Ana səhifə »  Xəbər lenti »  Şərur Günəş Elektrik Stansiyası istifadəyə verilib
A+   Yenilə  A-
Şərur Günəş Elektrik Stansiyası istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.

Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Son illər yeni su və günəş elektrik stansiyalarının tikilməsi enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verib. Xüsusilə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 26-da Şərur rayonunun Zeyvə kəndində 5 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev energetiklər adından minnətdarlıq edərək deyib ki, muxtar respublikada energetika sisteminin inkişafı sahəsində ardıcıl tədbirlər görülür, enerji təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Yeni elektrik stansiyalarının istifadəyə verilməsinin və energetika təsərrüfatının müasir tələblər səviyyəsində qurulmasının nəticəsidir ki, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar. Şərur rayonunun Zeyvə kəndində 5 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi də muxtar respublikada elektroenergetika sisteminin inkişafı sahəsində görülən işlərin davamıdır.

Ali Məclisin Sədri yüksəkgərginlikli sınaq cihazlarına və stansiya üçün alınmış “Mitsubishi L200” markalı avtomobilə baxıb. Məlumat verilib ki, Ukrayna istehsalı olan cihazlar sınaqların aparılmasında yüksək iş əmsalına malik, eyni zamanda təhlükəsizlik baxımından əlverişlidir. Bu cihazlar kabellərin və bərk dielektriklərin sınaqlarını və transformatorların gərginliyini ölçmək, yeraltı metal kommunikasiyaların yerinin təyini və bütün növ elektrik kabellərinin zədələnməsinin axtarışı, kabellərin zədələnmə sahələrinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulub.

İsveçrənin “Pure Energy Development” SARL şirkətinin icraçı direktoru Mişel Kalerami deyib: “Dünyada hökm sürən pandemiya dövründə Naxçıvanda böyük layihələrin həyata keçirilməsi muxtar respublikanın bu çətin dövrü uğurla arxada qoymasının göstəricisidir. Mən çox ölkələrdə işləmişəm. Lakin Naxçıvanda işləmək çox güvənli və asandır. Şirkətimizi yenidən seçdiyiniz üçün minnətdarlıq edirik. Naxçıvan regionda alternativ enerji istehsalı sahəsində liderliyini qoruyur. Çünki yaşıl elektrik enerjisi istehsalına buranın təbii resursları imkan verir. Bu da Naxçıvanın yaşıl bazarda layiqli paya sahib olmasını şərtləndirir”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 5 meqavatlıq yeni Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi və qarşıdan gələn 28 May - Respublika Günü münasibətilə kollektivi təbrik edib, Günəş Elektrik Stansiyasının istifadəyə verilməsini Şərur rayonunun həyatında əlamətdar hadisə kimi dəyərləndirib.

Ali Məclisin Sədri deyib: Naxçıvanın muxtariyyət tarixi iki dövrə bölünür: müstəqillik illərinə qədərki və müstəqillik illərindən sonrakı dövr. Hər iki dövrdə muxtar respublikada sənayenin inkişaf etdirilməsi üçün elektrik enerjisinə böyük ehtiyac olub. Sovet İttifaqı ilə İran dövləti arasında bağlanmış müqaviləyə əsasən gücü 22 meqavat olan Araz Su Elektrik Stansiyası qurulub istifadəyə verilmişdir. 1990-cı illərin hadisələri muxtar respublikaya ağır zərbələr vurdu, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvana gələn bütün kommunikasiyalar kəsildi. Naxçıvan elektriksiz qaldı. Ötən illərdə muxtar respublikada elektrik enerjisi ilə təminat sahəsində bir sıra işlər görülmüşdür. Əgər 70 il ərzində Araz çayı üzərində cəmi 1 müştərək elektrik stansiyası tikilmişdirsə, müstəqillik illərində Naxçıvanda 9 yeni elektrik stansiyası qurulmuşdur ki, bunun da 5-i su, 3-ü isə Günəş Elektrik stansiyasıdır. Onların sırasına bu gün 5 meqavat gücündə yeni Şərur Günəş Elektrik Stansiyası da daxil olur. Bu da muxtar respublikada Günəş Elektrik stansiyalarının gücünü 32 meqavata, illik istehsalını isə 50 milyon kilovat-saata çatdıracaqdır.

“Muxtar respublikada il ərzində istifadə olunan 430 milyon kilovat-saata yaxın elektrik enerjisinin 50 faizi bərpaolunan enerji mənbələrinin payına düşür”, - deyən Ali Məclisin Sədri bildirib ki, bərpaolunan enerjidən istifadə hər bir ölkənin inkişaf göstəricisidir. Muxtar respublikanın təbii imkanlarından - dağ çaylarının gücündən, bol günəşdən istifadə etməklə elektrik stansiyalarının qurulmasına xüsusi diqqət yetirilir. Bütün bu işlər qısa müddətdə ona görə görülmüşdür ki, ölkəmizdə ümummilli lider Heydər Əliyevin siyasi xətti uğurla davam etdirilir, sabitlik və inkişaf vardır. Ölkə Prezidentinin səylərinin nəticəsidir ki, bu gün Azərbaycan inkişaf etmiş ölkələr sırasındadır. Naxçıvan Muxtar Respublikasında da bütün sahələrdə inkişaf müşahidə olunur. Günəş Elektrik Stansiyası Şərur rayonunun elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm əhəmiyyətə malik olacaqdır. Rayonun elektrik enerjisinə illik tələbatı 75 milyon kilovat-saata yaxındır. Bunun 10 faizini illik istehsal gücü 7,5 milyon kilovat-saat olan yeni stansiya ödəyəcəkdir.

Ali Məclisin Sədri deyib: Yeni Günəş Elektrik Stansiyası yeni iş yerlərinin yaradılması, yeni mütəxəssislərin formalaşması və ucuz qiymətə başa gələn enerji istehsalı deməkdir. Gələcəkdə də muxtar respublikanın çay sularından istifadə olunmaqla su, əkinəyararsız ərazilərdə isə günəş və külək elektrik stansiyalarının qurulması davam etdiriləcəkdir. Məqsəd istifadə olunan elektrik enerjisini 100 faiz bərpaolunan enerji hesabına ödəməkdir. Muxtar respublika elektrik enerjisi ilə nəinki özünü təmin edə bilir, eyni zamanda İran İslam Respublikası ilə elektrik enerjisi mübadiləsi də həyata keçirilir. Elektroenergetikanın inkişaf etdirilməsi digər sahələrin də inkişafına səbəb olacaqdır. Ən əsası isə sənaye inkişaf edəcək ki, bu da muxtar respublikanın ümumi inkişafına öz töhfəsini verəcəkdir.

Sonra stansiyaya baxış olub.

Məlumat verilib ki, yeni Günəş Elektrik Stansiyasının qurulması üçün 2020-ci il avqustun 16-da İsveçrənin “Pure Energy Development” SARL şirkəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti arasında müqavilə imzalanıb. Kənd təsərrüfatına yararsız 7,9 hektar ərazidə yerləşən stansiyada tikinti-quraşdırma işləri qısa müddətdə və yüksək keyfiyyətlə aparılıb, 15 min 180 müasir “şüşə-şüşə” tipli günəş panelləri, hər birinin gücü 50 kilovat olan 100 invertor, 5 ədəd 35/0,4 kilovoltluq transformator, 1 ədəd 35 kilovoltluq qapalı paylayıcı yarımstansiya quraşdırılıb. Stansiyada alçaq və yüksəkgərginlikli, eləcə də rabitə, müşahidə və idarəetmə sistemi üçün optik kabel xətləri çəkilib, ərazi çəpərlənib, müasir siqnalizasiya və video-müşahidə qurğuları ilə təmin olunub. Müasir avadanlıqlarla təchiz olunan stansiyada elektrik enerjisi istehlakçılara itkisiz çatdırılacaqdır.

Ali Məclisin Sədri növbəti Günəş Elektrik Stansiyasının tikilməsi üçün yerin müəyyənləşdirilməsi, Naxçıvan Dövlət Universitetində Elektroenergetika mühəndisliyi ixtisasında təhsil alan tələbələrin xarici ölkələrə kurslara göndərilməsi barədə tapşırıqlar verib.

 
  • Oxunub:  2520  |  
  • Tarix:  26-05-2021  |  
  •    Çap et   |  
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir

19 İyun 12:32
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib VİDEO
19 İyun 12:28
Antonio Quterreş: Pandemiya bəşəriyyətin ümumi zəif cəhətlərini, qarşılıqlı asılılığını və kollektiv şəkildə hərəkət etməyin mütləq zərurət olduğunu göstərdi
19 İyun 12:04
Azərbaycan xarici işlər naziri Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib
19 İyun 11:59
DSMF sosial təminat sahəsində mötəbər beynəlxalq təşkilatlarla, aidiyyəti xarici qurumlarla əməkdaşlığı genişləndirir
19 İyun 11:57
Azərbaycanın iqtisadi perspektivləri Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın genişlənməsinə əlverişli şərait yaradır
19 İyun 11:51
Vüsal Qasımlı: Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinin böhrana çevik reaksiyasını qiymətləndirib
19 İyun 11:49
2020-2021-ci tədris ili üzrə Azərbaycanda 6500-ə yaxın əcnəbi tələbə təhsil alıb
19 İyun 10:46
Rezidenturaya qəbul olmaq üçün sabah 1738 namizəd imtahan verəcək
19 İyun 10:35
Azərbaycan nefti 74,54 dollara satılır
19 İyun 10:34
Türkiyənin “Zorlu Holding”i Azərbaycanın tekstil sənayesində layihələr icra edəcək
19 İyun 10:05
ADA Universitetində əfqanıstanlı diplomatlar üçün keçirilmiş “Xarici Siyasət Proqramı” uğurla başa çatıb
18 İyun 21:36
Azərbaycan Prezidentinin köməkçisi Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib
18 İyun 20:35
Dövlət Komissiyası Ermənistanın təcavüzü nəticəsində mülki obyektlərə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı məsələləri müzakirə edib
18 İyun 20:25
Böyük Britaniyanın “The Independent” qəzeti Şuşa Bəyannaməsi barədə məqalə yayıb
18 İyun 19:25
Azərbaycan xarici işlər naziri Antalyada iraqlı həmkarı ilə görüşüb
18 İyun 18:55
Antalyada Azərbaycan xarici işlər naziri ilə Türk Şurasının Baş katibi arasında görüş olub
18 İyun 18:49
Milli Məclisin komitə iclasında Niderlandla ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb
18 İyun 18:17
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada somalili həmkarı ilə görüşüb
18 İyun 18:15
Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclasının gündəliyi açıqlanıb
18 İyun 17:52
Azərbaycan ilə Qvineya-Bissau arasındakı əlaqələr müzakirə olunub
18 İyun 17:47
Türkiyə və Azərcaycan qardaşlığı bütün dünyanı heyrətə gətirəcək gücə sahibdir
18 İyun 17:42
Arif Fərzəliyev: Şuşada Türkiyə-Azərbaycan qardaşlığının gələcək uğurlarının təməli qoyuldu
18 İyun 17:41
Əli Həsənov: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini əbədiləşdirdi
18 İyun 17:39
Şahin İsmayılov: Siyasi partiyaların Şuşa Bəyannaməsinə birgə dəstək ifadə etmələri milli həmrəyliyin nümunəsidir
18 İyun 17:33
Abbas Müsəvi: Azərbaycan rayonlarının işğaldan azad edilməsi Tehran ilə Bakı arasında yeni əməkdaşlıq imkanları yaradıb
18 İyun 17:32
Qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir
18 İyun 17:28
Adil Əliyev: Qarabağ münaqişəsinin həlli regiona yeni inkişaf vəd edir
18 İyun 17:16
Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Kosmos” pavilyonunda MDB İqtisadi Şurasının iclası keçirilib
18 İyun 17:11
YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
18 İyun 17:02
Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib
18 İyun 17:01
YAP Göygöl rayon təşkilatı "Azərbacan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir" mövzusunda tədbir keçirib
18 İyun 16:55
Cavanşir Paşazadə: Azərbaycan-Türkiyə birliyi xalqlarımıza yeni-yeni zəfərlər qazandıracaq
18 İyun 16:50
Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyonu ötüb
18 İyun 16:49
Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib
18 İyun 16:44
AŞPA-nın komitə iclasında Azərbaycanın Zəngilanda həyata keçirdiyi “ağıllı kənd” konsepsiyasından danışılıb
18 İyun 16:41
Azərbaycanda koronavirus infeksiyasından daha 148 nəfər müalicə olunaraq sağalıb
18 İyun 16:37
Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti çox böyükdür
18 İyun 16:29
Antalya Diplomatiya Forumu işə başlayıb
18 İyun 16:17
YAP Mingəçevir şəhər təşkilatının nümayəndələri qazi Əli Rzayevin ailəsini ziyarət ediblər
18 İyun 15:59
Milli Məclisin deputatları Fransaya səfər edəcəklər
18 İyun 15:59
“Anadolu Qartalı - 2021” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub
18 İyun 15:58
MEDİA ilə ADA Universitetinin təşkil etdiyi silsilə seminarlara üçüncü qrup media nümayəndələri qoşulublar
18 İyun 15:52
İCESCO və AZƏRTAC media sahəsində Əməkdaşlıq Memorandumu imzalayıb
18 İyun 15:50
Təhsil naziri Təhsil Tələbə Krediti Fondu ilə bağlı sualları cavablandırıb
18 İyun 15:49
İqtisadiyyat Nazirliyi Türkiyə şirkəti ilə anlaşma memorandumu imzalayıb
18 İyun 15:46
İlham İsmayılov: Azərbaycan və Türkiyə Türk dünyasının birliyi üçün lokomativ rolunu öz üzərinə götürür
18 İyun 15:43
Rauf Əliyev: Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra bölgənin yeni inkişaf dövrü başlayıb
18 İyun 14:57
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada xorvatiyalı həmkarı ilə görüşüb
18 İyun 14:39
“Israel HaYom” nəşri: İsraillilər Odlar Yurduna səyahətin maraqlı olacağına əmin ola bilərlər
18 İyun 14:17
Fövqəladə hallar naziri Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb
18 İyun 14:10
Anar Məmmədov: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin birliyinin və həmrəyliyinin rəmzidir
18 İyun 14:03
Nüvədi kəndinin sakinləri doğma torpaqlara qayıtmaq hüququnun təmin olunması üçün dünya birliyinə müraciət ediblər
18 İyun 13:59
Antalyada Azərbaycanın xarici işlər naziri ilə Moldovanın Qaqauziya Muxtar Ərazisinin rəhbəri arasında görüş keçirilib
18 İyun 13:51
Ali təhsil müəssisələrində karyera mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi məsələsi müzakirə olunub
18 İyun 12:54
Azərbaycanın xarici işlər naziri Antalyada BMT-nin Baş katibinin köməkçisi ilə görüşüb
18 İyun 12:40
Təhsil tələbə krediti əcnəbi tələbələrə şamil edilməyəcək
18 İyun 12:35
Deputat: Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır
18 İyun 12:27
Leyla Abdullayeva: Beynəlxalq insan hüquqları təşkilatlarını üçtərəfli Bəyanatın həyata keçirilməsini dəstəkləməyə çağırırıq
18 İyun 12:14
“ASAN xidmət”lə Asiya İnkişaf Bankı arasında əlaqələr genişləndirilir
18 İyun 12:13
Azərbaycan ilə Türkiyə arasında gənclərlə iş və idman sahələrində əməkdaşlıq genişləndirilir
18 İyun 12:03
Tələbə krediti 2 qrupa bölünəcək
18 İyun 11:53
Təhsil naziri: Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi illik təhsil haqqından çox olmayacaq
18 İyun 11:51
Müstəqilliyimizin əbədiləşdiyi gün
18 İyun 11:44
Pakistanlı ekspert: Şuşa Bəyannaməsi regional əməkdaşlığın genişləndirilməsi baxımından ən yaxşı təşəbbüsüdür
18 İyun 11:42
Xarici ölkənin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxs məsuliyyətə cəlb olunub
18 İyun 11:30
Tələbə təhsil krediti verilərkən tələbənin topladığı bal nəzərə alınacaq
18 İyun 11:28
Şuşa Bəyannaməsi ölkəmizdəki siyasi birliyi daha da möhkəmləndirəcək
18 İyun 11:26
Tələbə təhsil krediti öz hesabına təhsil alan tələbələrə şamil olunacaq
18 İyun 11:22
“Avro-2020”: İngiltərə yığması Şotlandiyaya, Xorvatiya isə Çexiya millisinə qarşı
18 İyun 11:09
Yanvar-aprel ayları ərzində Azərbaycanda 15 minə yaxın cütlük nikaha daxil olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+29 +34
gecə+22 +25