Ana səhifə »  Xəbər lenti »  Azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün xalqların ümummilli məqsədlər uğrunda sıx birləşməsini təmin edir
A+   Yenilə  A-
Azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün xalqların ümummilli məqsədlər uğrunda sıx birləşməsini təmin edir

Çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olması ölkəmizin böyük üstünlüyüdür
Hər bir dövlətin inkişafını, müstəqilliyinin dönməzliyinin təmin edilməsini, beynəlxalq miqyasda nüfuz qazanmasını şərtləndirən fundamental amillər sırasında ideoloji əsasların önəmini xüsusi qeyd edə bilərik. Öz siyasətini milli dəyərlər, cəmiyyətin sosial sifarişləri, müasir çağırışlar, bərabərlik, insan və vətəndaş hüquq və azadlıqları kimi prinsiplər əsasında quran ölkələr inkişafla bağlı ciddi problemlərlə üzləşmirlər, daxili ziddiyyətlərdən kənarda qalır və öz potensiallarını quruculuğa, inkişafa, rifaha yönəldirlər. Respublikamızın modeli deyilənlərə yaxşı nümunədir.
Müstəqil dövlətimizin ideoloji əsasını xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən təməli qoyulan azərbaycançılıq ideologiyası təşkil edir. Müdrik siyasətçi olan Ulu Öndər Heydər Əliyev ötən əsrin doxsanıncı illərinin əvvəllərində xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə qayıdanda gənc respublikamızda kəskin fəsadlarla müşayiət olunan və müstəqilliyimiz üçün təhdidlər yaradan arzuolunmaz proseslər gedirdi. Həmin dövrdə qarşıya çıxan çətinliklərin əsas səbəbi onda idi ki, hakimiyyətin ölkə vətəndaşlarını ümumi məqsədlər uğrunda birləşdirə biləcək strategiyası yox idi. Siyasi intriqalar, separatçılıq meyilləri getdikcə daha da güclənməkdə idi ki, bu da ölkənin milli gücünü strateji məqsədlər naminə, o cümlədən də işğalçı Ermənistana qarşı səfərbər etməyə imkan vermirdi. Uzaqgörən siyasətçi olan Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq ideologiyası bu boşluğu doldurmaq, cəmiyyətdə sabitliyə, həmrəyliyə nail olmaq və bu əsasda ölkəmizin gələcək inkişafını təmin etmək baxımından böyük aktuallıq daşıyırdı.
Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, ölkəmizdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və milli maraqlarımıza cavab verən siyasətin varisliyi sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən təmin edildi. Cənab İlham Əliyev dövlət başçısı vəzifəsində fəaliyyətə başlayanda söz vermişdi ki, Ulu Öndərin siyasətini davam etdirəcək. Son 18 ilin təcrübəsi göstərir ki, Prezident İlham Əliyev verdiyi vədi yüksək səviyyədə yerinə yetirir. Azərbaycan ötən müddət ərzində öz Liderinin rəhbərliyi ilə bütün sahələrdə möhtəşəm uğurlara imza atıb. O cümlədən bəhs olunan dövrdə Prezident İlham Əliyevin ardıcıllıqla reallaşdırdığı siyasət, imzaladığı çoxsaylı sənədlər dövlətimizin ideoloji əsaslarının möhkəmlənməsini, azərbaycançılıq ideologiyasının daha da zənginləşməsini təmin edib. Bunun nəticəsidir ki, hazırda azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün xalqları ümummilli məqsədlər uğrunda birləşdirən güclü bir platformaya çevrilib.
Bu gün respublikamızda azərbaycançılıq cəmiyyətin bütün təbəqələri, ölkənin milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşları tərəfindən qəbul olunan bir ideologiyadır ki, bu da səbəbsiz deyil. Ulu Öndər Heydər Əliyev gənc Azərbaycan dövlətinin ideoloji əsasını müəyyənləşdirərkən, ilk növbədə, ölkəmizin reallıqlarına, xalqımızın ənənələrinə və mental dəyərlərinə istinad etmişdi. Azərbaycan çoxkonfessiyalı, çoxmədəniyyətli bir ölkədir. Tarixən burada müxtəlif xalqların nümayəndələri mehriban qonşuluq şəraitində yaşayaraq öz həyatlarını qurublar. Tolerantlıq, müxtəlif xalqların nümayəndələrinin bir-birilərinə yüksək səviyyədə dözümlü münasibət bəsləmələri respublikamızda tarixdən gələn ənənədir və bu gün də insanların həyat tərzini təşkil edir. Tarixin lap qədim dövrlərindən xalqımızın yaratdığı mədəniyyət nümunələrində, klassiklərimizin əsərlərində, bir qayda olaraq, başqa mədəniyyətlərə, humanizm, həmrəylik kimi bəşəri dəyərlərə yüksək hörmət ifadə edilib. Ölkəmizin ərazisindəki tarixi abidələr də respublikamızın mədəni müxtəlifliyini aydın şəkildə nümayiş etdirir. Belə ki, dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın Şamaxı şəhərində yerləşir. Eyni zamanda, dünyanın ən qədim kilsələrindən sayılan Qafqaz Albaniyası dövlətinin dövrünə aid kilsə də Azərbaycanda - ölkəmizin qədim şəhəri Şəkidə tikilib.
Xalqımız bu gün də öz ənənələrinə sadiqlik nümayiş etdirir. Təəssüf doğuran haldır ki, XXI əsrdə bəşəriyyət Yer üzündə ciddi qütbləşmə proseslərinin getdiyinə və bunun ağır fəsadlara gətirib çıxardığına şahidlik edir. Dünyanın ayrı-ayrı bölgələrində çox tez-tez milli və dini zəmində münaqişələr, müharibələr baş qaldırır, diskriminasiya, islamofobiya, milli-dini ayrı-seçkilik kimi çağırışlar artır. Bu gün Avropada yalnız dini-irqi-etnik fərqliliyə görə qapıların miqrantların üzünə bağlanması, onları geriyə - yenidən müharibə alovlarının içinə göndərməyə cəhdlər göstərilməsi acınacaqlı haldır. Dünyada milli-dini-irqi müxtəlifliyə münasibətdə müşahidə edilən belə kədərli mənzərə ilə müqayisədə Azərbaycandakı vəziyyət tamam fərqlidir. Ölkəmizdə multikulturalizm dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin respublikamızda “Multikulturalizm İli” elan olunması Azərbaycanın bu sahədə həyata keçirilən siyasətə necə böyük önəm verdiyini əyani şəkildə təsdiqləyir. Respublikamızda müxtəlif dinlərə aid olan yüzlərlə icma var. Lakin belə rəngarəngliyə baxmayaraq, ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar arasında heç bir fərq qoyulmur. Ölkəmiz dünyaya yenə də özünün müsbət nümunəsini təqdim edərək qlobal miqyasda tolerantlığın, humanizm ideyalarının təbliğinə mühüm töhfələrini verir. Azərbaycan çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olmasını özünün böyük sərvəti sayır. Bu isə həm də azərbaycançılıq ideologiyasının ölkə vətəndaşları arasında uğurlu şəkildə təbliğ olunmasının nəticəsidir.
Bu kontekstdə bir məqamı da xüsusi olaraq vurğulamaq yerinə düşər. Belə ki, biz son illərdə bütün ölkə üzrə tarixi-dini abidələrin yüksək səviyyədə bərpa edilməsinin şahidi oluruq. Əlamətdar haldır ki, bu sahədə dövlət qayğısı yalnız İslam dininə aid olan tarixi abidələri əhatə etmir, həmçinin kilsələr, sinaqoqlar da dövlət vəsaiti hesabına yüksək səviyyədə bərpa olunur, onlara, necə deyərlər, yeni həyat verilir. Bu sırada Rus Pravoslav Baş Kafedral kilsəsi, “Xilaskar” Yevangelik-Lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav kilsəsi kimi tarixi-dini mədəniyyət abidələrinin adlarını çəkə bilərik. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar. Tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var. Dünyadakı 10 minə yaxın udinin 4 minə yaxını Qəbələnin Nic qəsəbəsində yaşayır. Qəsəbədəki Müqəddəs Yelisey adına Cotari kilsəsi Heydər Əliyev Fondu tərəfindən 2006-cı ildə əsaslı bərpa olunaraq Alban-Udi Xristian dini icmasının istifadəsinə verilib. Müqəddəs Yelisey kilsəsi 1823-cü ildə tikilib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində də olublar. Bu kilsədə 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanıb və layihənin icrası 2020-ci ilin noyabr ayında 44 günlük müharibə zamanı başa çatdırılıb.
Ümumiyyətlə, respublikamızda müxtəlif dinlərə aid tarixi abidələrin dövlət vəsaiti hesabına bərpa edilməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Bütün bu kimi faktlar Azərbaycan dövlətinin həyata keçirdiyi multikulturalizm siyasətinin əhatə dairəsinin kifayət qədər geniş olduğunu və ardıcıl səciyyə daşıdığını təsdiqləyir.
Deyilənlərdən də göründüyü kimi, azərbaycançılıq ideologiyası əsasında inkişaf edən respublikamızda milli-dini zəmində heç bir fərq qoyulmur, bütün mədəniyyətlərə və dinlərə eyni dərəcədə yüksək hörmət, qayğı göstərilir. Bu isə, öz növbəsində, bütün Azərbaycan vətəndaşlarında ləyaqət, qürur, vətənpərvərlik hisslərini gücləndirir. Azərbaycanın milli gücünün davamlı şəkildə artmasını şərtləndirən əsas amillərdən biri də məhz budur. Bu gün Azərbaycanda yaşayan xalqlar özlərini güvənli hesab edir, bir ailə kimi yaşayır və ümumi Vətənin inkişafına, müdafiəsinə öz töhfələrini verirlər. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi dövründə bütün dünya Azərbaycan cəmiyyətinin sıx həmrəyliyinin şahidi oldu. 44 günlük müharibə Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı, düşmən tam kapitulyasiyaya məruz qaldı. Bu tarixi qələbənin əldə olunmasında ölkəmizdə yaşayan bütün xalqların payı vardır.
Hazırda Azərbaycanın qarşısında Vətən müharibəsində işğaldan azad edilən ərazilərin bərpası, Böyük Qayıdışın həyata keçirilməsi kimi mühüm vəzifə dayanır. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad olunan ərazilərdə quruculuq-bərpa işlərinə start verilib. Burada da Azərbaycan özünün genişməzmunlu multikultural siyasətinə sadiqlik nümayiş etdirir. Xəbər verildiyi kimi, mayın 12-13-də Şuşanın Cıdır düzündə dövlətimizin başçısının təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı keçirilib. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçilərimizin xatirəsinə həsr olunan festival Azərbaycanın multikultural ənənələrinə sadiq qaldığını bir daha təsdiqlədi. Tədbirdə ölkəmizdə yaşayan ayrı-ayrı xalqların yaradıcılıq qruplarının bir-birindən maraqlı çıxışları bütövlükdə festivalın rəngarəngliyini daha da artırdı.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  3300  |  
  • Tarix:  20-05-2021  |  
  •    Çap et   |  
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir

19 İyun 13:48
Antalyada Azərbaycanla Rumıniya arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub
19 İyun 13:08
Pakistanın NESPAK şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb
19 İyun 12:40
Azərbaycanın daxili işlər naziri BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi ilə görüşüb
19 İyun 12:32
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib VİDEO
19 İyun 12:28
Antonio Quterreş: Pandemiya bəşəriyyətin ümumi zəif cəhətlərini, qarşılıqlı asılılığını və kollektiv şəkildə hərəkət etməyin mütləq zərurət olduğunu göstərdi
19 İyun 12:04
Azərbaycan xarici işlər naziri Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib
19 İyun 11:59
DSMF sosial təminat sahəsində mötəbər beynəlxalq təşkilatlarla, aidiyyəti xarici qurumlarla əməkdaşlığı genişləndirir
19 İyun 11:57
Azərbaycanın iqtisadi perspektivləri Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın genişlənməsinə əlverişli şərait yaradır
19 İyun 11:51
Vüsal Qasımlı: Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinin böhrana çevik reaksiyasını qiymətləndirib
19 İyun 11:49
2020-2021-ci tədris ili üzrə Azərbaycanda 6500-ə yaxın əcnəbi tələbə təhsil alıb
19 İyun 10:46
Rezidenturaya qəbul olmaq üçün sabah 1738 namizəd imtahan verəcək
19 İyun 10:35
Azərbaycan nefti 74,54 dollara satılır
19 İyun 10:34
Türkiyənin “Zorlu Holding”i Azərbaycanın tekstil sənayesində layihələr icra edəcək
19 İyun 10:05
ADA Universitetində əfqanıstanlı diplomatlar üçün keçirilmiş “Xarici Siyasət Proqramı” uğurla başa çatıb
18 İyun 21:36
Azərbaycan Prezidentinin köməkçisi Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib
18 İyun 20:35
Dövlət Komissiyası Ermənistanın təcavüzü nəticəsində mülki obyektlərə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı məsələləri müzakirə edib
18 İyun 20:25
Böyük Britaniyanın “The Independent” qəzeti Şuşa Bəyannaməsi barədə məqalə yayıb
18 İyun 19:25
Azərbaycan xarici işlər naziri Antalyada iraqlı həmkarı ilə görüşüb
18 İyun 18:55
Antalyada Azərbaycan xarici işlər naziri ilə Türk Şurasının Baş katibi arasında görüş olub
18 İyun 18:49
Milli Məclisin komitə iclasında Niderlandla ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb
18 İyun 18:17
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada somalili həmkarı ilə görüşüb
18 İyun 18:15
Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclasının gündəliyi açıqlanıb
18 İyun 17:52
Azərbaycan ilə Qvineya-Bissau arasındakı əlaqələr müzakirə olunub
18 İyun 17:47
Türkiyə və Azərcaycan qardaşlığı bütün dünyanı heyrətə gətirəcək gücə sahibdir
18 İyun 17:42
Arif Fərzəliyev: Şuşada Türkiyə-Azərbaycan qardaşlığının gələcək uğurlarının təməli qoyuldu
18 İyun 17:41
Əli Həsənov: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini əbədiləşdirdi
18 İyun 17:39
Şahin İsmayılov: Siyasi partiyaların Şuşa Bəyannaməsinə birgə dəstək ifadə etmələri milli həmrəyliyin nümunəsidir
18 İyun 17:33
Abbas Müsəvi: Azərbaycan rayonlarının işğaldan azad edilməsi Tehran ilə Bakı arasında yeni əməkdaşlıq imkanları yaradıb
18 İyun 17:32
Qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir
18 İyun 17:28
Adil Əliyev: Qarabağ münaqişəsinin həlli regiona yeni inkişaf vəd edir
18 İyun 17:16
Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Kosmos” pavilyonunda MDB İqtisadi Şurasının iclası keçirilib
18 İyun 17:11
YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
18 İyun 17:02
Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib
18 İyun 17:01
YAP Göygöl rayon təşkilatı "Azərbacan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir" mövzusunda tədbir keçirib
18 İyun 16:55
Cavanşir Paşazadə: Azərbaycan-Türkiyə birliyi xalqlarımıza yeni-yeni zəfərlər qazandıracaq
18 İyun 16:50
Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyonu ötüb
18 İyun 16:49
Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib
18 İyun 16:44
AŞPA-nın komitə iclasında Azərbaycanın Zəngilanda həyata keçirdiyi “ağıllı kənd” konsepsiyasından danışılıb
18 İyun 16:41
Azərbaycanda koronavirus infeksiyasından daha 148 nəfər müalicə olunaraq sağalıb
18 İyun 16:37
Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti çox böyükdür
18 İyun 16:29
Antalya Diplomatiya Forumu işə başlayıb
18 İyun 16:17
YAP Mingəçevir şəhər təşkilatının nümayəndələri qazi Əli Rzayevin ailəsini ziyarət ediblər
18 İyun 15:59
Milli Məclisin deputatları Fransaya səfər edəcəklər
18 İyun 15:59
“Anadolu Qartalı - 2021” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub
18 İyun 15:58
MEDİA ilə ADA Universitetinin təşkil etdiyi silsilə seminarlara üçüncü qrup media nümayəndələri qoşulublar
18 İyun 15:52
İCESCO və AZƏRTAC media sahəsində Əməkdaşlıq Memorandumu imzalayıb
18 İyun 15:50
Təhsil naziri Təhsil Tələbə Krediti Fondu ilə bağlı sualları cavablandırıb
18 İyun 15:49
İqtisadiyyat Nazirliyi Türkiyə şirkəti ilə anlaşma memorandumu imzalayıb
18 İyun 15:46
İlham İsmayılov: Azərbaycan və Türkiyə Türk dünyasının birliyi üçün lokomativ rolunu öz üzərinə götürür
18 İyun 15:43
Rauf Əliyev: Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra bölgənin yeni inkişaf dövrü başlayıb
18 İyun 14:57
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada xorvatiyalı həmkarı ilə görüşüb
18 İyun 14:39
“Israel HaYom” nəşri: İsraillilər Odlar Yurduna səyahətin maraqlı olacağına əmin ola bilərlər
18 İyun 14:17
Fövqəladə hallar naziri Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb
18 İyun 14:10
Anar Məmmədov: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin birliyinin və həmrəyliyinin rəmzidir
18 İyun 14:03
Nüvədi kəndinin sakinləri doğma torpaqlara qayıtmaq hüququnun təmin olunması üçün dünya birliyinə müraciət ediblər
18 İyun 13:59
Antalyada Azərbaycanın xarici işlər naziri ilə Moldovanın Qaqauziya Muxtar Ərazisinin rəhbəri arasında görüş keçirilib
18 İyun 13:51
Ali təhsil müəssisələrində karyera mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi məsələsi müzakirə olunub
18 İyun 12:54
Azərbaycanın xarici işlər naziri Antalyada BMT-nin Baş katibinin köməkçisi ilə görüşüb
18 İyun 12:40
Təhsil tələbə krediti əcnəbi tələbələrə şamil edilməyəcək
18 İyun 12:35
Deputat: Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır
18 İyun 12:27
Leyla Abdullayeva: Beynəlxalq insan hüquqları təşkilatlarını üçtərəfli Bəyanatın həyata keçirilməsini dəstəkləməyə çağırırıq
18 İyun 12:14
“ASAN xidmət”lə Asiya İnkişaf Bankı arasında əlaqələr genişləndirilir
18 İyun 12:13
Azərbaycan ilə Türkiyə arasında gənclərlə iş və idman sahələrində əməkdaşlıq genişləndirilir
18 İyun 12:03
Tələbə krediti 2 qrupa bölünəcək
18 İyun 11:53
Təhsil naziri: Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi illik təhsil haqqından çox olmayacaq
18 İyun 11:51
Müstəqilliyimizin əbədiləşdiyi gün
18 İyun 11:44
Pakistanlı ekspert: Şuşa Bəyannaməsi regional əməkdaşlığın genişləndirilməsi baxımından ən yaxşı təşəbbüsüdür
18 İyun 11:42
Xarici ölkənin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxs məsuliyyətə cəlb olunub
18 İyun 11:30
Tələbə təhsil krediti verilərkən tələbənin topladığı bal nəzərə alınacaq
18 İyun 11:28
Şuşa Bəyannaməsi ölkəmizdəki siyasi birliyi daha da möhkəmləndirəcək

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+29 +34
gecə+22 +25