Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Asim Mollazadə: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr müsbət dəyərləndirilir

Asim Mollazadə: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr müsbət dəyərləndirilir

27.05.2021 [09:28]

“Beynəlxalq hüquq normaları çərçivəsində öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan Respublikasının nüfuzu gündən-günə yüksəlməkdədir. Milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanan Azərbaycanın rolu təkcə regionda deyil, artıq bütün dünyada da artmaqdadır”.
Bu fikirləri qəzetimizə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Partiya sədrinin sözlərinə görə, 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan təbrik məktublarında əksini tapmış məqamlar ölkəmizin yüksək nüfuza malik olduğunu bir daha sübut edir: “Belə ki, dünyanın aparıcı ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı önəmli rol təqdir olunur, habelə bütün dünyada xüsusi nüfuza malik olan Azərbaycan Prezidentinin fəaliyyətinə yüksək qiymət verilir”.
COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə Azərbaycanın verdiyi töhfəyə diqqət çəkən A.Mollazadə bildirib ki, ölkəmizin digər ölkələrə, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına göstərdiyi yardım dövlət başçıları və beynəlxalq təşkilatların rəhbərləri tərəfindən təqdir olunub.
A.Mollazadə deyib ki, ABŞ Prezidentinin təbrik məktubunda ölkəmizin regionda oynadığı strateji rolun əhəmiyyəti qeyd edilir: “Məlum olduğu kimi, enerji təhlükəsizliyi sahəsində Avropa, habelə digər dünya ölkələri ilə Azərbaycanın səmərəli əməkdaşlığı mövcuddur. Məktubda bu istiqamətdə birgə səylər, o cümlədən ötən il Cənub Qaz Dəhlizinin işə salınması, bu il Xəzərdəki yatağın Türkmənistanla birgə işlənməsinə dair Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr müsbət dəyərləndirilir”.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 286 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30