Ana səhifə »  Xəbər lenti »  Milli Məclisin komitə iclasında dövlət büdcəsinin icrası müzakirə edilib
A+   Yenilə  A-
Milli Məclisin komitə iclasında dövlət büdcəsinin icrası müzakirə edilib

Mayın 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Tahir Mirkişili iclası açaraq gündəliyə 3 məsələnin daxil edildiyini diqqətə çatdırıb.

Komitə sədri gündəliyin birinci məsələsi barədə məlumat verərək bildirib ki, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) və onunla bağlı hesabat komitənin müzakirəsinə çıxarılıb. Qanun layihəsi Hesablama Palatasının rəyi ilə birlikdə deputatlara təqdim edilib. Diqqətə çatdırılıb ki, dövlət büdcəsinin gəlirləri gözləniləndən 2,3 faiz çox, xərcləri isə 3,9 faiz az icra olunub. Komitə sədri bu göstəriciləri şərtləndirən amillərdən danışaraq 2020-ci ilin Azərbaycan xalqının tarixində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı Zəfəri ilə yadda qaldığını deyib. Bildirib ki, ötən il Azərbaycanın paralel olaraq 3 cəbhədə - pandemiya, qlobal iqtisadi böhran və erməni işğalçıları ilə mübarizədə Qələbə əldə etməsində dövlət büdcəsinin icrasında çevikliyin, maliyyə intizamının, iqtisadi resurslardan səmərəli istifadənin təmin olunması öz xüsusi rolunu oynayıb.

Tahir Mirkişili 2020-ci ilin çağırışları fonunda dövlətimiz tərəfindən preventiv və çevik addımların atılmasından, həyata keçirilən iqtisadi dəstək proqramlarından, iqtisadiyyatın və əhalinin qorunması üçün sərf olunan vəsaitlərdən, əldə olunan nailiyyətlərdən danışıb. O qeyd edib ki, aparılmış qabaqlayıcı tədbirlər sayəsində iqtisadiyyatda geriləmənin qarşısını tam almaq mümkün olmasa da, bəzi sektorlarda artım əldə olunub. Belə ki, kənd təsərrüfatında, qeyri-neft sənayesində, informasiya texnologiyaları, nəqliyyat kimi sektorlarda nail olunmuş yüksəliş Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb.

Sonra maliyyə naziri Samir Şərifov 2020-ci ilin dövlət büdcəsinin icrasından ətraflı danışaraq əvvəlcə büdcənin icra edildiyi makroiqtisadi mühiti xarakterizə edib. Bildirib ki, ötən il də pandemiya şəraiti dünya ölkələrinin iqtisadiyyatına mənfi təsirini davam etdirib, nəticədə iqtisadi fəallıqda həm keyfiyyət, həm də kəmiyyət nöqteyi-nəzərindən azalmalar müşahidə olunub.

Pandemiyaya, 44 günlük müharibəyə, qlobal böhrana və neftin qiymətlərinin, neftə tələbatın kəskin aşağı düşməsinə baxmayaraq, Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsində də apardığı uzaqgörən siyasəti və atdığı çevik addımlar nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanıb, dövrün çağırışlarına operativ şəkildə adekvat reaksiya verilib. Nazir qeyd edib ki, operativ tədbirlər sayəsində ölkəmiz 2020-ci ilin şoklarından mətinliklə çıxıb, iqtisadiyyatda dərin tənəzzülün qarşısı alınıb, manatın sabitliyi qorunub, hətta bir sıra sahələrdə irəliləyiş əldə edilib. Samir Şərifov çıxışında dövlət büdcəsindən pandemiya ilə mübarizəyə xərclənən vəsaitlərin həcmi və istiqamətləri barədə ətraflı məlumat verib.

İclasda iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova hesabat ilində makroiqtisadi vəziyyət haqqında danışıb, dayanıqlığın qorunması üçün dövlətin yeritdiyi büdcə siyasəti, büdcə parametrlərində, büdcə-vergi siyasətində, büdcənin gəlir və xərclərində aparılan dürüstləşdirmələr, eyni zamanda, bu dövr ərzində davam edən böhranlı şəraitin mənfi təsirlərinin azaldılması istiqamətində həyata keçirilən dəstək proqramlarının, antiböhran tədbirlərinin oynadığı rol barədə məlumat verib.

Daha sonra Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2020-ci ilin dövlət büdcəsinin icrasına dair Hesablama Palatasının rəyini təqdim edib. O, Hesablama Palatasına təqdim olunan “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin və hesabatın mövcud qanunvericiliyin tələblərinə uyğunluğunun qiymətləndirilməsi, büdcə parametrlərinin doğruluğunun və tamlığının qiymətləndirilməsi, icra olunmuş büdcə parametrlərinin təsdiqlənmiş göstəricilərə uyğunluğu, büdcə vəsaitlərinin xəzinə hesabına vaxtında daxil olması barədə fikirlərini açıqlayıb.

Sonra Hesablama Palatasının əməkdaşları Gülnar Hacıyeva və Tamerlan Yusif-zadə dövlət büdcəsinin icra edilməsi ilə bağlı Palatanın apardığı təhlillər barədə geniş təqdimatla çıxış ediblər.

Komitənin iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, komitə üzvləri Ziyad Səmədzadə, Vahid Əhmədov, Vüqar Bayramov, Mahir Abbaszadə, Rüfət Quliyev və Aydın Hüseynov çıxış ediblər. Deputatlar dövlət büdcəsinin gəlir və xərcləri barədə fikirlərini bildiriblər, onun icrasını yüksək qiymətləndiriblər və Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

Sonra komitə sədri birinci oxunuşda olan “Kredit ittifaqları haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrini deputatların müzakirəsinə təqdim edib. Bildirib ki, qanun layihəsində əsasən kredit ittifaqının hər bir borcalan haqqında məlumatı kredit bürosuna və mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməsi qaydası təsbit olunub, bu qaydanın pozulmasına görə isə məcəllədə inzibati məsuliyyət nəzərdə tutulub. Deputatlar hər iki layihəni birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Elnur Allahverdiyev, Məşhur Məmmədov, Məzahir Əfəndiyev, Ağalar Vəliyev, Anar Məmmədov, İqbal Məmmədov və komitənin iclasına dəvət olunan maliyyə nazirinin müavini Azər Bayramov, Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov, Dövlət Gömrük Komitəsinin idarə rəisi Mirqasım Vahabov, Dövlət Vergi Xidməti rəisinin müavini İlkin Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

 
  • Oxunub:  2400  |  
  • Tarix:  24-05-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır

23 İyun 22:21
Nizami Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib
23 İyun 22:02
Hulusi Akar: Qara dənizdəki gərginlik araşdırılır
23 İyun 21:51
“Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir
23 İyun 21:48
AŞPA-da pandemiyaya qarşı mübarizədə Azərbaycanın müsbət təcrübəsindən danışılıb
23 İyun 21:44
Azərbaycan Ordusunda briqada komanda-qərargah təlimi keçirilir
23 İyun 21:43
Türkiyə Məşvərət Şurasının növbəti iclası keçirilib
23 İyun 21:02
Kamal Cəfərov: Ermənistanın mina xəritələrini verməməkdə məqsədi yenidənqurma işlərinə və məcburi köçkünlərin qayıtmasına maneə olmaqdır
23 İyun 21:01
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daimi dövlət qulluğuna qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib
23 İyun 20:59
Şuşa Bəyannaməsi bütün dünyaya tarixi reallıqla barışmağın qaçılmazlığını göstərdi
23 İyun 20:52
Azərbaycanla Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələri genişlənir
23 İyun 20:50
Milli Məclisin növbədənkənar iclasının gündəliyinə 12 məsələ daxil edilib
23 İyun 20:48
Mariya Rizzotti: Artıq müharibə bitib, indi sülhün bərqərar olması barədə düşünmək lazımdır
23 İyun 20:41
Stefan Şennak: Ermənistan mina xəritələrini verməlidir, Ağdama gedib vəziyyəti öz gözlərimlə də görmək istəyirəm
23 İyun 20:39
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 4 məsələ plenar iclasa tövsiyə olunub
23 İyun 20:36
Prezidentin Mətbuat Xidmətinin məlumatı
23 İyun 17:37
İşğaldan azad edilmiş ərazilərimizdə modul tipli daha bir yeni hərbi hissə istifadəyə verilib
23 İyun 17:32
Nərimanov rayonu üzrə “Məktəb hesabatları” dinlənilib
23 İyun 17:30
Sevinc Fətəliyeva: Həqiqətlərin düzgün və şəffaf çatdırılması üçün jurnalistlərə təhlükəsiz şərait yaradılmalıdır
23 İyun 17:27
Parlamentlərarası əməkdaşlıq Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə xidmət edəcək
23 İyun 17:19
“Tələbə baharı” XV ümumrespublika bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırılıb
23 İyun 17:17
QDİƏT Parlament Məclisinin Baş Assambleyasının onlayn formatda iclası keçirilib
23 İyun 17:14
Azərbaycanın xarici işlər naziri Səudiyyə Ərəbistanına rəsmi səfərə yola düşüb
23 İyun 17:07
Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir
23 İyun 17:00
Cəlal Allahverdiyev: Şuşa Bəyannaməsində Qars müqaviləsinə istinad edilməsi tarixi sənədə sadiqliyin nümayişidir
23 İyun 16:52
Baş nazirin müavini: İşğaldan azad edilmiş bütün ərazilərdə keyfiyyətli su təminatı olacaq
23 İyun 16:51
Kamilə Əliyeva: Vətəndaşlarımız təhlükədən yayınmaq üçün Operativ Qərargahın tövsiyələrinə ciddi əməl etməlidirlər
23 İyun 16:43
Azərbaycanda koronavirus infeksiyasından daha 84 nəfər müalicə olunaraq sağalıb
23 İyun 16:33
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Şuşa Bəyannaməsi ilə bağlı konfrans keçirilib
23 İyun 16:23
Şahin Mustafayev: Üçtərəfli İşçi qrupu Ermənistanda yeni hökumət formalaşandan sonra fəaliyyətini davam etdirəcək
23 İyun 16:21
Prezident Vladimir Putin Qarabağda atəşkəsə nail olunmasında Rusiyanın rolunu qeyd edib
23 İyun 16:19
Rüstəm Nağıyev: Bəyannamənin Şuşada imzalanması xüsusi əhəmiyyət daşıyır
23 İyun 16:16
Azərbaycan Dövlət İqtisad Universitetində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib
23 İyun 16:12
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb
23 İyun 16:08
İntihar və intihara cəhd hadisələri ilə əlaqədar Baş Prokurorluqda konfrans keçirilib
23 İyun 16:06
Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin innovasiyalar və kosmik sahədə əməkdaşlığı müzakirə olunub
23 İyun 16:00
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “MILEX-2021” Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində iştirak edir
23 İyun 15:50
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının XII hesabat konfransı keçirilib
23 İyun 15:44
Rusiya paytaxtında Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransı keçirilir
23 İyun 15:38
Təkrar əkinlərə görə subsidiya almaq üçün müraciətlərin qəbuluna başlanılıb
23 İyun 15:32
Şahin Mustafayev: İşğaldan azad olunan ərazilərdə 13 iri çay, 9 su anbarı mövcuddur
23 İyun 15:27
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
23 İyun 15:20
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərinə yekun vurulub
23 İyun 15:14
Prezident İlham Əliyev: Biz bu miqyasda dağıntıdan inkişafa doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik
23 İyun 15:09
Müşfiq Məmmədli: Epidemioloji vəziyyətin yaxşılaşmasına baxmayaraq, vətəndaşlar karantin qaydalarına ciddi riayət etməlidirlər
23 İyun 15:05
Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu göstərdi
23 İyun 15:04
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri bölgədəki vəziyyəti müzakirə ediblər
23 İyun 14:48
Deputat: COVID-19 pandemiyasından uşaqlar daha çox əziyyət çəkirlər
23 İyun 14:31
Antalyaya gedib, Qalaiçini görməmək mümkün deyil
23 İyun 14:27
Azərbaycan ərazisində terror-təxribat cinayətləri törədən erməni silahlı dəstələrinin üzvləri ilə bağlı növbəti məhkəmə iclası keçirilib
23 İyun 14:24
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
23 İyun 14:24
Torpaqlarımızın işğaldan azad olunması 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaradıb
23 İyun 13:55
Təhsil naziri Bakı Ali Neft Məktəbində yaradılan tədris mühitini yüksək qiymətləndirib
23 İyun 13:52
Ankarada görkəmli qazax şairi Mukağali Makatayevin şeirlər kitabının təqdimatı olub
23 İyun 13:48
Hərbi cinayətlərdə ittiham olunan erməni hərbçilərlə bağlı növbəti məhkəmə iclası keçirilib
23 İyun 13:31
Vüsal Qasımlı: Dünya bazarlarının Azərbaycan iqtisadiyyatına təsiri müsbətdir
23 İyun 13:09
AŞPA-nın bir qrup üzvü Ermənistanın bütün mina xəritələrini verməsi ilə bağlı bəyanat yayıb
23 İyun 12:58
Vətən müharibəsindən sonra 100-cü şəhid övladı dünyaya gəlib
23 İyun 12:56
Maliyyə Nazirliyi: Hazırda Dünya Bankından kreditin alınması gündəmdə deyil
23 İyun 12:50
Prezident İlham Əliyev dövlət qulluqçularını təltif edib – SƏRƏNCAM
23 İyun 12:24
Ağdamın işğaldan azad olunmuş ərazilərində su ehtiyatlarının qiymətləndirilməsi ilə əlaqədar iclas keçirilib
23 İyun 12:09
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul edib
23 İyun 12:03
Azərbaycanda əhalinin 19 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib
23 İyun 11:58
Bu gün “Avro-2020”nin qrup mərhələsinə yekun vurulacaq
23 İyun 11:52
Yay məktəbi çərçivəsində məktəblilər üçün ekskursiyalar təşkil olunub
23 İyun 11:46
Sədaqət Vəliyeva: Vaksinasiya olunmaq və Operativ Qərargahın qaydalarına əməl etmək vacibdir
23 İyun 11:37
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açır
23 İyun 11:18
Deputat: Müharibədən 7 ay keçməsinə baxmayaraq, Azərbaycanın “dəmir yumruğu” Ermənistanı hələ də silkələməkdədir
23 İyun 10:51
KOB-ların biznes fəaliyyətlərində üzləşdiyi çətinliklər müzakirə olunub
23 İyun 10:21
Təhsil Nazirliyi: Şagirdlərin dərsliklərə dair fikirləri öyrənilir
23 İyun 10:13
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA