Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İƏT-ə üzv ölkələrin ombudsmanlarının növbəti iclası keçirilib

İƏT-ə üzv ölkələrin ombudsmanlarının növbəti iclası keçirilib

25.05.2021 [17:23]

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin növbəti iclasında iştirak edib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Assosiasiyanın prezidenti, Türkiyənin Baş ombudsmanı Şərəf Malkoç açılış nitqi ilə çıxış edib.

Ombudsman Səbinə Əliyeva iclasda çıxış edərək son zamanlar dünyada humanitar sahədə baş verən böhrana diqqət çəkib, insan hüquqlarının müdafiəsində beynəlxalq həmrəyliyin vacib olduğunu vurğulayıb. Qeyd edilib ki, beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmaması, insan hüquqlarına hörmətsizlik insanlığı daha ağır problemlərlə üz-üzə qoyur.

BMT-nin məlum 4 qətnaməsinə etinasız yanaşan Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın işğalçılıq siyasətini davam etdirdiyini bildirən ombudsman ötən il işğal altındakı ərazilərin azad edilməsi məqsədilə başladılan hərbi əməliyyatların gedişi zamanı Ermənistanın mülki obyektləri hədəf alaraq humanitar hüququn tələblərini kobud şəkildə pozduğunu iştirakçıların diqqətinə çatdırıb.

Ombudsman çıxışında işğal müddətində Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların xəritələrinin hələ də verilmədiyini, bunun insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını qeyd edib. Bununla yanaşı, ombudsman vaxtilə işğal altında saxlanılmış ərazilərdə Azərbaycanın tarixi, mədəni və dini abidələrinin qismən və ya tamamilə dağıdıldığını bildirib.

İclas məruzə və müzakirələrlə davam edib.

Paylaş:
Baxılıb: 190 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30