Ana səhifə »  Xəbər lenti »  Azərbaycanla Çin və Avropa İttifaqı arasında əlaqələr yüksələn xətlə inkişaf edir
A+   Yenilə  A-
Azərbaycanla Çin və Avropa İttifaqı arasında əlaqələr yüksələn xətlə inkişaf edir

Çinin və Avropa İttifaqının rəhbərlərinin eyni gündə Azərbaycan Prezidenti ilə təmas qurmaları ölkəmizin regionda liderliyinə və qlobal siyasətdə əhəmiyyətinə verilən yüksək qiymətin təzahürüdür
Özünün ardıcıl səciyyə daşıyan siyasətini milli maraqlar üzərində quran Azərbaycanın regional və qlobal əməkdaşlığın möhkəmlənməsinə verdiyi sanballı töhfələr beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Bunu ayrı-ayrı güc mərkəzlərinin və nüfuzlu beynəlxalq təşkilatların ölkəmizlə əməkdaşlıq əlaqələrinin inkişafına böyük önəm vermələri də əyani şəkildə təsdiqləyir. Xəbər verildiyi kimi, iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı baş tutub. Eyni gündə iki qlobal güc mərkəzinin Azərbaycan Prezidenti ilə təmas qurması ölkəmizin regionda liderliyinə və qlobal siyasətdə əhəmiyyətinə verilən qiymətin təzahürüdür.
Məlum olduğu kimi, Azərbaycan son illərdə Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin müasir standartlar səviyyəsində yenidən qurulmasına və hər iki marşrutun funksionallığının artmasına hesablanan tədbirlərin reallaşdırılmasına böyük həcmlərdə investisiyalar yönəldib. Bunun nəticəsidir ki, hazırda respublikamız Avrasiyanın çox güclü tranzit hablarından birinə çevrilib. Azərbaycanın 500 milyard dollar həcmində ticarət dövriyyəsi olan Çinlə Avropa İttifaqı arasında mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməsi ölkəmiz və sözügedən iki qlobal güc arasında əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan-Çin əlaqələrini yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirmək mümkündür
Son illərdə qlobal müstəvidə cərəyan edən proseslərdə Çinin artan rolu aydın görünür. Bu ölkə qlobal güc mərkəzlərindən, yeni dünya düzənində aparıcı qüvvələrdən birinə çevrilməkdədir. Deyilənlər kontekstində Azərbaycan-Çin əlaqələrinin inkişafı da mühüm əhəmiyyət daşıyır.
Azərbaycan ötən əsrin doxsanıncı illərinin əvvəllərində dövlət müstəqilliyi qazandıqdan sonra Çin Xalq Respublikası ilə əlaqələr qurub və ötən dövrdə bu ölkə ilə müxtəlif istiqamətlərdə, o cümlədən də siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində uğurlu əməkdaşlıq əlaqələri yaradıb. İki ölkə arasında yüksəksəviyyəli siyasi dialoqun təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin mart ayında ÇXR-ə rəsmi səfəri ilə qoyulub. Sonrakı mərhələdə bu münasibətlər Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilib və ikitərəfli əlaqələrimiz keyfiyyətcə yeni mərhələyə yüksəlib. Bu gün Azərbaycan-Çin əlaqələrini dostluq və qarşılıqlı etimada əsaslanan, yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirmək mümkündür.
Bunlarla yanaşı, Azərbaycan Prezidentinin ÇXR-ə 2015-ci il dekabrın 8-11-də dövlət səfəri, 2019-cu il aprelin 24-27-də “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə gəlməsi ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayıb. Dövlət başçımızın 2019-cu ildə ÇXR-ə səfəri zamanı Si Cinpinlə görüşdə Çin rəhbərinin ifadə etdiyi “Cənab Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram” fikri Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyətinə, qlobal siyasətdə yerinə və roluna verilən önəmli qiymət, ölkəmizin rəhbərinə olan inam və etimadın təzahürüdür.
Sadalananlardan əlavə, Azərbaycan və Çin beynəlxalq platformalarda bir-birinin milli maraqları üçün müstəsna əhəmiyyət daşıyan məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər. Belə ki, Azərbaycan Çinin “Vahid Çin” siyasətini, Çin isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyir. ÇXR-in sədri Si Cinpin Çin-Azərbaycan münasibətlərinin yeni tarixi mərhələnin astanasında olduğu, hər iki ölkənin ənənəvi dostluğu inkişaf etdirməsi, əməkdaşlığı dərinləşdirməsi və qarşılıqlı dəstəyi artırması, habelə Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğu və Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyi barədə ifadə etdiyi fikirlər çox doğru olaraq respublikamızın regionda və dünyada nüfuzu və önəminin artmasına verilən qiymət kimi dəyərləndirilir. Vurğulamaq gərəkdir ki, 2013-cü ildə Çin Xalq Respublikası tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsü ikitərəfli münasibətlərin genişləndirilməsinə və dərinləşməsinə yeni imkanlar yaradıb. Respublikamız “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşdırılmasında vacib tərəfdaşlardan birinə çevrilib. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olaraq, reallaşdırdığı irimiqyaslı nəqliyyat-infrastruktur layihələri ilə bu təşəbbüsün həyata keçirilməsinə öz əhəmiyyətli töhfəsini verib. O cümlədən ölkəmizin moderatorluğu ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Azərbaycan liderlik keyfiyyəti nümayiş etdirərək Xəzər sahilində ən böyük ticarət limanı inşa edib. Azərbaycanın bəhs olunan bütün bu layihələrlə, həmçinin yeni yaradılacaq Zəngəzur dəhlizi vasitəsilə Avrasiya və Trans-Xəzər Şərq-Qərb Nəqliyyat Dəhlizini formalaşdırması və bununla da Çindən Qərbə yükdaşımalar üçün qısa və əlverişli alternativ marşrut təqdim etməsi strateji önəm daşıyır. Azərbaycanın yaratdığı yeni reallıqlar regionun bütün ölkələrinin maraqlarına və onların iqtisadi əlaqələrinin inkişafına yeni imkanlar açıb. Deyilənlər kontekstində Ermənistanın özü də ağıllı siyasət yürüdəcəyi təqdirdə bu imkanlardan yararlana bilər.
ÇXR-in rəhbəri Si Cinpinin Çin şirkətlərinin Azərbaycana investisiya qoyuluşunu daha da təşviq etməyə, infrastruktur layihələri çərçivəsində əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildirməsi güclü iqtisadi inkişafa, əlverişli investisiya mühitinə malik olan Azərbaycana getdikcə artan marağın ifadəsidir. Qeyd edək ki, Azərbaycanla Çin arasında iqtisadi əlaqələr, ticarət dövriyyəsi getdikcə daha da genişlənir. Hazırda respublikamızda Çinin çoxsaylı şirkətləri müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər. Bu ölkənin “Huawey” şirkəti işğaldan azad olunmuş ərazilərdə mühüm layihələrin icrasına cəlb olunub.
Çin liderinin öz ölkəsinin Azərbaycandan yüksəkkeyfiyyətli xüsusi məhsulları idxal etmək niyyətində olduğunu vurğulaması da diqqətəlayiq məqamdır. Bu ona dəlalət edir ki, respublikamızın keyfiyyətli məhsul ixracı potensialı yüksəkdir və Çin kimi böyük dövlətlər də ölkəmizdən müxtəlif malların idxalına maraq göstərirlər.
Daha bir mühüm məqam ondan ibarətdir ki, Azərbaycanla Çin arasında hər iki tərəfin xoş niyyətinə əsaslanan münasibətlər bir sıra çətinliklərlə müşayiət olunan qlobal pandemiya şəraitində inkişaf edib. Pandemiya dövründə Çin respublikamıza bir sıra məsələlərdə öz dəstəyini göstərib. O cümlədən çinli mütəxəssislər respublikamıza gələrək pandemiya ilə mübarizədə iştirak ediblər. Çin dünyada vaksin çatışmazlığı şəraitində respublikamıza yüksəkkeyfiyyətli peyvəndlər göndərib.
Qlobal güc mərkəzi olan Avropa İttifaqı Azərbaycanın ən vacib tərəfdaşlarından biridir
Azərbaycanın beynəlxalq nüfuzunun artması baxımından ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin intensivləşməsi də diqqət çəkir. Bu gün qlobal güc mərkəzi olan Avropa İttifaqı Azərbaycanın ən vacib tərəfdaşlarından biridir. İndiyədək respublikamız Aİ-yə üzv dövlətlərin üçdəbir hissəsi ilə Strateji Tərəfdaşlıq adlanan sənədləri və bəyannamələri imzalayıb. Ölkəmizin ticarət dövriyyəsinin yarısından çoxu Aİ-nin payına düşür. Avropa İttifaqı həmişə Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi qəbul edib və ölkəmizlə əlaqələrin inkişafına dəstək verib. Azərbaycanın qurumla Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlığı uğurla davam edir. Ölkəmizlə Aİ arasında ikitərəfli saziş imzalanıb.
Məlumdur ki, Avropa İttifaqı daim balanslı siyasət həyata keçirir. Qurum ötən il 44 günlük müharibə zamanı da özünün balanslaşdırılmış siyasətinə sadiq qaldı. Ermənistanın baş naziri N.Paşinyanın Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidentinə zəng etməsi bunun bariz nümunəsi sayıla bilər. Əlbəttə, burada Fransa istisna təşkil edir. Bu ölkə müharibə dövründə açıq-aşkar ermənipərəst mövqe tutdu və işğalçı Ermənistana havadarlıq etdi.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Prezident İlham Əliyevlə telefon danışığında qurumun Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirməsi də mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Avropa İttifaqı münaqişələrin tənzimlənməsi və sülh yaradılmasında (Balkanlar), xüsusilə minadan təmizləmə sahəsində böyük təcrübəyə malikdir. Vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələrində Avropa İttifaqının postmüharibə mərhələsində regionda əlaqələrin tənzimlənməsinə töhfə vermək imkanlarının olduğu fikrini diqqətə çatdırıb. Dövlətimizin başçısı bildirib ki, Avropa İttifaqı regionda münaqişədən sonrakı inkişafda çox mühüm rol oynaya bilər, çünki Cənubi Qafqazın üç ölkəsi ilə Avropa İttifaqının çox geniş əməkdaşlıq gündəliyi var.
İndiyədək Avropa İttifaqı ilə Azərbaycan birgə iqtisadi layihələrdə fəal əməkdaşlıq ediblər. Aİ həmişə Azərbaycanın transmilli şirkətlərlə reallaşdırdığı enerji layihələrinə dəstək göstərib. Öz növbəsində, Azərbaycan Avropanın enerji xəritəsini dəyişən, qoca qitənin enerji təhlükəsizliyinə mühüm töhfələr verən ölkədir. Respublikamızın moderatorluğu ilə yaradılan Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin ötən ilin dekabr ayında tamamlanmasından sonra Xəzərin Azərbaycan sektorundan çıxarılan “mavi yanacaq” Avropa ölkələrinə çatdırılır.
Avropa İttifaqı öz siyasətində narkotranzit, ekstremizm, terrorizm, qanunsuz miqrasiya kimi məsələlərə də xüsusi həssaslıqla yanaşır. Azərbaycan bu kimi məsələlərdə də Aİ ilə etibarlı tərəfdaş qismində çıxış edir. Şərqlə Qərbin birləşməsində yerləşən Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə bu bölgədən keçən narkotrafik marşrutu nəzarətə götürülüb. Ümumiyyətlə, istər qanunsuz miqrasiya, istərsə də terrorizm və ekstremizmlə mübarizə istiqamətində Azərbaycanın önəmli rol oynaması Aİ üçün böyük əhəmiyyət daşıyır. Mərkəzi Asiya ölkələri ilə əlaqələri inkişaf etdirmək istəyən Aİ üçün bu məsələdə Azərbaycanın, xüsusilə ölkəmizin nəqliyyat-logistika imkanlarının önəmi kifayət qədər böyükdür.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  1980  |  
  • Tarix:  04-06-2021  |  
  •    Çap et   |  
Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar

14 İyun 21:10
Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton ilə telefon danışığı olub
14 İyun 21:02
Brüsseldə Türkiyə və ABŞ prezidentləri arasında görüş keçirilib
14 İyun 21:01
Milli Qurtuluş Günü ədliyyə orqanlarında qeyd olunub
14 İyun 21:00
Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində əməkdaşlığı genişləndirir
14 İyun 20:53
Azərbaycan ilə Monqolustan arasında çoxtərəfli formatlarda əməkdaşlıq uğurla həyata keçirilir
14 İyun 20:49
Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır
14 İyun 20:40
YAP Göyçay rayon təşkilatı “Tarixi qələbəyə gedən yol qurtuluşdan başlayır” adlı videokonfrans keçirib
14 İyun 20:34
YAP Bərdə rayon təşkilatında “Qurtuluşdan qələbəyə” adlı təqdimat mərasimi keçirilib
14 İyun 20:28
YAP Şəmkir rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
14 İyun 20:14
Mingəçevirdə “Ümummilli Lider Heydər Əliyev milli qurtuluşumuzun müəllifidir” mövzusunda videokonfrans keçirilib
14 İyun 20:11
Bakı Slavyan Universitetində tədbir: Əsrə bərabər gün
14 İyun 20:09
“Xilaskarlıq missiyası”
14 İyun 19:05
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
14 İyun 18:56
Binəqədi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan-zəfərə” mövzusunda tədbir keçirilib
14 İyun 18:50
Fəxrəddin Vəliyev: Ulu Öndər Heydər Əliyevin adı tariximizə böyük xilaskar kimi düşüb
14 İyun 18:46
Ağdaşda “Qurtuluşdan başlanan yol” adlı konfrans keçirilib
14 İyun 17:49
Adil Əliyev: Milli Qurtuluş Günü ölkəmizin parçalanmasının qarşısının alınmasının başlanğıc tarixidir
14 İyun 17:46
YAP Gəncə şəhər təşkilatında Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib
14 İyun 17:40
BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni layihələrlə xeyli genişlənib
14 İyun 17:34
Milli Məclis deputatları Moskva şəhərinə səfər edəcəklər
14 İyun 17:33
YAP Hacıqabul rayon təşkilatı "Azərbaycanın tarixi qələbəsi Heydər Əliyev siyasətinin uğurudur" mövzusunda videokonfrans keçirib
14 İyun 17:32
Səfir: Norveç bölgədə sülhün və sabitliyin tərəfdarıdır
14 İyun 17:28
Gədəbəydə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
14 İyun 17:22
YAP Qaradağ rayon təşkilatı Qaradağ rayon İcra Hakimiyyəti ilə birgə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirib
14 İyun 17:20
Pərvin Kərimzadə: Milli Qurtuluş Günü dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb
14 İyun 17:18
Şahin İsmayılov: Ölkəmiz qlobal proseslərə kifayət qədər böyük töhvələr verir
14 İyun 17:15
Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub
14 İyun 17:09
Azərbaycan və Qazaxıstan parlamentlərarası dostluq qruplarının onlayn görüşü keçirilib
14 İyun 16:54
Umayra Tağıyeva: Təbiət istifadəçilərini təbiəti, ətraf mühiti tullantılarla çirkləndirməməyə çağırıram
14 İyun 15:57
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü qeyd edilib
14 İyun 15:56
“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başlayıb
14 İyun 15:51
YAP Qubadlı rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə videoformatda tədbir keçirib
14 İyun 15:31
Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis edilib
14 İyun 15:24
Yevlaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
14 İyun 15:13
Təhsil naziri “Son zəng” tədbirində iştirak edib
14 İyun 15:02
Təhsil İnstitutu Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq edəcək
14 İyun 14:59
YAP Sumqayıt şəhər təşkilatında şəhid Kərim Əhmədəliyevin xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
14 İyun 14:54
YAP Cəbrayıl rayon təşkilatı Milli Qurtuluş Günü münasibətilə videokonfrans keçirib
14 İyun 14:52
“Azərbaycanla qürur duyuruq”
14 İyun 14:43
Təhsil nazirinin müavini: 2020-2021-ci tədris ili uğurlarla yadda qaldı
14 İyun 14:27
Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi təsis ediləcək
14 İyun 14:25
Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş jurnalistlər və yerli icra hakimiyyətinin nümayəndəsi təltif edilib - SƏRƏNCAM
14 İyun 14:21
YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib
14 İyun 14:20
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
14 İyun 14:04
YAP Mərkəzi Aparatında 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” adlı gənc rəssamların sənət sərgisi keçirilib
14 İyun 14:02
Suraxanı rayonunda şəhid İsa Məmmədovun məzarı ziyarət olunub
14 İyun 13:28
Ömər Eldarov: Azərbaycan xalqı üçün əlamətdar günlərə həsr olunmuş sərgilərin təşkili ənənə halı alıb
14 İyun 12:59
Azərbaycandan keçməklə Potidən Daşkəndə ilk konteyner blok qatarı yola düşüb
14 İyun 12:56
“ASAN İmza” və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Elektron imza üzrə Avropa Forumunda təqdim edilib
14 İyun 12:39
Suraxanı rayonunda şəhid Məhəmməd İsmayılzadənin xatirəsinə inşa edilmiş bulağın açılışı olub
14 İyun 12:28
Bakı Ali Neft Məktəbinin Layihə İdarəetmə Məktəbinin növbəti məzun buraxılışı olub
14 İyun 12:22
Ombudsman: Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, ərazilərin bərpası prosesini də ləngidir
14 İyun 12:14
Tahir Budaqov: Milli qurtuluşdan başlayan yol milli tərəqqiyə yol açdı
14 İyun 12:09
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: Ermənistan təcavüzə görə özünün məsuliyyətini inkar edir
14 İyun 11:56
Daimi nümayəndəlikdə 15 İyun-Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
14 İyun 11:53
15 İyun Milli Qurtuluş Günü tarixə Azərbaycanın xilası günü kimi daxil olub
14 İyun 11:42
Deputat: Türkiyə Prezidentinin ölkəmizə səfəri Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirəcək
14 İyun 11:31
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib
14 İyun 11:20
Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində döyüşmüş livanlı muzdlu terrorçu 20 il müddətinə azadlıqdan məhrum edilib
14 İyun 10:44
YAP Suraxanı rayon təşkilatının nümayəndələri Gülərin 8 yaşını təbrik etmişlər
14 İyun 10:41
YAP Göygöl rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
14 İyun 10:27
Milli Kitabxana növbəti virtual sərgini Milli Qurtuluş Gününə həsr edib
14 İyun 10:15
Azərbaycan məktəblərində 84 min 69 şagird XI sinfi bitirir
14 İyun 09:19
Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” çalınır
14 İyun 09:11
Bu gün futbol üzrə Avropa çempionatında daha üç oyun keçiriləcək
13 İyun 18:46
Xəzər Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvləri bəyanatla çıxış ediblər
13 İyun 18:17
Hikmət Hacıyev: Xarici diplomatlarla buradan bir neçə ildən sonra müasir Ağdam şəhərinə qayıtmaq arzusu ilə ayrılırıq
13 İyun 18:14
Heydər Əliyev Mərkəzinin üzərində “Avro-2020”nin iştirakçıları ilə bağlı görüntülər nümayiş etdirilib
13 İyun 17:23
Xarici diplomatlara Ağdamda aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verilib
13 İyun 16:32
Seyid Abbas Musəvi: Çox təəssüf edirəm ki, bu cür cənnət kimi yerlər viran qoyulub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA