Ana səhifə »  Xəbər lenti »  Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir
A+   Yenilə  A-
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir

Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizinin başa çatdırılması Avropa İttifaqı ilə əməkdaşlığımız üçün yeni imkanlar açır
Azərbaycanın milli maraqlar üzərində qurulan siyasətində enerji amili xüsusi yer tutur. Bu da onunla bağlıdır ki, respublikamız karbohidrogen ehtiyatları ilə zəngin olan bir diyardır. Azərbaycanda neft və qaz hasilatının tarixi çox qədimdir. Ancaq xalqımız özünün təbii sərvətlərinin faydasını yalnız son üç onilliyi əhatə edən müstəqillik illərində görüb. Enerji sektorundan gələn gəlirlər müstəqillik dövründə ölkəmizdə qeyri-neft iqtisadiyyatının qurulması, inkişafa zəmin yaradan müasir infrastruktur obyektlərinin inşası, vətəndaşların rifah halının yaxşılaşdırılması, insan kapitalının formalaşdırılması kimi strateji sahələrə yönəldilib.
Eyni zamanda, Azərbaycan özünün enerji siyasətində ədalətli yanaşma sərgiləyir. Ölkəmiz daim o mövqedən çıxış edir ki, enerji amili heç bir halda istehlakçı dövlətlərə qarşı təzyiq vasitəsinə çevrilməməlidir, reallaşdırılan birgə layihələrdən bütün tərəfdaşlar fayda götürməlidirlər. Deyilənlər baxımından ölkəmizin liderliyi ilə reallaşdırılan və sonuncu seqmenti - Trans Adriatik Boru Kəməri (TAP) ötən il dekabr ayının son günlərində tamamlanan Cənub Qaz Dəhlizi layihəsi də istisna deyildir. Prezident İlham Əliyev Onun iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələrində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artmasına diqqət çəkərək bildirib: “Əlbəttə ki, Cənub Qaz Dəhlizinin başa çatdırılması Avropa İttifaqı ilə əməkdaşlığımız üçün yeni imkanlar açır. Çünki Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi məsələlərində artıq mühüm rol oynamağa başlayıb”.
Azərbaycandan Avropaya yeni nəql marşrutunun - Cənub Qaz Dəhlizinin yaradılması bütün nöqteyi-nəzərlərdən böyük bir çağırış idi
Azərbaycan müstəqillik illərində öz tərəfdaşları ilə reallaşdırdığı bir sıra layihələr sayəsində bütövlükdə Avropanın enerji xəritəsini yeniləyib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Vurğulamaq yerinə düşər ki, respublikamız 1994-cü ildən etibarən “Əsrin kontraktı” çərçivəsində müxtəlif ölkələri təmsil edən transmilli şirkətlərlə fəal əməkdaşlıq əlaqələri qurub. Bəhs olunan müqavilə üzrə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yatağından çıxarılan neft şaxələndirilmiş marşrutlarla dünya bazarına çıxarılır. Qeyd edək ki, hazırda bir sıra ölkələr öz ehtiyaclarının yarıya qədərini məhz Azərbaycan nefti hesabına qarşılayırlar.
Azərbaycanın təşəbbüsü və liderliyi ilə yaradılan Cənub Qaz Dəhlizi isə qoca qitənin “mavi yanacaq” təchizatında keyfiyyətcə yeni bir mərhələnin başlanması kimi dəyərləndirilir. Sirr deyil ki, indiyədək Avropanın ayrı-ayrı ölkələri bir sıra hallarda təchizatçıların qərəzli siyasi yanaşmalarının nəticəsi olaraq qaz tədarükündə müəyyən çətinliklərlə üzləşirdilər. Buna görə də alternativ və daha etibarlı təchizatçıların tapılması, yeni nəql marşrutlarının yaradılması bir zərurət kimi qarşıda dururdu. Öz imkanlarını təqdim edərək regional və qlobal səviyyədə əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfələr verən Azərbaycan bu çağırışı qarşılamaq və zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi, yeni marşrutla Avropa istehlakçılarına çatdırılması üçün Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Xatırladaq ki, dünyada azsaylı nəhəng qaz yataqlarından biri hesab olunan “Şahdəniz” keçən əsrin ortalarında azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib, lakin müvafiq texnologiyaların olmamasına görə yatağın istismarı dayandırılıb, onun potensial imkanları müəyyən edilməyib. 1996-cı ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin beynəlxalq neft şirkətləri ilə yaratdığı konsorsium yatağın qazla zəngin olduğunu təsdiqləyib. Yeni kəşfiyyat-dəyərləndirmə işlərinin nəticəsi gözləniləndən daha yaxşı olub. Mütəxəssislər yataqda 1,2 trilyon kubmetr qazın olmasını ehtimal edirlər.
Təxminən 3500 kilometr uzunluğa malik olan və 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizi çox mürəkkəb relyefə malik coğrafi ərazilərdən, o cümlədən hündürlüyü 2500 metr olan dağlardan keçir. Yeni enerji dəhlizinin 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibində quraşdırılıb. Yeni nəql marşrutu mövcud olan ən yüksək ekoloji standartlara cavab verir. İlkin olaraq layihənin yerinə yetirilməsi üçün 44,6 milyard dollar məbləğində vəsait nəzərdə tutulmuşdu. Lakin səmərəli idarəçilik və düzgün planlaşdırma nəticəsində layihənin dəyərini 33 milyard dollara endirmək mümkün olub.
Layihənin bütün seqmentləri üzrə böyük iş həcmi yerinə yetirilib. 2018-ci il 29 may tarixində Bakıdakı Səngəçal terminalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın və bir sıra digər dövlətlərin, Avropa İttifaqının, həmçinin layihədə iştirak edən transmilli şirkətlərin yüksəksəviyyəli rəsmilərinin iştirakı ilə ayrı-ayrı mühüm parametrlər baxımından strateji önəm daşıyan Cənub Qaz Dəhlizinin rəsmi açılışı baş tutub. 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP-ın istifadəyə verilməsi, 2019-cu il noyabrın 30-da isə qardaş ölkənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimləri keçirilib. Yuxarıda qeyd etdiyimiz kimi, 2020-ci ilin son günlərində isə TAP layihəsi üzrə bütün işlər yekunlaşıb. Prezident İlham Əliyev Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılmasını yüksək dəyərləndirərək vurğulayıb. “Enerjinin Avropaya çatdırılması məsələsinə gəlincə, tarixi layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması nöqteyi-nəzərdən ötən ilin sonuncu günü əlamətdar bir gün olmuşdur. Sərbəst inteqrasiya olunmuş 3.5 min kilometr uzunluğunda qaz boru xətləri birləşdirilmiş və bir layihə kimi bir-birinə bağlanmışdır. İlk dəfə Azərbaycan qazı Avropaya çatdırılmışdır. Bu, həqiqətən də tarixi hadisə idi. Çünki layihə bütün nöqteyi-nəzərdən - maliyyə, siyasi və texniki baxımdan böyük bir çağırış idi”.
ABŞ və Avropa İttifaqı qlobal əhəmiyyət daşıyan enerji layihələrinin icrasında Azərbaycana həmişə dəstək verirlər
Azərbaycanın ayrı-ayrı ölkələrlə və transmilli şirkətlərlə “Əsrin müqaviləsi” çərçivəsində başladığı əməkdaşlıq sonrakı enerji layihələrində də uğurla davam etdirilib. O cümlədən ABŞ və Avropa İttifaqı qlobal əhəmiyyət daşıyan enerji layihələrinin icrasında Azərbaycana həmişə dəstək verirlər.Yeri gəlmişkən, ABŞ Prezidenti Co Bayden 28 May - Respublika Günü münasibətilə dövlətimizin başçısına ünvanladığı məktubunda ötən il Cənub Qaz Dəhlizinin işə salınması, bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənilməsinə dair Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfə xüsusi olaraq diqqətə çatdırılıb. Öz növbəsində, Azərbaycan ABŞ-ın enerji layihələrinin icrasına verdiyi dəstəyi yüksək dəyərləndirir. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Əməkdaşlığımızın daha bir vacib sahəsi enerji təhlükəsizliyidir. ABŞ hər zaman iri enerji layihələrinin icrasında yardımçı olub, neft-qaz kəmərləri və ya Amerika şirkətlərinin sərmayə qoyuluşu məsələlərində hər zaman Azərbaycanı dəstəkləyib”, - deyə vurğulayıb.
Digər layihələrdə olduğu kimi, Cənub Qaz Dəhlizi ətrafında da tərəfdaş dövlətlərdən, transmilli şirkətlərdən, beynəlxalq maliyyə qurumlarından ibarət güclü komanda formalaşıb. Burada Böyük Britaniyanın, Amerika Birləşmiş Ştatlarının rolunu xüsusi qeyd edə bilərik. Layihənin reallaşdırılmasında, həmçinin Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya yaxından iştirak ediblər. Əlbəttə, transmilli şirkətlər bu layihəyə güclü sadiqlik nümayiş etdirməsəydilər, onun reallaşması mümkünsüz olardı. Azərbaycanla tərəfdaşları arasında getdikcə güclənən əməkdaşlıqdan məmnunluğunu bildirən Prezident İlham Əliyev deyib: “Biz həqiqətən də yaxşı bir komanda, bir neçə ölkəni təmsil edən komanda olaraq çalışırdıq. Bu ölkələrin bəziləri Avropa İttifaqının üzvüdür. Biz Avropanın enerji təhlükəsizliyinə həqiqətən də mühüm töhfə verdik. Azərbaycanda yeni yataqların kəşf edilməsini və təbii qazın hasilatının yeni səviyyəsini nəzərə alaraq bu, gələcək onilliklər ərzində davam edəcək layihədir. Azərbaycan qazı Avropa qitəsi üçün yeni qazdır, hazırda Avropaya qazın yeganə yeni mənbəyidir və cəlb olunmuş ölkələr arasında böyük dərəcədə ikitərəfli və çoxtərəfli əlaqələri gücləndirib”.
Qeyd edək ki, enerji sektorunda gələcək əməkdaşlıq üçün imkanlar kifayət qədər genişdir. Azərbaycanın qaz ehtiyatları yalnız “Şahdəniz”lə məhdudlaşmır. Respublikamız Xəzərdəki digər yataqlarda da zəngin resurslara malikdir. Hazırda kəşfiyyat və hasilat mərhələsində olan bir neçə yataqla bağlı çox ümidverici perspektivlər var. “Babək” yatağı 400 milyard kubmetr həcmdə təsdiqlənmiş qaz ehtiyatına malikdir. “Abşeron” qaz-kondensat yatağının 350 milyard kubmetr ehtiyatı var. Yaxın perspektivdə “Abşeron” yatağı üzrə hasilata başlanılması gözlənilir. Digər bir yataq isə “Ümid” adlanır ki, orada ən azı 200 milyard kubmetr təbii qaz ehtiyatı mövcuddur. Xəzərdəki rəmzi “Dostluq” adı verilən yatağın da ehtiyatları kifayət qədər böyükdür. Bu yatağın istismarını Azərbaycan dost Türkmənistanla birlikdə həyata keçirəcək. Ölkəmiz, həmçinin böyük qaz ixracı ilə bağlı yeni təşəbbüslər irəli sürür. Məsələn, TAP üzrə işlərin yekunlaşması ilə İonik-Adriatik boru kəmərinin inşası layihəsi gündəmə gəlib. Bütün bunlar isə Azərbaycanla tərəfdaş ölkələr arasında enerji sektorunda yeni əməkdaşlıq platformalarının yaranması deməkdir.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4560  |  
  • Tarix:  27-05-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır

23 İyun 22:21
Nizami Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib
23 İyun 22:02
Hulusi Akar: Qara dənizdəki gərginlik araşdırılır
23 İyun 21:51
“Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir
23 İyun 21:48
AŞPA-da pandemiyaya qarşı mübarizədə Azərbaycanın müsbət təcrübəsindən danışılıb
23 İyun 21:44
Azərbaycan Ordusunda briqada komanda-qərargah təlimi keçirilir
23 İyun 21:43
Türkiyə Məşvərət Şurasının növbəti iclası keçirilib
23 İyun 21:02
Kamal Cəfərov: Ermənistanın mina xəritələrini verməməkdə məqsədi yenidənqurma işlərinə və məcburi köçkünlərin qayıtmasına maneə olmaqdır
23 İyun 21:01
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daimi dövlət qulluğuna qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib
23 İyun 20:59
Şuşa Bəyannaməsi bütün dünyaya tarixi reallıqla barışmağın qaçılmazlığını göstərdi
23 İyun 20:52
Azərbaycanla Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələri genişlənir
23 İyun 20:50
Milli Məclisin növbədənkənar iclasının gündəliyinə 12 məsələ daxil edilib
23 İyun 20:48
Mariya Rizzotti: Artıq müharibə bitib, indi sülhün bərqərar olması barədə düşünmək lazımdır
23 İyun 20:41
Stefan Şennak: Ermənistan mina xəritələrini verməlidir, Ağdama gedib vəziyyəti öz gözlərimlə də görmək istəyirəm
23 İyun 20:39
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 4 məsələ plenar iclasa tövsiyə olunub
23 İyun 20:36
Prezidentin Mətbuat Xidmətinin məlumatı
23 İyun 17:37
İşğaldan azad edilmiş ərazilərimizdə modul tipli daha bir yeni hərbi hissə istifadəyə verilib
23 İyun 17:32
Nərimanov rayonu üzrə “Məktəb hesabatları” dinlənilib
23 İyun 17:30
Sevinc Fətəliyeva: Həqiqətlərin düzgün və şəffaf çatdırılması üçün jurnalistlərə təhlükəsiz şərait yaradılmalıdır
23 İyun 17:27
Parlamentlərarası əməkdaşlıq Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə xidmət edəcək
23 İyun 17:19
“Tələbə baharı” XV ümumrespublika bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırılıb
23 İyun 17:17
QDİƏT Parlament Məclisinin Baş Assambleyasının onlayn formatda iclası keçirilib
23 İyun 17:14
Azərbaycanın xarici işlər naziri Səudiyyə Ərəbistanına rəsmi səfərə yola düşüb
23 İyun 17:07
Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir
23 İyun 17:00
Cəlal Allahverdiyev: Şuşa Bəyannaməsində Qars müqaviləsinə istinad edilməsi tarixi sənədə sadiqliyin nümayişidir
23 İyun 16:52
Baş nazirin müavini: İşğaldan azad edilmiş bütün ərazilərdə keyfiyyətli su təminatı olacaq
23 İyun 16:51
Kamilə Əliyeva: Vətəndaşlarımız təhlükədən yayınmaq üçün Operativ Qərargahın tövsiyələrinə ciddi əməl etməlidirlər
23 İyun 16:43
Azərbaycanda koronavirus infeksiyasından daha 84 nəfər müalicə olunaraq sağalıb
23 İyun 16:33
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Şuşa Bəyannaməsi ilə bağlı konfrans keçirilib
23 İyun 16:23
Şahin Mustafayev: Üçtərəfli İşçi qrupu Ermənistanda yeni hökumət formalaşandan sonra fəaliyyətini davam etdirəcək
23 İyun 16:21
Prezident Vladimir Putin Qarabağda atəşkəsə nail olunmasında Rusiyanın rolunu qeyd edib
23 İyun 16:19
Rüstəm Nağıyev: Bəyannamənin Şuşada imzalanması xüsusi əhəmiyyət daşıyır
23 İyun 16:16
Azərbaycan Dövlət İqtisad Universitetində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib
23 İyun 16:12
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb
23 İyun 16:08
İntihar və intihara cəhd hadisələri ilə əlaqədar Baş Prokurorluqda konfrans keçirilib
23 İyun 16:06
Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin innovasiyalar və kosmik sahədə əməkdaşlığı müzakirə olunub
23 İyun 16:00
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “MILEX-2021” Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində iştirak edir
23 İyun 15:50
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının XII hesabat konfransı keçirilib
23 İyun 15:44
Rusiya paytaxtında Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransı keçirilir
23 İyun 15:38
Təkrar əkinlərə görə subsidiya almaq üçün müraciətlərin qəbuluna başlanılıb
23 İyun 15:32
Şahin Mustafayev: İşğaldan azad olunan ərazilərdə 13 iri çay, 9 su anbarı mövcuddur
23 İyun 15:27
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
23 İyun 15:20
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərinə yekun vurulub
23 İyun 15:14
Prezident İlham Əliyev: Biz bu miqyasda dağıntıdan inkişafa doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik
23 İyun 15:09
Müşfiq Məmmədli: Epidemioloji vəziyyətin yaxşılaşmasına baxmayaraq, vətəndaşlar karantin qaydalarına ciddi riayət etməlidirlər
23 İyun 15:05
Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu göstərdi
23 İyun 15:04
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri bölgədəki vəziyyəti müzakirə ediblər
23 İyun 14:48
Deputat: COVID-19 pandemiyasından uşaqlar daha çox əziyyət çəkirlər
23 İyun 14:31
Antalyaya gedib, Qalaiçini görməmək mümkün deyil
23 İyun 14:27
Azərbaycan ərazisində terror-təxribat cinayətləri törədən erməni silahlı dəstələrinin üzvləri ilə bağlı növbəti məhkəmə iclası keçirilib
23 İyun 14:24
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
23 İyun 14:24
Torpaqlarımızın işğaldan azad olunması 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaradıb
23 İyun 13:55
Təhsil naziri Bakı Ali Neft Məktəbində yaradılan tədris mühitini yüksək qiymətləndirib
23 İyun 13:52
Ankarada görkəmli qazax şairi Mukağali Makatayevin şeirlər kitabının təqdimatı olub
23 İyun 13:48
Hərbi cinayətlərdə ittiham olunan erməni hərbçilərlə bağlı növbəti məhkəmə iclası keçirilib
23 İyun 13:31
Vüsal Qasımlı: Dünya bazarlarının Azərbaycan iqtisadiyyatına təsiri müsbətdir
23 İyun 13:09
AŞPA-nın bir qrup üzvü Ermənistanın bütün mina xəritələrini verməsi ilə bağlı bəyanat yayıb
23 İyun 12:58
Vətən müharibəsindən sonra 100-cü şəhid övladı dünyaya gəlib
23 İyun 12:56
Maliyyə Nazirliyi: Hazırda Dünya Bankından kreditin alınması gündəmdə deyil
23 İyun 12:50
Prezident İlham Əliyev dövlət qulluqçularını təltif edib – SƏRƏNCAM
23 İyun 12:24
Ağdamın işğaldan azad olunmuş ərazilərində su ehtiyatlarının qiymətləndirilməsi ilə əlaqədar iclas keçirilib
23 İyun 12:09
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul edib
23 İyun 12:03
Azərbaycanda əhalinin 19 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib
23 İyun 11:58
Bu gün “Avro-2020”nin qrup mərhələsinə yekun vurulacaq
23 İyun 11:52
Yay məktəbi çərçivəsində məktəblilər üçün ekskursiyalar təşkil olunub
23 İyun 11:46
Sədaqət Vəliyeva: Vaksinasiya olunmaq və Operativ Qərargahın qaydalarına əməl etmək vacibdir
23 İyun 11:37
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açır
23 İyun 11:18
Deputat: Müharibədən 7 ay keçməsinə baxmayaraq, Azərbaycanın “dəmir yumruğu” Ermənistanı hələ də silkələməkdədir
23 İyun 10:51
KOB-ların biznes fəaliyyətlərində üzləşdiyi çətinliklər müzakirə olunub
23 İyun 10:21
Təhsil Nazirliyi: Şagirdlərin dərsliklərə dair fikirləri öyrənilir
23 İyun 10:13
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA