Ana səhifə »  Xəbər lenti »  Azərbaycanda biznesin inkişafı üçün yeni imkanlar yaranıb
A+   Yenilə  A-
Azərbaycanda biznesin inkişafı üçün yeni imkanlar yaranıb

Azərbaycanda biznesin inkişafı üçün yeni imkanlar yaranıb.

AZƏRTAC xəbər verir ki, son illər Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar, sahibkarlığın dövlət tənzimlənməsi və dəstəklənməsi sahəsində qəbul edilmiş qərarlar, qanunlar, dövlət proqramları ölkədə azad rəqabətə əsaslanan sahibkarlığın inkişafı məqsədlərinə xidmət edir. Burada başlıca məqsəd biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafıdır.

Nüfuzlu reytinq agentliklərinin hesabatlarında…

Azərbaycanda sahibkarlığın davamlı inkişafı məqsədilə hüquqi tənzimləmə, qanunvericilik bazasının təkmilləşdirilməsi yolu ilə biznes mühitinin yaxşılaşdırılması əsas hədəflərdən biridir. Ölkəmizdə son illər həyata keçirilən bu iqtisadi islahatlar biznes mühitinin daha da yaxşılaşdırılmasını, təşviq siyasətinin davam etdirilməsini və institusional islahatları əhatə edir.

Ölkəmizdə yerli şirkətlərin canlanmasına və investorların aktiv fəaliyyətinə şərait yaradacaq biznes mühiti təmin edilir. Biznes mühitinin yaxşılaşdırılması isə sahibkarlığın davamlı inkişafına şərait yaradır.

Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirir.

Dünyanın nüfuzlu beyin mərkəzlərindən olan İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycanın mövqeyi 6 pillə yaxşılaşaraq 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadi azadlıq üzrə mümkün 100 baldan 70,1 bal toplayıb.

Hesabata görə, Azərbaycan Avropa regionunda 45 ölkə arasında 23-cü yerdədir, onun ümumi balı regional orta göstəriciyə bərabər, dünya üzrə orta göstəricidən yüksəkdir. Hesabatda ölkəmiz Fransa, İspaniya, İtaliya və Polşa kimi inkişaf etmiş ölkələri qabaqlayıb və indeks üzrə ən çox irəliləyən ölkələr sırasında yer alıb. İqtisadiyyatda əsasən bank, əmlak, monetar, vergi, fiskal və digər istiqamətlərdə qeydə alınan inkişaf trendləri dünyada Azərbaycan iqtisadiyyatına inamı gücləndirir.

Qeyd edək ki, iqtisadi azadlıq siyasəti yüksək qiymətləndirilən ölkələr ticarət və sahibkarlığın inkişafı üçün əlverişli şəraitin mövcudluğu ilə fərqlənir. Belə əlverişli mühit iqtisadi artım və ictimai rifahın yüksəlməsinə əhəmiyyətli dəstək verən amil kimi çıxış edir. “İqtisadi Azadlıq İndeksi” investorların maraqlarını nəzərə almaqla, onlar üçün ölkənin iqtisadi azadlıq faktoruna təsir edən amillər üzrə baş verən dəyişikliklər baxımından da əhəmiyyətli məlumat mənbəyidir.

Həyata keçirilmiş islahatlar və tədbirlər fonunda təsadüfi deyildir ki, biznes mühitini qiymətləndirən ən önəmli hesabatlardan olan Dünya Bankının “Doing Business” hesabatında son illərdə ölkəmizdə reallaşan islahatlar vurğulanaraq, nümunəvi islahatlar kimi nəzərə alınır. Ötən ilin dekabr ayında isə Dünya Bankının Daxili Audit strukturları tərəfindən aparılmış müfəssəl diaqnostika nəticəsində Azərbaycanın “Doing Business 2020” hesabatındakı mövqeyi daha da yaxşılaşıb. Məsələn, Azərbaycan Dünya Bankının “Doing Business 2020” hesabatında 10 ən islahatçı ölkənin sırasında yer alıb. Hesabatda ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 28-ci yerdə qərarlaşıb ki, bu da əksər postsovet, Mərkəzi Asiya və Şərqi Avropa regionu üzrə ölkələrin mövqeyindən daha yaxşı göstəricidir.

Xatırladaq ki, ilkin hesabatda Azərbaycan 76,7 balla qlobal reytinq sıralamasında 191 ölkə arasında 34-cü olduğu halda, araşdırmadan sonra Azərbaycanın balı 78,5-ə yüksəlib, sıralamada isə ölkəmiz 6 pillə yüksələrək 28-ci olub.

“Fitch Ratings”, “Moody s”, “Standard & Poor s” kimi nüfuzlu beynəlxalq reytinq agentlikləri Azərbaycan iqtisadiyyatının perspektivi ilə bağlı nikbin kredit reytinqi müəyyənləşdirirlər və bu, investorların iqtisadiyyatımıza inamını daha da artırır.

“S&P Global Ratings” reytinq agentliyi bu il Azərbaycanda ÜDM-in 2,1 faiz, Dünya Bankı 1,9 faiz, Asiya Inkişaf Bankı 1,9 faiz artacağını proqnozlaşdırır.

“Moody s Investors Service” şirkəti isə 2021-ci ildə Azərbaycan iqtisadiyyatının təxminən 4 faiz artacağını proqnozlaşdırır. Bu proqnoz əsas beynəlxalq təşkilatların (BMT, Dünya Bankı) və beynəlxalq kredit agentliklərin ("Standard and Poor s" və "Fitch Ratings") gözləntilərindən daha yüksəkdir.

Biznesin dəstəklənməsi mexanizmləri

Azərbaycanda biznes və investisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması, biznesə yeni dəstək mexanizmlərinin tətbiqi və digər istiqamətlərdə mühüm tədbirlər həyata keçirilir, sahibkarlığa dövlət dəstəyinin əhatə dairəsi genişləndirilir. Bu kursa uyğun olaraq lisenziyalaşdırmanın sadələşdirilməsi, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması, investisiyaların və ixracın təşviqi mexanizmlərinin tətbiqi, güzəştli kreditləşmə faizinin aşağı salınması, kiçik və orta sahibkarlığın inkişafı tədbirləri, elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi, vergi, gömrük, sosial ödənişlər sisteminin təkmilləşdirilməsi özəl sektorun iqtisadiyyatda rolunun artırılmasına əlavə imkanlar yaradır.

Kiçik və orta sahibkarlığın rəqabət qabiliyyətinin artırılması, institusional dəstək mexanizmlərinin formalaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi fəaliyyət göstərir.

Agentlik tərəfindən ölkənin 20 şəhər və rayonunda 25 KOB Dostu ofisi yaradılıb və sahibkarlara xidmətlərini davam etdirir. Mikro, kiçik və orta biznes (KOB) subyektlərinin bilik və bacarıqlarının inkişafı, maarifləndirilməsi məqsədilə 2020-ci ildə 4 KOB inkişafı mərkəzi fəaliyyətə başlayıb, bu mərkəzlər tərəfindən ötən il ödənişsiz olaraq KOB subyektləri üçün 100-ə yaxın təlim keçirilib, məsləhət xidmətləri və digər xidmətlər göstərilib. Hazırda Agentlik tərəfindən KOB-lara daxili bazar araşdırmasının aparılması, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi və KOB-ların ixtisaslaşmış sərgilərdə iştirakına birbaşa dəstək göstərilir.

Digər tədbir olaraq, dövlətimizin başçısının müvafiq fərman və sərəncamlarına əsasən Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları, Neftçala, Masallı, Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələri yaradılıb, sahibkarlara müasir infrastruktur və lazım olan dəstək təqdim edilir.

Sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi üçün Sahibkarlığa İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizə endirilib. Sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf əldə etməsi üçün Elektron Kredit Platforması (www.e-edf.gov.az) yaradılıb və 2020-ci il iyunun 30-dan sahibkarların istifadəsinə verilib. Elektron Kredit Platforması sahibkara şəffaf, çevik, məmur müdaxiləsindən kənar, sağlam rəqabət mühitində kredit almaq imkanı yaradıb. Kredit üçün müraciət sistemi sahibkar tərəfindən izlənə bilən rəqəmsal həllə söykənir.

Bunlarla yanaşı, mütərəqqi metod kimi investisiya təşviqi mexanizminin tətbiqi də qeyd edilməlidir. Ölkədə idxalı əvəz edən və ixracyönümlü sənayenin inkişafı, bu sahəyə investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə investisiyaların təşviqi sənədinin verilməsi 2016-cı ildən həyata keçirilir. İndiyədək 412 sahibkarlıq subyektinə 495 investisiya təşviq sənədi verilib ki, bu layihələrin də ümumi dəyəri 4,5 milyard manatdan çoxdur.

Bununla yanaşı, ölkə ərazisində istehsal edilən və istehsal prosesində istifadə olunan yerli komponentlərin, qeyri-neft məhsullarının dəyərindən, habelə ixrac olunan məhsulların növündən asılı olaraq, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilib. 2016-2020-ci illər ərzində 334 müraciət üzrə həyata keçirilmiş ixrac üçün 26,5 milyon manat vəsait geri ödənilib.

Prezident İlham Əliyevin “Dövlət hər zaman sahibkarların yanında olacaq” prinsipinə uyğun olaraq, koronavirus pandemiyasının milli iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin azaldılması məqsədilə geniş dəstək paketini nəzərdə tutan proqramlar, çoxşaxəli, çoxstrukturlu, biznesin qısa və orta müddətdə dəstəklənməsini əhatə edən mühüm sənədlər qəbul edildi, pandemiya ilə bağlı fəaliyyəti məhdudlaşdırılmış sahibkarlara və fərdi (mikro) sahibkarlıq subyektlərinə dövlət tərəfindən maliyyə yardımı göstərildi.

Ölkədə biznesin inkişaf meyilləri

Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində özəl sektor önəmli rol oynayır. Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir. Son illərdə Prezident İlham Əliyevin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir.

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üzrə aparılan iqtisadi islahatlar ölkədə sahibkarlığın inkişafına təkan vermişdir. Xüsusən də dövlət-sahibkar münasibətlərinin, investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun stimullaşdırılması, o cümlədən özəl sektora təşviq mexanizmlərinin tətbiqi, aqrar sektora dövlət qayğısının artırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi bu baxımdan əhəmiyyətlidir.

Aparılan iqtisadi islahatlar, biznes mühitini tənzimləyən iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində ölkədə biznes mühiti daha da yaxşılaşır, sahibkarlıq fəaliyyəti genişlənir və ÜDM-də, iqtisadiyyatın bütün sahələrində özəl sektorun xüsusi çəkisi artır. Dövlət müxtəlif vasitələrlə özəl sektorun inkişafını təşviq edir. Bu məqsədlə qanunvericilik bazası daim təkmilləşdirilir, özəlləşdirmə aparılır, müxtəlif proqramlar qəbul edilir, vergi və gömrük sistemində islahatlar həyata keçirilir, özəl sektorun dəstəklənməsi üzrə müxtəlif maliyyə mənbələri formalaşdırılır, infrastruktur təkmilləşdirilir və sair.

Yeni imkanlar: azad edilmiş ərazilərimizin potensialı

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuzun Böyük Zəfəri, torpaqlarımızın işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün yenidən bərpa olunması sözsüz ki, qarşıdakı illərdə iqtisadiyyatın, turizmin və digər bütün sahələrin inkişafı üçün böyük imkanlar yaradır. Məlumdur ki, bu torpaqların iqtisadi potensialı və təbii ehtiyatları kifayət qədər əlverişlidir. Sözsüz ki, bundan sonra azad edilən ərazilər həm yerli və xarici investisiyaların cəlbi, həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından dövlət siyasətinin bir hissəsi olacaq.

Otuz il əvvəlki tarixə nəzər saldıqda görürük ki, azad edilən rayonlar işğaldan əvvəl üzümçülük, pambıqçılıq, taxılçılıq, heyvandarlıq sahəsində xüsusi paya malik olub. Bu ərazilərin aqrar istehsal və ixrac potensialı kifayət qədər böyükdür. Füzuli, Şuşa, Kəlbəcər, Zəngilan və Laçın rayonları böyük turizm potensialına malikdir. Dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası Füzuli rayonu ərazisində yerləşir. Bundan başqa, Kəlbəcərin İstisuyu, tarixin müxtəlif zamanlarında inşa edilən qalalar, kilsə, məscid və digər mədəni-tarixi abidələr bu rayonların turizm imkanlarını kifayət qədər artırır.

İqtisadi baxımdan da Qarabağa kifayət qədər investisiya qoymaq üçün səbəblər var. Belə ki, burada bol enerji mənbələri, yeraltı qiymətli dəmir filizləri, tikinti materialları üçün xammal yataqları və sair mövcuddur.

Beləliklə, Azərbaycan və onun yerləşdiyi region üçün yeni reallıqlar yaranıb. İşğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı, o cümlədən zəruri infrastrukturun, avtomobil və dəmir yolları şəbəkəsinin, yeni hava limanlarının tikintisi, biznes üçün şərait yaradılması, yeni nəqliyyat dəhlizlərinin, xüsusən də Zəngəzur dəhlizinin açılması yeni iqtisadi imkanlar yaradacaq.

44 günlük Vətən müharibəsində əldə olunan Qələbə ilə Azərbaycanda mahiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlandı. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.

Artıq regionun yeni siyasi və iqtisadi mənzərəsi formalaşıb. Münaqişənin həlli, eyni zamanda, regionun təhlükəsizliyini və iqtisadi cəlbediciliyini təmin edən strateji faktordur. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi-ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu daha da möhkəmləndirəcək, ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artacaq.

Hesab edirik ki, biznes dairələri də dövlətin yaratdığı imkanlardan yararlanaraq, rəqabətədavamlı məhsul və xidmətlər istehsalını genişləndirməli, yeni reallıqlar fonunda yaranmış əlverişli şəraitdən səmərəli və düzgün istifadə etməlidir. Necə deyərlər, qalır yalnız doğru-dürüst işləmək, özünə və dövlətinə faydalı olmaq. Bunu isə əksər sahibkarlarımız çox yaxşı bacarırılar.

 
  • Oxunub:  2550  |  
  • Tarix:  25-05-2021  |  
  •    Çap et   |  
Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsidir

15 İyun 15:39
Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
15 İyun 15:08
Müasir Azərbaycan hər birimizin qürur mənbəyidir
15 İyun 15:04
Deputat: Azərbaycan dövlətinin qazandığı nailiyyətlər məhz Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir
15 İyun 14:10
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşılayıb
15 İyun 14:07
Səlcuq Bayraqdar Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib
15 İyun 13:43
Bu günün reallığı sübut edir ki, Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir
15 İyun 11:50
Milli qurtuluşdan başlanan və tarixi qələbəyə aparan yol
15 İyun 11:46
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
15 İyun 11:43
15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb
15 İyun 10:15
Milli Məclisin deputatı Ağalar Vəliyev: Qazandığımız uğurlar Ulu Öndər Heydər Əliyevin möhtəşəm qayıdışı ilə bağlıdır
15 İyun 08:45
Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsidir
15 İyun 08:42
Azərbaycan və Türkiyə Vətən müharibəsində qazanılan böyük Qələbənin sevincini birlikdə yaşayırlar
15 İyun 08:24
QURTULUŞ TƏNTƏNƏSİ, YAXUD İSTİQLAL SİYASƏTİNƏ DAVAM MİSSİYASI
15 İyun 08:20
Tərəvəzçiliyin inkişafı istiqamətində atılan addımlar mühüm nəticələr verir
15 İyun 08:05
Ermənistanda yeni siyasi kataklizmlər gözlənilir
15 İyun 08:05
Ölkəmizdə koronavirus pandemiyasına qarşı sistemli mübarizə tədbirləri müsbət nəticə verir
15 İyun 07:51
Ankarada Yunus Əmrənin 700 illiyinə həsr olunmuş mərasim keçirilib
15 İyun 07:49
Prezident İlham Əliyevin Tvitterdəki səhifəsində Milli Qurtuluş Günü ilə bağlı paylaşım edilib
15 İyun 07:46
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
14 İyun 21:10
Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton ilə telefon danışığı olub
14 İyun 21:02
Brüsseldə Türkiyə və ABŞ prezidentləri arasında görüş keçirilib
14 İyun 21:01
Milli Qurtuluş Günü ədliyyə orqanlarında qeyd olunub
14 İyun 21:00
Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində əməkdaşlığı genişləndirir
14 İyun 20:53
Azərbaycan ilə Monqolustan arasında çoxtərəfli formatlarda əməkdaşlıq uğurla həyata keçirilir
14 İyun 20:49
Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır
14 İyun 20:40
YAP Göyçay rayon təşkilatı “Tarixi qələbəyə gedən yol qurtuluşdan başlayır” adlı videokonfrans keçirib
14 İyun 20:34
YAP Bərdə rayon təşkilatında “Qurtuluşdan qələbəyə” adlı təqdimat mərasimi keçirilib
14 İyun 20:28
YAP Şəmkir rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
14 İyun 20:14
Mingəçevirdə “Ümummilli Lider Heydər Əliyev milli qurtuluşumuzun müəllifidir” mövzusunda videokonfrans keçirilib
14 İyun 20:11
Bakı Slavyan Universitetində tədbir: Əsrə bərabər gün
14 İyun 20:09
“Xilaskarlıq missiyası”
14 İyun 19:05
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
14 İyun 18:56
Binəqədi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan-zəfərə” mövzusunda tədbir keçirilib
14 İyun 18:50
Fəxrəddin Vəliyev: Ulu Öndər Heydər Əliyevin adı tariximizə böyük xilaskar kimi düşüb
14 İyun 18:46
Ağdaşda “Qurtuluşdan başlanan yol” adlı konfrans keçirilib
14 İyun 17:49
Adil Əliyev: Milli Qurtuluş Günü ölkəmizin parçalanmasının qarşısının alınmasının başlanğıc tarixidir
14 İyun 17:46
YAP Gəncə şəhər təşkilatında Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib
14 İyun 17:40
BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni layihələrlə xeyli genişlənib
14 İyun 17:34
Milli Məclis deputatları Moskva şəhərinə səfər edəcəklər
14 İyun 17:33
YAP Hacıqabul rayon təşkilatı "Azərbaycanın tarixi qələbəsi Heydər Əliyev siyasətinin uğurudur" mövzusunda videokonfrans keçirib
14 İyun 17:32
Səfir: Norveç bölgədə sülhün və sabitliyin tərəfdarıdır
14 İyun 17:28
Gədəbəydə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
14 İyun 17:22
YAP Qaradağ rayon təşkilatı Qaradağ rayon İcra Hakimiyyəti ilə birgə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirib
14 İyun 17:20
Pərvin Kərimzadə: Milli Qurtuluş Günü dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb
14 İyun 17:18
Şahin İsmayılov: Ölkəmiz qlobal proseslərə kifayət qədər böyük töhvələr verir
14 İyun 17:15
Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub
14 İyun 17:09
Azərbaycan və Qazaxıstan parlamentlərarası dostluq qruplarının onlayn görüşü keçirilib
14 İyun 16:54
Umayra Tağıyeva: Təbiət istifadəçilərini təbiəti, ətraf mühiti tullantılarla çirkləndirməməyə çağırıram
14 İyun 15:57
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü qeyd edilib
14 İyun 15:56
“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başlayıb
14 İyun 15:51
YAP Qubadlı rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə videoformatda tədbir keçirib
14 İyun 15:31
Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis edilib
14 İyun 15:24
Yevlaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
14 İyun 15:13
Təhsil naziri “Son zəng” tədbirində iştirak edib
14 İyun 15:02
Təhsil İnstitutu Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq edəcək
14 İyun 14:59
YAP Sumqayıt şəhər təşkilatında şəhid Kərim Əhmədəliyevin xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
14 İyun 14:54
YAP Cəbrayıl rayon təşkilatı Milli Qurtuluş Günü münasibətilə videokonfrans keçirib
14 İyun 14:52
“Azərbaycanla qürur duyuruq”
14 İyun 14:43
Təhsil nazirinin müavini: 2020-2021-ci tədris ili uğurlarla yadda qaldı
14 İyun 14:27
Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi təsis ediləcək
14 İyun 14:25
Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş jurnalistlər və yerli icra hakimiyyətinin nümayəndəsi təltif edilib - SƏRƏNCAM
14 İyun 14:21
YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib
14 İyun 14:20
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
14 İyun 14:04
YAP Mərkəzi Aparatında 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” adlı gənc rəssamların sənət sərgisi keçirilib
14 İyun 14:02
Suraxanı rayonunda şəhid İsa Məmmədovun məzarı ziyarət olunub
14 İyun 13:28
Ömər Eldarov: Azərbaycan xalqı üçün əlamətdar günlərə həsr olunmuş sərgilərin təşkili ənənə halı alıb
14 İyun 12:59
Azərbaycandan keçməklə Potidən Daşkəndə ilk konteyner blok qatarı yola düşüb
14 İyun 12:56
“ASAN İmza” və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Elektron imza üzrə Avropa Forumunda təqdim edilib
14 İyun 12:39
Suraxanı rayonunda şəhid Məhəmməd İsmayılzadənin xatirəsinə inşa edilmiş bulağın açılışı olub
14 İyun 12:28
Bakı Ali Neft Məktəbinin Layihə İdarəetmə Məktəbinin növbəti məzun buraxılışı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+26 +31
gecə+20 +23