Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Könüllülər “Bakı Metropolitenin” loqosu olan xüsusi geyimlərdə şəhərimizin qonaqlarına metrodan istifadə etməkdə köməklik göstərəcək

Könüllülər “Bakı Metropolitenin” loqosu olan xüsusi geyimlərdə şəhərimizin qonaqlarına metrodan istifadə etməkdə köməklik göstərəcək

08.06.2015 [12:25]

İyun 12-dən 28-nə kimi keçiriləcək “Bakı-2015” I Avropa Oyunları zamanı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) şəhərimizin qonaqlarına yüksək səviyyədə xidmət göstərəcək.
QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AZƏRTAC-a bildirib ki, I Avropa Oyunlarına hazırlıq xüsusi plan üzrə həyata keçirilir və işlərin böyük əksəriyyəti artıq yekunlaşıb.
N.Paşayev qeyd edib ki, I Avropa Oyunları zamanı metrodan istifadə edəcək turistlərə xidmət etmək üçün könüllülər artıq seçilib. Könüllülərin hər biri sərbəst ingilis dilində danışır və bir neçə əcnəbi dil bilirlər. Onlar “Bakı Metropolitenin” loqosu olan xüsusi geyimlərdə şəhərimizin qonaqlarına metrodan istifadə etməkdə köməklik göstərəcək, həm də metro stansiyalarına yaxın idman obyektləri və Azərbaycanın tarixinə dair məlumatlar verəcəklər.
O həmçinin məlumat verib ki, “Bakı Metropoliteni”nin dəvəti ilə “Transport for London” korporasiyasının mütəxəssisləri polis şöbəsinin əməkdaşları üçün təlimlər keçir. Bu təlimlərin birinci mərhələsi artıq yekunlaşıb, polislər hazırda metro stansiyalarında onlara verilən xüsusi tapşırıqları yerinə yetirirlər, digər Metropoliten əməkdaşları üçün isə təlimlər davam etdirilir.

 
Paylaş:
Baxılıb: 298 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30