Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Beynəlxalq Əmək Konfransının 104-cü sessiyasında Azərbaycanda əmək və məşğulluq sahəsində aparılan uğurlu islahatlardan bəhs olunub

Beynəlxalq Əmək Konfransının 104-cü sessiyasında Azərbaycanda əmək və məşğulluq sahəsində aparılan uğurlu islahatlardan bəhs olunub

08.06.2015 [14:18]

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Konfransının 104-cü sessiyası keçirilib. Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv dövlətlərin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirin gündəliyi BƏT-in konvensiya və tövsiyələrinin icra vəziyyəti, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçidin dəstəklənməsi, kiçik və orta müəssisələr, layiqli məşğulluğun təmin olunması və s. məsələləri əhatə edib.
Sessiyanın plenar iclasında çıxış edən İ.İsayev məşğulluğun təminatında mühüm rola malik kiçik və orta sahibkarlığın inkişafı, qeyri-formal məşğulluğun aradan qaldırılması, layiqli, təhlükəsiz və sağlam əməyin təmin olunması sahəsində BƏT-in səylərinin Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb. Nazir müavini iqtisadiyyatın prioritet sahələrinin inkişafının stimullaşdırılması, investisiyaların təşviqi, məqsədli dövlət proqramlarının icrası nəticəsində qısa zamanda respublikada iqtisadi sahədə strateji hədəflərə nail olunduğunu vurğulayıb. O bildirib ki, aparılan islahatlar nəticəsində ölkədə dünya təsərrüfat sisteminə inteqrasiya olunmuş milli iqtisadiyyat formalaşıb, makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib. Bildirilib ki, son 11 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, ölkə iqtisadiyyatına 180 milyard dollara yaxın xarici sərmayə cəlb edilib, işsizlik və yoxsulluq kəskin şəkildə azalaraq 5 faizə enib, sosial və iqtisadi infrastruktur yenidən qurulub, sosial rifahın davamlı yüksəlişi təmin olunub. Respublikada əldə olunan maliyyə imkanları Ermənistan tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində öz ölkəsində məcburi köşkünə çevrilmiş 1 milyondan çox insanın sosial təminatına və məşğulluğunun həllinə şərait yaradıb.
İ.İsayev Prezident İlham Əliyevin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq ölkəmizdə biznes və investisiya mühitinin davamlı şəkildə yaxşılaşdırılması məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, bu tədbirlər nəticəsində ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 83 faizə çatıb. Son 10 ildə məşğulluqda özəl sektorun payı 68 faizdən 74 faizə yüksəlib, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb və onlar əsasən kiçik və orta sahibkarlıq subyektləridir.
Ölkəmizdə işləyən əhalinin əmək və sosial hüquqlarının təminatı sisteminin təkmilləşdirilməsi yönündə aparılan islahatları diqqətə çatdıran İ.İsayev 2014-cü ilin ən uğurlu nəticələrindən biri kimi MDB məkanında ilk dəfə olaraq Azərbaycanda əmək müqavilələrinin elektron qeydiyyatı sisteminin qurulmasından söz açıb. Qeyd edib ki, bu sistem işçilərlə əmək münasibətlərinin hüquqi əsaslarını elektron müstəviyə çıxarmaqla, Azərbaycanda əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilinə, əmək müqavilələrinin bağlanmasında formal yanaşmaların aradan qaldırılmasına imkanlar yaratdı.
Nazir müavini diqqətə çatdırıb ki, daxili potensialdan səmərəli istifadə edilməsi, iqtisadiyyatın liberallaşdırılması, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı nəticəsində ölkəmizdə 1 milyon 300 min iş yerləri yaradılıb.
Azərbaycanın 2020-ci ilə qədər olan dövrü əhatə edən xüsusi İnkişaf Konsepsiyası barədə məlumat verən İ.İsayev bu sənədə uyğun olaraq, işləyən vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi, əhalinin ümumi gəlirlərində əməyin ödənilməsinin payının artırılması, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, qeyri-formal məşğulluğun qarşısının alınması və s. istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Sessiyada gündəlikdə dayanan məsələlər ətrafında müzakirələr aparılır.
Səfər çərçivəsində İ.İsayev BƏT-in Baş direktoru Qay Rayder, BƏT-in İdarəetmə və Tripartizm Departamentinin rəsmisi Kamran Fənnizadə, BƏT-in mütəxəssisi Partik Beltser, BƏT-in Avropa və Mərkəzi Asiya regional ofisinin rəhbəri Haynts Koller, BƏT-in Məşğulluq Departamentinin rəhbəri Azita Awad Berar ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycanla BƏT arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

 
Paylaş:
Baxılıb: 311 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30