Ana səhifə »  Xəbər lenti »  Vüqar Rəhimzadə: Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubları göstərir ki, Azərbaycan dünya birliyinin ən etibarlı tərəfdaşıdır
A+   Yenilə  A-
Vüqar Rəhimzadə: Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubları göstərir ki, Azərbaycan dünya birliyinin ən etibarlı tərəfdaşıdır

Azərbaycanın sivil dünyaya inteqrasiyasını təmin etməklə qloballaşma dövrünün çağırışına uyğun müasir, modern dövlət quran yeni əsrin yeni lideri, möhtərəm Prezidentimiz İlham Əliyev 2020-ci ildə adını qalib ölkənin qalib Sərkərdəsi kimi tarixə yazdı. Şübhəsiz, ən çətin məqamlarda belə dövlətin, xalqın maraqlarına uyğun qərarlar verməsi Prezident İlham Əliyevin qətiyyətli mövqeyindən, siyasi iradəsindən, liderlik fəlsəfəsindən, dövlətçilik təcrübəsinin zənginliyindən irəli gəlir. Müasir şəraitdə Azərbaycanın intellektual potensialının inkişafı, texnoloji innovasiyaların təkmilləşdirilməsi, bütün sahələrdə tərəqqi möhtərəm Prezidentimizin titanik fəaliyyətinin başlıca hədəflərindəndir.

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 103 illik tarixi vərəqlənəndə müstəqilliyimizin bərpasından keçən son 30 ildə Heydər Əliyev siyasətinin uğurlarını daha aydın görür, qalib ölkənin vətəndaşı olmaqdan böyük qürur hissi keçiririk. Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubları göstərir ki, Azərbaycan dünya birliyinin ən etibarlı tərəfdaşı, qlobal layihələrin təşəbbüskarı, dünyada sabitliyin bərqərar olunması üçün təcrübəsi öyrənilən tolerant ölkədir. Dövlətimizin başçısı isə qətiyyətli mövqeyi, nəyi nə zaman etmək lazım olduğunu bilmək bacarığı ilə beynəlxalq arenada böyük hörmət və nüfuz sahibidir.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə Azərbaycanın malik olduğu imkanların, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin yaratdıqları möhkəm siyasi və iqtisadi bazanın ölkəmizin hər bir çətinlikdən uğurla çıxmasını təmin etdiyini vurğulayıb: “44 günlük İkinci Qarabağ müharibəsi, 2019-cu ildən dünyanı cənginə almış COVID-19 pandemiyası ilə mübarizə tədbirləri Azərbaycanın malik olduğu imkanların, həmçinin beynəlxalq aləmdə yerinin və rolunun təqdimatında əhəmiyyətli rol oynadı. Ən əsası Azərbaycan dünyaya bu mesajı ünvanladı ki, səmimiyyət, qarşılıqlı hörmət prinsipləri əsasında birlik, həmrəylik nümayiş etdirərək, beynəlxalq hüququn norma və prinsiplərini öndə saxlamaqla hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür. COVID-19-la mübarizə tədbirləri çərçivəsində dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi, 30-dan artıq ölkəyə humanitar yardımın göstərilməsi, vaksinasiya prosesində ədalət prinsipinin qorunması kimi çağırışlar Azərbaycanın siyasətində nə qədər düzgün, səmimi olduğunu, ən əsası ədalətə, beynəlxalq hüquqa önəm verdiyini ortaya qoyur.

ABŞ Prezidenti Cozef Baydenin dövlətimizin başçısı İlham Əliyevə təbrik məktubunda da bildirilir ki, Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına, işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. ABŞ Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdardır, ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiqdir. Cənab İlham Əliyevə ünvanlanan təbrik məktubları bir daha Vətən müharibəsinin yaratdığı yeni reallıqların münasibətlərdə hansı səhifəni açdığını ortaya qoyur. Ümumiyyətlə, Azərbaycanın dünya birliyi ilə əlaqələrində yeni səhifənin açıldığını söyləsək, səhv etmərik. Çünki bugünədək bəzi dövlətlər kağız üzərində bir, əməldə başqa mövqe nümayiş etdirsələr də artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli 30 ilə yaxın dövrün reallıqlarını hərtərəfli şəkildə nümayiş etdirərək, sanki dünyaya sözlə əməl birliyinə riayət etmək çağırışını ünvanladı.”

Baş redaktor diqqəti Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirdiyi müzakirələrdə səsləndirilən fikirlərə, ona ünvanlanan suallar fonunda dövlətimizin başçısının faktlara, reallığa əsaslanan cavablarına yönəldərək bildirib ki, bu tədbirdə də Azərbaycanın xarici siyasət uğurları önə çəkildi. Ölkəmizin təşəbbüsü ilə keçirilən beynəlxalq səviyyəli tədbirlər, həmçinin Rusiya və ABŞ-ın ən yüksək rütbəli hərbi rəsmilərinin bir araya gəlib fikir mübadiləsi aparmaq üçün ən sabit, təhlükəsiz məkan kimi Azərbaycanı seçmələri də təsadüfi deyil. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında yer alır. Eyni zamanda, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar, ən əsası heç bir dövlətin daxili işinə müdaxilə etməmək prinsipləri əsasında əlaqələr qurur və bu münasibətlərin müxtəlif prioritetlər üzrə inkişafını stimullaşdırır.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla birgə təşkil etdiyi biri-birindən önəmli konfranslarda, sivilizasiyalararası dialoqlarda, humanitar forumlarda dünyanı düşündürən hədəflərin əks olunduğu çağırışların məhz Bakıdan səslənməsi, beynəlxalq aləmə sülh, birlik, həmrəylik mesajlarının ünvanlanması ölkəmizə humanitar platforma kimi nüfuz qazandırmaqdan əlavə həm də dünyanın supergüclərinin ən yüksək rütbəli hərbi rəsmilərinin bir araya gəlmək üçün ölkəmizi məkan seçmələri Azərbaycanın müdafiə qüdrətinin təqdimatıdır. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun yazdığı tarix bu təqdimatı daha da zənginləşdirdi. Bu gün Azərbaycanın hərbi təcrübəsi beynəlxalq səviyyədə öyrənilir, texnoloji proseslərin inkişafı, torpaq, Vətən sevgisi ruhunda Qələbənin təmin edilməsi sahəsində qazandığımız Zəfər geniş təhlil olunur.

“Möhtərəm Prezidentimiz İlham Əliyev 44 günlük Vətən müharibəsində dünyanın 30-a yaxın nüfuzlu media qurumuna verdiyi müsahibələrdə, fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış - müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda dəyirmi masada, mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirdiyi müzakirələrdə Ermənistanın 30 illik işğal siyasəti, müharibə və postmüharibə dövrləri ilə bağlı bütün məsələlərə aydınlıq gətirdi. Dövlətimizin başçısının təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə mayın 12-13-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı böyük siyasi-mədəni tədbir kimi milli-mənəvi dəyərlərimizin və tolerantlığın dünyaya təqdimatı olmaqla yanaşı, dünyaya dövlətimizin və xalqımızın mesajı oldu”, - deyə V.Rəhimzadə vurğulayıb.

Baş redaktor istər Respublika Günü münasibətilə dövlətimizin başçısı İlham Əliyevə ünvanlanan təbrik məktublarında, istərsə də videoformatda keçirilən konfranslarda, tədbirlərdə səsləndirilən fikirlər əsasında bu ümumiləşdirməni aparıb ki, 30 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycan bu gün böyük qürurla qalib, ən əsası ədaləti bərpa edən dövlət kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünü qeyd edir: “Dövlətinin, xalqının gələcəyini düşənən Lider üçün əlbəttə, bu, böyük xoşbəxtlikdir. Ölkə Prezidenti gələcəklə bağlı dəqiq mesajlar verir və bildirir ki, 30 illik işğala, azad olunmuş ərazilərdə kütləvi dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Bütün bunlar isə kommunikasiyaların və yeni nəqliyyat dəhlizlərinin açılmasına bağlıdır. Zəngəzur dəhlizinin açılması yalnız Ermənistan və Azərbaycan üçün deyil, bütövlükdə region ölkələri üçün yeni imkanlar yaradacaq”.

 
  • Oxunub:  2190  |  
  • Tarix:  27-05-2021  |  
  •    Çap et   |  
Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar

14 İyun 21:10
Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton ilə telefon danışığı olub
14 İyun 21:02
Brüsseldə Türkiyə və ABŞ prezidentləri arasında görüş keçirilib
14 İyun 21:01
Milli Qurtuluş Günü ədliyyə orqanlarında qeyd olunub
14 İyun 21:00
Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində əməkdaşlığı genişləndirir
14 İyun 20:53
Azərbaycan ilə Monqolustan arasında çoxtərəfli formatlarda əməkdaşlıq uğurla həyata keçirilir
14 İyun 20:49
Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır
14 İyun 20:40
YAP Göyçay rayon təşkilatı “Tarixi qələbəyə gedən yol qurtuluşdan başlayır” adlı videokonfrans keçirib
14 İyun 20:34
YAP Bərdə rayon təşkilatında “Qurtuluşdan qələbəyə” adlı təqdimat mərasimi keçirilib
14 İyun 20:28
YAP Şəmkir rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
14 İyun 20:14
Mingəçevirdə “Ümummilli Lider Heydər Əliyev milli qurtuluşumuzun müəllifidir” mövzusunda videokonfrans keçirilib
14 İyun 20:11
Bakı Slavyan Universitetində tədbir: Əsrə bərabər gün
14 İyun 20:09
“Xilaskarlıq missiyası”
14 İyun 19:05
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
14 İyun 18:56
Binəqədi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan-zəfərə” mövzusunda tədbir keçirilib
14 İyun 18:50
Fəxrəddin Vəliyev: Ulu Öndər Heydər Əliyevin adı tariximizə böyük xilaskar kimi düşüb
14 İyun 18:46
Ağdaşda “Qurtuluşdan başlanan yol” adlı konfrans keçirilib
14 İyun 17:49
Adil Əliyev: Milli Qurtuluş Günü ölkəmizin parçalanmasının qarşısının alınmasının başlanğıc tarixidir
14 İyun 17:46
YAP Gəncə şəhər təşkilatında Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib
14 İyun 17:40
BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni layihələrlə xeyli genişlənib
14 İyun 17:34
Milli Məclis deputatları Moskva şəhərinə səfər edəcəklər
14 İyun 17:33
YAP Hacıqabul rayon təşkilatı "Azərbaycanın tarixi qələbəsi Heydər Əliyev siyasətinin uğurudur" mövzusunda videokonfrans keçirib
14 İyun 17:32
Səfir: Norveç bölgədə sülhün və sabitliyin tərəfdarıdır
14 İyun 17:28
Gədəbəydə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
14 İyun 17:22
YAP Qaradağ rayon təşkilatı Qaradağ rayon İcra Hakimiyyəti ilə birgə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirib
14 İyun 17:20
Pərvin Kərimzadə: Milli Qurtuluş Günü dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb
14 İyun 17:18
Şahin İsmayılov: Ölkəmiz qlobal proseslərə kifayət qədər böyük töhvələr verir
14 İyun 17:15
Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub
14 İyun 17:09
Azərbaycan və Qazaxıstan parlamentlərarası dostluq qruplarının onlayn görüşü keçirilib
14 İyun 16:54
Umayra Tağıyeva: Təbiət istifadəçilərini təbiəti, ətraf mühiti tullantılarla çirkləndirməməyə çağırıram
14 İyun 15:57
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü qeyd edilib
14 İyun 15:56
“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başlayıb
14 İyun 15:51
YAP Qubadlı rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə videoformatda tədbir keçirib
14 İyun 15:31
Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis edilib
14 İyun 15:24
Yevlaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
14 İyun 15:13
Təhsil naziri “Son zəng” tədbirində iştirak edib
14 İyun 15:02
Təhsil İnstitutu Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq edəcək
14 İyun 14:59
YAP Sumqayıt şəhər təşkilatında şəhid Kərim Əhmədəliyevin xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
14 İyun 14:54
YAP Cəbrayıl rayon təşkilatı Milli Qurtuluş Günü münasibətilə videokonfrans keçirib
14 İyun 14:52
“Azərbaycanla qürur duyuruq”
14 İyun 14:43
Təhsil nazirinin müavini: 2020-2021-ci tədris ili uğurlarla yadda qaldı
14 İyun 14:27
Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi təsis ediləcək
14 İyun 14:25
Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş jurnalistlər və yerli icra hakimiyyətinin nümayəndəsi təltif edilib - SƏRƏNCAM
14 İyun 14:21
YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib
14 İyun 14:20
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
14 İyun 14:04
YAP Mərkəzi Aparatında 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” adlı gənc rəssamların sənət sərgisi keçirilib
14 İyun 14:02
Suraxanı rayonunda şəhid İsa Məmmədovun məzarı ziyarət olunub
14 İyun 13:28
Ömər Eldarov: Azərbaycan xalqı üçün əlamətdar günlərə həsr olunmuş sərgilərin təşkili ənənə halı alıb
14 İyun 12:59
Azərbaycandan keçməklə Potidən Daşkəndə ilk konteyner blok qatarı yola düşüb
14 İyun 12:56
“ASAN İmza” və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Elektron imza üzrə Avropa Forumunda təqdim edilib
14 İyun 12:39
Suraxanı rayonunda şəhid Məhəmməd İsmayılzadənin xatirəsinə inşa edilmiş bulağın açılışı olub
14 İyun 12:28
Bakı Ali Neft Məktəbinin Layihə İdarəetmə Məktəbinin növbəti məzun buraxılışı olub
14 İyun 12:22
Ombudsman: Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, ərazilərin bərpası prosesini də ləngidir
14 İyun 12:14
Tahir Budaqov: Milli qurtuluşdan başlayan yol milli tərəqqiyə yol açdı
14 İyun 12:09
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: Ermənistan təcavüzə görə özünün məsuliyyətini inkar edir
14 İyun 11:56
Daimi nümayəndəlikdə 15 İyun-Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
14 İyun 11:53
15 İyun Milli Qurtuluş Günü tarixə Azərbaycanın xilası günü kimi daxil olub
14 İyun 11:42
Deputat: Türkiyə Prezidentinin ölkəmizə səfəri Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirəcək
14 İyun 11:31
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib
14 İyun 11:20
Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində döyüşmüş livanlı muzdlu terrorçu 20 il müddətinə azadlıqdan məhrum edilib
14 İyun 10:44
YAP Suraxanı rayon təşkilatının nümayəndələri Gülərin 8 yaşını təbrik etmişlər
14 İyun 10:41
YAP Göygöl rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
14 İyun 10:27
Milli Kitabxana növbəti virtual sərgini Milli Qurtuluş Gününə həsr edib
14 İyun 10:15
Azərbaycan məktəblərində 84 min 69 şagird XI sinfi bitirir
14 İyun 09:19
Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” çalınır
14 İyun 09:11
Bu gün futbol üzrə Avropa çempionatında daha üç oyun keçiriləcək
13 İyun 18:46
Xəzər Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvləri bəyanatla çıxış ediblər
13 İyun 18:17
Hikmət Hacıyev: Xarici diplomatlarla buradan bir neçə ildən sonra müasir Ağdam şəhərinə qayıtmaq arzusu ilə ayrılırıq
13 İyun 18:14
Heydər Əliyev Mərkəzinin üzərində “Avro-2020”nin iştirakçıları ilə bağlı görüntülər nümayiş etdirilib
13 İyun 17:23
Xarici diplomatlara Ağdamda aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verilib
13 İyun 16:32
Seyid Abbas Musəvi: Çox təəssüf edirəm ki, bu cür cənnət kimi yerlər viran qoyulub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA