Ana səhifə »  Xəbər lenti »  Bölgədə güc mərkəzinə çevrilən Azərbaycan regionda yeni kommunikasiyaların açılmasında maraqlıdır
A+   Yenilə  A-
Bölgədə güc mərkəzinə çevrilən Azərbaycan regionda yeni kommunikasiyaların açılmasında maraqlıdır

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi yarandığı səkkiz il ərzində dünyada mötəbər tribunaya çevirilməyi bacarıb. Artıq aparıcı beynəlxalq təsisatlardan birinə çevrilən Mərkəzin fəaliyyəti dünyada sülh, əməkdaşlıq, təhlükəsizlik və sabitlik işinə xidmət edir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

C.Osmanov qeyd edib ki, pandemiya dövrü olmasına baxmayaraq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi fəaliyyətini dövrün tələbləri çərçivəsində çox aktiv formada davam etdirir. Mayın 21-də Mərkəzin təşkilatçılığı ilə “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələr keçirildi. Videoformatda keçirilən müzakirələrə Prezident İlham Əliyevin çıxış etməsi, həmçinin müxtəlif ölkələrdən olan ictimai, siyasi xadimlərin suallarını cavablandırması Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdi. Müzakirələri dinlədikcə postmüharibə dövründə proseslərin gedişatı və qarşıda duran hədəflər, əməkdaşlıqlar haqqında geniş məlumatlar əldə etmək mümkün oldu.

Deputat vurğulayıb ki, Azərbaycan Vətən müharibəsindəki parlaq Zəfərindən sonra regionda yeni reallıqlar yaradıb. Dünyanın inkişaf etmiş güclü dövlətləri və beynəlxalq təşkilatlar, siyasi mərkəzlər bu reallığı qəbul edərək ölkəmizlə əməkdaşlıq üçün təşəbbüslər irəli sürürlər. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz haqqını bərpa edərək, bütün dünyaya güclü dövlət olduğunu göstərdi. Artıq Cənubi Qafqaz regionu dedikdə ağıla ilk gələn Azərbaycandır. Azərbaycan, sözün əsl mənasında, regionun güclü dövləti, başqa sözlə desək, yeni güc mərkəzidir. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən, eyni zamanda, qətiyyətli siyasət nəticəsində Azərbaycan dövləti bu uğurlara nail olmağı bacarıb.

Bildirilib ki, Azərbaycan Ermənistanla münaqişənin uzun müddət ərzində danışıqlar, sülh yolu ilə həllində maraqlı olub. Lakin Ermənistan işğalçılıq mövqeyində qalaraq 30 il ərzində tutduğu səhv yoldan çəkilmədi və bu səbəbdən də Azərbaycanla əməkdaşlıqdan, regional layihələrdən məhrum oldu. Bir sözlə, Ermənistanın işğalçılıq siyasəti bu ölkə üçün əks effekt verərək onu dalana çevirdi. Nəticə isə göz önündədir. Azərbaycan qalib ölkə olaraq gələcəyə baxır, regionda yeni kommunikasiyaların açılması üçün bir sıra layihələrin üzərində iş aparılır.

Qeyd edilib ki, Azərbaycanla 44 günlük müharibədən sonra bütün ordusu məhv olan Ermənistanda ictimai-siyasi gərnginlik səngimək bilmir. Gələcəyi qaranlıq olan bu ölkənin xilası isə revanş hissləri və işğalçılıq mövqeyindən əl çəkərək, yeni reallıqları qəbul etməsindən keçir. Azərbaycan Ermənistanla sülh razılaşması üzərində işə başlamağa hazırdır, bunun üçün sərhədlərin delimitasiyası mütləqdir. “Ermənistan Azərbaycan ərazilərini 30 il ərzində işğalda saxlamaqla yanaşı, həmin ərazilərimizdə dini, tarixi, mədəni, ekoloji terror aktları törədib, vandallıqlarından əl çəkməyiblər. Təbii ki, Ermənistan bütün bu cinayətlərinə görə beynəlxalq hüquq müstəvisində cavab verməli olacaq.

Azərbaycan dünya tarixində nadir qalib ölkələrdəndir ki, regionda sülh və təhlükəsizlik naminə Ermənistana qarşı bəzi humanist addımları atıb. Məsələn, Ermənistan tərəfindən əsir düşmüş, girov götürülmüş şəxslərlə Azərbaycanın insanlıq naminə davranışları, onların öz ölkələrinə geri göndərilmələri, Azərbaycanın Ermənistan vətəndaşlarına işğaldan azad olunan ərazilərdən keçərək Ermənistan şəhərlərini birləşdirən magistral yolun 21 kilometrindən istifadəyə icazə verməsi, Azərbaycanın Rusiya tərəfdə təmir işləri zamanı Rusiyanın “Qazprom” şirkətinə Azərbaycan ərazisindən Ermənistana təbii qaz nəqlinə icazə verməsi kimi halları qeyd etmək mümkündür”, - deyə C.Osmanov vurğulayıb.

Deputat təəssüflə qeyd edib ki, Ermənistan bütün bu humanist addımların qarşısında öz bədnam xislətindən əl çəkə bilmir. Haradasa bu məsələlərdə sadə erməniləri, erməni ictimaiyyətini bəlkə də qınamaq olmaz. Bu ölkədə yaşayanlar hakimiyyət hərisi olan siyasi dairələr və erməni lobbisinin əsirinə çevrilib düzgün qaydada yaşamaqdan məhrum olmuş adamlardır. Çünki Ermənistan təkcə Azərbaycan deyil, az qala bütün qonşularına qarşı ərazi iddiaları ilə çıxış edirlər. Bu ölkənin NATO üzvü olan Türkiyəyə qarşı ərazi iddialarının olması isə özlüyündə Ermənistanın cılız və gülünc durumda olmasından xəbər verir.

“Azərbaycanın humanist dövlət olması, eyni zamanda, regionda davamlı sülh və təhlükəsizlik naminə maraqlı olması, Ermənistanın revanşizm meyillərindən çəkilərək kommunikasiyaların açılmasına maraq göstərməsi bu ölkə üçün “xilas qapısını açılması” üçün son şans ola bilər. Xüsusilə, Zəngəzur dəhlizinin açılması region üçün mühüm əhəmiyyət kəsb edir. Bu dəhlizin açılması Ermənistan üçün də əlverişli olacaq, baxmayaraq ki, bu mövzuda Ermənistan hələdə siyasi manipulyasiyalar etməyə çalışır. Olsun ki, bunun da səbəbi hazırkı Ermənistan rəhbərliyinin keçiriləcək parlament seçkilərində siyasi dividentlər əldə edə bilmək cəhdləridir”, - deyə Cavid Osmanov qeyd edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əsas istiqamətlərinin təbii ki, yuxarıda qeyd olunanları əhatə etdiyini, diskussiyalar zamanı müxtəlif mövzulara toxunulduğunu diqqətə çatdıran deputat deyib: “Ümumiyyətlə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələr öz məhsuldarlığı ilə yadda qaldı, eyni zamanda, Azərbaycan həqiqətlərinin bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün mühüm tribuna rolunu oynamış oldu”.

 
  • Oxunub:  3210  |  
  • Tarix:  22-05-2021  |  
  •    Çap et   |  
Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsidir

15 İyun 15:39
Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
15 İyun 15:08
Müasir Azərbaycan hər birimizin qürur mənbəyidir
15 İyun 15:04
Deputat: Azərbaycan dövlətinin qazandığı nailiyyətlər məhz Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir
15 İyun 14:10
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşılayıb
15 İyun 14:07
Səlcuq Bayraqdar Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib
15 İyun 13:43
Bu günün reallığı sübut edir ki, Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir
15 İyun 11:50
Milli qurtuluşdan başlanan və tarixi qələbəyə aparan yol
15 İyun 11:46
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
15 İyun 11:43
15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb
15 İyun 10:15
Milli Məclisin deputatı Ağalar Vəliyev: Qazandığımız uğurlar Ulu Öndər Heydər Əliyevin möhtəşəm qayıdışı ilə bağlıdır
15 İyun 08:45
Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsidir
15 İyun 08:42
Azərbaycan və Türkiyə Vətən müharibəsində qazanılan böyük Qələbənin sevincini birlikdə yaşayırlar
15 İyun 08:24
QURTULUŞ TƏNTƏNƏSİ, YAXUD İSTİQLAL SİYASƏTİNƏ DAVAM MİSSİYASI
15 İyun 08:20
Tərəvəzçiliyin inkişafı istiqamətində atılan addımlar mühüm nəticələr verir
15 İyun 08:05
Ermənistanda yeni siyasi kataklizmlər gözlənilir
15 İyun 08:05
Ölkəmizdə koronavirus pandemiyasına qarşı sistemli mübarizə tədbirləri müsbət nəticə verir
15 İyun 07:51
Ankarada Yunus Əmrənin 700 illiyinə həsr olunmuş mərasim keçirilib
15 İyun 07:49
Prezident İlham Əliyevin Tvitterdəki səhifəsində Milli Qurtuluş Günü ilə bağlı paylaşım edilib
15 İyun 07:46
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
14 İyun 21:10
Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton ilə telefon danışığı olub
14 İyun 21:02
Brüsseldə Türkiyə və ABŞ prezidentləri arasında görüş keçirilib
14 İyun 21:01
Milli Qurtuluş Günü ədliyyə orqanlarında qeyd olunub
14 İyun 21:00
Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində əməkdaşlığı genişləndirir
14 İyun 20:53
Azərbaycan ilə Monqolustan arasında çoxtərəfli formatlarda əməkdaşlıq uğurla həyata keçirilir
14 İyun 20:49
Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır
14 İyun 20:40
YAP Göyçay rayon təşkilatı “Tarixi qələbəyə gedən yol qurtuluşdan başlayır” adlı videokonfrans keçirib
14 İyun 20:34
YAP Bərdə rayon təşkilatında “Qurtuluşdan qələbəyə” adlı təqdimat mərasimi keçirilib
14 İyun 20:28
YAP Şəmkir rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
14 İyun 20:14
Mingəçevirdə “Ümummilli Lider Heydər Əliyev milli qurtuluşumuzun müəllifidir” mövzusunda videokonfrans keçirilib
14 İyun 20:11
Bakı Slavyan Universitetində tədbir: Əsrə bərabər gün
14 İyun 20:09
“Xilaskarlıq missiyası”
14 İyun 19:05
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
14 İyun 18:56
Binəqədi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan-zəfərə” mövzusunda tədbir keçirilib
14 İyun 18:50
Fəxrəddin Vəliyev: Ulu Öndər Heydər Əliyevin adı tariximizə böyük xilaskar kimi düşüb
14 İyun 18:46
Ağdaşda “Qurtuluşdan başlanan yol” adlı konfrans keçirilib
14 İyun 17:49
Adil Əliyev: Milli Qurtuluş Günü ölkəmizin parçalanmasının qarşısının alınmasının başlanğıc tarixidir
14 İyun 17:46
YAP Gəncə şəhər təşkilatında Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib
14 İyun 17:40
BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni layihələrlə xeyli genişlənib
14 İyun 17:34
Milli Məclis deputatları Moskva şəhərinə səfər edəcəklər
14 İyun 17:33
YAP Hacıqabul rayon təşkilatı "Azərbaycanın tarixi qələbəsi Heydər Əliyev siyasətinin uğurudur" mövzusunda videokonfrans keçirib
14 İyun 17:32
Səfir: Norveç bölgədə sülhün və sabitliyin tərəfdarıdır
14 İyun 17:28
Gədəbəydə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
14 İyun 17:22
YAP Qaradağ rayon təşkilatı Qaradağ rayon İcra Hakimiyyəti ilə birgə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirib
14 İyun 17:20
Pərvin Kərimzadə: Milli Qurtuluş Günü dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb
14 İyun 17:18
Şahin İsmayılov: Ölkəmiz qlobal proseslərə kifayət qədər böyük töhvələr verir
14 İyun 17:15
Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub
14 İyun 17:09
Azərbaycan və Qazaxıstan parlamentlərarası dostluq qruplarının onlayn görüşü keçirilib
14 İyun 16:54
Umayra Tağıyeva: Təbiət istifadəçilərini təbiəti, ətraf mühiti tullantılarla çirkləndirməməyə çağırıram
14 İyun 15:57
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü qeyd edilib
14 İyun 15:56
“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başlayıb
14 İyun 15:51
YAP Qubadlı rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə videoformatda tədbir keçirib
14 İyun 15:31
Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis edilib
14 İyun 15:24
Yevlaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
14 İyun 15:13
Təhsil naziri “Son zəng” tədbirində iştirak edib
14 İyun 15:02
Təhsil İnstitutu Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq edəcək
14 İyun 14:59
YAP Sumqayıt şəhər təşkilatında şəhid Kərim Əhmədəliyevin xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
14 İyun 14:54
YAP Cəbrayıl rayon təşkilatı Milli Qurtuluş Günü münasibətilə videokonfrans keçirib
14 İyun 14:52
“Azərbaycanla qürur duyuruq”
14 İyun 14:43
Təhsil nazirinin müavini: 2020-2021-ci tədris ili uğurlarla yadda qaldı
14 İyun 14:27
Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi təsis ediləcək
14 İyun 14:25
Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş jurnalistlər və yerli icra hakimiyyətinin nümayəndəsi təltif edilib - SƏRƏNCAM
14 İyun 14:21
YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib
14 İyun 14:20
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
14 İyun 14:04
YAP Mərkəzi Aparatında 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” adlı gənc rəssamların sənət sərgisi keçirilib
14 İyun 14:02
Suraxanı rayonunda şəhid İsa Məmmədovun məzarı ziyarət olunub
14 İyun 13:28
Ömər Eldarov: Azərbaycan xalqı üçün əlamətdar günlərə həsr olunmuş sərgilərin təşkili ənənə halı alıb
14 İyun 12:59
Azərbaycandan keçməklə Potidən Daşkəndə ilk konteyner blok qatarı yola düşüb
14 İyun 12:56
“ASAN İmza” və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Elektron imza üzrə Avropa Forumunda təqdim edilib
14 İyun 12:39
Suraxanı rayonunda şəhid Məhəmməd İsmayılzadənin xatirəsinə inşa edilmiş bulağın açılışı olub
14 İyun 12:28
Bakı Ali Neft Məktəbinin Layihə İdarəetmə Məktəbinin növbəti məzun buraxılışı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+26 +31
gecə+20 +23