Ana səhifə »  Xəbər lenti »  Ankarada Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
A+   Yenilə  A-
Ankarada Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Anıtqəbiri ziyarət edib
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi və YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovdan ibarət nümayəndə heyəti Türkiyədə səfərdədir.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti iyunun 2-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət edib.
Yeni Azərbaycan Partiyası adından Anıtqəbrin önünə əklil qoyulub.
Nümayəndə heyəti Anıtqəbir muzeyi ilə tanış olub, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov xatirə kitabına ürək sözlərini yazıb.
Ankarada Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb
Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Ankarada AKP-nin mərkəzi qərargahında ilk olaraq Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş ilə görüşüb.
Görüşdə iki qardaş ölkənin hakim siyasi partiyaları arasında əməkdaşlıq əlaqələrinin real vəziyyəti yüksək dəyərləndirilib, perspektivlər müzakirə olunub.
Sonra Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov və Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Numan Kurtulmuş YAP ilə AKP arasında əməkdaşlığa dair niyyət protokolunu imzalayıblar.
İmzalanma mərasimindən sonra YAP Sədrinin müavini Tahir Budaqov və AKP Sədrinin birinci müavini Numan Kurtulmuş birgə mətbuat konfransı keçiriblər.
Türkiyə-Azərbaycan münasibətlərini bütün dünya üçün qardaşlıq nümunəsi kimi dəyərləndirən AKP Sədrinin birinci müavini Numan Kurtulmuş deyib ki, Qarabağın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olmaqla, iki dövlət olsaq da, bir millət olduğumuzu bir daha həm azərbaycanlı qardaşlarımıza, həm də bütün dünyaya göstərdik. Törədilən soyqırımlar, bir milyondan çox günahsız insanın doğma yurdundan didərgin düşməsi və mövcud işğal ilə Azərbaycan xalqına qarşı davam edən zülmlərin aradan qaldırılması heç bir vasitəçiliklə, diplomatik və siyasi danışıqlarla mümkün olmadı.
Dünya birliyinin Xocalı soyqırımı başda olmaqla, törədilən bütün cinayətlərə və ədalətsizliklərə səssiz qaldığını təəssüf hissi ilə qeyd edən AKP Sədrinin birinci müavini Numan Kurtulmuş tarixi Zəfər münasibətilə bir daha səmimi təbriklərini çatdırıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib. O deyib: “Azərbaycanın Qarabağ Zəfəri nəticəsində yaranmış mövcud vəziyyət, cəbhədə qazanılan Qələbə həm Azərbaycan, həm də Türkiyə üçün faydalı olacaq”.
AKP rəsmisi diqqətə çatdırıb ki, region Azərbaycan və Türkiyənin dostluğu, qardaşlığı sayəsində sülh və inkişaf mərhələsinə daxil olur. Bu bölgədə gözü olan bütün imperialist güclərin həvəs və istəklərinə baxmayaraq, gücümüzü artıraraq, dostluğumuzu qoruyaraq, imkanlarımızı səfərbər edərək bu coğrafiyada sülhün, əmin-amanlığın və tərəqqinin bərqərar olmasına nail olacağıq.
Doğma Vətən hesab etdiyimiz Türkiyədə olmaqdan, yüksək qonaqpərvərlikdən məmnunluğunu ifadə edən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, ölkələrimiz tarixdə ən uğurlu və güclü əməkdaşlıq dövrünü yaşayır. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri, ölkələrimiz arasında digər sahələrdə olduğu kimi YAP və AKP əməkdaşlıq əlaqələrində də dinamik mərhələ yaradıb.
Mayın 4-də Türkiyənin Ədalət və İnkişaf Partiyası - Yeni Azərbaycan Partiyası əməkdaşlığı çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycan-Türkiyə, bir millət, iki dövlət: Qarabağ Zəfəri sonrası reallıqlar və uydurma erməni soyqırımı açıqlamasının regionda sülhə və sabitliyə təsirləri” mövzusunda videokonfrans keçirildiyini xatırladan YAP Sədrinin müavini Tahir Budaqov deyib: “Bu konfransda dərin məzmunlu çıxışlar oldu, gələcəkdə Azərbaycanın və Türkiyənin əməkdaşlığı, yeni şəraitə uyğun siyasətin həyata keçirilməsi üçün mühüm mesajlar verildi. Biz də Ankaraya səfərimizi türk dünyasının böyük oğlu, “Azərbaycanın sevincini sevinicimiz, kədəri kədərimizdir”, - ifadəsi ilə nəsillərə örnək yaradan Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət etdik”.
Çıxışlarda diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük şanlı Vətən savaşında qazandığı Qələbə bölgədə yeni vəziyyət yaradıb. Regional nəqliyyat və kommunikasiya xətlərinin bərpası sülh, əməkdaşlıq və inkişaf istəyən bütün tərəflərin maraqlarını təmin edir. Bütün tərəflər işğal faktının aradan qaldırılması nəticəsində yaranmış vəziyyəti düzgün dəyərləndirməlidir.
Zəngəzur nəqliyyat dəhlizinin əhəmiyyətini yüksək dəyərləndirən partiya rəsmiləri Türkiyənin Naxçıvana birləşəcək dəmir yolu xətti ilə Azərbaycanın digər bölgələrinə və digər türkdilli ölkələrə quru yolu ilə sərbəst çıxış əldə edəcəyini bütün region üçün əhəmiyyətli hadisə kimi dəyərləndiriblər.
Mətbuat konfransında Vətən müharibəsindən sonra Azərbaycanın yürütdüyü siyasət yüksək qiymətləndirilib. Diqqətə çatdırılıb ki, işğaldan azad edilən ərazilərdə aparılan əsaslı bərpa və yenidənqurma işləri, əhalinin doğma yurduna vahid strategiya əsasında qaytarılması istiqamətində görülən işlər nümunəvidir. Bütün bu proseslərdə Azərbaycanın və Türkiyənin atdığı birgə addımlar təqdirəlayiq, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının səmərəli əməkdaşlığı qardaşlığımızın qorunmasına böyük töhfədir.
Ankarada YAP ilə AKP arasında əməkdaşlığın səmərəliliyini artırmaq üçün koordinasiyanın yaradılması imkanları müzakirə olunub
Sonra Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Ədalət və İnkişaf Partiyası (AKP) Sədrinin beynəlxalq məsələlər üzrə müavini Əfkan Ala ilə görüşüb.
Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunduğu görüşdə YAP-AKP münasibətlərinin inkişafı, gələcəkdə hər iki partiyanın beynəlxalq əlaqələr sahəsində birgə fəaliyyət mexanizminin işlənib hazırlanması, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığa dair niyyət protokoluna uyğun olaraq, partiyaların rəhbər şəxslərinin, eləcə də millət vəkillərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətinə dair koordinasiyanın yaradılmasına dair fikir mübadiləsi aparılıb və ümumi razılıq əldə edilib.
Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb
İyunun 2-də Yeni Azərbaycan Partiyası nümayəndə heyəti Ədalət və İnkişaf Partiyası (AKP) Sədrinin müavini, Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımla görüşüb.
AKP-nin mərkəzi qərargahında dostluq şəraitində keçirilən görüşdə Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğanın tapşırıqları əsasında iki qardaş ölkənin hakim partiyaları arasında çoxistiqamətli əlaqələrin vəziyyəti yüksək dəyərləndirilib.
Diqqətə çatdırılıb ki, dostluq və qardaşlıq münasibətləri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, YAP-AKP münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edir.
Görüşdə milli ideologiyaların inkişafı, birgə sosial layihələrin işlənib hazırlanması perspektivləri, QHT və media qurumları ilə əməkdaşlıq, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığa dair niyyət protokolundan irəli gələn vəzifələrlə bağlı səmərəli fikir mübadiləsi aparılıb və ümumi razılıq əldə edilib.
Ankarada Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası Gənclər birliklərinin rəhbərləri görüşüblər
Səfər çərçivəsində YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov ilə qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Gənclər qollarının sədri Eyyub Kadir İnan arasında da görüş keçirilib.
Görüşdə iki qardaş ölkənin gənclər birlikləri arasında əməkdaşlıq imkanları, tərəfdaşlıq əlaqələrinin qurulması, hər iki partiyanı təmsil edən gənclərin ölkələrimizə qarşılıqlı səfəri, intellektual inteqrasiya yolları müzakirə olunub.
Həmçinin Azərbaycanın və Türkiyənin dövlətçilik tarixindən mühüm tarixi missiya həyata keçirən YAP-ın və AKP-nin gənc üzvlərinin ictimai-siyasi proseslərdəki fəaliyyəti mühüm amil kimi dəyərləndirilib. Diqqətə çatdırılıb ki, gənclər bundan sonra da milli-mənəvi dəyərlərimizin qorunmasında, dövlətçiliyə aid bütün proseslərdə fəal olmalı, təmaslarını intensivləşdirməli, cəmiyyətlərimizdə saf imicləri ilə nümunəvi olmağı davam etdirməlidirlər.
YAP-ın və AKP-nin Gənclər birliklərinin rəhbərlərinin növbəti görüşünün Azərbaycanda keçirilməsi qərara alınıb.
Ankarada YAP ilə AKP-nin Təftiş komissiyaları arasında təcrübə mübadiləsi imkanları müzakirə edilib
Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Ankaraya səfəri çərçivəsində partiyanın və Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Təftiş komissiyaları arasında əməkdaşlıq məsələləri də müzakirə olunub.
YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynovanın Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Təftiş Komissiyasının sədri Ahmet Aydın ilə görüşündə iki qardaş ölkənin hakim partiyalarının Təftiş komissiyaları arasında təcrübə mübadiləsi, gələcək əməkdaşlığın əsaslarının yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.
Diqqətə çatdırılıb ki, Azərbaycanda böyük nüfuza malik Yeni Azərbaycan Partiyası monolit təşkilat olaraq cəmiyyətin bütün təbəqələrinə nüfuz etdiyi kimi, Türkiyədə də hakim Ədalət və İnkişaf Partiyası xalqın etimadını qazanıb və onu doğrulda bilib. Bu baxımdan, YAP-ın və AKP-nin Təftiş komissiyaları arasında qarşılıqlı təcrübə mübadiləsi hər iki partiyanın gələcək fəaliyyətinin daha düzgün istiqamətləndirilməsinə töhfə verə bilər.
İyunun 3-də davam edəcək səfər çərçivəsində partiya heyətlərinin digər görüşləri keçiriləcək.

 
  • Oxunub:  2100  |  
  • Tarix:  03-06-2021  |  
  •    Çap et   |  
Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsidir

15 İyun 17:51
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
15 İyun 17:10
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb
15 İyun 16:28
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü
15 İyun 15:39
Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
15 İyun 15:08
Müasir Azərbaycan hər birimizin qürur mənbəyidir
15 İyun 15:04
Deputat: Azərbaycan dövlətinin qazandığı nailiyyətlər məhz Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir
15 İyun 14:10
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşılayıb
15 İyun 14:07
Səlcuq Bayraqdar Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib
15 İyun 13:43
Bu günün reallığı sübut edir ki, Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir
15 İyun 11:50
Milli qurtuluşdan başlanan və tarixi qələbəyə aparan yol
15 İyun 11:46
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
15 İyun 11:43
15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb
15 İyun 10:15
Milli Məclisin deputatı Ağalar Vəliyev: Qazandığımız uğurlar Ulu Öndər Heydər Əliyevin möhtəşəm qayıdışı ilə bağlıdır
15 İyun 08:45
Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsidir
15 İyun 08:42
Azərbaycan və Türkiyə Vətən müharibəsində qazanılan böyük Qələbənin sevincini birlikdə yaşayırlar
15 İyun 08:24
QURTULUŞ TƏNTƏNƏSİ, YAXUD İSTİQLAL SİYASƏTİNƏ DAVAM MİSSİYASI
15 İyun 08:20
Tərəvəzçiliyin inkişafı istiqamətində atılan addımlar mühüm nəticələr verir
15 İyun 08:05
Ermənistanda yeni siyasi kataklizmlər gözlənilir
15 İyun 08:05
Ölkəmizdə koronavirus pandemiyasına qarşı sistemli mübarizə tədbirləri müsbət nəticə verir
15 İyun 07:51
Ankarada Yunus Əmrənin 700 illiyinə həsr olunmuş mərasim keçirilib
15 İyun 07:49
Prezident İlham Əliyevin Tvitterdəki səhifəsində Milli Qurtuluş Günü ilə bağlı paylaşım edilib
15 İyun 07:46
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
14 İyun 21:10
Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton ilə telefon danışığı olub
14 İyun 21:02
Brüsseldə Türkiyə və ABŞ prezidentləri arasında görüş keçirilib
14 İyun 21:01
Milli Qurtuluş Günü ədliyyə orqanlarında qeyd olunub
14 İyun 21:00
Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində əməkdaşlığı genişləndirir
14 İyun 20:53
Azərbaycan ilə Monqolustan arasında çoxtərəfli formatlarda əməkdaşlıq uğurla həyata keçirilir
14 İyun 20:49
Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır
14 İyun 20:40
YAP Göyçay rayon təşkilatı “Tarixi qələbəyə gedən yol qurtuluşdan başlayır” adlı videokonfrans keçirib
14 İyun 20:34
YAP Bərdə rayon təşkilatında “Qurtuluşdan qələbəyə” adlı təqdimat mərasimi keçirilib
14 İyun 20:28
YAP Şəmkir rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
14 İyun 20:14
Mingəçevirdə “Ümummilli Lider Heydər Əliyev milli qurtuluşumuzun müəllifidir” mövzusunda videokonfrans keçirilib
14 İyun 20:11
Bakı Slavyan Universitetində tədbir: Əsrə bərabər gün
14 İyun 20:09
“Xilaskarlıq missiyası”
14 İyun 19:05
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
14 İyun 18:56
Binəqədi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan-zəfərə” mövzusunda tədbir keçirilib
14 İyun 18:50
Fəxrəddin Vəliyev: Ulu Öndər Heydər Əliyevin adı tariximizə böyük xilaskar kimi düşüb
14 İyun 18:46
Ağdaşda “Qurtuluşdan başlanan yol” adlı konfrans keçirilib
14 İyun 17:49
Adil Əliyev: Milli Qurtuluş Günü ölkəmizin parçalanmasının qarşısının alınmasının başlanğıc tarixidir
14 İyun 17:46
YAP Gəncə şəhər təşkilatında Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib
14 İyun 17:40
BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni layihələrlə xeyli genişlənib
14 İyun 17:34
Milli Məclis deputatları Moskva şəhərinə səfər edəcəklər
14 İyun 17:33
YAP Hacıqabul rayon təşkilatı "Azərbaycanın tarixi qələbəsi Heydər Əliyev siyasətinin uğurudur" mövzusunda videokonfrans keçirib
14 İyun 17:32
Səfir: Norveç bölgədə sülhün və sabitliyin tərəfdarıdır
14 İyun 17:28
Gədəbəydə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
14 İyun 17:22
YAP Qaradağ rayon təşkilatı Qaradağ rayon İcra Hakimiyyəti ilə birgə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirib
14 İyun 17:20
Pərvin Kərimzadə: Milli Qurtuluş Günü dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb
14 İyun 17:18
Şahin İsmayılov: Ölkəmiz qlobal proseslərə kifayət qədər böyük töhvələr verir
14 İyun 17:15
Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub
14 İyun 17:09
Azərbaycan və Qazaxıstan parlamentlərarası dostluq qruplarının onlayn görüşü keçirilib
14 İyun 16:54
Umayra Tağıyeva: Təbiət istifadəçilərini təbiəti, ətraf mühiti tullantılarla çirkləndirməməyə çağırıram
14 İyun 15:57
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü qeyd edilib
14 İyun 15:56
“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başlayıb
14 İyun 15:51
YAP Qubadlı rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə videoformatda tədbir keçirib
14 İyun 15:31
Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis edilib
14 İyun 15:24
Yevlaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
14 İyun 15:13
Təhsil naziri “Son zəng” tədbirində iştirak edib
14 İyun 15:02
Təhsil İnstitutu Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq edəcək
14 İyun 14:59
YAP Sumqayıt şəhər təşkilatında şəhid Kərim Əhmədəliyevin xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
14 İyun 14:54
YAP Cəbrayıl rayon təşkilatı Milli Qurtuluş Günü münasibətilə videokonfrans keçirib
14 İyun 14:52
“Azərbaycanla qürur duyuruq”
14 İyun 14:43
Təhsil nazirinin müavini: 2020-2021-ci tədris ili uğurlarla yadda qaldı
14 İyun 14:27
Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi təsis ediləcək
14 İyun 14:25
Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş jurnalistlər və yerli icra hakimiyyətinin nümayəndəsi təltif edilib - SƏRƏNCAM
14 İyun 14:21
YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib
14 İyun 14:20
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
14 İyun 14:04
YAP Mərkəzi Aparatında 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” adlı gənc rəssamların sənət sərgisi keçirilib
14 İyun 14:02
Suraxanı rayonunda şəhid İsa Məmmədovun məzarı ziyarət olunub
14 İyun 13:28
Ömər Eldarov: Azərbaycan xalqı üçün əlamətdar günlərə həsr olunmuş sərgilərin təşkili ənənə halı alıb
14 İyun 12:59
Azərbaycandan keçməklə Potidən Daşkəndə ilk konteyner blok qatarı yola düşüb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+26 +31
gecə+20 +23