Ana səhifə »  Xəbər lenti »  Heydər Əliyev Fondunun dəstəyi ilə Pekində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir keçirilib
A+   Yenilə  A-
Heydər Əliyev Fondunun dəstəyi ilə Pekində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir keçirilib

Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki katibliyində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Nizami Gəncəvi ili” çərçivəsində Heydər Əliyev Fondunun, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huy, bir neçə ölkənin Pekindəki səfiri, diplomatik korpusun təmsilçiləri, Çin ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Heydər Əliyev Fondunun Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinin binasında daimi nümayiş olunmaq üçün hədiyyə etdiyi Nizami Gəncəvinin büstünün təqdimatı olub. Bu, ŞƏT-in katibliyində Çin mütəfəkkiri Konfutsidən sonra nümayiş olunan 2-ci büstdür.

Qonaqlar dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinə çəkilmiş və dünyanın tanınmış muzeylərində nümayiş olunan illüstrasiyaların, habelə dahi şarinin poemalarındakı hadisələri əks etdirən xalçaların sərgisi ilə tanış olublar.

Tədbirdə çıxış edən Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Vladimir Norov dahi Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sinin təkcə Şərqin deyil, bütünlükdə dünya ədəbiyyatının inkişafına böyük töhfə verdiyini bildirib. O, Şərq intibahının banisi hesab edilən Nizami Gəncəvinin yaradıcılığının ölməz və bəşəri olduğunu, məhz Nizaminin yaradıcılığı ilə Şərq poeziyasının başladığını vurğulayıb. Qeyd edib ki, ali ideyalara, bəşəri dəyərlərə, haqq-ədalətə xidmət edən Nizami Gəncəvi təkcə yaradıcılığı ilə deyil, həyat tərzi ilə də nümunəvi bir insan olub, heç vaxt doğma Gəncəni tərk etməyən şair böyük bir vətənpərvərlik nümayiş etdirib. Nizami Gəncəvi mənəvi zənginliyi hər şeydən üstün tutub.

ŞƏT-in Baş katibi bir çox şairinin dahi Nizami Gəncəvinin ədəbiyyatda açdığı yolu ilə getdiyini, onun əsərlərinin təsiri altında yazıb-yaratdıqlarını deyib.

Vladimir Norov 2004-cü ildə Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin təntənəli açılış mərasimini xatırlayıb. O, ŞƏT-in katibliyində dahi Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr olunan tədbirin keçirilməsinə verdiyi dəstəyə və Nizami Gəncəvinin büstünü hədiyyə etdiyinə görə Heydər Əliyev Fonduna və Azərbaycan səfirliyinə təşəkkür edib. Əmin olduğunu bildirib ki, ədibin büstü onun tərənnüm etdiyi xeyirxahlıq, mərhəmət və digər yüksək insani dəyərlər kimi ŞƏT-in katibliyində çalışanları da ilhamlandıracaq.

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı bildirib ki, dünya ədəbiyyatının parlaq nümayəndəsi olan Nizami Gəncəvi özünü ölməz, bənzərsiz yaradıcılığını ülvi hisslərin, humanizm, xeyirxahlıq, ədalət kimi nəcib keyfiyyətlərin tərənnümünə həsr edib. Mübaliğəsiz demək olar ki, Nizami dünyanın ən böyük şairləri ilə bir sırada durur və onun əsərləri bizim üçün və gələcək nəsillər üçün daim ilham mənbəyi olacaq.

Səfir Ə.Zeynallı bildirib ki, Nizami Gəncəvi öz ədəbi irsi ilə bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açan nadir şəxsiyyətlərdəndir. Əsərlərində müxtəlif xalqların həyatını təsvir edən Nizami Gəncəvinin ölməz “Xəmsə”si multikultural dəyərləri, elmi, sülh və tərəqqini təbliğ edib. Bu ideyalar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətində də əksini tapır.

Əkrəm Zeynallı Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasının fəaliyyətinin əsas istiqamətlərindən biri olan Heydər Əliyev Fondunun dahi şair Nizami Gəncəvinin irsinin təbliğinə də böyük diqqət ayırdığını vurğulayıb. Bu istiqamətdə şairin əsərləri bir neçə dilə tərcümə olunub, Paris, Strasburq, Roma, London, Moskva və başqa şəhərlərdə sərgi və təqdimatlar keçirilib.

Səfir Əkrəm Zeynallı Nizami Gəncəvinin Pekinin Çaoyan parkındakı büstünün müəllifi, heykəltəraş-rəssam Yüen Sikunun Prezident İlham Əliyev tərəfindən Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edildiyini diqqətə çatdırıb, ordeni və onun vəsiqəsini Yüen Sikuna təqdim edib.

Nizami Gəncəvinin bütün bəşəriyyətə xidmət etdiyini, ədibin fikirlərinin insanlara mənəvi qida olduğunu bildirən Yüen Sikun “Nizami Gəncəvi İli”ndə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeninə layiq görülməsindən qürur duyduğunu deyib və dövlətimizin başçısına bu yüksək mükafata görə təşəkkür edib. O, bundan sonra da iki ölkə arasındakı mədəni mübadiləyə töhfə vermək üçün əlindən gələni edəcəyini bildirib.

Yüen Sikun Nizami Gəncəvinin Pekinin ən iri parklarından olan Çaoyanda qoyulmuş büstünü Azərbaycan ilə Çin arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümününün qeyd olunduğu 2012-ci ildə hazırlayıb.

Sonra tədbirdə dahi şairin yaradıcılığına həsr olunan film nümayiş olunub, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə tələbələri Nizami Gəncəvinin əsərlərindən parçaları Azərbaycan və Çin dillərində oxuyublar.

Çin Mərkəzi Musiqi Konservatoriyasının nəzdində fəaliyyət göstərən “Amber” kvartetinin ifasında Üzeyir Hacibəylinin, Qara Qarayevin, Fikrət Əmirovun və Tofiq Quliyevin əsərləri səslənib.

Mərasim iştirakçılarına Heydər Əliyev Fondunun Azərbaycanın mədəni irsinə aid nəşrləri, o cümlədən Nizami Gəncəvinin əsərləri daxil edilən kitablar, bukletlər, CD-lər təqdim olunub.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə yaradılan dövlətlərarası beynəlxalq təşkilatdır. 2017-ci ildə Hindistan və Pakistan ŞƏT-ə tamhüquqlu üzv qəbul edilib. Azərbaycan dünya əhalisinin təxminən yarısını, dünya üzrə ümumi daxili məhsulun (ÜDM) dördə birini, Avrasiya ərazisinin 80 faizini əhatə edən Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə və əməkdaşlığa böyük əhəmiyyət verir. Ölkəmiz təşkilatda “Dialoq üzrə tərəfdaş” statusu ilə təmsil olunur.

 
  • Oxunub:  1980  |  
  • Tarix:  25-05-2021  |  
  •    Çap et   |  
Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar

14 İyun 21:10
Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton ilə telefon danışığı olub
14 İyun 21:02
Brüsseldə Türkiyə və ABŞ prezidentləri arasında görüş keçirilib
14 İyun 21:01
Milli Qurtuluş Günü ədliyyə orqanlarında qeyd olunub
14 İyun 21:00
Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində əməkdaşlığı genişləndirir
14 İyun 20:53
Azərbaycan ilə Monqolustan arasında çoxtərəfli formatlarda əməkdaşlıq uğurla həyata keçirilir
14 İyun 20:49
Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır
14 İyun 20:40
YAP Göyçay rayon təşkilatı “Tarixi qələbəyə gedən yol qurtuluşdan başlayır” adlı videokonfrans keçirib
14 İyun 20:34
YAP Bərdə rayon təşkilatında “Qurtuluşdan qələbəyə” adlı təqdimat mərasimi keçirilib
14 İyun 20:28
YAP Şəmkir rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
14 İyun 20:14
Mingəçevirdə “Ümummilli Lider Heydər Əliyev milli qurtuluşumuzun müəllifidir” mövzusunda videokonfrans keçirilib
14 İyun 20:11
Bakı Slavyan Universitetində tədbir: Əsrə bərabər gün
14 İyun 20:09
“Xilaskarlıq missiyası”
14 İyun 19:05
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
14 İyun 18:56
Binəqədi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan-zəfərə” mövzusunda tədbir keçirilib
14 İyun 18:50
Fəxrəddin Vəliyev: Ulu Öndər Heydər Əliyevin adı tariximizə böyük xilaskar kimi düşüb
14 İyun 18:46
Ağdaşda “Qurtuluşdan başlanan yol” adlı konfrans keçirilib
14 İyun 17:49
Adil Əliyev: Milli Qurtuluş Günü ölkəmizin parçalanmasının qarşısının alınmasının başlanğıc tarixidir
14 İyun 17:46
YAP Gəncə şəhər təşkilatında Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib
14 İyun 17:40
BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni layihələrlə xeyli genişlənib
14 İyun 17:34
Milli Məclis deputatları Moskva şəhərinə səfər edəcəklər
14 İyun 17:33
YAP Hacıqabul rayon təşkilatı "Azərbaycanın tarixi qələbəsi Heydər Əliyev siyasətinin uğurudur" mövzusunda videokonfrans keçirib
14 İyun 17:32
Səfir: Norveç bölgədə sülhün və sabitliyin tərəfdarıdır
14 İyun 17:28
Gədəbəydə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
14 İyun 17:22
YAP Qaradağ rayon təşkilatı Qaradağ rayon İcra Hakimiyyəti ilə birgə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirib
14 İyun 17:20
Pərvin Kərimzadə: Milli Qurtuluş Günü dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb
14 İyun 17:18
Şahin İsmayılov: Ölkəmiz qlobal proseslərə kifayət qədər böyük töhvələr verir
14 İyun 17:15
Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub
14 İyun 17:09
Azərbaycan və Qazaxıstan parlamentlərarası dostluq qruplarının onlayn görüşü keçirilib
14 İyun 16:54
Umayra Tağıyeva: Təbiət istifadəçilərini təbiəti, ətraf mühiti tullantılarla çirkləndirməməyə çağırıram
14 İyun 15:57
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü qeyd edilib
14 İyun 15:56
“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başlayıb
14 İyun 15:51
YAP Qubadlı rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə videoformatda tədbir keçirib
14 İyun 15:31
Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis edilib
14 İyun 15:24
Yevlaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
14 İyun 15:13
Təhsil naziri “Son zəng” tədbirində iştirak edib
14 İyun 15:02
Təhsil İnstitutu Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq edəcək
14 İyun 14:59
YAP Sumqayıt şəhər təşkilatında şəhid Kərim Əhmədəliyevin xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
14 İyun 14:54
YAP Cəbrayıl rayon təşkilatı Milli Qurtuluş Günü münasibətilə videokonfrans keçirib
14 İyun 14:52
“Azərbaycanla qürur duyuruq”
14 İyun 14:43
Təhsil nazirinin müavini: 2020-2021-ci tədris ili uğurlarla yadda qaldı
14 İyun 14:27
Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi təsis ediləcək
14 İyun 14:25
Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş jurnalistlər və yerli icra hakimiyyətinin nümayəndəsi təltif edilib - SƏRƏNCAM
14 İyun 14:21
YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib
14 İyun 14:20
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
14 İyun 14:04
YAP Mərkəzi Aparatında 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” adlı gənc rəssamların sənət sərgisi keçirilib
14 İyun 14:02
Suraxanı rayonunda şəhid İsa Məmmədovun məzarı ziyarət olunub
14 İyun 13:28
Ömər Eldarov: Azərbaycan xalqı üçün əlamətdar günlərə həsr olunmuş sərgilərin təşkili ənənə halı alıb
14 İyun 12:59
Azərbaycandan keçməklə Potidən Daşkəndə ilk konteyner blok qatarı yola düşüb
14 İyun 12:56
“ASAN İmza” və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Elektron imza üzrə Avropa Forumunda təqdim edilib
14 İyun 12:39
Suraxanı rayonunda şəhid Məhəmməd İsmayılzadənin xatirəsinə inşa edilmiş bulağın açılışı olub
14 İyun 12:28
Bakı Ali Neft Məktəbinin Layihə İdarəetmə Məktəbinin növbəti məzun buraxılışı olub
14 İyun 12:22
Ombudsman: Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, ərazilərin bərpası prosesini də ləngidir
14 İyun 12:14
Tahir Budaqov: Milli qurtuluşdan başlayan yol milli tərəqqiyə yol açdı
14 İyun 12:09
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: Ermənistan təcavüzə görə özünün məsuliyyətini inkar edir
14 İyun 11:56
Daimi nümayəndəlikdə 15 İyun-Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
14 İyun 11:53
15 İyun Milli Qurtuluş Günü tarixə Azərbaycanın xilası günü kimi daxil olub
14 İyun 11:42
Deputat: Türkiyə Prezidentinin ölkəmizə səfəri Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirəcək
14 İyun 11:31
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib
14 İyun 11:20
Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində döyüşmüş livanlı muzdlu terrorçu 20 il müddətinə azadlıqdan məhrum edilib
14 İyun 10:44
YAP Suraxanı rayon təşkilatının nümayəndələri Gülərin 8 yaşını təbrik etmişlər
14 İyun 10:41
YAP Göygöl rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
14 İyun 10:27
Milli Kitabxana növbəti virtual sərgini Milli Qurtuluş Gününə həsr edib
14 İyun 10:15
Azərbaycan məktəblərində 84 min 69 şagird XI sinfi bitirir
14 İyun 09:19
Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” çalınır
14 İyun 09:11
Bu gün futbol üzrə Avropa çempionatında daha üç oyun keçiriləcək
13 İyun 18:46
Xəzər Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvləri bəyanatla çıxış ediblər
13 İyun 18:17
Hikmət Hacıyev: Xarici diplomatlarla buradan bir neçə ildən sonra müasir Ağdam şəhərinə qayıtmaq arzusu ilə ayrılırıq
13 İyun 18:14
Heydər Əliyev Mərkəzinin üzərində “Avro-2020”nin iştirakçıları ilə bağlı görüntülər nümayiş etdirilib
13 İyun 17:23
Xarici diplomatlara Ağdamda aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verilib
13 İyun 16:32
Seyid Abbas Musəvi: Çox təəssüf edirəm ki, bu cür cənnət kimi yerlər viran qoyulub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA