Ana səhifə »  Xəbər lenti »  Naxçıvanda 28 May - Respublika Günü qeyd olunub
A+   Yenilə  A-
Naxçıvanda 28 May - Respublika Günü qeyd olunub

Mayın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Respublika Günü qeyd edilib, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası təltiflərinin, eləcə də Prezident mükafatlarının təqdimatı keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək bu il xalqımızın 28 May - Respublika Gününü dövlətçilik tariximizdə əbədi qalacaq böyük Qələbə ilə qeyd etdiyini bildirib. Qələbənin qazanılmasında şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ali Məclisin Sədri deyib: Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində mühüm yer tutur. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi”. Azərbaycan Xalq Cümhuriyyəti həm də bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. 1918-1920-ci illərdə Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı, milli ordusu təşkil edilmiş, müstəqil dövlətçilik atributları yaradılmış, Azərbaycan dili dövlət dili elan edilmişdir. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

“Azərbaycan Xalq Cümhuriyyəti dövründən bəhs edərkən onun Naxçıvanla əlaqələrinə də xüsusi diqqət yetirmək lazımdır”, - deyən Ali Məclisinin Sədri bildirib ki, həmin dövrdə Naxçıvan daxili və xarici maraqların toqquşduğu əraziyə çevrilmişdi. Fürsətdən istifadə edən ermənilərin işğal planları isə vəziyyəti daha da çətinləşdirmişdi. Belə bir vəziyyətdə - 1918-ci ilin noyabrında Naxçıvanda yaradılmış Araz-Türk Cümhuriyyəti Naxçıvanın Ermənistan daşnak hökuməti tərəfindən ilhaq edilməsinin qarşısını almış və tarixi Azərbaycan torpaqlarını qoruyub saxlamışdır. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Naxçıvanla bağlı mövqeyi və yerli sakinlərin siyasi iradəsi isə sonrakı dövrdə Azərbaycanın tərkibində Naxçıvanın muxtariyyət statusu qazanmasında mühüm rol oynamışdır.

Ali Məclisin Sədri deyib: XX əsrin əvvəllərində milli hökumətimizin keçdiyi şərəfli yol əsrin sonlarında müstəqillik üçün siyasi və tarixi əsas yaratmışdır. Bu tarixi varislik ənənələrinin yaşadıldığı və müstəqilliyin əsasının qoyulduğu ilk yer isə Naxçıvan Muxtar Respublikası olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1990-1993-cü illərdə muxtar respublikada yaşayıb fəaliyyət göstərməsi dövlətçiliyimizi və müstəqilliyimizi məhv olmaq təhlükəsindən xilas etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvanda qaldırılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev həmin tarixi dövrü belə dəyərləndirmişdir: “1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi. Ondan sonra ilk dəfə olaraq rəsmi qaydada bu bayrağı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırmışdır və təsis etmişdir. Əslində, müstəqilliyə gedən yol bu tarixi andan başlamışdır”. Həqiqətən də, tarix göstərdi ki, Ümummilli Liderimizin 1990-1993-cü illərdə Naxçıvanda dövlət müstəqilliyimizin bərpası ilə bağlı qəbul etdiyi tarixi qərarlar Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanın dövlətçilik yoludur. Ölkə Prezidenti cənab İlham Əliyev bu yolu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə, sabitliyin və inkişafın təminatçısına çevirib. Müstəqilliyimiz möhkəmləndirilib, sosial-iqtisadi inkişaf təmin edilib, güclü ordu yaradılıb. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması bunu bir daha təsdiq etdi.

Ali Məclisin Sədri deyib: 28 May - Respublika Günü ərəfəsində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası təltiflərinin, Prezident mükafatlarının təqdim olunması da xüsusi əhəmiyyət kəsb edir. Çünki müstəqil Azərbaycan Ulu Öndərin yolu ilə gedərək daha da inkişaf edir, güclənir. Ölkəmizin inkişafında pay sahibi olmaq, çalışdığı sahədə nümunə göstərmək isə hər bir vətəndaşın əsas vəzifəsidir. Təltif olunanlar da öz sahələrində fərqlənən, nümunə göstərən şəxslərdir.

Ali Məclisin Sədri tədbir iştirakçılarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini və onların ailələrini, şəhid ailələrini və müharibə veteranlarını, muxtar respublika əhalisini qarşıdan gələn 28 May - Respublika Günü, təltif olunanları isə həm də ölkəmizin yüksək təltif və mükafatlarına layiq görülmələri münasibətilə təbrik edib.

Sonra Ali Məclisin Sədri orden, medal və fəxri adların döş nişanlarını və vəsiqələrini, eləcə də Azərbaycan Respublikası Prezidentinin mükafatlarını təqdim edib.

“Tərəqqi” medalı ilə təltif olunan Mirvasif Seyidov minnətdarlıq edərək deyib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, baytarlıq sahəsinə də diqqət göstərilir. Çünki ərzaq təhlükəsizliyi bilavasitə bu sahə ilə də bağlıdır. Ucqar kəndlərdəki baytarlıq məntəqələrində müasir iş şəraitinin yaradılması, yeni avadanlıqlarla təminat bu sahəyə göstərilən diqqətin təzahürüdür.

“Hərbi xidmətlərə görə” medalı ilə təltif olunan Vüqar Rəhimli deyib ki, Vətən müharibəsində qələbənin qazanılması ölkəmizdəki dövlət-xalq-ordu birliyinin nəticəsidir. Bu birliyin daha bir ifadəsi də səfərbərlik tədbirlərində insanların böyük ruh yüksəkliyi ilə iştirakı olub. Səfərbərlik xidməti əməkdaşlarının əməyinə verilən yüksək qiymət məsuliyyətimizi daha da artırır.

Azərbaycan Respublikasının “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə təltif olunan Hümbət Rzayev deyib: “Kənd təsərrüfatı muxtar respublikanın iqtisadiyyatında mühüm rola malikdir. Əhalinin yerli və keyfiyyətli məhsullarla təminatı muxtar respublikada prioritet olduğu üçün mən də bu sahəyə töhfə verməyə çalışıram. Ötən il ərazi bütövlüyümüzün bərpa olunmasında mənim də oğlum iştirak edib və qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb. Şəhidlərimizə göstərilən diqqətə görə dövlətimizə minnətdarlıq edirəm”.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adı ilə təltif olunan Məhsəti Əsgərova çıxış edərək deyib ki, ölkəmizdə və muxtar respublikada aparılan quruculuq işləri təhsil sahəsindən də yan keçməyib. Naxçıvan Dövlət Universitetinin də son illər maddi-texniki bazası təkmilləşdirilir, yeni fakültə və ixtisaslar açılır. Universitetin Xarici dillər fakültəsinin yeni tədris korpusunun istifadəyə verilməsi muxtar respublikada xarici dillərin tədrisi və öyrənilməsinin günün tələbləri səviyyəsində qurulmasına imkan verir. Məsuliyyətimi dərk edir və göstərilən etimad qarşılığında daha səylə çalışacağıma söz verirəm.

Təltif olunanlardan Oqtay Həsənov və Elçin Qurbanov, Mübariz Allahverdiyev, Kənan Seyidov, Hümbət Babayev, Elnur Məmmədov, Xumar Həsənova, Fəxrəntac Bağırova və Məhsəti Quliyeva da minnətdarlıq ediblər.

 
  • Oxunub:  2160  |  
  • Tarix:  27-05-2021  |  
  •    Çap et   |  
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir

18 İyun 09:11
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir
18 İyun 09:06
İşğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu müxtəlif istiqamətləri əhatə edir
18 İyun 09:00
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür
18 İyun 08:59
Növbəti milli birlik nümunəsi
18 İyun 08:57
Aztəminatlı gənclər üçün arıçılıq təsərrüfatları yaradılacaq
18 İyun 08:55
Baş infeksionist: Azərbaycanda COVID-19-la əlaqədar sanitar-epidemioloji vəziyyət yaxşıdır
18 İyun 08:54
İyunun 21-də Ermənistanda vətəndaş müharibəsi başlaya bilər
18 İyun 08:50
Radikal müxalifətin növbəti xəyanəti
17 İyun 20:53
Azərbaycanla Türkiyənin insan resursları sahəsində əməkdaşlığı müzakirə olunub
17 İyun 20:41
Rusiya XİN Azərbaycan və Ermənistan sərhədində delimitasiya işlərinə başlamağın vacibliyini bildirib
17 İyun 20:24
Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib
17 İyun 19:43
Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib
17 İyun 19:05
“Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin qalibləri mükafatlandırılıb
17 İyun 19:05
Antalyada Cənub-Şərqi Avropa Ölkələri Əməkdaşlıq Prosesi Sammiti keçirilib
17 İyun 18:58
Azərbaycanın müdafiə naziri Latviyanın NATO-nun Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü ilə görüşüb
17 İyun 18:08
Səbinə Xasayeva: Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir
17 İyun 17:55
Bugünkü müstəqil və qüdrətli Azərbaycan Ümumilli Lider Heydər Əliyevin əsəridir
17 İyun 17:25
Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 992 min 847 nəfərdir
17 İyun 17:16
Azərbaycanda koronavirusdan ölüm halı qeydə alınmayıb
17 İyun 17:00
Məzahir Bayramov: Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir
17 İyun 16:57
Türkiyə həmişə dost və qardaş Azərbaycanın yanındadır
17 İyun 16:50
Prezidentlərin dostluğu və qardaşlığı Türkiyə-Azərbaycan qardaşlığının simvoluna çevrilib
17 İyun 16:46
Fəsli Nəbiyev: “Avro-2020” futbol yarışlarının Azərbaycanda keçirilməsi, uzun illər ölkəmizdə aparılan idman siyasətinin növbəti uğurlu təzahürüdür
17 İyun 16:41
YAP Göygöl rayon təşkilatı "Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın yeni bir dönəmi başlayır" mövzusunda tədbir keçirib
17 İyun 16:38
Azərbaycanın və Pakistanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
17 İyun 16:28
Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalının məbləği açıqlanıb
17 İyun 16:25
Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır
17 İyun 16:22
Azərbaycanla Böyük Britaniya arasında gömrük əməkdaşlığı sahəsində müzakirələr aparılıb
17 İyun 16:18
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib
17 İyun 16:13
Təhsil Tələbə Krediti Fondunun vəzifələri müəyyənləşib
17 İyun 16:05
Təhsil Tələbə Krediti Fondu müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edəcək
17 İyun 15:59
Azərbaycanın bugünkü uğurları Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin davam etdirilməsinin nəticəsidir
17 İyun 15:57
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb
17 İyun 15:28
May ayı ərzində 59 şəhər və rayonun əhalisinə 1 milyon 200 mindən çox tibbi xidmət göstərilib
17 İyun 15:26
Azərbaycan atletləri Olimpiadaya 30, Paralimpiadaya isə 18 lisenziya qazanıblar
17 İyun 15:10
Antalya Diplomatiya Forumuna hazırlıqlar başa çatıb
17 İyun 14:53
ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə magistr proqramına sənəd qəbulu davam edir
17 İyun 14:51
Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradıldı - FƏRMAN
17 İyun 14:34
Azərbaycanın xarici işlər naziri Türkiyəyə səfərə yola düşüb
17 İyun 14:03
AZAL-da qadın pilotlar fəaliyyətə başlayıblar
17 İyun 13:49
İspaniya ilə investisiya və ixrac sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
17 İyun 13:40
Pərvin Kərimzadə: Şuşa Bəyannaməsi bölgədə sülh, sabitlik və firavanlıq üçün güclü bir çağırışdır
17 İyun 13:38
Azərbaycan və BMT arasında İstiqamətləndirici Komitənin ilk iclası keçirilib
17 İyun 13:14
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
17 İyun 12:58
Müttəfiqlik haqqında Bəyannamə iş birliyimizin təminatçısıdır
17 İyun 12:39
Göygöl rayonunda şəhid Həsən Bayramov yad edilib
17 İyun 12:36
“Avro-2020”: Bu gün B və C qruplarından səkkizdəbir finala yüksələcək komanda müəyyənləşə bilər
17 İyun 12:36
Tengiz Txilava: Türkiyə Prezidentinin Şuşaya səfəri çox mühüm əhəmiyyət kəsb edir
17 İyun 12:24
Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününü daha da əzəmətləndirdi
17 İyun 12:22
Füzuli və Cəbrayıl rayonlarına mediatur təşkil edilib
17 İyun 12:15
Baş Prokurorluq beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlığı genişləndirir
17 İyun 12:10
Azərbaycan ilə Xorvatiya arasında mədəni əlaqələr müzakirə edilib
17 İyun 12:06
“ASAN müraciət” mobil tətbiqi istifadəyə verilib
17 İyun 12:02
Bu il Azərbaycanda 12,5 milyard kubmetrdən çox əmtəəlik təbii qaz çıxarılıb
17 İyun 11:48
Ukrayna mətbuatı Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa səfərinə geniş yer ayırıb
17 İyun 11:41
Vüqar Seyidov: Şuşa bəyannaməsi ilə hər iki dövlət münasibətlərinin qızıl dövrünə qədəm qoydu
17 İyun 11:39
Türkiyə və Azərbaycan arasındakı münasibətlər hazırda özünün ən yüksək zirvəsindədir
17 İyun 11:37
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilərin II turu keçirilib
17 İyun 11:24
Fiziki məhdudiyyətli şagirdlərin rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb
17 İyun 11:21
DİN Ağdam rayon sakininin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb
17 İyun 11:16
“Azeri Light” neftinin qiyməti 76,5 dolları ötüb
17 İyun 10:58
Şuşa Bəyannaməsinin imzalanması 44 günlük Vətən müharibəsində qazanılan qələbənin yaratdığı yeni reallıqların təcəssümüdür
17 İyun 10:42
Sosial təminat sahəsində Almaniya təcrübəsi öyrənilir
17 İyun 09:59
Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının dördüncü iclasında Azərbaycanda korrupsiyaya qarşı görülən tədbirlərdən danışılıb
17 İyun 09:57
Azərbaycan və İspaniya arasında münasibətlərin möhkəmləndirilməsi perspektivləri müzakirə olunub
17 İyun 09:47
Moskvada Azərbaycan Milli Məclisinin və Rusiya Federal Şurasının parlamentlərarası komissiyasının iclası keçirilib
17 İyun 09:44
Bağdad Amreyev: Şuşa Bəyannaməsi bütün türk dünyasına xidmət edən bir çox məsələləri özündə əks etdirir
17 İyun 09:19
Hikmət Babaoğlu: Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” fəlsəfəsinin hüquqi müstəviyə köçürülməsi hadisəsi idi
17 İyun 09:17
Ermənilər tərəfindən xarabalığa çevrilən Füzuli yenidən dirçəlir
17 İyun 09:14
Qurtuluş məfkurəsi və azərbaycançılıq ideologiyası

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+27 +30
gecə+22 +25