Ana səhifə »  Xəbər lenti »  Beynəlxalq təşkilatlar sərhədlərin delimitasiyası prosesinə dəstək verməlidir
A+   Yenilə  A-
Beynəlxalq təşkilatlar sərhədlərin delimitasiyası prosesinə dəstək verməlidir

Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası son günlərin ən aktual məsələlərindən biridir. Proseslər Ermənistanın bu məsələdə də süni əngəllər yaratdığını göstərir. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasının bu günə qədər reallaşmamasına səbəb rəsmi İrəvanın işğalçılıq siyasəti olub. Beynəlxalq təşkilatlar sərhədlərin delimitasiyası prosesinə dəstək verməlidirlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

C.Xəlilov vurğulayıb ki, sərhədlərimiz Azərbaycan Respublikasının dövlət suverenliyinin, ərazi hüdudlarını özündə birləşdirməklə, müstəqilliyimizin və suverenliyimizin mühüm atributlarından hesab olunur. Təəssüf ki, Ermənistanın 30 il işğal altında saxladığı, hazırda isə bir çox hissələri azad olunmuş Azərbaycan sərhədlərinin şəffaf əsaslarla bərpası, daha doğrusu, delimitasiyası və demarkasiyası erməni vandalları tərəfindən əsassız bəhanələrlə mübahisə predmetinə çevrilib. İyirmi birinci əsr olmasına baxmayaraq, bəzi erməni siyasətçiləri dövlətin suveren atributu olan sərhədlərin dəqiqləşdirilməsinin və ya ayrılmasının son dərəcə vacib və əhəmiyyətli olduğunu dərk etmək istəmirlər. Bu, həm də Ermənistanın özü üçün də mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. 1007 kilometr uzunluğu olan Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası son vaxtların ən aktual məsələlərindən biridir.

Bildirilib ki, 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində ordumuzun əldə etdiyi tarixi zəfər nəticəsində ərazi bütövlüyümüz təmin olunub. Bu da sərhədlərin delimitasiya və demarkasiyasını zəruri edir. Ancaq görünən odur ki, Ermənistan hər bir işdə olduğu kimi, bu məsələdə də süni problemlər və gərginliklər yaratmağa çalışır.

Polkovnik vurğulayıb ki, SSRİ dönəmindəki xəritə Azərbaycanla Ermənistan arasındakı sərhədlərin müəyyən edilməsində əsas götürülməlidir: “Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən olunmasında SSRİ dönəmində hazırlanan və sovet respublikaları arasındakı sərhədləri özündə əks etdirən xəritə əsas olmalıdır. Çünki bu xəritədə sərhədlər dəqiq şəkildə öz əksini tapıb və bu gün də sərhədlərin o xəritəyə əsasən müəyyən edilməsi həm tarixi, həm də hüquqi baxımdan daha ədalətlidir. Azərbaycan tərəfi də sərhədlərin məhz bu xəritə əsasında müəyyənləşməsində maraqlıdır”.

C.Xəlilovun sözlərinə görə, Azərbaycan digər ölkələrlə sərhədlərin delimitasiya məsələsini yüksək səviyyədə həyata keçirib. Ermənistan sərhədlərin delimitasiyası prosesini yanlış şərh edərək iddia edir ki, guya Azərbaycan tərəfi Ermənistan torpaqlarını ələ keçirməyə çalışır. Halbuki bu proses zamanı Azərbaycan beynəlxalq qanunları, sovet dönəmindəki xəritələri, Vətən müharibəsindən sonrakı razılaşmaları əsas tutaraq hərəkət edir.

Azərbaycan sərhədlərin delimitasiya prosesini digər qonşu dövlətlərlə də həyata keçirib. Azərbaycan-Rusiya sərhədlərinin delimitasiya prosesi bu baxımdan nümunə sayıla bilər. Bu proseslərin heç birində hər hansı gərginlik yaşanmayıb. Lakin Ermənistan tərəfi məqsədli şəkildə sərhədlərin delimitasiyası və demarkasiyası prosesini ləngitməyə, süni problemlər yaratmağa çalışır ki, bu da rəsmi İrəvanın məkrli niyyətindən xəbər verir.

Sədr müavini qeyd edib ki, beynəlxalq təşkilatlar da Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası prosesinə dəstək verməli, bu məsələdə yaxından iştirak etməlidir. Təəssüf ki, 30 ilə yaxın müddətdə davam edən erməni işğalı zamanı biz beynəlxalq təşkilatların işğalçı ölkəyə ciddi təzyiq və təsir göstərdiyinə şahid olmadıq. Halbuki BMT-nin işğalla bağlı dörd məlum qətnaməsi beynəlxalq birliyin Ermənistana təzyiqinə hər cür imkan yaradırdı. Qürur hissi ilə qeyd etməliyik ki, BMT qətnamələri məhz Azərbaycan Ordusu tərəfindən icra edilib. Düşmən işğal olunmuş ərazilərdən qovulub.

Bu gün aktual məsələ Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyasıdır. Beynəlxalq təşkilatlar heç olmasa bu prosesə dəstək verməli, sərhədlərin delimitasiyası prosesində Ermənistanın yaratdığı əsassız, süni əngəllərə görə rəsmi İrəvana təzyiq göstərməlidir. Hamı bilməlidir ki, bütün mübahisə və gərginliklər nə qədər tez ortadan qalxsa, regiona sülh və təhlükəsizlik də o qədər tez gələr. Bu isə bütün regionun maraqları, bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətlidir.

 
  • Oxunub:  2100  |  
  • Tarix:  26-05-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır

23 İyun 22:21
Nizami Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib
23 İyun 22:02
Hulusi Akar: Qara dənizdəki gərginlik araşdırılır
23 İyun 21:51
“Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir
23 İyun 21:48
AŞPA-da pandemiyaya qarşı mübarizədə Azərbaycanın müsbət təcrübəsindən danışılıb
23 İyun 21:44
Azərbaycan Ordusunda briqada komanda-qərargah təlimi keçirilir
23 İyun 21:43
Türkiyə Məşvərət Şurasının növbəti iclası keçirilib
23 İyun 21:02
Kamal Cəfərov: Ermənistanın mina xəritələrini verməməkdə məqsədi yenidənqurma işlərinə və məcburi köçkünlərin qayıtmasına maneə olmaqdır
23 İyun 21:01
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daimi dövlət qulluğuna qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib
23 İyun 20:59
Şuşa Bəyannaməsi bütün dünyaya tarixi reallıqla barışmağın qaçılmazlığını göstərdi
23 İyun 20:52
Azərbaycanla Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələri genişlənir
23 İyun 20:50
Milli Məclisin növbədənkənar iclasının gündəliyinə 12 məsələ daxil edilib
23 İyun 20:48
Mariya Rizzotti: Artıq müharibə bitib, indi sülhün bərqərar olması barədə düşünmək lazımdır
23 İyun 20:41
Stefan Şennak: Ermənistan mina xəritələrini verməlidir, Ağdama gedib vəziyyəti öz gözlərimlə də görmək istəyirəm
23 İyun 20:39
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 4 məsələ plenar iclasa tövsiyə olunub
23 İyun 20:36
Prezidentin Mətbuat Xidmətinin məlumatı
23 İyun 17:37
İşğaldan azad edilmiş ərazilərimizdə modul tipli daha bir yeni hərbi hissə istifadəyə verilib
23 İyun 17:32
Nərimanov rayonu üzrə “Məktəb hesabatları” dinlənilib
23 İyun 17:30
Sevinc Fətəliyeva: Həqiqətlərin düzgün və şəffaf çatdırılması üçün jurnalistlərə təhlükəsiz şərait yaradılmalıdır
23 İyun 17:27
Parlamentlərarası əməkdaşlıq Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə xidmət edəcək
23 İyun 17:19
“Tələbə baharı” XV ümumrespublika bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırılıb
23 İyun 17:17
QDİƏT Parlament Məclisinin Baş Assambleyasının onlayn formatda iclası keçirilib
23 İyun 17:14
Azərbaycanın xarici işlər naziri Səudiyyə Ərəbistanına rəsmi səfərə yola düşüb
23 İyun 17:07
Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir
23 İyun 17:00
Cəlal Allahverdiyev: Şuşa Bəyannaməsində Qars müqaviləsinə istinad edilməsi tarixi sənədə sadiqliyin nümayişidir
23 İyun 16:52
Baş nazirin müavini: İşğaldan azad edilmiş bütün ərazilərdə keyfiyyətli su təminatı olacaq
23 İyun 16:51
Kamilə Əliyeva: Vətəndaşlarımız təhlükədən yayınmaq üçün Operativ Qərargahın tövsiyələrinə ciddi əməl etməlidirlər
23 İyun 16:43
Azərbaycanda koronavirus infeksiyasından daha 84 nəfər müalicə olunaraq sağalıb
23 İyun 16:33
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Şuşa Bəyannaməsi ilə bağlı konfrans keçirilib
23 İyun 16:23
Şahin Mustafayev: Üçtərəfli İşçi qrupu Ermənistanda yeni hökumət formalaşandan sonra fəaliyyətini davam etdirəcək
23 İyun 16:21
Prezident Vladimir Putin Qarabağda atəşkəsə nail olunmasında Rusiyanın rolunu qeyd edib
23 İyun 16:19
Rüstəm Nağıyev: Bəyannamənin Şuşada imzalanması xüsusi əhəmiyyət daşıyır
23 İyun 16:16
Azərbaycan Dövlət İqtisad Universitetində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib
23 İyun 16:12
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb
23 İyun 16:08
İntihar və intihara cəhd hadisələri ilə əlaqədar Baş Prokurorluqda konfrans keçirilib
23 İyun 16:06
Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin innovasiyalar və kosmik sahədə əməkdaşlığı müzakirə olunub
23 İyun 16:00
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “MILEX-2021” Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində iştirak edir
23 İyun 15:50
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının XII hesabat konfransı keçirilib
23 İyun 15:44
Rusiya paytaxtında Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransı keçirilir
23 İyun 15:38
Təkrar əkinlərə görə subsidiya almaq üçün müraciətlərin qəbuluna başlanılıb
23 İyun 15:32
Şahin Mustafayev: İşğaldan azad olunan ərazilərdə 13 iri çay, 9 su anbarı mövcuddur
23 İyun 15:27
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
23 İyun 15:20
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərinə yekun vurulub
23 İyun 15:14
Prezident İlham Əliyev: Biz bu miqyasda dağıntıdan inkişafa doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik
23 İyun 15:09
Müşfiq Məmmədli: Epidemioloji vəziyyətin yaxşılaşmasına baxmayaraq, vətəndaşlar karantin qaydalarına ciddi riayət etməlidirlər
23 İyun 15:05
Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu göstərdi
23 İyun 15:04
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri bölgədəki vəziyyəti müzakirə ediblər
23 İyun 14:48
Deputat: COVID-19 pandemiyasından uşaqlar daha çox əziyyət çəkirlər
23 İyun 14:31
Antalyaya gedib, Qalaiçini görməmək mümkün deyil
23 İyun 14:27
Azərbaycan ərazisində terror-təxribat cinayətləri törədən erməni silahlı dəstələrinin üzvləri ilə bağlı növbəti məhkəmə iclası keçirilib
23 İyun 14:24
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
23 İyun 14:24
Torpaqlarımızın işğaldan azad olunması 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaradıb
23 İyun 13:55
Təhsil naziri Bakı Ali Neft Məktəbində yaradılan tədris mühitini yüksək qiymətləndirib
23 İyun 13:52
Ankarada görkəmli qazax şairi Mukağali Makatayevin şeirlər kitabının təqdimatı olub
23 İyun 13:48
Hərbi cinayətlərdə ittiham olunan erməni hərbçilərlə bağlı növbəti məhkəmə iclası keçirilib
23 İyun 13:31
Vüsal Qasımlı: Dünya bazarlarının Azərbaycan iqtisadiyyatına təsiri müsbətdir
23 İyun 13:09
AŞPA-nın bir qrup üzvü Ermənistanın bütün mina xəritələrini verməsi ilə bağlı bəyanat yayıb
23 İyun 12:58
Vətən müharibəsindən sonra 100-cü şəhid övladı dünyaya gəlib
23 İyun 12:56
Maliyyə Nazirliyi: Hazırda Dünya Bankından kreditin alınması gündəmdə deyil
23 İyun 12:50
Prezident İlham Əliyev dövlət qulluqçularını təltif edib – SƏRƏNCAM
23 İyun 12:24
Ağdamın işğaldan azad olunmuş ərazilərində su ehtiyatlarının qiymətləndirilməsi ilə əlaqədar iclas keçirilib
23 İyun 12:09
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul edib
23 İyun 12:03
Azərbaycanda əhalinin 19 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib
23 İyun 11:58
Bu gün “Avro-2020”nin qrup mərhələsinə yekun vurulacaq
23 İyun 11:52
Yay məktəbi çərçivəsində məktəblilər üçün ekskursiyalar təşkil olunub
23 İyun 11:46
Sədaqət Vəliyeva: Vaksinasiya olunmaq və Operativ Qərargahın qaydalarına əməl etmək vacibdir
23 İyun 11:37
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açır
23 İyun 11:18
Deputat: Müharibədən 7 ay keçməsinə baxmayaraq, Azərbaycanın “dəmir yumruğu” Ermənistanı hələ də silkələməkdədir
23 İyun 10:51
KOB-ların biznes fəaliyyətlərində üzləşdiyi çətinliklər müzakirə olunub
23 İyun 10:21
Təhsil Nazirliyi: Şagirdlərin dərsliklərə dair fikirləri öyrənilir
23 İyun 10:13
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA