Ana səhifə »  Xəbər lenti »  Yunus Əmrə kimdir, niyə önəmlidir?
A+   Yenilə  A-
Yunus Əmrə kimdir, niyə önəmlidir?

Mustafa Özçelik
Şair, yazıçı


Məlum olduğu kimi, böyük şair və mütəfəkkir Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə bu il Türkiyədə “Yunus Əmrə İli” elan olunub. Bu münasibətlə Türkiyədə və dünyanın bir çox yerlərində tədbirlər keçirilir. Öz növbəsində, Bakı Yunus Əmrə İnstitutu mütəfəkkirin fəlsəfəsini gənc nəsillərə çatdırmaq məqsədilə Türkiyədəki Yunus Əmrə tədqiqatçılarının dəyərli yazılarını Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmağı planlaşdırır. Beləliklə, bu istiqamətdə yazılmış yazılardan biri oxuculara təqdim edilir. Onu da qeyd edək ki, Bakı Yunus Əmrə İnstitutu tərəfindən redaksiyamıza təqdim edilən şair, yazıcı Mustafa Özçeliyin “Yunus Əmrə kimdir, niyə önəmlidir?” adlı yazısını Azərbaycan dilinə Aygün Ələkbərzadə tərcümə edib.
Yunus Əmrə XIII əsrin sonları, XIV əsrin əvvəllərində, 1240-1320-ci illər arasında Anadoluda ömür sürən çox önəmli bir sufi şairidir. Onun yaşadığı dövr Monqol hücumları, Babailər üsyanı, Səlcuqlu dövlətinin dağılması, Şərqdən-Qərbə türk köçləri kimi hadisələrin yaşandığı bir zamandır. Onun böyüklüyü və əhəmiyyəti belə bir zamanda dili, şeiri, düşüncə dünyası, əsərləri, sosial missiyası, milli və dünyəvi tərəfi ilə ortaya qoyduğu şəxsiyyətindən və etdiklərindən qaynaqlanmaqdadır.
Yunus Əmrənin həyatı
Yunus Əmrə haqqında üç həyat hekayəsindən bəhs edə bilərik. Birincisi, tarixi hekayəsi, digəri xalqın gözündə və könlündə onun üçün inşa etdiyi əfsanəvi hekayəsi, eyni zamanda, xüsusilə “Divan” adlı əsərində şeirləri vasitəsilə bəhs etdiyi daxili (könül) hekayəsi, yəni insan olaraq təkamülü (inkişaf) hekayəsidir.
Yunus Əmrə Anadoluda bugünkü Eskişəhər şəhərinə bağlı Sarıköydə anadan olmuşdur. Hacı Bektaşla tanış olması onu elm və sufizm yoluna yönəltmiş, Konyada mədrəsə təlimi, Tapdıq Əmrə təkkəsində təsəvvüf təhsili almışdır. Daha sonra onu davamlı səyahətdə olan dərviş olaraq görürük. Müəllimi Tapdıq Əmrənin icazəsi və buyruğu ilə baş tutan səyahətlərində Anadolunun, demək olar ki, hər yerini gəzmişdir. Hətta onun bu prosesdə Suriya, İraq, İran və Azərbaycana səfər etdiyi də şeirlərindən məlum olur.
Yunus Əmrə bu səyahətlər zamanı bir növ səyyah, xalq maarifçisi kimi xidmət etmişdir. O, Tapdıq Əmrədən dərviş olaraq öyrəndiyi təsəvvüf düşüncəsini və İslam dininin inanc, ibadət və əxlaq prinsiplərini şeir yolu ilə insanlara izah etmişdir. Beləliklə, bu geniş coğrafiyada onun şeirləri vasitəsilə dil, düşüncə, həssaslıq və dəyərlər birliyi meydana gəlmişdir.
Yunus Əmrə bu səyahətlərinin sonunda Sarıköyə gələrək dərgah qurmuş və dərvişlər yetişdirmişdir. Burada da vəfat etmişdir. Ancaq onu çox sevən Anadolu xalqı onun ölümünü eşidəndə adına məqam-məzar adlanan tikililər tikərək xatirəsini yaşatmaq istəmişdir. Bu gün Türkiyənin Karaman, Aksaray, Manisa kimi bir çox şəhərlərində Yunus Əmrənin məzarı vardır. Bunlardan biri də Azərbaycanın Qax rayonunda yerləşməkdədir.
Yunus Əmrənin dili
Yunus Əmrə ərəb dilinin, fars dilinin ədəbiyyat dili olduğu bir dövrdə yaşayırdı. Xitab etdiyi kütlə isə ya əvvəlki dövrlərdə, ya da son köçlərlə Anadoluya gələn türkmənlər idi. Daha da əhəmiyyətlisi Səlcuqluların çökməsindən sonra yeni bir Türk dövləti qurulmalı idi. Dövlət isə bir mədəniyyətə söykənən möhkəm təməllər üzərində qurula bilərdi. Bu da dil ilə mümkün idi. Çünki dil duyğu və düşüncə üçün də, biliklərin istehsalı və paylaşılması üçün də bir vasitə idi.
Yunus Əmrənin əhəmiyyəti burada ortaya çıxır. Çünki o, türk dilini danışıq dilindən çıxararaq yazılı mədəniyyət və ədəbiyyat dilinə çevirdi. Beləliklə, Anadoluda dili türk, həssaslığı türk həssaslığı, inancı və düşüncəsi İslam olan bir ədəbiyyatın qurucusu oldu. Onun yaratdığı bu dillə türk dili sanki qanadlandı və xüsusilə xalq və təkkə mühitində çox böyük şairlər yetişdi, çox əhəmiyyətli əsərlər qələmə alındı. Bu baxımdan Anadolu türklüyünün dil, din, vətən, millət, dövlət şüuru ilə bu coğrafiyada mövcud olmasına ən böyük xidməti dil məfhumu ilə Yunus Əmrə göstərmiş oldu.
Yunus Əmrənin şeiri
Yunus Əmrə bütün tədqiqatçılar tərəfindən əski Anadolu türkcəsinin ən böyük təmsilçisi hesab edilir. O, Əhməd Yasəvi ilə Türkistanda başlayan təkkə şeirimizin Anadoludakı qurucusudur. İfadə dili kimi türkcəni üstün tutaraq, onu bir ədəbiyyat, şeir dili halına gətirmişdir. Daha önəmlisi isə təsəvvüf kimi özünəməxsus qavramları olan bir düşüncə sistemini türkcə ilə ifadə edə bilmək Yunus Əmrənin türkcəmizə verdiyi ən böyük töhfədir. Üstəlik, bu ifadə tərzi elə sadədir ki, sadə bir vətəndaş belə bu dillə ifadə edilənləri başa düşməkdə çətinlik çəkmir.
Yunus Əmrə şeirlərində əruz vəznindən də istifadə etmişdir, lakin əsas üstünlüyü milli ölçümüz olan heca vəzninə vermişdir. Nəzm forması olaraq da adətən dördlükdən istifadə etmişdir. Bəzi şeirləri isə beytlər şəklindədir. Bir ziyalı olaraq isə xalqından əsla uzaqlaşmamış, onlara anladıqları dil və üslubla xitab etmişdir. İfadəsi çox lirikdir. Səmimi ifadə tərzi ən böyük xüsusiyyətidir. Allah eşqindən, insan sevgisindən, qürbət və ayrılıq fikrindən, ölümdən onun qədər duyğulu və səmimi bəhs edən başqa bir şair tapmaq, demək olar ki, mümkünsüzdür.
Yunus Əmrənin düşüncəsi
Yunus Əmrə şair olmaqla yanaşı, mütəfəkkirdir. Onun mənsub olduğu düşüncə sisteminin adı isə təsəvvüfdür. İslam dininin xüsusi şərhi olaraq ortaya çıxan bu məfhum ən güclü təmsilçisini Yunus Əmrədə tapmışdır. Bu məfhumun özünü isə çox səmimi bir Allah və insan sevgisi təşkil edir. Buna görə sevgi mərkəzli bir həyat, varlıq, bilik fəlsəfəsi ortaya qoyur. Bu fəlsəfədə bütün varlıqlara hörmət əsasdır. İnsanın Allahı tanımasında ən böyük dəyər isə eşqdir. Bu baxımdan bilik anlayışı da buna görə formalaşır və insanın özünü bilməsi ən dəyərli bilik növü olaraq görülür.
Təsəvvüf düşüncəsinin önə çıxan digər bəzi xüsusiyyətləri isə bunlardır. Vəhdət-i vücud (varlıq birliyi) əsasdır. Amma bu birlik düşüncəsi, sadəcə Tanrı-İnsan birliyini deyil, eyni zamanda, sosial birlik fikrini də ifadə edir. Mövzuya bu baxımdan nəzər yetirdikdə, insanlığı sülh, qardaşlıq, ədalət, əmək, çalışmaq, mərhəmət, paylaşmaqla dolu bir həyata çağırdığı görülür.
Yunus Əmrənin sosial missiyası
Yunus Əmrə öz dövründə iki önəmli missiyanı yerinə yetirmişdir. Monqol işğalı, Babailər üsyanı kimi hadisələrlə dövlətini itirən, birliyi dağılan, maddi və mənəvi cəhətdən müxtəlif çətinliklərlə üzləşən, beləliklə, mənəvi-psixoloji travmalar yaşayan insanların bu cür problemlərinin sevgiyə, qardaşlığa, birliyə əsaslanan bir anlayışla həll olunmasını təmin etmişdir. Bir növ mənəvi həkimlik etmişdir.
Yunus Əmrənin gördüyü ikinci önəmli iş isə Türk birliyinin bəyliklərə parçalandığı bir dövrdə türk bəyliklərinin Osmanlı bəyliyi ətrafında birləşərək yeni və böyük bir Türk dövlətinin qurulması fikrinin yaranmasına təsir etməsidir. Digər tərəfdən, şeirində bəhs etdiyi həyat, insan, varlıq, bilik, əxlaq, dəyər qavramları ilə Osmanlı dövlətinin qurucu ruhu oldu.
Türk dünyasının ortaq dəyəri
Yunus Əmrə Anadoluda yaşamış bir şairdir. Lakin türkcə şüuru, türk millətinə aidlik duyğusunun yüksəkliyi və türklərin müştərək inancı olan İslam dininə bağlı olması, şeir və fikir dünyasının türklərin ortaq atası Əhməd Yasəviyə bağlanması baxımından bütün dünyadakı türklərin də ortaq dəyəridir. Bu baxımdan, Türkiyə xaricində, xüsusilə Azərbaycanda və Balkan ölkələrində daha çox tanındığını demək olar. Bəxtiyar Vahabzadə, Məmməd Aslan kimi Azərbaycan şairlərinin və Ənvər Baki, Fəxri Əli, Zeynəl Beksaç kimi Balkan şairlərinin şeirlərində dərin Yunus Əmrə təsiri və sevgisi hiss olunur.
Yunus Əmrənin dünyəviliyi
Yunus Əmrə duyğu, düşüncə və anlayış dünyasının mərkəzinə insanı qoyduğu üçün həm milli, həm də dünyəvi bir dəyərimizdir. O, xüsusilə insan sevgisi səbəbi ilə Qərb ölkələrində və Amerikada diqqət çəkən bir şair olmuş, şeirləri başda ingilis dili olmaqla, italyan, fransız və s. dillərə tərcümə olunmuşdur.
Yunus Əmrənin düşüncə dünyasındakı zənginlik daha sonra Qərb filosoflarına da təsir etmişdir. Bu gün xüsusilə humanizm, ekzistensializm fəlsəfəsində Yunus Əmrə izlərini və təsirlərini görmək mümkündür.
Yunus Əmrənin əsərləri
Yunus Əmrə əsərləri ilə də türk mədəniyyətinin çox önəmli bir ismidir. Onun geridə iki əsəri qalmışdır. Bunlardan ilki lirik şeirlərinin yer aldığı “Divan”dır. Yunus Əmrə əsl şöhrətini bu əsərinə borcludur. Çünki bu kitabdakı şeirlər istər dil, istərsə də ifadə və məna baxımından çox yüksək səviyyədədir. Yunus Əmrənin əsl şairlik gücü bu əsərdə görülür.
Yunus Əmrənin digər əsəri isə “Risalətün-Nüshiyyə” adlı məsnəvisidir. “Nəsihət kitabı” mənasını verən bu əsərində təsəvvüf səfərinə çıxacaq birinin yaşayacağı proseslər hekayə edilir. Əsər bu baxımdan dərviş namizədləri üçün bir bələdçi kitab rolunu oynayır. Lakin insanlığın mənəvi və ruhi mənada inkişaf etməsi, müsbət mənada dəyişməsi mövzusunda ortaya qoyduğu görüşlərlə bugünkü müasir dövrün insanına da xitab edən bir xüsusiyyət daşıyır.

 
  • Oxunub:  2160  |  
  • Tarix:  28-05-2021  |  
  •    Çap et   |  
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir

18 İyun 10:43
Milli Kitabxanada “18 İyun – Milli İnsan Hüquqları Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub
18 İyun 10:38
Müşfiq Məmmədli: Bütün uğurlar cənab Prezidentimizin apardığı qətiyyətli və milli maraqlara söykənən siyasətin nəticəsidir
18 İyun 10:08
Bakı və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq
18 İyun 09:11
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir
18 İyun 09:06
İşğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu müxtəlif istiqamətləri əhatə edir
18 İyun 09:00
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür
18 İyun 08:59
Növbəti milli birlik nümunəsi
18 İyun 08:57
Aztəminatlı gənclər üçün arıçılıq təsərrüfatları yaradılacaq
18 İyun 08:55
Baş infeksionist: Azərbaycanda COVID-19-la əlaqədar sanitar-epidemioloji vəziyyət yaxşıdır
18 İyun 08:54
İyunun 21-də Ermənistanda vətəndaş müharibəsi başlaya bilər
18 İyun 08:50
Radikal müxalifətin növbəti xəyanəti
17 İyun 20:53
Azərbaycanla Türkiyənin insan resursları sahəsində əməkdaşlığı müzakirə olunub
17 İyun 20:41
Rusiya XİN Azərbaycan və Ermənistan sərhədində delimitasiya işlərinə başlamağın vacibliyini bildirib
17 İyun 20:24
Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib
17 İyun 19:43
Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib
17 İyun 19:05
“Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin qalibləri mükafatlandırılıb
17 İyun 19:05
Antalyada Cənub-Şərqi Avropa Ölkələri Əməkdaşlıq Prosesi Sammiti keçirilib
17 İyun 18:58
Azərbaycanın müdafiə naziri Latviyanın NATO-nun Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü ilə görüşüb
17 İyun 18:08
Səbinə Xasayeva: Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir
17 İyun 17:55
Bugünkü müstəqil və qüdrətli Azərbaycan Ümumilli Lider Heydər Əliyevin əsəridir
17 İyun 17:25
Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 992 min 847 nəfərdir
17 İyun 17:16
Azərbaycanda koronavirusdan ölüm halı qeydə alınmayıb
17 İyun 17:00
Məzahir Bayramov: Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir
17 İyun 16:57
Türkiyə həmişə dost və qardaş Azərbaycanın yanındadır
17 İyun 16:50
Prezidentlərin dostluğu və qardaşlığı Türkiyə-Azərbaycan qardaşlığının simvoluna çevrilib
17 İyun 16:46
Fəsli Nəbiyev: “Avro-2020” futbol yarışlarının Azərbaycanda keçirilməsi, uzun illər ölkəmizdə aparılan idman siyasətinin növbəti uğurlu təzahürüdür
17 İyun 16:41
YAP Göygöl rayon təşkilatı "Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın yeni bir dönəmi başlayır" mövzusunda tədbir keçirib
17 İyun 16:38
Azərbaycanın və Pakistanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
17 İyun 16:28
Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalının məbləği açıqlanıb
17 İyun 16:25
Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır
17 İyun 16:22
Azərbaycanla Böyük Britaniya arasında gömrük əməkdaşlığı sahəsində müzakirələr aparılıb
17 İyun 16:18
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib
17 İyun 16:13
Təhsil Tələbə Krediti Fondunun vəzifələri müəyyənləşib
17 İyun 16:05
Təhsil Tələbə Krediti Fondu müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edəcək
17 İyun 15:59
Azərbaycanın bugünkü uğurları Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin davam etdirilməsinin nəticəsidir
17 İyun 15:57
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb
17 İyun 15:28
May ayı ərzində 59 şəhər və rayonun əhalisinə 1 milyon 200 mindən çox tibbi xidmət göstərilib
17 İyun 15:26
Azərbaycan atletləri Olimpiadaya 30, Paralimpiadaya isə 18 lisenziya qazanıblar
17 İyun 15:10
Antalya Diplomatiya Forumuna hazırlıqlar başa çatıb
17 İyun 14:53
ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə magistr proqramına sənəd qəbulu davam edir
17 İyun 14:51
Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradıldı - FƏRMAN
17 İyun 14:34
Azərbaycanın xarici işlər naziri Türkiyəyə səfərə yola düşüb
17 İyun 14:03
AZAL-da qadın pilotlar fəaliyyətə başlayıblar
17 İyun 13:49
İspaniya ilə investisiya və ixrac sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
17 İyun 13:40
Pərvin Kərimzadə: Şuşa Bəyannaməsi bölgədə sülh, sabitlik və firavanlıq üçün güclü bir çağırışdır
17 İyun 13:38
Azərbaycan və BMT arasında İstiqamətləndirici Komitənin ilk iclası keçirilib
17 İyun 13:14
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
17 İyun 12:58
Müttəfiqlik haqqında Bəyannamə iş birliyimizin təminatçısıdır
17 İyun 12:39
Göygöl rayonunda şəhid Həsən Bayramov yad edilib
17 İyun 12:36
“Avro-2020”: Bu gün B və C qruplarından səkkizdəbir finala yüksələcək komanda müəyyənləşə bilər
17 İyun 12:36
Tengiz Txilava: Türkiyə Prezidentinin Şuşaya səfəri çox mühüm əhəmiyyət kəsb edir
17 İyun 12:24
Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününü daha da əzəmətləndirdi
17 İyun 12:22
Füzuli və Cəbrayıl rayonlarına mediatur təşkil edilib
17 İyun 12:15
Baş Prokurorluq beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlığı genişləndirir
17 İyun 12:10
Azərbaycan ilə Xorvatiya arasında mədəni əlaqələr müzakirə edilib
17 İyun 12:06
“ASAN müraciət” mobil tətbiqi istifadəyə verilib
17 İyun 12:02
Bu il Azərbaycanda 12,5 milyard kubmetrdən çox əmtəəlik təbii qaz çıxarılıb
17 İyun 11:48
Ukrayna mətbuatı Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa səfərinə geniş yer ayırıb
17 İyun 11:41
Vüqar Seyidov: Şuşa bəyannaməsi ilə hər iki dövlət münasibətlərinin qızıl dövrünə qədəm qoydu
17 İyun 11:39
Türkiyə və Azərbaycan arasındakı münasibətlər hazırda özünün ən yüksək zirvəsindədir
17 İyun 11:37
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilərin II turu keçirilib
17 İyun 11:24
Fiziki məhdudiyyətli şagirdlərin rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb
17 İyun 11:21
DİN Ağdam rayon sakininin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb
17 İyun 11:16
“Azeri Light” neftinin qiyməti 76,5 dolları ötüb
17 İyun 10:58
Şuşa Bəyannaməsinin imzalanması 44 günlük Vətən müharibəsində qazanılan qələbənin yaratdığı yeni reallıqların təcəssümüdür
17 İyun 10:42
Sosial təminat sahəsində Almaniya təcrübəsi öyrənilir
17 İyun 09:59
Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının dördüncü iclasında Azərbaycanda korrupsiyaya qarşı görülən tədbirlərdən danışılıb
17 İyun 09:57
Azərbaycan və İspaniya arasında münasibətlərin möhkəmləndirilməsi perspektivləri müzakirə olunub
17 İyun 09:47
Moskvada Azərbaycan Milli Məclisinin və Rusiya Federal Şurasının parlamentlərarası komissiyasının iclası keçirilib
17 İyun 09:44
Bağdad Amreyev: Şuşa Bəyannaməsi bütün türk dünyasına xidmət edən bir çox məsələləri özündə əks etdirir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+27 +30
gecə+22 +25