Ana səhifə »  Xəbər lenti »  Milli Qurtuluş Gününün bəhrələri – müasir Şərur şəhəri
A+   Yenilə  A-
Milli Qurtuluş Gününün bəhrələri – müasir Şərur şəhəri

“Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”, – deyən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün hər bir yaşayış məntəqəsində genişmiqyaslı quruculuq işləri aparılır, şəhər və rayon mərkəzləri müasirləşir. İnkişafa qovuşan bölgələrdən biri də Şərur rayonudur. Qəbul olunmuş Dövlət proqramlarının uğurlu icrası rayonda davamlı sosial-iqtisadi inkişafı təmin edib, Şərur şəhərində və kəndlərdə genişmiqyaslı quruculuq işləri aparılıb, yeni inzibati binalar və sosial obyektlər tikilib, rahat yollar çəkilib, əhalinin rifahı yaxşılaşıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 3-də Şərur rayonunda Bayraq Meydanı, Şərur şəhər avtomobil yolları, yeraltı piyada keçidi və yeni yaşayış binası istifadəyə verilib, Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş şəraiti yaradılıb.

Şərur rayonunda Bayraq Meydanının açılışı olub

Bu gün Azərbaycanın hər yerində dövlət bayrağımız qürurla dalğalanır. Çünki bayraq dövlətlərin müstəqillik və suverenlik rəmzidir.

İyunun 3-də Şərur rayonunda Bayraq Meydanı istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

“Hər bir ölkənin müstəqillik rəmzi hesab olunan bayrağı o ölkə üçün müqəddəsdir. Ona görə də müstəqillik, torpaqların qorunması, dövlətçilik uğrunda şəhidlik zirvəsinə ucalanlar da bayrağa bükülür. Şərur rayon ərazisində qurulan bu Bayraq Meydanı da bir neçə gün əvvəl qeyd olunan 28 May - Respublika Günü münasibətilə və şəhidlərimizin əziz xatirəsinə qaldırılır”, - deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qurğunu işə salıb, üçrəngli dövlət bayrağımız əbədi yüksəkliyə ucalıb.

Bildirilib ki, Şərur rayonunda Bayraq Meydanının tikintisinə ötən ilin aprel ayında başlanılıb. Bayraq dirəyinin hündürlüyü 36,5, bayrağın eni 8, uzunluğu isə 16 metrdir. Ümumi sahəsi 4 min 795 kvadratmetr olan meydanda geniş abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub, dekorativ ağac və gül kolları əkilib.

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri Əmir Babayev minnətdarlıq edərək deyib: “Muxtar respublikanın bütün rayonları kimi, Şərur rayonu da göstərilən diqqət və qayğı sayəsində sürətlə inkişaf edir. Rayonun kəndləri yeni görkəmə qovuşub, Şərur şəhəri müasir şəhərlər sırasına daxil olub. Rayon sakinləri bu inkişafı ulu öndərimiz Heydər Əliyevin inkişaf strategiyasının uğurlu davamı kimi qiymətləndirir. Tarixən xalqımız bayrağa ehtiramla yanaşıb. Bütün qələbə və zəfərlərimiz Azərbaycan Bayrağı ilə ifadə olunub. Bu gün rayonumuzda yaradılan Bayraq Meydanı da gənclərimizin vətənpərvərlik ruhunda böyüməsində böyük əhəmiyyətə malik olacaqdır”.

Ali Məclisin Sədri Bayraq Meydanında müxtəlif tədbirlərin keçirilməsi, abadlığa və təmizliyə diqqət edilməsi, yaşıllıqlara qulluq göstərilməsi barədə tapşırıqlar verib.

Şərur şəhər avtomobil yolları yenidən qurulub

Avtomobil yollarının yenidən qurulması muxtar respublikada iqtisadiyyatın inkişafına töhfə verməklə yanaşı, həm də insanların rahatlığına xidmət edir. Ölkə başçısı cənab İlham Əliyevin Naxçıvana səfəri zamanı dediyi kimi, yollar çox keyfiyyətlə tikilir, bəzi yollar çoxdan istismara verilib, amma buna baxmayaraq keyfiyyət də yerindədir.

İyunun 3-də Şərur şəhər avtomobil yolları yenidənqurmadan sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov görülən işlərlə tanış olub.

Məlumat verilib ki, Naxçıvan-Sədərək magistralından Şərur şəhərinədək, həmçinin şəhərin Heydər Əliyev prospektini və 6 küçəsini əhatə edən 11,2 kilometrlik yolun üzərində 3 su keçidi qoyulub, 3 min 300 metr uzunluğunda kanal, 5 min metr uzunluğunda yeraltı elektrik, 8 min 834 metr uzunluğunda rabitə, yaşıllıqlar üçün isə 2 min 985 metr su xətti çəkilib, müasir işıqlandırma dirəkləri quraşdırılıb. Şəhərin girişində və daxili avtomobil yollarının kənarlarındakı köhnə səkilər və bardürlər yenisi ilə əvəz edilib, səkilərdə 96 yerdə məhdud fiziki imkanlılar üçün keçid qoyulub.

Ali Məclisin Sədri deyib ki, Şərur muxtar respublikanın ən qədim tarixə malik olan bölgələrindəndir. Şərur şəhəri tarixinin heç bir dönəmində müstəqillik illərində olduğu qədər inkişaf etməmişdir. Bütün bunlar Milli Qurtuluş Gününün bəhrələridir. O gün olmasaydı, bu işlər də həyata keçirilə bilməzdi. Şəhərin yolları su və kanalizasiya sistemləri işlənib tamamilə başa çatdıqdan sonra yenidən quruldu. 11 min 200 metrlik yolun 3 min metri iki, 8 min 200 metri isə dördzolaqlıdır. Bu da imkan verəcək ki, bu yollardan uzun illər sıxlıq olmadan istifadə etmək mümkün olsun.

“Yolların yenidən qurulması abadlığın əsasını təşkil edir”, - deyən Ali Məclisin Sədri Şərur rayonunda yeni yolların qurulmasında əməyi olanlara təşəkkürünü bildirib, yol kənarında yaşıllıqların artırılması barədə tapşırıq verib.

X  X  X

Həmin gün Ali Məclisin Sədri Şərur Şəhər Avtovağzal binasının tikintisi ilə də maraqlanıb, müvafiq göstərişlər verib.

Yeraltı piyada keçidləri təhlükəsizliyə təminatdır

Həmin gün Şərur şəhərində “28 May” və “Nizami” küçələrini birləşdirən yeraltı piyada keçidi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeraltı piyada keçidinin açılışında iştirak edib.

Məlumat verilib ki, uzunluğu 66, eni 2,6, hündürlüyü isə 2,1 metr olan keçidin möhkəmləndirilməsi üçün tunelin yan divarlarına və örtüyünə dəmir-beton qatı verilib, membranla izolyasiya olunub. Keçiddə müasir işıqlandırma sistemi quraşdırılıb, hər iki giriş pilləkəninin üzəri metal konstruksiya ilə örtülüb.

Ali Məclisin Sədri keçiddə təmizliyə riayət olunması barədə tapşırıq verib.

Yeni yaşayış binası sakinlərin rahatlığına xidmət edəcək

Muxtar respublikada yeni yaşayış binalarının istifadəyə verilməsi məskunlaşmanın artmasının və gənclərin sosial mənzil şəraitinin yaxşılaşdırılmasının göstəricisidir.

İyunun 3-də Şərur şəhərində yeni yaşayış binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, ümumi sahəsi 6 min 300 kvadratmetr olan yeni yaşayış binasının tikintisinə 2019-cu ilin aprel ayında başlanılıb. Zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan binada 40 mənzil vardır. Onlardan 10-nun ümumi sahəsi 75 kvadratmetr olmaqla iki, 20-nin ümumi sahəsi 95 və 102 kvadratmetr olmaqla üç, 10-nun isə ümumi sahəsi 120 kvadratmetr olmaqla dördotaqlıdır. Müasir kommunal şəraitlə təmin olunmuş mənzillər fərdi istilik sistemi ilə qızdırılacaqdır. 2 girişdən ibarət olan binada mərkəzləşdirilmiş antena sistemi və 2 lift quraşdırılıb.

Yaşayış binasının zirzəmi qatında yerləşən xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, dərzi, məişət, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərəcəkdir. Binanın həyətində də geniş abadlıq işləri aparılıb.

Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş şəraiti yaradılıb

Əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması, sanitariya-gigiyenik tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət muxtar respublikada daim diqqət mərkəzindədir. Bu tədbirlərin davamı kimi Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün hərtərəfli iş şəraiti yaradılıb.

İyunun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva çıxış edərək deyib ki, muxtar respublikada aparılan ardıcıl əks-epidemik tədbirlər çərçivəsində sanitar-epidemioloji xidmətin fəaliyyəti yenidən qurularaq günün tələbləri səviyyəsinə çatdırılıb. İdarəolunan yoluxucu xəstəliklərə qarşı peyvənd işinin təşkili, dezinfeksiya, dezinseksiya, deratizasiya, delarvasiya tədbirlərinin ardıcıl və keyfiyyətlə aparılması insanların sağlam ətraf mühitdə yaşamasını təmin edib. Həmçinin həyata keçirilən ekoloji tədbirlər muxtar respublika ərazisində epidemioloji şəraitin yaxşılaşdırılmasına və əksər yoluxucu xəstəliklərin azalmasına səbəb olub. Bu sahədə əsas işlər Gigiyena və Epidemiologiya Mərkəzinin, onun yerli qurumlarının üzərinə düşür. Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsi tərəfindən cari ilin 5 ayı ərzində 1388 parazitoloji, 666 bakterioloji müayinə aparılıb ki, bu da idarəolunan yoluxucu xəstəliklərlə mübarizədə əhəmiyyətli rol oynayır. Zeynəb Mustafayeva göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

Şöbənin parazitoloq köməkçisi Nərmin Əliyeva kollektiv adından minnətdarlıq edərək deyib: “Ali Məclis Sədrinin rayonumuza hər gəlişi yeni bir müəssisənin təməlinin qoyulması və yeni bir obyektin istifadəyə verilməsi ilə əlamətdar olur. Gigiyena və Epidemiologiya Şöbəsi üçün yeni iş şəraiti yaradılıb. Göstərilən qayğıya cavab olaraq çalışacağıq ki, rayon əhalisinin sağlamlığının qorunması üçün yoluxucu xəstəliklərə qarşı tədbirlərin həyata keçirilməsində və peyvəndləmə işinin aparılmasında daha fəal olaq”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Milli Qurtuluş Gününün bəhrələri olan yeni obyektlərin istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və kollektivi təbrik edərək deyib: Gigiyena və epidemiologiya bu gün ən vacib sahələrdən biridir. Dünyada yayılan virusun epidemiyadan pandemiyaya çevrilməsi bu sahənin vacibliyini bir daha göstərdi. Muxtar respublikada hələ bir neçə il əvvəl bu istiqamətdə əsaslı işlər görülmüşdü. Lakin dünyada son illər müxtəlif virusların yayılması, xüsusilə mövcud pandemiyanın yaratdığı problemlər bu sahədə yeniliklərin tətbiqini zərurətə çevirdi. Muxtar respublikanın əksər rayonlarında Gigiyena və Epidemiologiya şöbələri üçün yeni iş şəraiti yaradılmış, müasir avtomobillər alınıb verilmişdir. Hazırda Culfa rayonunda və Naxçıvan şəhərində bu sahədə işlər davam etdirilir.

“Yaxşı iş şərait yüksək əhval-ruhiyyə və keyfiyyətli iş deməkdir”, - deyən Ali Məclisin Sədri bildirib ki, əsas məsələ profilaktik tədbirlərin vaxtında görülməsi və gigiyenik qaydalara əməl olunmasıdır. Gigiyena və Epidemiologiya Şöbəsinin kollektivi mütəmadi sanitariya tədbirləri həyata keçirməlidir. Çünki bu tədbirlər xəstəliklərin yayılmamasına, onların vaxtında aşkar olunmasına və qarşısının alınmasına xidmət edir. Yaradılan şərait bundan sonra da muxtar respublikada virus və xəstəliklərin yayılmasının qarşısını almağa imkan verəcəkdir.

Ali Məclisin Sədri kollektivin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirəcəyinə, əhalinin maarifləndirilməsinə ciddi səy göstərəcəklərinə, muxtar respublikada epidemioloji vəziyyətin daim sabit saxlanacağına əminliyini bildirib.

Məlumat verilib ki, şöbədə müdir, epidemioloq, entomoloq, parazitoloq, sanitar həkim və digərləri olmaqla, 18 otaq vardır. Burada Gigiyena, Epidemioloji, Dezinfeksiya şöbələri və bakterioloji, parazitaloji, eləcə də ümumi sanitariya laboratoriyaları fəaliyyət göstərəcəkdir. İşin keyfiyyətini artırmaq üçün şöbə nitratometr, südün keyfiyyət analizatoru, radiasiya ölçmək üçün dozimetr, batometr, PH-metr, termohiqrometr, binokulyar mikroskop və digər köməkçi tibbi ləvazimatlar ilə təmin edilib.

Bina istilik sistemi ilə təchiz olunub, həyət abadlaşdırılıb, işıqlandırma və suvarma sistemləri çəkilib.

Şöbənin baş həkimi Məhərrəm Qədimov yaradılan şəraitə görə minnətdarlıq edib.

Ali Məclisin Sədri muxtar respublikanın epidemioloji pasportunun hazırlanması, dezinfeksiya tədbirlərinin fəsillərə uyğun aparılması, sanitar-gigiyenik qaydalara əməl olunması və kadr işinə diqqətin artırılması barədə tapşırıqlar verib.

Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsinə dezinfeksiya tədbirlərinin daha keyfiyyətlə icra olunmasında vaxt itkisinin qarşısının alınması, avtomaks və dezinfektantların rahat daşınması üçün 7 nəfərlik işçi heyətinin eyni zamanda istifadə edə biləcəyi “Changan” markalı avtomobil təqdim olunub.

 
  • Oxunub:  6780  |  
  • Tarix:  03-06-2021  |  
  •    Çap et   |  
Azərbaycan ilə Pakistan arasında sıx tərəfdaşlıq münasibətləri mövcuddur

24 İyun 17:05
Azərbaycanda birinci mərhələ üzrə vaksin vurduranların ümumi sayı 2 milyonu keçib
24 İyun 16:56
Azərbaycanda son sutkada koronavirusdan həyatını itirən olmayıb
24 İyun 16:52
Türk Şurasının turizm nazirlərinin növbəti görüşü Azərbaycanda keçiriləcək
24 İyun 16:34
Baş katib: Körfəz Ərəb Dövlətləri Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyiblər
24 İyun 16:32
İqtisadi Əməkdaşlıq Təşkilatının energetika nazirlərinin IV iclasında “Bakı Bəyannaməsi” qəbul edilib
24 İyun 16:31
Ordu quruculuğu Vətənə sevgidir, dövlətə və dövlətçiliyə sədaqətdir
24 İyun 16:07
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının XI hesabat konfransı keçirilib
24 İyun 15:48
Bu gün dünya İlham Əliyevin yaratdığı yeni hərb modelini öyrənir
24 İyun 15:30
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Türkiyə Prezidentinə kitab hədiyyə edib
24 İyun 15:24
Deputat Sədaqət Vəliyevanın seçiciləri ilə növbəti görüşü olub
24 İyun 15:09
Deputat Soltan Məmmədov: Yoluxanların sayının azalması nikbinlik üçün əsas yaratsa da arxayınlaşmağa səbəb olmamalıdır
24 İyun 15:07
Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib
24 İyun 15:00
Xalq şairi Zəlimxan Yaqubun “Qarabağ şikəstəsi” kitabının onlayn təqdimatı keçirilib
24 İyun 14:52
Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib - SƏRƏNCAM
24 İyun 14:46
Silahlı Qüvvələrin hərbi qulluqçuları “Kəlbəcərin olunmasına görə” medalı ilə təltif edilib
24 İyun 14:32
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının İqtisadi Forumunda təmsil olunub
24 İyun 14:22
Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub
24 İyun 14:10
Prezident İlham Əliyev “Gülüstan” sarayında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
24 İyun 14:06
Tarixə şahidlik etmiş Side antik şəhəri
24 İyun 13:53
Ermənistan hökuməti və erməni icma təşkilatlarının maliyyə qanunsuzluqları haqqında Kolumbiyada videosüjet hazırlanıb
24 İyun 13:52
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında sorğular keçiriləcək
24 İyun 13:43
Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsi istifadəyə verilib
24 İyun 13:37
Sabah Azərbaycanın bəzi yerlərində 43° isti olacaq
24 İyun 13:34
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib
24 İyun 13:33
Qafqaz Müsəlmanları İdarəsi ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında sıx əlaqələr mövcuddur
24 İyun 13:08
Məhərrəm Əliyev: Azərbaycan Ordusu bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq
24 İyun 13:04
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Elzar Yusubovun ailəsinə baş çəkiblər
24 İyun 12:59
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri işə qəbul imtahanının gedişini izləyib
24 İyun 12:58
İşğaldan azad edilmiş ərazilərimizdə yerləşən bölmələrdə bayram tədbiri keçirilib
24 İyun 12:55
Pandemiyanın qarşısının alınması üçün Azərbaycan 30-dan çox ölkəyə və 3 beynəlxalq təşkilata yardım göstərib - HESABAT
24 İyun 12:26
Milli Məclisin deputatı Hikmət Babaoğlu və politoloq Nazim Cəfərsoy "Yeni TV"-nin canlı yayımında
24 İyun 12:25
“Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarılıb
24 İyun 12:18
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib - SƏRƏNCAM
24 İyun 12:10
Təhsil Nazirliyi: “e-telebe.edu.az” elektron portalı vasitəsilə 47 minə yaxın tələbə müraciət edib
24 İyun 12:01
Silahlı Qüvvələrin hərbi qulluqçuları “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib
24 İyun 11:56
Azərbaycan Prezidenti Silahlı Qüvvələrin hərbi qulluqçularını “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edib
24 İyun 11:54
Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib
24 İyun 11:35
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib - SƏRƏNCAM
24 İyun 11:22
Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliya yığması ilə qarşılaşacaq
24 İyun 11:14
Hərbi Dəniz Qüvvələrində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
24 İyun 11:08
Təhsil işçilərinin vaksinasiyasında iştirak edən “Məktəblinin dostu”nun əməkdaşları və məktəb direktorları mükafatlandırılıb
24 İyun 10:45
Mikayıl Cabbarov: Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət dövriyyəmiz 41 faiz artıb
24 İyun 10:39
Azərbaycanla Əlcəzair qarşılıqlı ixrac və investisiya potensialının artırılmasını müzakirə edib
24 İyun 10:35
Xalid bin Əbdüləziz Əl-Falih: Səudiyyə Ərəbistanı şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlıdır
24 İyun 10:21
“Avro-2020”nin səkkizdəbir final mərhələsinin bütün iştirakçıları müəyyənləşib
24 İyun 10:04
Aspendos antik dövrün çox zəngin şəhərlərindən biri olub
24 İyun 10:03
Niyə peyvənd olunmalıyıq?
24 İyun 09:31
Azərbaycan ilə Pakistan arasında sıx tərəfdaşlıq münasibətləri mövcuddur
24 İyun 09:22
BÜTÜN QƏLƏBƏLƏRİN BİR ADI - MİLLİ BİRLİK
24 İyun 09:20
Eldar İbrahimov: Azərbaycan-Pakistan münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır
24 İyun 09:18
Tofiq Cahangirov: Şənlik mərasimlərinin keçirilməsinə icazə verilməsi əhalidə arxayınlıq yaratmamalıdır
24 İyun 09:12
Tahir Kərimli: Seçkilərin nəticələri göstərdi ki, erməni xalqı revanşistlərə yenidən meydan vermək niyyətində deyil
24 İyun 09:10
Asim Mollazadə: İslam Əməkdaşlıq Təşkilatının Azərbaycana birmənalı və ardıcıl dəstəyini hər zaman hiss etmişik
24 İyun 09:09
Əlisahib Hüseynov: Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin bünövrəsi qoyulub
24 İyun 09:05
Elşad Musayev: Azərbaycanın tarixi qələbəsi Koçaryan kimi cinayətkarların hakimiyyətə qayıdış yolunu birdəfəlik bağladı
24 İyun 09:04
Əli Kərimlinin xalqı aldatmaq cəhdləri fiaskoya məhkumdur
24 İyun 09:03
Ermənistanda siyasi gərginlik davam edir
24 İyun 09:00
Regionlarda yeni yollar çəkilir
23 İyun 22:21
Nizami Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib
23 İyun 22:02
Hulusi Akar: Qara dənizdəki gərginlik araşdırılır
23 İyun 21:51
“Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir
23 İyun 21:48
AŞPA-da pandemiyaya qarşı mübarizədə Azərbaycanın müsbət təcrübəsindən danışılıb
23 İyun 21:44
Azərbaycan Ordusunda briqada komanda-qərargah təlimi keçirilir
23 İyun 21:43
Türkiyə Məşvərət Şurasının növbəti iclası keçirilib
23 İyun 21:02
Kamal Cəfərov: Ermənistanın mina xəritələrini verməməkdə məqsədi yenidənqurma işlərinə və məcburi köçkünlərin qayıtmasına maneə olmaqdır
23 İyun 21:01
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daimi dövlət qulluğuna qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib
23 İyun 20:59
Şuşa Bəyannaməsi bütün dünyaya tarixi reallıqla barışmağın qaçılmazlığını göstərdi
23 İyun 20:52
Azərbaycanla Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələri genişlənir
23 İyun 20:50
Milli Məclisin növbədənkənar iclasının gündəliyinə 12 məsələ daxil edilib
23 İyun 20:48
Mariya Rizzotti: Artıq müharibə bitib, indi sülhün bərqərar olması barədə düşünmək lazımdır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+34 +39
gecə+20 +24