Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ASEAN Gənclər Təşkilatının saytında 28 May - Respublika Günü münasibətilə Azərbaycan haqqında məqalə dərc olunub

ASEAN Gənclər Təşkilatının saytında 28 May - Respublika Günü münasibətilə Azərbaycan haqqında məqalə dərc olunub

24.05.2021 [14:42]

İndoneziyada və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) Gənclər Təşkilatının internet səhifəsində 28 May – Respublika Günü münasibətilə Azərbaycan haqqında məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan 103-cü yaşını qeyd edir” sərlövhəli məqalədə əvvəlcə Asiya və Avropa mədəniyyətlərinin qovuşuğunda yerləşən, zəngin və qədim mədəniyyətə malik ölkəmiz haqqında qısa məlumat təqdim olunub.

Azərbaycan ilə ASEAN arasında münasibətlərin yaranmasının tarixindən bəhs edən müəllif hazırda tərəflər arasında enerji, müdafiə sənayesi, ticarət, turizm, infrastruktur, texnologiya və mədəniyyət sahələrində əməkdaşlıq imkanlarının yüksək olduğunu vurğulayıb.

Məqalədə ASEAN-ın bəzi üzv ölkələrində olduğu kimi, Azərbaycanda da azsaylı xalqların mövcudluğundan bəhs edilib, onların uzun illərdir sülh, bərabərlik şəraitində yaşadıqlarına xüsusi diqqət yetirilib.

Ölkəmizdəki dini müxtəliflikdən bəhs edən müəllif əhalinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, burada xristian, yəhudi və digər dinlərə mənsub xalqların nümayəndələrinin sülh şəraitində birgə yaşadıqlarını qeyd edib. Bu özünəməxsusluğu ilə ölkəmizin dini tolerantlıq diyarı kimi tanındığını bildirərək, Azərbaycanda İslam, xristian və yəhudi dini icmaları arasında indiyədək heç bir qarşıdurmanın yaşanmadığını vurğulayıb.

Məqalədə Azərbaycanın zəngin təbii ehtiyatlara malik olduğu qeyd edilib, ölkəmizin qədim dövrlərdən bəri neft və qazla zəngin olduğu bildirilib, ölkəmizdəki “Atəşgah” və “Yanardağ” kimi tarixi-mədəni abidələrdən bəhs edilib.

Əsrarəngiz təbiətə malik Azərbaycanda füsunkar mədəni və tarixi memarlıq abidələrindən tutmuş müasir tikililərə qədər müxtəlif turizm mərkəzlərinin olduğu bildirilib. Ölkəmizdə təbii gözəllikləri ilə seçilən bir çox turizm məkanlarının olduğunu bildirən müəllif UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş abidələr, habelə ölkəmizdə keçirilən beynəlxalq mədəni tədbirlər haqqında məlumat verib.

Sonda müəllif ASEAN Gənclər Təşkilatı adından 28 May - Respublika Günü münasibətilə ölkəmizi təbrik edib, xalqımıza sülh və rifah arzularını çatdırıb. Azərbaycan ilə ASEAN arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, ASEAN Gənclər Təşkilatı tərəfindən, həmçinin sosial şəbəkələrdə ölkəmizlə bağlı təbliğat xarakterli müxtəlif işlər görülüb. Feysbuk və linkedin sosial şəbəkələrindəki səhifələrində ölkəmizlə bağlı məlumatlar, instaqramda isə Azərbaycan haqqında təbliğat xarakterli viktorina yerləşdirilib.

Paylaş:
Baxılıb: 202 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31