Ana səhifə »  Xəbər lenti »  “Israel HaYom” qəzetində Azərbaycanın unikal dağ yəhudiləri icması haqqında məqalə dərc edilib
A+   Yenilə  A-
“Israel HaYom” qəzetində Azərbaycanın unikal dağ yəhudiləri icması haqqında məqalə dərc edilib

Azərbaycanın dağ yəhudiləri icması dünyada məxsusi yeri olan yəhudi icmalarından biridir. O, sərt kommunizm rejimi dövründə repressiyalara və cinayətlərə məruz qalıb, lakin ölkənin aparıcı həkimlərindən biri, Azərbaycan Parlamentinin deputatı Anatoli Rafailovdan başlamış, həmçinin hazırda Moskvada yaşayan biznesmen və xeyriyyəçilər Qod Nisanov, Zarax İliyev və German Zaxaryayevə qədər böyük uğurlar qazanmış insanların sayəsində demək olar ki, bütün sahələrdə tərəqqi edib.

AZƏRTAC xəbər verir ki, Şmuel Dan Elmasın İsraildə çıxan aparıcı ivritdilli “Israel HaYom” qəzetində dərc edilmiş məqaləsində dağ yəhudilərindən və məşhur Qırmızı Qəsəbədən bəhs olunur.

Məqalə müəllifi yazır ki, Qırmızı Qəsəbə ilk baxışda Azərbaycandakı adi qəsəbələrdən biridir. Lakin “Qafqazın Yerusəlimi” deyilən bu qəsəbəyə gələndə hər birinin darvazalarında ivrit dilində yazılar olan müxtəlif rəngli möhtəşəm evləri görərsiniz. Qırmızı Qəsəbənin yetirmələri olan moskvalı biznesmenlər bu evləri heç olmasa ildə bir neçə həftəliyə doğma yerlərə qayıtmaq üçün tikiblər.

Şmuel Dan Elmasın fikrincə, Qırmızı Qəsəbə dünyada ən unikal yəhudi icmalarından biridir. İsrailin hüdudlarından kənarda yəhudilərin yığcam şəkildə yaşadığı cəmi iki yaşayış məntəqəsi var: Qubadakı Qırmızı Qəsəbə və Nyu-Yorkdakı Kiryat-Yoel.

Məqalə müəllifi vurğulayır: “Azərbaycanın dağ yəhudiləri 300 il ərzində müasir və tolerant Azərbaycan ərazisində öz unikal cühuri dilini uğurla qoruyub saxlaya bilib, bu dildə fars dilinin, ivrit və Azərbaycan dillərinin təsiri elementləri qalır.

Bundan əlavə, Azərbaycan dağ yəhudiləri Qırmızı Qəsəbədə yaranmış qeyri-adi ənənələrə, o cümlədən ən gözəl sinaqoqda ayaqyalın halda dua etmək ənənəsinə indi də əməl edirlər. Bu, ölkədə çoxluq təşkil edən müsəlmanlarla harmoniya şəraitində yaşamaq ənənələrinə hörmət əlamətidir”.

İsrailli jurnalist qeyd edir ki, azərbaycanlı müsəlmanlar kimi dağ yəhudiləri də böyük bayram günlərində xalça üzərində ibadət edirlər. Onlar bu ən ənənəni yaşadıqları gözəl diyara hörmət əlaməti hesab edirlər. Müəllif vurğulayır ki, bu ənənə çərçivəsində dağ yəhudiləri azərbaycanlı müsəlmanlara böyük ehtiram bəsləyir, sevinclərini də, kədərlərini də onlarla bölüşür, həmişə bir-birinin yanında olurlar.

Müəllif vurğulayır ki, yaxın vaxtlarda məhz Qırmızı Qəsəbədə dünyada ilk Dağ Yəhudiləri Muzeyinin açılışı gözlənilir. Bu mərasim dağ yəhudiləri icmasının zəngin və şanlı tarixinə, onun gözəl Odlar Diyarında harmonik həyatına həsr ediləcək.

Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev vurğulayıb: “Yaxın vaxtlarda bizim Prezident İlham Əliyev Azərbaycanın paytaxtının lap mərkəzində, bizim sinaqoqun yaxınlığında yeni Yəhudi Mədəniyyət Mərkəzi yaradılması üçün torpaq sahəsi ayırıb”.

Məqalə müəllifi qeyd edir ki, dağ yəhudiləri muzeyində bu icmanın tarixi obrazlarını, onların qeyri-adi geyimini və cühuri dilini görmək və hiss etmək olar. Onlar əsrlər boyu, hətta sovet hakimiyyəti dönəmində ağır təzyiqlər və repressiyalar dövründə də bu dili qoruyub saxlamağa və inkişaf etdirməyə nail olublar.

Məqalədə deyilir: “İcma İkinci Dünya müharibəsində həlak olmuş 300 dağ yəhudisini xatırlayır, Azərbaycanın yəhudi millətindən olan milli qəhrəmanlarından biri, Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanı qəhrəmancasına müdafiə etmiş, 1992-ci ilin mayında Şuşada erməni işğalçılarla döyüşdə həlak olmuş Albert Aqarunovun xatirəsini ehtiramla yad edir.

Azərbaycan hökuməti respublika paytaxtının mərkəzində Albert Aqarunova möhtəşəm abidə ucaltmaqla onun xatirəsini əbədiləşdirib.

Azərbaycan dağ yəhudiləri icmasının başçısı daha sonra deyib: “Müqəddəs kitablarda deyilir ki, əgər yaxınlıqda sinaqoq yoxdursa, siz məscidə daxil olaraq orada dua edə bilərsiniz, çünki ora Allahın evidir. Biz bunu bir prinsip kimi qəbul edirik. Müqəddəs Tövrata və müqəddəs Qurana fikir verin. Biz – yəhudilər və azərbaycanlılar birlikdə dua edə bilərik. Biz qardaşıq, bir ailəyik, bir-birimizə hörmət edir, bir-birimizi sevirik, ona görə ki, Azərbaycan Prezidenti İlham Əliyev multikulturalizmin və tolerantlığın inkişafı üçün hər cür səy göstərir. Biz dünyəvi, multikultural və tolerant Azərbaycanda mövcud olan bütün əsas konfessiyalar arasında birliyi və harmoniyanı alqışlayırıq. Biz Azərbaycan ilə İsrail arasında dövlətlərarası münasibətlərin indiki yüksək səviyyəsini çox fəal şəkildə dəstəkləyirik.

Milix Yevdayev “Israel HaYom” qəzetinə eksklüziv müsahibəsində vurğulayıb: “Müqəddəs torpaq bizim əcdadlarımızın torpağı, Azərbaycan isə bizim vətənimizdir. İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsində bizim icmanın və İsraildəki Azərbaycan diasporunun çox böyük rolu olub. Bu diaspor İsrailin siyasi və informasiya mediaplatformasında çox aktiv fəaliyyət göstərir. Biz Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olduğumuza görə fəxr edirik”.

Yəhudi icmasından Azərbaycan Milli Məclisinin deputatı Azərbaycan-İsrail Parlamentlərarası qrupunun rəhbəri Anatoli Rafailov “Israel HaYom” qəzetinə müsahibəsində deyib: “Mən Azərbaycanda doğulmuşam, burada yaşayıram və Azərbaycandakı bütün yəhudilər kimi bu ölkədə özümü çox yaxşı hiss edirəm, çünki burada yəhudi xalqına xeyirxah münasibət bəsləyirlər. Tarixən Azərbaycanda yaşayan bütün xalqlar, o cümlədən yəhudilər həmişə Azərbaycan xalqı ilə qardaşlıq münasibətlərində olublar. Azərbaycanda kimin hansı millətə və ya hansı dinə mənsub olması barədə heç vaxt suallar yaranmayıb, burada həmişə və hamıya yaxşı, xeyirxah münasibət bəsləyiblər. Biz həmişə bir ailə kimi səmimi yaşamışıq.

Azərbaycan xalqının ənənələri bizim üçün əzizdir. Burada başqa xalqlara tolerant münasibət minilliklər boyu formalaşıb və böyük sərvət kimi nəsildən-nəslə ötürülür. Məhz bu səbəbdən Azərbaycanda dini və milli zəmində münaqişələr olmayıb.

2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı növbəti dəfə provokasiya törətdi və bu, tərəflər arasında növbəti münaqişəyə çevrildi. Biz tarixi hadisələrin şahidləri olduq. Azərbaycan XX əsrin 90-cı illərində itirilmiş öz tarixi torpaqlarını özünə qaytardı. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik strateji rəhbərliyi, habelə yaxşı hazırlıq keçmiş, yaxşı təchiz olunmuş Müzəffər Azərbaycan Silahlı Qüvvələrinin sayəsində mümkün oldu. Azərbaycanın yəhudi icmasının nümayəndələri həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində iştirak ediblər. Torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu şad olsun, onların nurlu xatirəsi əbədi yaşayacaq.

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi bir daha sübut etdi ki, İsrail Azərbaycana həm siyasi-diplomatik və mənəvi dəstək, həm də çox mühüm hərbi-texnoloji dəstək verir. Qeyd etmək lazımdır ki, Azərbaycanın İsraildə və İsrailin Azərbaycanda populyarlığı günbəgün artır və yüksələn xətt üzrə inkişaf edir. Fikrimcə, yaxın gələcəkdə Azərbaycan-İsrail münasibətlərində inkişafın növbəti mərhələsi başlanacaq”.

 
  • Oxunub:  2790  |  
  • Tarix:  26-05-2021  |  
  •    Çap et   |  
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir

18 İyun 09:11
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir
18 İyun 09:06
İşğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu müxtəlif istiqamətləri əhatə edir
18 İyun 09:00
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür
18 İyun 08:59
Növbəti milli birlik nümunəsi
18 İyun 08:57
Aztəminatlı gənclər üçün arıçılıq təsərrüfatları yaradılacaq
18 İyun 08:55
Baş infeksionist: Azərbaycanda COVID-19-la əlaqədar sanitar-epidemioloji vəziyyət yaxşıdır
18 İyun 08:54
İyunun 21-də Ermənistanda vətəndaş müharibəsi başlaya bilər
18 İyun 08:50
Radikal müxalifətin növbəti xəyanəti
17 İyun 20:53
Azərbaycanla Türkiyənin insan resursları sahəsində əməkdaşlığı müzakirə olunub
17 İyun 20:41
Rusiya XİN Azərbaycan və Ermənistan sərhədində delimitasiya işlərinə başlamağın vacibliyini bildirib
17 İyun 20:24
Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib
17 İyun 19:43
Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib
17 İyun 19:05
“Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin qalibləri mükafatlandırılıb
17 İyun 19:05
Antalyada Cənub-Şərqi Avropa Ölkələri Əməkdaşlıq Prosesi Sammiti keçirilib
17 İyun 18:58
Azərbaycanın müdafiə naziri Latviyanın NATO-nun Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü ilə görüşüb
17 İyun 18:08
Səbinə Xasayeva: Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir
17 İyun 17:55
Bugünkü müstəqil və qüdrətli Azərbaycan Ümumilli Lider Heydər Əliyevin əsəridir
17 İyun 17:25
Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 992 min 847 nəfərdir
17 İyun 17:16
Azərbaycanda koronavirusdan ölüm halı qeydə alınmayıb
17 İyun 17:00
Məzahir Bayramov: Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir
17 İyun 16:57
Türkiyə həmişə dost və qardaş Azərbaycanın yanındadır
17 İyun 16:50
Prezidentlərin dostluğu və qardaşlığı Türkiyə-Azərbaycan qardaşlığının simvoluna çevrilib
17 İyun 16:46
Fəsli Nəbiyev: “Avro-2020” futbol yarışlarının Azərbaycanda keçirilməsi, uzun illər ölkəmizdə aparılan idman siyasətinin növbəti uğurlu təzahürüdür
17 İyun 16:41
YAP Göygöl rayon təşkilatı "Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın yeni bir dönəmi başlayır" mövzusunda tədbir keçirib
17 İyun 16:38
Azərbaycanın və Pakistanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
17 İyun 16:28
Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalının məbləği açıqlanıb
17 İyun 16:25
Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır
17 İyun 16:22
Azərbaycanla Böyük Britaniya arasında gömrük əməkdaşlığı sahəsində müzakirələr aparılıb
17 İyun 16:18
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib
17 İyun 16:13
Təhsil Tələbə Krediti Fondunun vəzifələri müəyyənləşib
17 İyun 16:05
Təhsil Tələbə Krediti Fondu müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edəcək
17 İyun 15:59
Azərbaycanın bugünkü uğurları Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin davam etdirilməsinin nəticəsidir
17 İyun 15:57
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb
17 İyun 15:28
May ayı ərzində 59 şəhər və rayonun əhalisinə 1 milyon 200 mindən çox tibbi xidmət göstərilib
17 İyun 15:26
Azərbaycan atletləri Olimpiadaya 30, Paralimpiadaya isə 18 lisenziya qazanıblar
17 İyun 15:10
Antalya Diplomatiya Forumuna hazırlıqlar başa çatıb
17 İyun 14:53
ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə magistr proqramına sənəd qəbulu davam edir
17 İyun 14:51
Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradıldı - FƏRMAN
17 İyun 14:34
Azərbaycanın xarici işlər naziri Türkiyəyə səfərə yola düşüb
17 İyun 14:03
AZAL-da qadın pilotlar fəaliyyətə başlayıblar
17 İyun 13:49
İspaniya ilə investisiya və ixrac sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
17 İyun 13:40
Pərvin Kərimzadə: Şuşa Bəyannaməsi bölgədə sülh, sabitlik və firavanlıq üçün güclü bir çağırışdır
17 İyun 13:38
Azərbaycan və BMT arasında İstiqamətləndirici Komitənin ilk iclası keçirilib
17 İyun 13:14
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
17 İyun 12:58
Müttəfiqlik haqqında Bəyannamə iş birliyimizin təminatçısıdır
17 İyun 12:39
Göygöl rayonunda şəhid Həsən Bayramov yad edilib
17 İyun 12:36
“Avro-2020”: Bu gün B və C qruplarından səkkizdəbir finala yüksələcək komanda müəyyənləşə bilər
17 İyun 12:36
Tengiz Txilava: Türkiyə Prezidentinin Şuşaya səfəri çox mühüm əhəmiyyət kəsb edir
17 İyun 12:24
Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününü daha da əzəmətləndirdi
17 İyun 12:22
Füzuli və Cəbrayıl rayonlarına mediatur təşkil edilib
17 İyun 12:15
Baş Prokurorluq beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlığı genişləndirir
17 İyun 12:10
Azərbaycan ilə Xorvatiya arasında mədəni əlaqələr müzakirə edilib
17 İyun 12:06
“ASAN müraciət” mobil tətbiqi istifadəyə verilib
17 İyun 12:02
Bu il Azərbaycanda 12,5 milyard kubmetrdən çox əmtəəlik təbii qaz çıxarılıb
17 İyun 11:48
Ukrayna mətbuatı Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa səfərinə geniş yer ayırıb
17 İyun 11:41
Vüqar Seyidov: Şuşa bəyannaməsi ilə hər iki dövlət münasibətlərinin qızıl dövrünə qədəm qoydu
17 İyun 11:39
Türkiyə və Azərbaycan arasındakı münasibətlər hazırda özünün ən yüksək zirvəsindədir
17 İyun 11:37
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilərin II turu keçirilib
17 İyun 11:24
Fiziki məhdudiyyətli şagirdlərin rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb
17 İyun 11:21
DİN Ağdam rayon sakininin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb
17 İyun 11:16
“Azeri Light” neftinin qiyməti 76,5 dolları ötüb
17 İyun 10:58
Şuşa Bəyannaməsinin imzalanması 44 günlük Vətən müharibəsində qazanılan qələbənin yaratdığı yeni reallıqların təcəssümüdür
17 İyun 10:42
Sosial təminat sahəsində Almaniya təcrübəsi öyrənilir
17 İyun 09:59
Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının dördüncü iclasında Azərbaycanda korrupsiyaya qarşı görülən tədbirlərdən danışılıb
17 İyun 09:57
Azərbaycan və İspaniya arasında münasibətlərin möhkəmləndirilməsi perspektivləri müzakirə olunub
17 İyun 09:47
Moskvada Azərbaycan Milli Məclisinin və Rusiya Federal Şurasının parlamentlərarası komissiyasının iclası keçirilib
17 İyun 09:44
Bağdad Amreyev: Şuşa Bəyannaməsi bütün türk dünyasına xidmət edən bir çox məsələləri özündə əks etdirir
17 İyun 09:19
Hikmət Babaoğlu: Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” fəlsəfəsinin hüquqi müstəviyə köçürülməsi hadisəsi idi
17 İyun 09:17
Ermənilər tərəfindən xarabalığa çevrilən Füzuli yenidən dirçəlir
17 İyun 09:14
Qurtuluş məfkurəsi və azərbaycançılıq ideologiyası

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+27 +30
gecə+22 +25