Ana səhifə »  Xəbər lenti »  Pakistan Senatında və Milli Assambleyasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş olub
A+   Yenilə  A-
Pakistan Senatında və Milli Assambleyasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş olub

İyunun 3-də Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikasının Senatında və Milli Assambleyasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sahibə Qafarova görüşü açaraq Azərbaycan parlament nümayəndə heyətinin Pakistana səfərini, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransında iştirakını, orada müzakirə olunan məsələləri yüksək dəyərləndirib, rəsmi səfər çərçivəsində keçirilən görüşlərdən məmnunluğunu ifadə edib. Bildirilib ki, ilk dəfədir Azərbaycan və Pakistan parlamentlərinin dostluq qrupları belə bir formatda görüşürlər. Bu görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir.

Spiker bildirib ki, bu gün dinamik inkişaf edən Azərbaycan-Pakistan münasibətləri strateji xarakter daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyi bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətinin bariz təcəssümüdür. Münasibətlərimizin hüquqi bazasını təşkil edən imzalanmış sənədlər sırasında Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni xüsusi vurğulamaq olar.

Milli Məclisin sədri qeyd edib ki, yüksək səviyyəli siyasi dialoq iqtisadi müstəvidə də özünü göstərir.

Sahibə Qafarova deyib ki, mədəni və humanitar sahələrdə yüksələn xətlə inkişaf edən münasibətlərimiz xalqlarımızın bir-birinə daha da yaxınlaşması işinə xidmət edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə bu sahədə mühüm əhəmiyyətli sosial-humanitar layihələr həyata keçirilib. Məhz bu xeyirxah əməllərinə görə Mehriban xanım Əliyeva Pakistanın Ali Ordeni - “Hilal-e Pakistan” ilə təltif olunub.

Sədr qeyd edib ki, 2020-ci il Azərbaycan-Pakistan qardaşlığının tarixində yeni parlaq səhifə açıb. Belə ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə Dağlıq Qarabağ münaqişəsi birdəfəlik tarixə qovuşub. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü reallaşdırıb. Məhz bu dönəmdə Pakistan Azərbaycanın apardığı Vətən müharibəsinin ilk günlərindən qətiyyətli mövqe sərgiləyərək Azərbaycanın haqlı mövqeyini müdafiə edib, ölkəmizə siyasi və mənəvi dəstək göstərib. Təqdirəlayiqdir ki, Pakistan bu günədək Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkar siyasətə görə bu ölkəni dövlət kimi tanımayıb. Sahibə Qafarova Xocalı soyqırımını pisləyən sənədlərin qəbuluna görə Pakistan parlamentinin hər iki palatasına – Milli Assambleyaya, Senata və dostluq qrupuna, həmçinin Pakistan hökumətinə, o cümlədən Pakistan xalqına minnətdarlığını bildirərək deyib: “Vətən müharibəsi dönəmində Pakistan Senatı və Milli Assambleyası tərəfindən qəbul edilmiş qətnamələr, mübaliğəsiz demək olar ki, bizim üçün əsl mənəvi dəstək olub. Pakistan Senatında ötən ilin oktyabrında Kabinet Katibliyi üzrə Daimi Komitəsi tərəfindən Ermənistanın ölkəmizə qarşı təcavüzünü pisləyən və Azərbaycana dəstək ifadə edən qətnamənin yekdilliklə qəbul edilməsi və həmin ilin oktyabrında Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində Ermənistanın təcavüzünü pisləyən qətnamənin Milli Assambleyanın plenar iclasında qəbulunu çox yüksək qiymətləndiririk və Pakistan parlamentindəki dostlarımızın bu səylərini alqışlayırıq”.

Milli Məclisin sədri bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. İndi isə Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma və qayıdış dövrü başlayıb. Belə ki, düşmən işğal etdikləri ərazilərimizdəki məscidlərimizi, mədəniyyət abidələrimizi və bütün tikililəri dağıdıb, infrastrukturu tamamilə məhv edib. Onlar hətta müqəddəs ziyarətgahlarımızı, məscidlərimizi də təhqir ediblər.

Spiker bildirib ki, münaqişə başa çatsa da, bəzi problemlər hələ də qalmaqdadır. Ermənistan işğaldan azad olunan torpaqlarımızda minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir, bununla da hərbi cinayət törətməkdə davam edir. Həmçinin Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq azad olunmuş ərazilərimizə terrorist qrupları göndərməkdə davam edir və bu bəyanatın imzalanmasından sonra Azərbaycan ərazilərində həbs olunmuş təxribatçıları “hərbi əsirlər” kimi qələmə verməyə çalışır.

Təqdirəlayiq haldır ki, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qrupları ən geniş tərkibli qruplardan hesab edilir. Pakistanın Azərbaycanla parlamentlərarası dostluq qrupunda həm Milli Assambleyanın, həm də Senatın üzvləri təmsil olunurlar.

Görüşdə çıxış edən Pakistan Senatının üzvü, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Talha Mahmud Azərbaycan nümayəndə heyətini Pakistan parlamentində görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, Pakistan Azərbaycanı özünə dost və qardaş ölkə hesab edir və bu ölkə ilə əlaqələrin inkişafında maraqlıdır. Bu baxımdan parlamentlər səviyyəsində münasibətlərimizin daha da inkişaf etməsi həyatın digər sahələrində də əlaqələrimizin dərinləşməsinə töhfə verər.

Pakistanlı senator Vətən müharibəsində ölkəmizin əldə etdiyi zəfər münasibəti ilə Azərbaycan tərəfini təbrik edərək Pakistan parlamentinin bu məsələdə dəstəyini bir daha ifadə edib. Bildirilib ki, Azərbaycanın uğurları Pakistan xalqını da sevindirir.

Senator hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarında təmsil olunmuş deputatların qarşılıqlı səfərlərinin, nümayəndə heyətlərimizin beynəlxalq platformalarda sıx-sıx görüşlərinin önəmindən danışıb. Qeyd edib ki, bu cür tədbirlər tərəfləri düşündürən məsələlərin müzakirəsi və ortaq mövqe nümayiş etdirilməsi baxımından çox vacibdir.

Milli Assambleyada Azərbaycanla dostluq qrupunun əlaqələndiricisi Mürtəza Cavid Abbasi, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva çıxışlarında dostluq qruplarının bu formatda görüşlər keçirməsinin əhəmiyyətini vurğulayıb, iki ölkənin parlament üzvlərinin gələcəkdə də görüşlər keçirməsinin vacibliyindən danışıblar. Deputatlar çıxışlarında parlamentlərarası əlaqələrin gələcək inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək azərbaycanlı və pakistanlı deputatlar arasında ilk dəfə bu formatda keçirilən görüşə yekun vurub.

 
  • Oxunub:  2250  |  
  • Tarix:  03-06-2021  |  
  •    Çap et   |  
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir

19 İyun 13:08
Pakistanın NESPAK şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb
19 İyun 12:40
Azərbaycanın daxili işlər naziri BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi ilə görüşüb
19 İyun 12:32
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib VİDEO
19 İyun 12:28
Antonio Quterreş: Pandemiya bəşəriyyətin ümumi zəif cəhətlərini, qarşılıqlı asılılığını və kollektiv şəkildə hərəkət etməyin mütləq zərurət olduğunu göstərdi
19 İyun 12:04
Azərbaycan xarici işlər naziri Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib
19 İyun 11:59
DSMF sosial təminat sahəsində mötəbər beynəlxalq təşkilatlarla, aidiyyəti xarici qurumlarla əməkdaşlığı genişləndirir
19 İyun 11:57
Azərbaycanın iqtisadi perspektivləri Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın genişlənməsinə əlverişli şərait yaradır
19 İyun 11:51
Vüsal Qasımlı: Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinin böhrana çevik reaksiyasını qiymətləndirib
19 İyun 11:49
2020-2021-ci tədris ili üzrə Azərbaycanda 6500-ə yaxın əcnəbi tələbə təhsil alıb
19 İyun 10:46
Rezidenturaya qəbul olmaq üçün sabah 1738 namizəd imtahan verəcək
19 İyun 10:35
Azərbaycan nefti 74,54 dollara satılır
19 İyun 10:34
Türkiyənin “Zorlu Holding”i Azərbaycanın tekstil sənayesində layihələr icra edəcək
19 İyun 10:05
ADA Universitetində əfqanıstanlı diplomatlar üçün keçirilmiş “Xarici Siyasət Proqramı” uğurla başa çatıb
18 İyun 21:36
Azərbaycan Prezidentinin köməkçisi Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib
18 İyun 20:35
Dövlət Komissiyası Ermənistanın təcavüzü nəticəsində mülki obyektlərə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı məsələləri müzakirə edib
18 İyun 20:25
Böyük Britaniyanın “The Independent” qəzeti Şuşa Bəyannaməsi barədə məqalə yayıb
18 İyun 19:25
Azərbaycan xarici işlər naziri Antalyada iraqlı həmkarı ilə görüşüb
18 İyun 18:55
Antalyada Azərbaycan xarici işlər naziri ilə Türk Şurasının Baş katibi arasında görüş olub
18 İyun 18:49
Milli Məclisin komitə iclasında Niderlandla ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb
18 İyun 18:17
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada somalili həmkarı ilə görüşüb
18 İyun 18:15
Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclasının gündəliyi açıqlanıb
18 İyun 17:52
Azərbaycan ilə Qvineya-Bissau arasındakı əlaqələr müzakirə olunub
18 İyun 17:47
Türkiyə və Azərcaycan qardaşlığı bütün dünyanı heyrətə gətirəcək gücə sahibdir
18 İyun 17:42
Arif Fərzəliyev: Şuşada Türkiyə-Azərbaycan qardaşlığının gələcək uğurlarının təməli qoyuldu
18 İyun 17:41
Əli Həsənov: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini əbədiləşdirdi
18 İyun 17:39
Şahin İsmayılov: Siyasi partiyaların Şuşa Bəyannaməsinə birgə dəstək ifadə etmələri milli həmrəyliyin nümunəsidir
18 İyun 17:33
Abbas Müsəvi: Azərbaycan rayonlarının işğaldan azad edilməsi Tehran ilə Bakı arasında yeni əməkdaşlıq imkanları yaradıb
18 İyun 17:32
Qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir
18 İyun 17:28
Adil Əliyev: Qarabağ münaqişəsinin həlli regiona yeni inkişaf vəd edir
18 İyun 17:16
Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Kosmos” pavilyonunda MDB İqtisadi Şurasının iclası keçirilib
18 İyun 17:11
YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
18 İyun 17:02
Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib
18 İyun 17:01
YAP Göygöl rayon təşkilatı "Azərbacan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir" mövzusunda tədbir keçirib
18 İyun 16:55
Cavanşir Paşazadə: Azərbaycan-Türkiyə birliyi xalqlarımıza yeni-yeni zəfərlər qazandıracaq
18 İyun 16:50
Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyonu ötüb
18 İyun 16:49
Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib
18 İyun 16:44
AŞPA-nın komitə iclasında Azərbaycanın Zəngilanda həyata keçirdiyi “ağıllı kənd” konsepsiyasından danışılıb
18 İyun 16:41
Azərbaycanda koronavirus infeksiyasından daha 148 nəfər müalicə olunaraq sağalıb
18 İyun 16:37
Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti çox böyükdür
18 İyun 16:29
Antalya Diplomatiya Forumu işə başlayıb
18 İyun 16:17
YAP Mingəçevir şəhər təşkilatının nümayəndələri qazi Əli Rzayevin ailəsini ziyarət ediblər
18 İyun 15:59
Milli Məclisin deputatları Fransaya səfər edəcəklər
18 İyun 15:59
“Anadolu Qartalı - 2021” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub
18 İyun 15:58
MEDİA ilə ADA Universitetinin təşkil etdiyi silsilə seminarlara üçüncü qrup media nümayəndələri qoşulublar
18 İyun 15:52
İCESCO və AZƏRTAC media sahəsində Əməkdaşlıq Memorandumu imzalayıb
18 İyun 15:50
Təhsil naziri Təhsil Tələbə Krediti Fondu ilə bağlı sualları cavablandırıb
18 İyun 15:49
İqtisadiyyat Nazirliyi Türkiyə şirkəti ilə anlaşma memorandumu imzalayıb
18 İyun 15:46
İlham İsmayılov: Azərbaycan və Türkiyə Türk dünyasının birliyi üçün lokomativ rolunu öz üzərinə götürür
18 İyun 15:43
Rauf Əliyev: Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra bölgənin yeni inkişaf dövrü başlayıb
18 İyun 14:57
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada xorvatiyalı həmkarı ilə görüşüb
18 İyun 14:39
“Israel HaYom” nəşri: İsraillilər Odlar Yurduna səyahətin maraqlı olacağına əmin ola bilərlər
18 İyun 14:17
Fövqəladə hallar naziri Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb
18 İyun 14:10
Anar Məmmədov: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin birliyinin və həmrəyliyinin rəmzidir
18 İyun 14:03
Nüvədi kəndinin sakinləri doğma torpaqlara qayıtmaq hüququnun təmin olunması üçün dünya birliyinə müraciət ediblər
18 İyun 13:59
Antalyada Azərbaycanın xarici işlər naziri ilə Moldovanın Qaqauziya Muxtar Ərazisinin rəhbəri arasında görüş keçirilib
18 İyun 13:51
Ali təhsil müəssisələrində karyera mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi məsələsi müzakirə olunub
18 İyun 12:54
Azərbaycanın xarici işlər naziri Antalyada BMT-nin Baş katibinin köməkçisi ilə görüşüb
18 İyun 12:40
Təhsil tələbə krediti əcnəbi tələbələrə şamil edilməyəcək
18 İyun 12:35
Deputat: Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır
18 İyun 12:27
Leyla Abdullayeva: Beynəlxalq insan hüquqları təşkilatlarını üçtərəfli Bəyanatın həyata keçirilməsini dəstəkləməyə çağırırıq
18 İyun 12:14
“ASAN xidmət”lə Asiya İnkişaf Bankı arasında əlaqələr genişləndirilir
18 İyun 12:13
Azərbaycan ilə Türkiyə arasında gənclərlə iş və idman sahələrində əməkdaşlıq genişləndirilir
18 İyun 12:03
Tələbə krediti 2 qrupa bölünəcək
18 İyun 11:53
Təhsil naziri: Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi illik təhsil haqqından çox olmayacaq
18 İyun 11:51
Müstəqilliyimizin əbədiləşdiyi gün
18 İyun 11:44
Pakistanlı ekspert: Şuşa Bəyannaməsi regional əməkdaşlığın genişləndirilməsi baxımından ən yaxşı təşəbbüsüdür
18 İyun 11:42
Xarici ölkənin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxs məsuliyyətə cəlb olunub
18 İyun 11:30
Tələbə təhsil krediti verilərkən tələbənin topladığı bal nəzərə alınacaq
18 İyun 11:28
Şuşa Bəyannaməsi ölkəmizdəki siyasi birliyi daha da möhkəmləndirəcək
18 İyun 11:26
Tələbə təhsil krediti öz hesabına təhsil alan tələbələrə şamil olunacaq

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+29 +34
gecə+22 +25