Ana səhifə »  Xəbər lenti »  44 günlük müharibənin hər bir anında Azərbaycan dövləti və cəmiyyəti Türkiyənin mənəvi dəstəyini hiss edib
A+   Yenilə  A-
44 günlük müharibənin hər bir anında Azərbaycan dövləti və cəmiyyəti Türkiyənin mənəvi dəstəyini hiss edib

Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə dediyi  "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" kəlamları hər iki dövlətin gələcək nəsilləri üçün qoyduğu çox dəyərli bir mirasdır. Azərbaycan xalqı üçün unudulmayacaq reallıqdır ki, keçən əsrin əvvəllərində ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım zamanı qardaş türk ordusu xilaskarlıq missiyasını yerinə yetirmişdi. 70 illik sovetlər dönəmində imperiya tərkibində yaşasaq da, xalqımız bu qardaşlığı daim böyük hörmətlə yad etmiş, xatırlamışdır. Nuru paşanın komandanlığı altında 1918-ci ildə Azərbaycan xalqına qardaşlıq köməyinə gəlmiş Qafqaz İslam Ordusunun döyüşçüsü olmuş naməlum türk hərbçisinin Bakı-Şamaxı yolunun kənarında, Acıdərə vadisində qəbrinin 37-ci ilin repressiya dövründə belə xalqımız tərəfindən qorunaraq saxlanılması və hələ 1964-cü ildə yenidən abadlaşdırılması xalqlarımız arasında dostluq-qardaşlıq münasibətlərinin əbədi və sarsılmaz olduğunu ən təsirli göstəricilərindəndir. 

Qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq və qardaşlıq türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərir. Çünki iki türk dövlətinin bir-birinə qardaş münasibəti bütün türk dünyası üçün və ümumilikdə bütün dünya üçün nümunə ola biləcək səviyyədədir. Bu qardaşlıq nümunəsi sadəcə xoş günlərdə deyil, ən çətin günlərdə də davam etdirilmişdir. Belə ki, Türkiyə daim Azərbaycanın yanında olub, 44 günlük müharibənin hər bir anında Azərbaycan dövləti və cəmiyyəti Türkiyənin mənəvi dəstəyini hiss edib. Eyni şəkildə Azərbaycan da daim Türkiyəni dəstəkləmişdir. Sadəcə yaxın tarixə nəzər salmaq kifayətdir ki, dediklərimiz öz təsdiqini tapsın. II Qarabağ müharibəsinin başlamasından cəmi 3 həftə öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstanın  ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosu qəbul edərkən Türkiyəyə açıq və qəti dəstəyini yunan səfirin diqqətinə çatdırmış və vurğulamışdır ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və bütün məsələlərdə biz onların yanında olacağıq. Bu qəti mövqe qardaş ölkəmizdə böyük məmnuniyyətlə qarşılanmış və geniş əks-səda tapmışdır. Daha bir nümunə: Qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı ABŞ Prezidenti Cozef Baydenin 24 aprel tarixli bəyanatına Azərbaycan dərhal reaksiya göstərmiş və Türkiyənin yanında olduğunu açıq şəkildə ifadə etmişdir. Əslində iki ölkənin bir-birinə dəstəyi və qardaş münasibəti ilə bağlı hələ çox nümunə göstərmək, fikir bildirmək olar amma məqsədimiz onsuz da hər kəsə məlum olan məsələni qabartmaq yox, iki ölkənin təhsil sahəsindəki əməkdaşlığından danışmaqdır. 

Bu ilin 27 may tarixində Prezident İlham Əliyev Türkiyə Respublikasının Milli təhsil naziri Ziya Selçuku qəbul etdi. Görüş bir çox məqamlarla yadda qalan oldu. Görüş zamanı təhsil sahəsində əməkdaşlığın önəmli olduğunu vurğulayan ölkə başçımız  gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün addımların atılmasının vacibliyini qeyd edərək bu istiqamətdə əlavə tədbirlərin görülməsini türkiyəli nazirin diqqətinə çatdırdı. 

Prezident İlham Əliyev tərəfindən səsləndirilən ən vacib fikirlərdən biri isə Qarabağ həqiqətlərinin öyrənilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə göstəriş verildiyinin elan edilməsi idi. Əslində, bu gözlənilən addım idi. Nəzərə alsaq ki, tarixin saxtalaşdırılması və təhrif olunması kimi hallar dünya təcrübəsində tez-tez baş verir, onda bu addımın atılmasının zəruriliyi bir daha nəzərə çarpır. Bir tərəfdən gələcək nəslin tariximizi bilməsi, qəhrəman övladlarımızın şücaəti, rəşadəti, cəsarəti, Vətən sevgisi ilə bağlı aydın fikrə sahib olması, digər tərəfdən də gələcəkdə hansısa məqsədlər naminə tariximizin bilərəkdən saxtalaşdırılması ehtimalının aradan qaldırılması üçün bu addım olduqca vacib və lazımlıdır. Ölkə başçımız sovet dövründə təhsil alan şəsxlərin, o cümlədən özünün də təhrif edilmiş tarix öyrəndiyini bildirmiş və indiki şəraitdə həm qədim tariximizi, həm də müasir tariximizi olduğu kimi təqdim etməyin vacibliyini vurğulamışdır. Buna görə də Qarabağ  həqiqətlərinin düzgün təbliği və bundan sonra orta məktəb və ali təhsil ocaqlarında tədris olunması gələcək nəsillərə düzgün, təhrif olunmamış formada çatdırılması, tarixi həqiqətlərin Azərbaycan gəncliyinə aşılanması təhsil sistemimiz qarşısında duran ən prioritet vəzifədir. 

Görüşdə diqqət yetirilən daha bir vacib nüans isə peşə təhsili ilə bağlı oldu. Türkiyə Milli təhsil naziri Ziya Səlçuk bildirib ki, peşə fəaliyyəti ilə bağlı imzalanan protokol hazırda həyata keçirilir. İndiki şəraitdə bu məsələnin Azərbaycan üçün aktuallığı maksimum səviyyədədir. Çünki Qarabağın bərpası prosesində peşə təhsilinə malik savadlı kadrlar bizim üçün vacibdir. Türkiyənin dəstəyi ilə yetişmiş hazırlıqlı kadrların bu prosesə verəcəyi töhfə şübhəsiz ki, çox böyük və əhəmiyyətli olacaq.

Ölkə başçımız çıxışı zamanı bir məsələni də qeyd etdi ki, yaxın tarixdə ölkəmizə səfəri gözlənilən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi bir məktəbin təməlqoyması reallaşacaqdır. Əlbəttə ki, bu da bizim üçün vacib və qürurverici haldır. Bu onun göstəricisidir ki,iki dövlət hər məsələdə olduğu kimi Qarabağın bərpasında da birlikdə yol izləyir və bir-birinə dəstək olur.

İlqam Əskərov,

YAP Pirallahı rayon təşkilatının aparat rəhbəri

 
  • Oxunub:  2280  |  
  • Tarix:  31-05-2021  |  
  •    Çap et   |  
Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar

14 İyun 21:10
Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton ilə telefon danışığı olub
14 İyun 21:02
Brüsseldə Türkiyə və ABŞ prezidentləri arasında görüş keçirilib
14 İyun 21:01
Milli Qurtuluş Günü ədliyyə orqanlarında qeyd olunub
14 İyun 21:00
Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində əməkdaşlığı genişləndirir
14 İyun 20:53
Azərbaycan ilə Monqolustan arasında çoxtərəfli formatlarda əməkdaşlıq uğurla həyata keçirilir
14 İyun 20:49
Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır
14 İyun 20:40
YAP Göyçay rayon təşkilatı “Tarixi qələbəyə gedən yol qurtuluşdan başlayır” adlı videokonfrans keçirib
14 İyun 20:34
YAP Bərdə rayon təşkilatında “Qurtuluşdan qələbəyə” adlı təqdimat mərasimi keçirilib
14 İyun 20:28
YAP Şəmkir rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
14 İyun 20:14
Mingəçevirdə “Ümummilli Lider Heydər Əliyev milli qurtuluşumuzun müəllifidir” mövzusunda videokonfrans keçirilib
14 İyun 20:11
Bakı Slavyan Universitetində tədbir: Əsrə bərabər gün
14 İyun 20:09
“Xilaskarlıq missiyası”
14 İyun 19:05
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
14 İyun 18:56
Binəqədi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan-zəfərə” mövzusunda tədbir keçirilib
14 İyun 18:50
Fəxrəddin Vəliyev: Ulu Öndər Heydər Əliyevin adı tariximizə böyük xilaskar kimi düşüb
14 İyun 18:46
Ağdaşda “Qurtuluşdan başlanan yol” adlı konfrans keçirilib
14 İyun 17:49
Adil Əliyev: Milli Qurtuluş Günü ölkəmizin parçalanmasının qarşısının alınmasının başlanğıc tarixidir
14 İyun 17:46
YAP Gəncə şəhər təşkilatında Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib
14 İyun 17:40
BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni layihələrlə xeyli genişlənib
14 İyun 17:34
Milli Məclis deputatları Moskva şəhərinə səfər edəcəklər
14 İyun 17:33
YAP Hacıqabul rayon təşkilatı "Azərbaycanın tarixi qələbəsi Heydər Əliyev siyasətinin uğurudur" mövzusunda videokonfrans keçirib
14 İyun 17:32
Səfir: Norveç bölgədə sülhün və sabitliyin tərəfdarıdır
14 İyun 17:28
Gədəbəydə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
14 İyun 17:22
YAP Qaradağ rayon təşkilatı Qaradağ rayon İcra Hakimiyyəti ilə birgə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirib
14 İyun 17:20
Pərvin Kərimzadə: Milli Qurtuluş Günü dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb
14 İyun 17:18
Şahin İsmayılov: Ölkəmiz qlobal proseslərə kifayət qədər böyük töhvələr verir
14 İyun 17:15
Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub
14 İyun 17:09
Azərbaycan və Qazaxıstan parlamentlərarası dostluq qruplarının onlayn görüşü keçirilib
14 İyun 16:54
Umayra Tağıyeva: Təbiət istifadəçilərini təbiəti, ətraf mühiti tullantılarla çirkləndirməməyə çağırıram
14 İyun 15:57
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü qeyd edilib
14 İyun 15:56
“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başlayıb
14 İyun 15:51
YAP Qubadlı rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə videoformatda tədbir keçirib
14 İyun 15:31
Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis edilib
14 İyun 15:24
Yevlaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
14 İyun 15:13
Təhsil naziri “Son zəng” tədbirində iştirak edib
14 İyun 15:02
Təhsil İnstitutu Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq edəcək
14 İyun 14:59
YAP Sumqayıt şəhər təşkilatında şəhid Kərim Əhmədəliyevin xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
14 İyun 14:54
YAP Cəbrayıl rayon təşkilatı Milli Qurtuluş Günü münasibətilə videokonfrans keçirib
14 İyun 14:52
“Azərbaycanla qürur duyuruq”
14 İyun 14:43
Təhsil nazirinin müavini: 2020-2021-ci tədris ili uğurlarla yadda qaldı
14 İyun 14:27
Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi təsis ediləcək
14 İyun 14:25
Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş jurnalistlər və yerli icra hakimiyyətinin nümayəndəsi təltif edilib - SƏRƏNCAM
14 İyun 14:21
YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib
14 İyun 14:20
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
14 İyun 14:04
YAP Mərkəzi Aparatında 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” adlı gənc rəssamların sənət sərgisi keçirilib
14 İyun 14:02
Suraxanı rayonunda şəhid İsa Məmmədovun məzarı ziyarət olunub
14 İyun 13:28
Ömər Eldarov: Azərbaycan xalqı üçün əlamətdar günlərə həsr olunmuş sərgilərin təşkili ənənə halı alıb
14 İyun 12:59
Azərbaycandan keçməklə Potidən Daşkəndə ilk konteyner blok qatarı yola düşüb
14 İyun 12:56
“ASAN İmza” və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Elektron imza üzrə Avropa Forumunda təqdim edilib
14 İyun 12:39
Suraxanı rayonunda şəhid Məhəmməd İsmayılzadənin xatirəsinə inşa edilmiş bulağın açılışı olub
14 İyun 12:28
Bakı Ali Neft Məktəbinin Layihə İdarəetmə Məktəbinin növbəti məzun buraxılışı olub
14 İyun 12:22
Ombudsman: Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, ərazilərin bərpası prosesini də ləngidir
14 İyun 12:14
Tahir Budaqov: Milli qurtuluşdan başlayan yol milli tərəqqiyə yol açdı
14 İyun 12:09
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: Ermənistan təcavüzə görə özünün məsuliyyətini inkar edir
14 İyun 11:56
Daimi nümayəndəlikdə 15 İyun-Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
14 İyun 11:53
15 İyun Milli Qurtuluş Günü tarixə Azərbaycanın xilası günü kimi daxil olub
14 İyun 11:42
Deputat: Türkiyə Prezidentinin ölkəmizə səfəri Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirəcək
14 İyun 11:31
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib
14 İyun 11:20
Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində döyüşmüş livanlı muzdlu terrorçu 20 il müddətinə azadlıqdan məhrum edilib
14 İyun 10:44
YAP Suraxanı rayon təşkilatının nümayəndələri Gülərin 8 yaşını təbrik etmişlər
14 İyun 10:41
YAP Göygöl rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
14 İyun 10:27
Milli Kitabxana növbəti virtual sərgini Milli Qurtuluş Gününə həsr edib
14 İyun 10:15
Azərbaycan məktəblərində 84 min 69 şagird XI sinfi bitirir
14 İyun 09:19
Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” çalınır
14 İyun 09:11
Bu gün futbol üzrə Avropa çempionatında daha üç oyun keçiriləcək
13 İyun 18:46
Xəzər Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvləri bəyanatla çıxış ediblər
13 İyun 18:17
Hikmət Hacıyev: Xarici diplomatlarla buradan bir neçə ildən sonra müasir Ağdam şəhərinə qayıtmaq arzusu ilə ayrılırıq
13 İyun 18:14
Heydər Əliyev Mərkəzinin üzərində “Avro-2020”nin iştirakçıları ilə bağlı görüntülər nümayiş etdirilib
13 İyun 17:23
Xarici diplomatlara Ağdamda aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verilib
13 İyun 16:32
Seyid Abbas Musəvi: Çox təəssüf edirəm ki, bu cür cənnət kimi yerlər viran qoyulub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA