Ana səhifə »  Xəbər lenti »  Araz və Mil-Muğan su anbarlarının birgə istifadəsinin 50-ci ildönümü qeyd edilib
A+   Yenilə  A-
Araz və Mil-Muğan su anbarlarının birgə istifadəsinin 50-ci ildönümü qeyd edilib

Araz çayı boyunca inşa edilmiş Araz və Mil-Muğan su anbarlarından birgə istifadə edilməsinin 50 illiyi münasibətilə yubiley mərasimi keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan və İran İslam Respublikasının hökumət nümayəndələrinin iştirakı ilə təşkil edilmiş mərasim ərazidəki sərgi ilə tanışlıqdan başlanıb. Tədbirdə Azərbaycan tərəfdən Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, İran tərəfdən isə Şərqi Azərbaycan vilayətinin valisi Mohammad Reza Pour Mohammadi açılış nitqləri ilə çıxış ediblər. Araz çayı üzərində Azərbaycan və İran tərəfindən tikilərək 1971-ci ildə birgə istismara verilmiş, həcmi 1 milyard 350 milyon kubmetr olan Araz su anbarı, həmçinin “Araz” SES və hər iki ölkənin ərazisində 400 min hektar sahənin suvarılmasını təmin edən Mil-Muğan su anbarının regional əməkdaşlığın inkişafında əhəmiyyəti diqqətə çatdırılıb.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov deyib: “Bu gün ölkə prezidentlərinin iradəsinə uyğun olaraq həyata keçirilən birgə layihələr əlaqələrimizi daha da möhkəmləndirir. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Araz və Mil-Muğan su anbarlarının dostcasına birgə istifadəsinin 50 illiyinin xüsusi mərasimlə qeyd edilməsi əlaqələrimizin möhkəm tarixi köklər üzərində daha da inkişafının göstəricisidir”.

Şərqi Azərbaycan vilayətinin valisi Mohammad Reza Pour Mohammadi bildirib: “Bu gün həm mədəni sərvət, həm də bölgə insanları üçün iqtisadiyyatın həyat arteriyası olan, bir çaydan daha üstün məna daşıyan Araz çayı ətrafında toplaşmışıq. Bu çay geniş əməkdaşlığımız üçün üzümüzə açılan böyük bir dünyanın nümunəsidir. İnşallah ki, sabahın işıqlı günləri üçün əməkdaşlığı davam etdirəcəyik. Dağlıq Qarabağ münaqişəsinin bitməsini və bölgədə davamlı sülhün bərqərar olmasına dair razılıqları nəzərə alaraq bütün ölkələrin əməkdaşlığı üçün yaxşı bir fürsət yaradılıb. Azərbaycanla hər cür əməkdaşlığa hazırıq”.

Tədbirdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov və İran İslam Respublikasının energetika nazirinin su məsələləri üzrə müavini Ghasem Taghızadeh də çıxış edib. Zaur Mikayılov əmin olduğunu vurğulayıb ki, mövcud su ehtiyatlarından daha səmərəli istifadənin təmin olunması, su təminatında yarana biləcək çətinliklərin vaxtında qarşısının alınması və hər iki dövlətin su və enerjiyə olan tələbatının ödənilməsi məqsədilə bu sahədə fəaliyyət bundan sonra da uğurla davam etdiriləcək. Ghasem Taghızadeh isə iki ölkə arasında Araz çayı üzrə əməkdaşlığın və rəğbətli münasibətin bütün dünyada sülh və dostluğun gözəl nümunəsi ola biləcəyini deyib.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov da çıxışında Araz və Mil-Muğan su anbarlarını ölkələrimiz üçün sosial-iqtisadi obyektlərdən daha çox uzunmüddətli əməkdaşlıq körpüsü adlandırıb: “Araz və Mil-Muğan su anbarları, “Araz” SES, eləcə də Araz çayı üzərində yeni layihələrin nümunəsində əminliklə deyə bilərik ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə birgə əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir. Yarım əsr ərzində bu infrastrukturlar paritet əsasda hər iki ölkənin maraqlarına xidmət edərək Azərbaycan-İran təcrübəsində transsərhəd sularından istifadənin də örnək modelini formalaşdırıb”.

Nazir Pərviz Şahbazov mürəkkəb bir dövrdə belə strateji əhəmiyyətli layihələrin ərsəyə gəlməsində ulu öndər Heydər Əliyevin misilsiz rolunu vurğulayıb. Azərbaycan tərəfi üçün ümumi gücü 22 MVt olan “Araz” SES-in o dövrdə ölkəmizin enerji təminatına mühüm töhfə verdiyini diqqətə çatdırıb. Energetika naziri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionda yeni reallıqlar yaradan siyasəti nəticəsində hazırda Araz çayının su və energetika ehtiyatlarının birgə istifadəsi ilə bağlı əməkdaşlığımız “Xudafərin”, “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları, eləcə də digər layihələrlə genişlənərək yeni inkişaf mərhələsinə daxil olub. “Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi və tarixi sərhədlərinin bərpası ilə regionda yaranmış yeni geosiyasi reallıqlar və təhlükəsiz inkişaf mühiti bu layihələrin icrası istiqamətində maneələri artıq aradan qaldırıb. Bu layihələrin icrası uzaqgörən siyasətin, dəqiq hesablanmış strateji yanaşmanın məhsulu olmaqla bərabər hər iki dövlət üçün Araz çayının əhəmiyyətini daha da artırır. Yaxın gələcəkdə ümumi qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt gücündə “Qız Qalası” su elektrik stansiyaları tikiləcək. Nəticədə biz ildə ümumən 716 milyon kilovat/saat elektrik enerjisi istehsal edə biləcəyik.”

İran İslam Respublikasının energetika naziri Reza Ardakanian bildirib: “Araz və Mil-Muğan su anbarlarının istismara verilməsinin 50-ci ildönümü İran və Azərbaycan arasındakı dərin dostluq əlaqələri və əməkdaşlıq münasibətlərini ifadə edir. Şübhəsiz, Araz çayı İran və Azərbaycan arasında hər iki qonşu dövlətin əhalisinin qan damarı kimi ortaq sərhədin mühüm hissəsində sülh və dostluğun simvoluna çevrilib”.

Mərasimdə Araz və Mil-Muğan su anbarlarının istismarı və birgə əməkdaşlıq tarixinə dair hər iki ölkə tərəfindən hazırlanmış qısametrajlı sənədli filmlər nümayiş etdirilib. Yekunda Araz və Mil-Muğan su anbarlarının istismarı üzrə birgə komissiyanın və 50-ci görüşün protokolu imzalanıb.

 
  • Oxunub:  2250  |  
  • Tarix:  31-05-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır

23 İyun 21:02
Kamal Cəfərov: Ermənistanın mina xəritələrini verməməkdə məqsədi yenidənqurma işlərinə və məcburi köçkünlərin qayıtmasına maneə olmaqdır
23 İyun 21:01
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daimi dövlət qulluğuna qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib
23 İyun 20:59
Şuşa Bəyannaməsi bütün dünyaya tarixi reallıqla barışmağın qaçılmazlığını göstərdi
23 İyun 20:52
Azərbaycanla Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələri genişlənir
23 İyun 20:50
Milli Məclisin növbədənkənar iclasının gündəliyinə 12 məsələ daxil edilib
23 İyun 20:48
Mariya Rizzotti: Artıq müharibə bitib, indi sülhün bərqərar olması barədə düşünmək lazımdır
23 İyun 20:41
Stefan Şennak: Ermənistan mina xəritələrini verməlidir, Ağdama gedib vəziyyəti öz gözlərimlə də görmək istəyirəm
23 İyun 20:39
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 4 məsələ plenar iclasa tövsiyə olunub
23 İyun 20:36
Prezidentin Mətbuat Xidmətinin məlumatı
23 İyun 17:37
İşğaldan azad edilmiş ərazilərimizdə modul tipli daha bir yeni hərbi hissə istifadəyə verilib
23 İyun 17:32
Nərimanov rayonu üzrə “Məktəb hesabatları” dinlənilib
23 İyun 17:30
Sevinc Fətəliyeva: Həqiqətlərin düzgün və şəffaf çatdırılması üçün jurnalistlərə təhlükəsiz şərait yaradılmalıdır
23 İyun 17:27
Parlamentlərarası əməkdaşlıq Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə xidmət edəcək
23 İyun 17:19
“Tələbə baharı” XV ümumrespublika bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırılıb
23 İyun 17:17
QDİƏT Parlament Məclisinin Baş Assambleyasının onlayn formatda iclası keçirilib
23 İyun 17:14
Azərbaycanın xarici işlər naziri Səudiyyə Ərəbistanına rəsmi səfərə yola düşüb
23 İyun 17:07
Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir
23 İyun 17:00
Cəlal Allahverdiyev: Şuşa Bəyannaməsində Qars müqaviləsinə istinad edilməsi tarixi sənədə sadiqliyin nümayişidir
23 İyun 16:52
Baş nazirin müavini: İşğaldan azad edilmiş bütün ərazilərdə keyfiyyətli su təminatı olacaq
23 İyun 16:51
Kamilə Əliyeva: Vətəndaşlarımız təhlükədən yayınmaq üçün Operativ Qərargahın tövsiyələrinə ciddi əməl etməlidirlər
23 İyun 16:43
Azərbaycanda koronavirus infeksiyasından daha 84 nəfər müalicə olunaraq sağalıb
23 İyun 16:33
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Şuşa Bəyannaməsi ilə bağlı konfrans keçirilib
23 İyun 16:23
Şahin Mustafayev: Üçtərəfli İşçi qrupu Ermənistanda yeni hökumət formalaşandan sonra fəaliyyətini davam etdirəcək
23 İyun 16:21
Prezident Vladimir Putin Qarabağda atəşkəsə nail olunmasında Rusiyanın rolunu qeyd edib
23 İyun 16:19
Rüstəm Nağıyev: Bəyannamənin Şuşada imzalanması xüsusi əhəmiyyət daşıyır
23 İyun 16:16
Azərbaycan Dövlət İqtisad Universitetində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib
23 İyun 16:12
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb
23 İyun 16:08
İntihar və intihara cəhd hadisələri ilə əlaqədar Baş Prokurorluqda konfrans keçirilib
23 İyun 16:06
Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin innovasiyalar və kosmik sahədə əməkdaşlığı müzakirə olunub
23 İyun 16:00
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “MILEX-2021” Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində iştirak edir
23 İyun 15:50
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının XII hesabat konfransı keçirilib
23 İyun 15:44
Rusiya paytaxtında Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransı keçirilir
23 İyun 15:38
Təkrar əkinlərə görə subsidiya almaq üçün müraciətlərin qəbuluna başlanılıb
23 İyun 15:32
Şahin Mustafayev: İşğaldan azad olunan ərazilərdə 13 iri çay, 9 su anbarı mövcuddur
23 İyun 15:27
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
23 İyun 15:20
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərinə yekun vurulub
23 İyun 15:14
Prezident İlham Əliyev: Biz bu miqyasda dağıntıdan inkişafa doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik
23 İyun 15:09
Müşfiq Məmmədli: Epidemioloji vəziyyətin yaxşılaşmasına baxmayaraq, vətəndaşlar karantin qaydalarına ciddi riayət etməlidirlər
23 İyun 15:05
Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu göstərdi
23 İyun 15:04
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri bölgədəki vəziyyəti müzakirə ediblər
23 İyun 14:48
Deputat: COVID-19 pandemiyasından uşaqlar daha çox əziyyət çəkirlər
23 İyun 14:31
Antalyaya gedib, Qalaiçini görməmək mümkün deyil
23 İyun 14:27
Azərbaycan ərazisində terror-təxribat cinayətləri törədən erməni silahlı dəstələrinin üzvləri ilə bağlı növbəti məhkəmə iclası keçirilib
23 İyun 14:24
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
23 İyun 14:24
Torpaqlarımızın işğaldan azad olunması 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaradıb
23 İyun 13:55
Təhsil naziri Bakı Ali Neft Məktəbində yaradılan tədris mühitini yüksək qiymətləndirib
23 İyun 13:52
Ankarada görkəmli qazax şairi Mukağali Makatayevin şeirlər kitabının təqdimatı olub
23 İyun 13:48
Hərbi cinayətlərdə ittiham olunan erməni hərbçilərlə bağlı növbəti məhkəmə iclası keçirilib
23 İyun 13:31
Vüsal Qasımlı: Dünya bazarlarının Azərbaycan iqtisadiyyatına təsiri müsbətdir
23 İyun 13:09
AŞPA-nın bir qrup üzvü Ermənistanın bütün mina xəritələrini verməsi ilə bağlı bəyanat yayıb
23 İyun 12:58
Vətən müharibəsindən sonra 100-cü şəhid övladı dünyaya gəlib
23 İyun 12:56
Maliyyə Nazirliyi: Hazırda Dünya Bankından kreditin alınması gündəmdə deyil
23 İyun 12:50
Prezident İlham Əliyev dövlət qulluqçularını təltif edib – SƏRƏNCAM
23 İyun 12:24
Ağdamın işğaldan azad olunmuş ərazilərində su ehtiyatlarının qiymətləndirilməsi ilə əlaqədar iclas keçirilib
23 İyun 12:09
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul edib
23 İyun 12:03
Azərbaycanda əhalinin 19 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib
23 İyun 11:58
Bu gün “Avro-2020”nin qrup mərhələsinə yekun vurulacaq
23 İyun 11:52
Yay məktəbi çərçivəsində məktəblilər üçün ekskursiyalar təşkil olunub
23 İyun 11:46
Sədaqət Vəliyeva: Vaksinasiya olunmaq və Operativ Qərargahın qaydalarına əməl etmək vacibdir
23 İyun 11:37
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açır
23 İyun 11:18
Deputat: Müharibədən 7 ay keçməsinə baxmayaraq, Azərbaycanın “dəmir yumruğu” Ermənistanı hələ də silkələməkdədir
23 İyun 10:51
KOB-ların biznes fəaliyyətlərində üzləşdiyi çətinliklər müzakirə olunub
23 İyun 10:21
Təhsil Nazirliyi: Şagirdlərin dərsliklərə dair fikirləri öyrənilir
23 İyun 10:13
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır
23 İyun 10:10
“ASAN xidmət”lə BMT arasında uğurlu əməkdaşlıq davam edir
23 İyun 09:57
Özbəkistan Türkdilli Ölkələrin Parlament Assambleyasına daxil olmağı qərara alıb
23 İyun 09:34
Memarlıq və mərmər heykəltəraşlığı ilə məşhur olan qədim şəhər – Perge
23 İyun 09:00
Prezident İlham Əliyev: Ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır
23 İyun 08:57
Koçaryan-Sarkisyan cütlüyü təkcə hərb meydanında deyil, həm də siyasi meydanda məğlub oldu
23 İyun 08:56
“Mayın ortalarından başlayaraq vaksinasiya prosesinin sürəti bir qədər də artıb”

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+34 +39
gecə+20 +24