Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Şanlı Zəfər yolumuz” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Şanlı Zəfər yolumuz” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

19.05.2021 [16:53]

Mayın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə gənc yazarlar və jurnalistlər arasında keçirilən “Şanlı Zəfər yolumuz” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Yazı müsabiqəsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, qalibləri təbrik edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova komitə tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə yazı müsabiqələrinin təşkilinin artıq ənənə halını aldığını bildirib.

Xalq və dövlət olaraq ən böyük uğurumuzun 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər olduğunu söyləyən komitə sədri deyib: “Ulu öndər Heydər Əliyevin ən böyük arzusu işğal altındakı torpaqlarımızın azad edilməsi idi. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 30 ilə yaxın əsarət altında qalan torpaqlarımızı düşmən işğalından azad etdi. Böyük Zəfərimizin bünövrəsində Ulu Öndərin ideyaları və tövsiyələri dayanır”.

B.Muradova bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bir yumruq olaraq düşmənin başını əzdi və ərazi bütövlüyünü bərpa etdi. Böyük Zəfərin qazanılmasında əsgər və zabitlərimizin rolunu yüksək qiymətləndirən komitə sədri diqqətə çatdırıb ki, Vətən üçün canından keçən qəhrəman oğulların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin dövlətimizin diqqət mərkəzində olduğunu vurğulayan komitə sədri deyib ki, Azərbaycanın dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki Zəfərdən sonra daha da möhkəmlənib. Azərbaycan bundan sonra da inkişaf edəcək və daha da güclənəcək.

Müsabiqədə 3-cü yerin sahibi, Vətən müharibəsi şəhidi Oqtay Səfərovun bacısı Günel Səfərova və anası Zülfiyyə Səfərova çıxış edərək, müsabiqənin təşkilinə görə minnətdarlıqlarını bildirib, qəhrəman Vətən oğullarının xatirəsinə ehtiramlarını ifadə ediblər.

Müsabiqəyə ümumilikdə 75 yazı təqdim olunub. Müsabiqənin qalibi adını İkinci Qarabağ müharibəsinin Zərdab rayonundan olan iştirakçısı, “Cəsur döyüşçü” medalının sahibi, qazi Hüseyn Kərimov qazanıb. İkinci yeri müstəqil jurnalist Xavər Abbasova (İsmayıllı) tutub.

Müsabiqənin iki iştirakçısı isə həvəsləndirici mükafata layiq görülüb.

Paylaş:
Baxılıb: 194 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31