Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət etmişlər

03.06.2021 [12:36]

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Yeni Günəşli yaşayış sahəsində “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş Vətən müharibəsi şəhidi çavuş (MAHHXHQ) Rauf Allahverdi oğlu Süleymanovun və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Vətən müharibəsi şəhidi kapitan Elçin Mübariz oğlu İsmayılovun ailələrini şəhidlərimizin doğum günləri ilə əlaqədar ziyarət etmiş və onların qayğıları ilə maraqlanmışlar.

Hər iki ailədə görüş zamanı V.Seyidov vurğulayıb ki, şəhidlərimiz Vətən müharibəsində öz həyatlarını torpaqlarımızın azad olunması uğrunda qurban vermiş qəhrəmanlardır. O bildirib ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq. 

YAP Suraxanı rayon təşkilatının sədri V.Seyidov şəhidlərimizin əziz xatirəsini bir daha yad edərək təşkilat adından "Anım löhvhəsi"ni və Vətən müharibəsinin simvoluna çevrilmiş “Xarı bülbül” təsvirinin içərisində şəhidin şəkili toxunmuş xalçanı şəhid ailələrinə təqdim edib.

Göstərilən diqqət və qayğıya görə hər iki şəhidin ailə üzvləri öz minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 212 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30