Ana səhifə »  Xəbər lenti »  Bütün dünya üçün örnək olacaq Ağdam qurulacaq
A+   Yenilə  A-
Bütün dünya üçün örnək olacaq Ağdam qurulacaq

“Qırx dörd günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəli gedirdik, hər gün. Bir gün də geri addım atmamışıq. Düşmən müharibənin son mərhələsində panikaya, isterikaya qapılaraq öz məğlubiyyətini artıq dərk etməyə başlamışdı. Bir daha gördü ki, Azərbaycan qarşısında onlar duruş gətirə bilməyəcəklər”. Prezident İlham Əliyev Respublika Günündə Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirakı və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi bu fikirlər həm düşmənə, həm də ermənipərəst qüvvələrə bir mesaj idi.

Bunu AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Bəli, həqiqətən də bu gün Azərbaycan dünyanın inkişaf etmiş güclü, qüdrətli dövlətlərindən birinə çevrilib. Qırx dörd günlük müharibədə düşməni yerlə-yeksan edən rəşadətli Ordumuzun döyüş taktikası bu gün dünyanın inkişaf etmiş dövlətləri tərəfindən öyrənilir. 31 illik müstəqillik tarixi olan ölkə üçün bu, qürurverici hadisədir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı getdikcə artır. Bunu müstəqillik günü münasibətilə Prezident İlham Əliyevə ünvanlanmış təbrik məktubları da təsdiqləyir.

Dövlətimizin başçısı ölkəyə rəhbərlik etdiyi 17 il ərzində məcburi köçkünlərlə (hazırda ölkəmizdə bir nəfər də olsun məcburi köçkün yoxdur) keçirdiyi görüşlərdə hər zaman onları əmin edirdi ki, siz tezliklə ata-baba yurdlarınıza qayıdacaqsınız. 30 il isti ocaqlarının həsrəti ilə yaşayan soydaşlarımızın ümid çıraqları nəhayət ki, işıqlandı. 28 May - Respublika Günü hər birimiz üçün iki qat sevincli gün oldu. Həmin günü Ağdamda - düşməndən azad edilmiş ərazilərdə yerli ziyalılarla, tanınmış xadimlərlə və ictimaiyyətin nümayəndələri ilə birlikdə qeyd edən dövlətimizin başçısı Ağdam şəhərinin baş planını təsdiqlədi.

Ağdam rayonunun baş planının məhz müstəqillik günü təsdiqlənməsinin rəmzi mənası var. Çünki həmin gün işğaldan azad olunmuş torpaqlarda Prezidentimizlə bilikdə olmağımız müstəqilliyimizin nə qədər güclü və əbədi olmasının göstəricisidir. Dövlətimizin başçısı qeyd etdiyi kimi, əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq müstəqil siyasət aparan qüdrətli Azərbaycanın xilaskar Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu tarixi missiyanı şərəflə yerinə yetirdi.

Dövlətimizin başçısı dəfələrlə bildirib ki, düşmənin 30 il ərzində yerlə-yeksan etdiyi ərazilər əvvəlkindən də gözəl olacaq. Həmin ərazilərin hamısı Ağdam şəhərində olduğu kimi, baş plan əsasında icra ediləcək. Hazırda Şuşa şəhərinin baş planı hazırlanır və bir müddətdən sonra təsdiqlənəcək. Füzuli, Cəbrayıl şəhərlərinin, o cümlədən işğaldan azad edilmiş digər şəhərlərin də baş planları üzrə iş gedir.

Dövlətimizin başçısı Ağdam rayonunun işğal altında olduğu dövrdə doqquz dəfə səfər etdiyini xatırlatdı. Həmin ərazi ilə bağlı bir çox tədbirlər keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Ağdam rayonunun quruculuqla bağlı inkişaf planları təsdiq edilmişdir. Burada bir çox sosial layihələr icra edildi, məktəblər, Muğam Mərkəzi, uşaq xəstəxanası, mərkəzi rayon xəstəxanası, Olimpiya Mərkəzi, infrastruktur layihələri icra edildi. Əhali təbii qazla, elektrik enerjisi, su ilə təmin edilmiş, 150-dən çox artezian quyusu qazılmışdır. İşğal dövründə Ağdam rayonunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. Dövlətimizin başçısı Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşlər əsnasında demişdir ki, torpaqlarımız, o cümlədən Ağdam şəhəri və bütün rayon azad olunandan sonra buralar cənnətə çevriləcək, daha gözəl şərait yaradılacaq. Müstəqillik günü təqdim edilən Ağdam şəhərinin baş planı verilən vədlərin məntiqi nəticəsi oldu. Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bir daha vurğuladı ki, biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır.

Ağdam şəhəri üçün çox önəmli olan 140 illik tarixi olan 1 saylı məktəbin təməli qoyulub. Həmçinin gələcəkdə burada iş yerlərinin yaradılması üçün təqribən 200 hektara yaxın ərazisi olan Ağdam Sənaye Parkının təməli qoyuldu. Yaxın gələcəkdə istismara veriləcək Bərdə - Ağdam avtomobil yolu iki rayon arasında əlaqələri daha da yaxınlaşdıracaq. Ağdamda İşğal və Zəfər muzeylərinin yaradılması düşmənə böyük zərbə olacaq. Şəhərin içində 125 hektarlıq böyük bir meşə zolağının, süni gölün yaradılması, kanalların , körpülərin tikintisi baş planda öz əksini tapıb.

Dövlətimizin başçısı qeyd etdiyi kimi, bütün Qarabağ zonası “yaşıl enerji” zonasına çevriləcək. İşğaldan azad edilmiş bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Yaxın gələcəkdə işğaldan azad edilmiş bütün ərazilər əvvəlki illərdən fərqli olaraq daha gözəl olacaq. Bəli, bütün dünya şahiddir ki, Qarabağ Azərbaycandır!

 
  • Oxunub:  2070  |  
  • Tarix:  01-06-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır

23 İyun 21:02
Kamal Cəfərov: Ermənistanın mina xəritələrini verməməkdə məqsədi yenidənqurma işlərinə və məcburi köçkünlərin qayıtmasına maneə olmaqdır
23 İyun 21:01
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daimi dövlət qulluğuna qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib
23 İyun 20:59
Şuşa Bəyannaməsi bütün dünyaya tarixi reallıqla barışmağın qaçılmazlığını göstərdi
23 İyun 20:52
Azərbaycanla Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələri genişlənir
23 İyun 20:50
Milli Məclisin növbədənkənar iclasının gündəliyinə 12 məsələ daxil edilib
23 İyun 20:48
Mariya Rizzotti: Artıq müharibə bitib, indi sülhün bərqərar olması barədə düşünmək lazımdır
23 İyun 20:41
Stefan Şennak: Ermənistan mina xəritələrini verməlidir, Ağdama gedib vəziyyəti öz gözlərimlə də görmək istəyirəm
23 İyun 20:39
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 4 məsələ plenar iclasa tövsiyə olunub
23 İyun 20:36
Prezidentin Mətbuat Xidmətinin məlumatı
23 İyun 17:37
İşğaldan azad edilmiş ərazilərimizdə modul tipli daha bir yeni hərbi hissə istifadəyə verilib
23 İyun 17:32
Nərimanov rayonu üzrə “Məktəb hesabatları” dinlənilib
23 İyun 17:30
Sevinc Fətəliyeva: Həqiqətlərin düzgün və şəffaf çatdırılması üçün jurnalistlərə təhlükəsiz şərait yaradılmalıdır
23 İyun 17:27
Parlamentlərarası əməkdaşlıq Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə xidmət edəcək
23 İyun 17:19
“Tələbə baharı” XV ümumrespublika bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırılıb
23 İyun 17:17
QDİƏT Parlament Məclisinin Baş Assambleyasının onlayn formatda iclası keçirilib
23 İyun 17:14
Azərbaycanın xarici işlər naziri Səudiyyə Ərəbistanına rəsmi səfərə yola düşüb
23 İyun 17:07
Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir
23 İyun 17:00
Cəlal Allahverdiyev: Şuşa Bəyannaməsində Qars müqaviləsinə istinad edilməsi tarixi sənədə sadiqliyin nümayişidir
23 İyun 16:52
Baş nazirin müavini: İşğaldan azad edilmiş bütün ərazilərdə keyfiyyətli su təminatı olacaq
23 İyun 16:51
Kamilə Əliyeva: Vətəndaşlarımız təhlükədən yayınmaq üçün Operativ Qərargahın tövsiyələrinə ciddi əməl etməlidirlər
23 İyun 16:43
Azərbaycanda koronavirus infeksiyasından daha 84 nəfər müalicə olunaraq sağalıb
23 İyun 16:33
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Şuşa Bəyannaməsi ilə bağlı konfrans keçirilib
23 İyun 16:23
Şahin Mustafayev: Üçtərəfli İşçi qrupu Ermənistanda yeni hökumət formalaşandan sonra fəaliyyətini davam etdirəcək
23 İyun 16:21
Prezident Vladimir Putin Qarabağda atəşkəsə nail olunmasında Rusiyanın rolunu qeyd edib
23 İyun 16:19
Rüstəm Nağıyev: Bəyannamənin Şuşada imzalanması xüsusi əhəmiyyət daşıyır
23 İyun 16:16
Azərbaycan Dövlət İqtisad Universitetində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib
23 İyun 16:12
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb
23 İyun 16:08
İntihar və intihara cəhd hadisələri ilə əlaqədar Baş Prokurorluqda konfrans keçirilib
23 İyun 16:06
Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin innovasiyalar və kosmik sahədə əməkdaşlığı müzakirə olunub
23 İyun 16:00
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “MILEX-2021” Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində iştirak edir
23 İyun 15:50
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının XII hesabat konfransı keçirilib
23 İyun 15:44
Rusiya paytaxtında Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransı keçirilir
23 İyun 15:38
Təkrar əkinlərə görə subsidiya almaq üçün müraciətlərin qəbuluna başlanılıb
23 İyun 15:32
Şahin Mustafayev: İşğaldan azad olunan ərazilərdə 13 iri çay, 9 su anbarı mövcuddur
23 İyun 15:27
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
23 İyun 15:20
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərinə yekun vurulub
23 İyun 15:14
Prezident İlham Əliyev: Biz bu miqyasda dağıntıdan inkişafa doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik
23 İyun 15:09
Müşfiq Məmmədli: Epidemioloji vəziyyətin yaxşılaşmasına baxmayaraq, vətəndaşlar karantin qaydalarına ciddi riayət etməlidirlər
23 İyun 15:05
Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu göstərdi
23 İyun 15:04
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri bölgədəki vəziyyəti müzakirə ediblər
23 İyun 14:48
Deputat: COVID-19 pandemiyasından uşaqlar daha çox əziyyət çəkirlər
23 İyun 14:31
Antalyaya gedib, Qalaiçini görməmək mümkün deyil
23 İyun 14:27
Azərbaycan ərazisində terror-təxribat cinayətləri törədən erməni silahlı dəstələrinin üzvləri ilə bağlı növbəti məhkəmə iclası keçirilib
23 İyun 14:24
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
23 İyun 14:24
Torpaqlarımızın işğaldan azad olunması 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaradıb
23 İyun 13:55
Təhsil naziri Bakı Ali Neft Məktəbində yaradılan tədris mühitini yüksək qiymətləndirib
23 İyun 13:52
Ankarada görkəmli qazax şairi Mukağali Makatayevin şeirlər kitabının təqdimatı olub
23 İyun 13:48
Hərbi cinayətlərdə ittiham olunan erməni hərbçilərlə bağlı növbəti məhkəmə iclası keçirilib
23 İyun 13:31
Vüsal Qasımlı: Dünya bazarlarının Azərbaycan iqtisadiyyatına təsiri müsbətdir
23 İyun 13:09
AŞPA-nın bir qrup üzvü Ermənistanın bütün mina xəritələrini verməsi ilə bağlı bəyanat yayıb
23 İyun 12:58
Vətən müharibəsindən sonra 100-cü şəhid övladı dünyaya gəlib
23 İyun 12:56
Maliyyə Nazirliyi: Hazırda Dünya Bankından kreditin alınması gündəmdə deyil
23 İyun 12:50
Prezident İlham Əliyev dövlət qulluqçularını təltif edib – SƏRƏNCAM
23 İyun 12:24
Ağdamın işğaldan azad olunmuş ərazilərində su ehtiyatlarının qiymətləndirilməsi ilə əlaqədar iclas keçirilib
23 İyun 12:09
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul edib
23 İyun 12:03
Azərbaycanda əhalinin 19 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib
23 İyun 11:58
Bu gün “Avro-2020”nin qrup mərhələsinə yekun vurulacaq
23 İyun 11:52
Yay məktəbi çərçivəsində məktəblilər üçün ekskursiyalar təşkil olunub
23 İyun 11:46
Sədaqət Vəliyeva: Vaksinasiya olunmaq və Operativ Qərargahın qaydalarına əməl etmək vacibdir
23 İyun 11:37
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açır
23 İyun 11:18
Deputat: Müharibədən 7 ay keçməsinə baxmayaraq, Azərbaycanın “dəmir yumruğu” Ermənistanı hələ də silkələməkdədir
23 İyun 10:51
KOB-ların biznes fəaliyyətlərində üzləşdiyi çətinliklər müzakirə olunub
23 İyun 10:21
Təhsil Nazirliyi: Şagirdlərin dərsliklərə dair fikirləri öyrənilir
23 İyun 10:13
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır
23 İyun 10:10
“ASAN xidmət”lə BMT arasında uğurlu əməkdaşlıq davam edir
23 İyun 09:57
Özbəkistan Türkdilli Ölkələrin Parlament Assambleyasına daxil olmağı qərara alıb
23 İyun 09:34
Memarlıq və mərmər heykəltəraşlığı ilə məşhur olan qədim şəhər – Perge
23 İyun 09:00
Prezident İlham Əliyev: Ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır
23 İyun 08:57
Koçaryan-Sarkisyan cütlüyü təkcə hərb meydanında deyil, həm də siyasi meydanda məğlub oldu
23 İyun 08:56
“Mayın ortalarından başlayaraq vaksinasiya prosesinin sürəti bir qədər də artıb”

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+34 +39
gecə+20 +24