata keçirdiyi “ağıllı kənd” konsepsiyasından danışılıb
18 İyun 16:41
Azərbaycanda koronavirus infeksiyasından daha 148 nəfər müalicə olunaraq sağalıb
18 İyun 16:37
Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti çox böyükdür
18 İyun 16:29
Antalya Diplomatiya Forumu işə başlayıb
18 İyun 16:17
YAP Mingəçevir şəhər təşkilatının nümayəndələri qazi Əli Rzayevin ailəsini ziyarət ediblər
18 İyun 15:59
Milli Məclisin deputatları Fransaya səfər edəcəklər
18 İyun 15:59
“Anadolu Qartalı - 2021” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub
18 İyun 15:58
MEDİA ilə ADA Universitetinin təşkil etdiyi silsilə seminarlara üçüncü qrup media nümayəndələri qoşulublar
18 İyun 15:52
İCESCO və AZƏRTAC media sahəsində Əməkdaşlıq Memorandumu imzalayıb
18 İyun 15:50
Təhsil naziri Təhsil Tələbə Krediti Fondu ilə bağlı sualları cavablandırıb
18 İyun 15:49
İqtisadiyyat Nazirliyi Türkiyə şirkəti ilə anlaşma memorandumu imzalayıb
18 İyun 15:46
İlham İsmayılov: Azərbaycan və Türkiyə Türk dünyasının birliyi üçün lokomativ rolunu öz üzərinə götürür
18 İyun 15:43
Rauf Əliyev: Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra bölgənin yeni inkişaf dövrü başlayıb
18 İyun 14:57
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada xorvatiyalı həmkarı ilə görüşüb
18 İyun 14:39
“Israel HaYom” nəşri: İsraillilər Odlar Yurduna səyahətin maraqlı olacağına əmin ola bilərlər
18 İyun 14:17
Fövqəladə hallar naziri Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb
18 İyun 14:10
Anar Məmmədov: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin birliyinin və həmrəyliyinin rəmzidir
18 İyun 14:03
Nüvədi kəndinin sakinləri doğma torpaqlara qayıtmaq hüququnun təmin olunması üçün dünya birliyinə müraciət ediblər
18 İyun 13:59
Antalyada Azərbaycanın xarici işlər naziri ilə Moldovanın Qaqauziya Muxtar Ərazisinin rəhbəri arasında görüş keçirilib
18 İyun 13:51
Ali təhsil müəssisələrində karyera mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi məsələsi müzakirə olunub
18 İyun 12:54
Azərbaycanın xarici işlər naziri Antalyada BMT-nin Baş katibinin köməkçisi ilə görüşüb
18 İyun 12:40
Təhsil tələbə krediti əcnəbi tələbələrə şamil edilməyəcək
18 İyun 12:35
Deputat: Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır
18 İyun 12:27
Leyla Abdullayeva: Beynəlxalq insan hüquqları təşkilatlarını üçtərəfli Bəyanatın həyata keçirilməsini dəstəkləməyə çağırırıq
18 İyun 12:14
“ASAN xidmət”lə Asiya İnkişaf Bankı arasında əlaqələr genişləndirilir
18 İyun 12:13
Azərbaycan ilə Türkiyə arasında gənclərlə iş və idman sahələrində əməkdaşlıq genişləndirilir
18 İyun 12:03
Tələbə krediti 2 qrupa bölünəcək
18 İyun 11:53
Təhsil naziri: Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi illik təhsil haqqından çox olmayacaq
18 İyun 11:51
Müstəqilliyimizin əbədiləşdiyi gün
18 İyun 11:44
Pakistanlı ekspert: Şuşa Bəyannaməsi regional əməkdaşlığın genişləndirilməsi baxımından ən yaxşı təşəbbüsüdür
18 İyun 11:42
Xarici ölkənin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxs məsuliyyətə cəlb olunub
18 İyun 11:30
Tələbə təhsil krediti verilərkən tələbənin topladığı bal nəzərə alınacaq
18 İyun 11:28
Şuşa Bəyannaməsi ölkəmizdəki siyasi birliyi daha da möhkəmləndirəcək

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+29 +34
gecə+22 +25