/ / Nazir İnam Kərimov Şamaxı və Ağsuda yeni inşa edilən kənd təsərrüfatı müəssisələrində olub, fermer təsərrüfatlarına baş çəkib
Nazir İnam Kərimov Şamaxı və Ağsuda yeni inşa edilən kənd təsərrüfatı müəssisələrində olub, fermer təsərrüfatlarına baş çəkib
27.05.2021 [15:53]
Kənd təsərrüfatı naziri İnam Kərimov Şamaxı və Ağsu rayonlarına səfər edib, bu rayonlarda inşa edilməkdə olan kənd təsərrüfatı müəssisələrinə baş çəkib, taxıl biçininə hazırlıq işləri ilə tanış olub, intensiv bağlarda və heyvandarlıq məüssisələrində görülən işlərlə maraqlanıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Şamaxı rayonunda filokseraya davamlı calaqaltı üzüm tingçiliyi müəssisəsi inşa olunub. Kompleksin ərazisində 10 hektar sahədə süfrə üzümü, 10 hektar sahədə isə texniki üzüm sortları əkilib. Daha 10 hektar ərazidə isə filokseraya davamlı calaqaltı bağı salınıb. Kompleks yaxın zamanlarda tam istifadəyə hazır olacaq. Burada filokseraya davamlı üzüm calaqaltılarının kütləvi istehsalı nəzərdə tutulur.
Bu il Ağsuda yeni baramaqurutma məntəqəsi inşa edilərək istifadəyə verilib. 2021-ci il mövsümündə bu müəssisədə ilk dəfə ipəkqurdu toxumunun inkubasiyası həyata keçirilib, Ağsu və Hacıqabul rayonlarından olan kümçülərə təhvil verilib. Hazırda rayonda yaş baramanın qəbuluna hazırlıq gedir, kümçülərdən alınacaq yaş barama bu müəssisədə toplanaraq “Azərİpək” ASC-yə təhvil veriləcək.
“Aqroservis” ASC-nin Ağsu rayon bölməsində taxıl biçininə hazırlıq prosesi başa çatmaq üzrədir. Mexanizatorlar təlimlərə cəlb olunub, ilkin mərhələdə 25 mexanizator yeni istifadəyə verilən “AgroUber” mobil tətbiqində qeydiyyatdan keçib. Yaxın günlərdə daha 20 mexanozatorun bu tətbiqdə qeydiyyatdan keçəcəyi gözlənilir. Rayon bölməsində olan kombaynlara texniki baxış başa çatıb, təmir işləri yekunlaşıb.
Dövlət dəstəyinin genişləndirilməsi səbəbilə Ağsuda son illər intensiv bağların salınmasına maraq artıb. Rayonun Qaraqoyunlu kəndində müasir üsulla salınmış alça bağında məhsul yığımına başlanıb. 11 hektar sahədə salınmış bağda müasir damla sulama sistemi quraşdırılıb, hər hektara vegetativ calaqaltısı olan 880 ting əkilib. Ötən il məhsula düşmüş bağda bu mövsüm, ümumilikdə 45-50 ton alça yığılması proqnozlaşdırılır.
Çiyni kəndində isə 42 hektar sahədə salınmış intensiv badam bağında məhsul yığımı ərəfəsində son aqrotexniki işlər aparılır. Bağda tozlanmanın daha keyfiyyətli aparılması üçün əraziyə 200 arı pətəyi gətirilib. Cərgələr arasında şum aparılır, dərmanlama həyata keçirilir. Üç yaşı olan bağda bu il hər hektardan 6-7 ton məhsul yığılacağı gözlənilir. Bağ tam məhsula düşdükdən sonra orta məhsuldarlıq daha da artacaq. Ağsunun təbii-coğrafi iqlim şəraiti alça, badam, nar, əncir, zeytun yetişdirməyə imkan verir.
Nazir Ağsu rayonunda müasir heyvandarlıq müəssisələrinə baş çəkib, görülən işlərlə tanış olub.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39