Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ötən həftə ərzində dünyada koronavirusa yoluxma hallarının sayı 12 faiz azalıb

Ötən həftə ərzində dünyada koronavirusa yoluxma hallarının sayı 12 faiz azalıb

19.05.2021 [12:22]

Mayın 10-dan 16-dək dünyada 4.809.520 koronavirusa yoluxma və koronavirusla bağlı 85.975 ölüm faktı qeydə alınıb.

AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytına istinadla xəbər verir ki, beləliklə, əvvəlki yeddi günün müvafiq göstəriciləri ilə müqayisədə yoluxma hallarının sayı 12 faiz, ölüm hallarının sayı isə 5 faiz azalıb.

ÜST-nin həftəlik epidemioloji bülletenində deyilir: “Ötən həftə qlobal miqyasda COVID-19-la bağlı yeni yoluxma və ölüm hallarının sayı azalmaqda davam edib: 4,8 milyondan çox yeni yoluxma və 86 minə yaxın ölüm faktı qeydə alınıb. Bu, əvvəlki həftə ilə müqayisədə müvafiq surətdə 12 faiz və 5 faiz aşağıdır”.

Mayın 16-na olan məlumata görə, dünyada COVID-19-a yoluxma hallarının qeydiyyata alınmış sayı 162.184.263, COVID-19 ilə bağlı ölüm hallarının sayı isə 3.364.446 olub.

Paylaş:
Baxılıb: 199 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31