Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti qaydası təsdiqlənib

Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti qaydası təsdiqlənib

26.05.2021 [23:04]

Nazirlər Kabineti dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti Qaydasını təsdiqləyib.

Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Qaydaya əsasən, reabilitasiya müəssisələrinin strukturu və əlilliyi olan şəxslərin reabilitasiya müəssisəsinə qəbul edilməsi və müəssisədən çıxarılması qaydaları müəyyən edilir.

Bununla yanaşı, dövlət reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərin tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və peşə-əmək tədbirlər sistemi vasitəsilə reabilitasiyasının aparılması müəyyən edilib.

Əlilliyi olan şəxslər Fərdi Reabilitasiya Proqramında təsdiq olunmuş reabilitasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə reabilitasiya müəssisələrinə qəbul edilirlər. Müəssisəyə qəbula ən azı 2 (iki) iş günü qalmış bu barədə məlumat əlilliyi olan şəxsin əlaqə vasitələrinin birinə (telefon, elektron poçt və ya mobil tətbiqlər vasitəsilə və s.) göndərilir.

Həmçinin qaydada əlilliyin erkən diaqnostikası, sağlamlığın qorunması tədbirləri, ətraf mühitin ekoloji vəziyyətinin yaxşılaşdırılması, sağlam həyat tərzinin və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, istehsalat zədələrinin, peşə xəstəliklərinin yayılmasının qarşısının alınması məqsədilə (dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətlərin zəmanət verilmiş həcmi istisna olmaqla) müqavilə əsasında müvafiq ödənişli xidmətlər göstərilməsi əks olunub.

Paylaş:
Baxılıb: 177 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30