Ana səhifə »  Xəbər lenti »  Prezident İlham Əliyev Böyük Britaniyanın ixracat nazirini qəbul edib
A+   Yenilə  A-
Prezident İlham Əliyev Böyük Britaniyanın ixracat nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Böyük Britaniyanın ixracat naziri Qraham Styuartı qəbul edib.

AZƏRTAC xəbər verir ki, britaniyalı naziri salamlayan Prezident İlham Əliyev dedi:

- Əminəm ki, komissiyanın gündəliyi çox genişdir, çünki siz birlikdə çoxlu işlər görməlisiniz. Əminəm ki, sizin səfəriniz planlarımızın icrasında və yeni tədbirlərin planlaşdırılmasında çox önəmli bir addım olacaqdır. Əlbəttə ki, səfər uğurla inkişaf edən ikitərəfli əlaqələrimizi hətta daha da gücləndirəcəkdir. Sizin bildiyiniz kimi, mən dəfələrlə Birləşmiş Krallıqda olmuşam. Sonuncu səfərim üç il bundan əvvələ təsadüf edib. Onda o vaxtkı Baş nazir xanım Mey ilə görüşmüşdüm və çox yaxşı müzakirəmiz olmuşdur. Bundan sonra pandemiyaya baxmayaraq münasibətlər çox fəal fazada idi. Beləliklə, bu ilin fevral ayında biz nazir xanım Mortonu qəbul etdik. Onunla da yaxşı söhbətimiz oldu. İndi siz səfər edirsiniz. Bütün bunlar çox fəal siyasi dialoqu və iqtisadi sahədə böyük perspektivləri nümayiş etdirir.

Sizin Azərbaycana gəlişinizdən əvvəl məlumatlara nəzər saldım və gördüm ki, Birləşmiş Krallıqdan Azərbaycana 30 milyard dollardan çox investisiya yatırılıb. Bu, həqiqətən də çoxdur. Bu, bizim inkişafımıza kömək edib. Bu, bizə nəinki təkcə neft və qaz sənayesini inkişaf etdirməyə kömək edir, eyni zamanda, ümumi inkişafımıza kömək edir. Çünki, bu investisiya bizim büdcəmizə daxil olan və qeyri-neft sahələrinə təkrar investisiya kimi yatırdığımız gəlirlərə gətirib çıxarmışdır. Bu gün əməkdaşlıq çox fəal şəkildə davam edir. BP 30 il ərzində və ən azından bundan sonra da 30 il ərzində bizim strateji tərəfdaşımızdır, çünki yeni perspektivlər var, yeni müqavilələr imzalanıb.

Sizin bildiyiniz kimi, həm BP, həm də Azərbaycan bərpa olunan enerji mənbələri üzərində fəal çalışırlar. Bu yaxınlarda nazirimiz mənə məlumat verib ki, işğaldan azad olunmuş ərazilərdə günəş enerjisinin istehsalına investisiya yatırmaq planı var. Xüsusilə Qarabağın işğaldan azad olunmuş ərazilərini “yaşıl zona” və “ağıllı şəhər” elan etdiyimizi nəzərə alsaq, bu, bizim üçün çox faydalı olacaqdır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində bizimlə işləmək üçün ilk əcnəbi şirkətlər sırasında Britaniya şirkətlərini də tərəfdaşlarımız qismində dəvət etmişik və bu proses artıq başlayıb. Artıq şəhərlərin baş planları hazırlanmışdır və biz çox fəal fazadayıq. Biz dost ölkə olan Britaniya şirkətləri ilə əməkdaşlığı genişləndirmək istəyirik. Əminəm ki, komissiyanın iclası zamanı bu məsələ də müzakirə olunacaqdır. Beləliklə, bizim ikitərəfli əməkdaşlığımızın həqiqətən də geniş gündəliyi var. Bir daha Azərbaycana xoş gəlmisiniz.

X X X

Böyük Britaniyanın ixracat naziri Qraham Styuart dedi:

-Zati-aliləri, məni səmimi qarşıladığınız üçün, çox sağ olun. Burada olmaq çox xoşdur. Birləşmiş Krallıq, Sizin də bildiyiniz kimi, Azərbaycanın uzunmüddətli tərəfdaşıdır və ölkənizin suverenliyini, müstəqilliyini müdafiə edir. Biz bu uzun illər ərzində Azərbaycanın tərəfdaşı olmaqdan məmnunluq və şərəf hissi duyuruq. Bizi, həmçinin bir çox məsələlər maraqlandırır. Lakin, mən bunlardan ikisini seçərdim. Birincisi, Birləşmiş Krallığın da sadiq olduğu, Sizin daha da yaşıl və dayanıqlı gələcəyə dair baxışınızdır. Hesab edirəm ki, Azərbaycanın nəinki təkcə uğurlu neft və qaz iqtisadiyyatına malik olan ölkə, eləcə də, gələcəyi düşünən və uzunmüddətli perspektivdə strateji planlar quran bir ölkə olmasını təmin etmək Sizin baxışınıza uyğundur. Çünki, gələcək daha da yaşıl olacaq, qlobal investisiyalar bu sahəyə yatırılacaq və münasibətlərimizi dərinləşdirmək üçün fürsət olacaq. Sizin də qeyd etdiyiniz kimi, BP strateji tərəfdaşınızdır, orada böyük imkanlar var. Düzgün siyasət və tədbirlər müəyyənləşdirməklə, Sizin ölkəniz üçün uzunmüddətli mirasınız ondan ibarətdir ki, Siz ölkənizi neft və qaz əsasında qurub inkişaf etdirmisiniz, lakin, eyni zamanda, gələcəyə də baxırsınız.

 
  • Oxunub:  2190  |  
  • Tarix:  21-05-2021  |  
  •    Çap et   |  
Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsidir

15 İyun 15:39
Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
15 İyun 15:08
Müasir Azərbaycan hər birimizin qürur mənbəyidir
15 İyun 15:04
Deputat: Azərbaycan dövlətinin qazandığı nailiyyətlər məhz Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir
15 İyun 14:10
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşılayıb
15 İyun 14:07
Səlcuq Bayraqdar Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib
15 İyun 13:43
Bu günün reallığı sübut edir ki, Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir
15 İyun 11:50
Milli qurtuluşdan başlanan və tarixi qələbəyə aparan yol
15 İyun 11:46
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
15 İyun 11:43
15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb
15 İyun 10:15
Milli Məclisin deputatı Ağalar Vəliyev: Qazandığımız uğurlar Ulu Öndər Heydər Əliyevin möhtəşəm qayıdışı ilə bağlıdır
15 İyun 08:45
Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsidir
15 İyun 08:42
Azərbaycan və Türkiyə Vətən müharibəsində qazanılan böyük Qələbənin sevincini birlikdə yaşayırlar
15 İyun 08:24
QURTULUŞ TƏNTƏNƏSİ, YAXUD İSTİQLAL SİYASƏTİNƏ DAVAM MİSSİYASI
15 İyun 08:20
Tərəvəzçiliyin inkişafı istiqamətində atılan addımlar mühüm nəticələr verir
15 İyun 08:05
Ermənistanda yeni siyasi kataklizmlər gözlənilir
15 İyun 08:05
Ölkəmizdə koronavirus pandemiyasına qarşı sistemli mübarizə tədbirləri müsbət nəticə verir
15 İyun 07:51
Ankarada Yunus Əmrənin 700 illiyinə həsr olunmuş mərasim keçirilib
15 İyun 07:49
Prezident İlham Əliyevin Tvitterdəki səhifəsində Milli Qurtuluş Günü ilə bağlı paylaşım edilib
15 İyun 07:46
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
14 İyun 21:10
Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton ilə telefon danışığı olub
14 İyun 21:02
Brüsseldə Türkiyə və ABŞ prezidentləri arasında görüş keçirilib
14 İyun 21:01
Milli Qurtuluş Günü ədliyyə orqanlarında qeyd olunub
14 İyun 21:00
Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində əməkdaşlığı genişləndirir
14 İyun 20:53
Azərbaycan ilə Monqolustan arasında çoxtərəfli formatlarda əməkdaşlıq uğurla həyata keçirilir
14 İyun 20:49
Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır
14 İyun 20:40
YAP Göyçay rayon təşkilatı “Tarixi qələbəyə gedən yol qurtuluşdan başlayır” adlı videokonfrans keçirib
14 İyun 20:34
YAP Bərdə rayon təşkilatında “Qurtuluşdan qələbəyə” adlı təqdimat mərasimi keçirilib
14 İyun 20:28
YAP Şəmkir rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
14 İyun 20:14
Mingəçevirdə “Ümummilli Lider Heydər Əliyev milli qurtuluşumuzun müəllifidir” mövzusunda videokonfrans keçirilib
14 İyun 20:11
Bakı Slavyan Universitetində tədbir: Əsrə bərabər gün
14 İyun 20:09
“Xilaskarlıq missiyası”
14 İyun 19:05
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
14 İyun 18:56
Binəqədi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan-zəfərə” mövzusunda tədbir keçirilib
14 İyun 18:50
Fəxrəddin Vəliyev: Ulu Öndər Heydər Əliyevin adı tariximizə böyük xilaskar kimi düşüb
14 İyun 18:46
Ağdaşda “Qurtuluşdan başlanan yol” adlı konfrans keçirilib
14 İyun 17:49
Adil Əliyev: Milli Qurtuluş Günü ölkəmizin parçalanmasının qarşısının alınmasının başlanğıc tarixidir
14 İyun 17:46
YAP Gəncə şəhər təşkilatında Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib
14 İyun 17:40
BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni layihələrlə xeyli genişlənib
14 İyun 17:34
Milli Məclis deputatları Moskva şəhərinə səfər edəcəklər
14 İyun 17:33
YAP Hacıqabul rayon təşkilatı "Azərbaycanın tarixi qələbəsi Heydər Əliyev siyasətinin uğurudur" mövzusunda videokonfrans keçirib
14 İyun 17:32
Səfir: Norveç bölgədə sülhün və sabitliyin tərəfdarıdır
14 İyun 17:28
Gədəbəydə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
14 İyun 17:22
YAP Qaradağ rayon təşkilatı Qaradağ rayon İcra Hakimiyyəti ilə birgə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirib
14 İyun 17:20
Pərvin Kərimzadə: Milli Qurtuluş Günü dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb
14 İyun 17:18
Şahin İsmayılov: Ölkəmiz qlobal proseslərə kifayət qədər böyük töhvələr verir
14 İyun 17:15
Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub
14 İyun 17:09
Azərbaycan və Qazaxıstan parlamentlərarası dostluq qruplarının onlayn görüşü keçirilib
14 İyun 16:54
Umayra Tağıyeva: Təbiət istifadəçilərini təbiəti, ətraf mühiti tullantılarla çirkləndirməməyə çağırıram
14 İyun 15:57
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü qeyd edilib
14 İyun 15:56
“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başlayıb
14 İyun 15:51
YAP Qubadlı rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə videoformatda tədbir keçirib
14 İyun 15:31
Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis edilib
14 İyun 15:24
Yevlaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
14 İyun 15:13
Təhsil naziri “Son zəng” tədbirində iştirak edib
14 İyun 15:02
Təhsil İnstitutu Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq edəcək
14 İyun 14:59
YAP Sumqayıt şəhər təşkilatında şəhid Kərim Əhmədəliyevin xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
14 İyun 14:54
YAP Cəbrayıl rayon təşkilatı Milli Qurtuluş Günü münasibətilə videokonfrans keçirib
14 İyun 14:52
“Azərbaycanla qürur duyuruq”
14 İyun 14:43
Təhsil nazirinin müavini: 2020-2021-ci tədris ili uğurlarla yadda qaldı
14 İyun 14:27
Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi təsis ediləcək
14 İyun 14:25
Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş jurnalistlər və yerli icra hakimiyyətinin nümayəndəsi təltif edilib - SƏRƏNCAM
14 İyun 14:21
YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib
14 İyun 14:20
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
14 İyun 14:04
YAP Mərkəzi Aparatında 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” adlı gənc rəssamların sənət sərgisi keçirilib
14 İyun 14:02
Suraxanı rayonunda şəhid İsa Məmmədovun məzarı ziyarət olunub
14 İyun 13:28
Ömər Eldarov: Azərbaycan xalqı üçün əlamətdar günlərə həsr olunmuş sərgilərin təşkili ənənə halı alıb
14 İyun 12:59
Azərbaycandan keçməklə Potidən Daşkəndə ilk konteyner blok qatarı yola düşüb
14 İyun 12:56
“ASAN İmza” və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Elektron imza üzrə Avropa Forumunda təqdim edilib
14 İyun 12:39
Suraxanı rayonunda şəhid Məhəmməd İsmayılzadənin xatirəsinə inşa edilmiş bulağın açılışı olub
14 İyun 12:28
Bakı Ali Neft Məktəbinin Layihə İdarəetmə Məktəbinin növbəti məzun buraxılışı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+26 +31
gecə+20 +23