“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin idarə heyətinin toplantısı keçirilib
24.05.2021 [16:09]
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin idarə heyətinin toplantısı keçirilib. Birliyin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin verdiyi məlumata görə yığıncaqda əsas diqqət İMZA İB-nin fəaliyyət planına uyğun olaraq nəzərdə tutulmuş layihələrin, müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsinə yönəldilib. Cari məsələlərin qısa müddətdə həlli məqsədi ilə addımlar atılacağı, bu istiqamətdə əsas diqqətin beynəlxalq və yerli əhəmiyyətli tədbirlərə yönəldiləcəyi haqqında ətraflı məlumat verən İctimai Birliyin sədri Xəyyam Əsgərov bildirib ki, bütün bu tədbirlərin qayəsində dayanan əsas amal hər zaman vətəndaşın yanında olan dövlətimizə dəstək verməkdir. Beynəlxalq tədbirlərin keçirilməsi isə vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqları təbliğ etmək, ölkəmizin işğaldan azad edilmiş torpaqlarında başlatdığı abadlıq-quruculuq işlərinə dünya birliyinin diqqətini yönəltməkdir. Sədr vurğulayıb ki, bu gün Azərbaycana böyük diqqət və maraq olması ilə yanaşı, ölkəmizin nailiyyətlərini, xüsusi ilə də Vətən müharibəsində qazandığı böyük qələbəni gözü götürməyən, zəfərimizə kölgə salmaq istəyən mariqinal, anti-Azərbaycan, maliyyəsi düşmən erməni lobbisindən gələn ünsürlər dövlətimiz əleyhinə öz qara piarlarını davam etdirirlər. İMZA-çılar 44 günlük Vətən müharibəsinin getdiyi günlərdə olduğu kimi bu gün də öz fəaliyyətləri ilə Azərbaycan əleyhinə yönəldilmiş çirkin kampaniyaların iç-üzünün açılmasında öz səylərini davam etdirir, həqiqətləri yerli və beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırırlar.
X.Əsgərov deyib ki, Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev və Birinci Vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın atdıqları hər bir addımın, o cümlədən qəbul etdikləri hər bir qərarın qayəsində vətəndaşımıza xidmət etmək məqsədi dayanır. Ona görə də biz İMZA-çılar da öz işimizi məhz xalqımıza hər platformada, hər fürsətdə ən yüksək səviyyədə xidmət etmək prinsipi üzərində qurmuşuq. Yaxın perspektivdə atılacaq addımlarda, görüləcək tədbirlərdə bu amallarımız bir daha öz əyani təsdiqini tapacaq. Çünki, bizim gücümüz birliyimizdədir!
Sonra idarə heyətində təmsil olunan sədr müavinləri Nazim Bayandurov və Günel Məmmədhəsənova, Cənub Regional nümayəndəliyin rəhbəri Xəyal Bəşirov, həmçinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Elnar Məmmədli müzakirə olunan məsələlər haqqında öz rəy və təkliflərini bildiriblər. Nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün atılacaq addımlar müzakirə edilib və bununla əlaqədar zəruri qərarlar qəbul edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
25 Aprel 22:08
Dünya
25 Aprel 21:50
Xəbər lenti
25 Aprel 18:20
Xəbər lenti
25 Aprel 18:16
Xəbər lenti
25 Aprel 18:13
YAP xəbərləri
25 Aprel 17:49
Gündəm
25 Aprel 17:40
YAP xəbərləri
25 Aprel 17:06
Xəbər lenti
25 Aprel 16:41
Xəbər lenti
25 Aprel 15:58
İqtisadiyyat
25 Aprel 15:19
Xəbər lenti
25 Aprel 15:16
Xəbər lenti
25 Aprel 14:36
İdman
25 Aprel 14:26
Xəbər lenti
25 Aprel 14:11
Xəbər lenti
25 Aprel 13:54
Xəbər lenti
25 Aprel 13:53
Xəbər lenti
25 Aprel 13:33
Xəbər lenti
25 Aprel 13:21
Xəbər lenti
25 Aprel 13:02
Xəbər lenti
25 Aprel 12:57
Siyasət
25 Aprel 12:52
Xəbər lenti
25 Aprel 12:45
Siyasət
25 Aprel 12:37
Xəbər lenti
25 Aprel 12:20
Xəbər lenti
25 Aprel 12:19
Xəbər lenti
25 Aprel 12:12
Dünya
25 Aprel 11:58
İqtisadiyyat
25 Aprel 11:56
Xəbər lenti
25 Aprel 11:42
Dünya
25 Aprel 11:30
Gündəm
25 Aprel 11:24
Xəbər lenti
25 Aprel 11:22
Xəbər lenti
25 Aprel 11:20
Sosial
25 Aprel 11:15
İqtisadiyyat
25 Aprel 11:10
Analitik
25 Aprel 11:10
Xarici siyasət
25 Aprel 11:05
Sosial
25 Aprel 11:00
Xəbər lenti
25 Aprel 10:53
MEDİA
25 Aprel 10:47
Xəbər lenti
25 Aprel 10:42
Xəbər lenti
25 Aprel 10:40
Xəbər lenti
25 Aprel 10:40
Siyasət
25 Aprel 10:38
Gündəm
25 Aprel 10:32
Siyasət
25 Aprel 10:30
İqtisadiyyat
25 Aprel 10:21
Gündəm
25 Aprel 10:10
Gündəm
25 Aprel 10:00
Xəbər lenti
25 Aprel 09:50
Xəbər lenti
25 Aprel 09:38
Xəbər lenti
25 Aprel 09:29
Xəbər lenti
24 Aprel 23:10
Siyasət
24 Aprel 21:24
Siyasət
24 Aprel 20:00
Xəbər lenti
24 Aprel 19:02
Xəbər lenti
24 Aprel 18:35
Gündəm
24 Aprel 18:32
Xəbər lenti
24 Aprel 17:56
Xəbər lenti
24 Aprel 17:41
Xəbər lenti
24 Aprel 17:07
Xəbər lenti
24 Aprel 16:23
Xəbər lenti
24 Aprel 16:13
Xəbər lenti
24 Aprel 16:01
Xəbər lenti
24 Aprel 15:24
Siyasət
24 Aprel 15:06
Xəbər lenti
24 Aprel 14:41
Xəbər lenti
24 Aprel 14:29
Xəbər lenti
24 Aprel 14:16