Ana səhifə »  Xəbər lenti »  “Xarıbülbül” festivalı Azərbaycanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı
A+   Yenilə  A-
“Xarıbülbül” festivalı Azərbaycanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı

Prezident İlham Əliyev: Bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır
Hər bir azərbaycanlının qəlbində xüsusi yer tutan, qədim mədəniyyət beşiyi olan Şuşa 29 il çəkən işğal dövründə mənfur düşmənin vurduğu ziyanlara, törətdiyi dağıntılara baxmayaraq, özünün təkrarsız aurasını, milli ruhunu qoruyub saxladı. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı qələbədən sonra əziz Şuşamızın yeni növrağı - qonaqlı-qaralı, çal-çağırlı günləri başlayıb. Hazırda Şuşada irimiqyaslı quruculuq işləri aparılmaqla yanaşı, həm də şəhərin tarixi ənənələri bərpa olunur, mədəni həyatı canlandırılır. Prezident İlham Əliyev 7 may 2021-ci il tarixində Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. Mayın 12-13-də isə Şuşanın Cıdır düzündə dövlətimizin başçısının təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva festivalda iştirak ediblər. Tədbirin açılışında çıxış edən Prezident İlham Əliyev Şuşada “Xarıbülbül” festivalının keçirilməsini ölkəmizin tarixində əlamətdar hadisə kimi səciyyələndirib. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edən dövlətimizin başçısı vurğulayıb: “Bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır”.
Vətən müharibəsində şanlı Qələbənin təmin olunmasında Azərbaycandakı milli birlik, həmrəylik mühüm rol oynadı
Dövlətimizin başçısının öz çıxışında xatırlatdığı kimi, “Xarıbülbül” festivalı Azərbaycanın şanlı qələbəsi, işğalçı Ermənistanın tam kapitulyasiyası ilə başa çatan Vətən müharibəsində həyatlarını itirən hərbçilərimizin xatirəsinə həsr olunub. Şəhidlərimizin canı-qanı bahasına qazanılan bu qələbə ölkəmizin, xalqımızın şanlı tarixidir. Respublikamızın ərazi bütövlüyünün təmin edilməsi məsələsi son üç onillik ərzində Azərbaycan dövlətinin gündəliyinin mərkəzində dayanmışdı. Bütün bu illər ərzində nə dövlətimiz, nə cəmiyyətimiz, nə də xalqımız işğal faktı ilə barışmadı. Respublikamızın milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşı qəlbində haqq-ədalətin öz yerini tapacağına və ərazi bütövlüyümüzün bərpa olunacağına böyük ümid bəsləyirdi. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət bizi qələbəyə addım-addım yaxınlaşdırdı. Prezident İlham Əliyevin bildirdiyi kimi, 44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. “Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı. 44 günlük müharibə bizim şanlı tariximizdir. 44 günün hər bir günü qəhrəmanlıq dastanı idi, hər bir gündə biz şəhidlər verirdik, qan tökürdük və irəliyə gedirdik. Hər gün biz irəliyə gedirdik. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq irəli gedirdik, şəhidlər verərək, qan tökərək, xalqımız birləşərək və biz birləşib bu Qələbəni şərtləndirdik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün əməliyyatları yüksək səviyyədə həyata keçirən igid hərbçilərimiz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdilər. Noyabrın 8-də Şuşanın xüsusi əməliyyatla geri qaytarılması müharibənin taleyini böyük dərəcədə həll etdi. Uca dağların başında yerləşən və sıldırım qayalarla əhatə olunan doğma şəhərimizin işğaldan azad edilməsi, sözün əsl mənasında, bir qəhrəmanlıq dastanıdır. İşğalçılar toplardan, tanklardan, digər ağır silahlardan atəş açırdılar, bütün yollar nəzarətə götürülmüşdü. Ancaq hərbçilərimiz milli ruh nümayiş etdirdilər, mümkün olmayanı bacardılar, Şuşaya sərt yamacları aşaraq, dar cığırlardan keçərək piyada daxil oldular və əlbəyaxa döyüşlərdə qələbə çaldılar. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və işğalçı dövlətinin çökməsi demək idi. Ertəsi gün Azərbaycanın Silahlı Qüvvələri daha 70-dən çox yaşayış məntəqəsini, bir sıra strateji əhəmiyyətli yüksəklikləri işğaldan azad etdi. Döyüş meydanında sarsıdıcı məğlubiyyətlə üzləşən düşmən noyabrın 10-da üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Azərbaycanın şərtlərinə əsasən, formalaşdırılmış həmin sənədə əsasən, üzərinə bir sıra öhdəliklər götürən işğalçı Ermənistan sonradan Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz geri qaytardı. Şuşanın işğaldan azad edildiyi tarix - 8 noyabr respublikamızda rəsmi dövlət bayramı elan olunub. Xatırladaq ki, gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Şəhərin təməli Pənahəli xan tərəfindən 1752-ci ildə qoyulub. Həmin tarixdən işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Yuxarıda vurğuladığımız kimi, ermənilər işğal dövründə nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilməyiblər.
Təbii ki, 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizin təmin olunmasını şərtləndirən bir sıra mühüm amilləri sadalamaq mümkündür. Bu amillər sırasında Azərbaycan cəmiyyətinin monolitliyi, həmrəyliyi xüsusi yer tutur. Müharibə dövründə ölkəmizdə yaşayan bütün xalqların Vətənin müdafiəsinə qalxması, ümumi düşmənə qarşı eyni səngərdə vuruşması, həmçinin əksər siyasi partiyaların Prezident, Ali Baş Komandan İlham Əliyevə dəstək verməsi Azərbaycanın milli gücünü artırdı, Ordumuzu yenilməz etdi. Ölkəmizdə həmrəyliyin yüksək səviyyədə olmasından, respublikamızda bütün xalqların döstluq, qardaşlıq şəraitində yaşamasından məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” festivalı Azərbaycanın multikultural ənənələrinə sadiq qaldığını bir daha təsdiqlədi
Hazırda dünyada milli-dini-etnik zəmində müşahidə edilən proseslər heç də ürəkaçan deyil. Biz bir sıra hallarda ayrı-ayrı ölkələrdə insanların məhz milli-dini fərliliyə görə diskriminasiyalara məruz qaldıqlarının şahidi oluruq ki, bu da öz növbəsində, qanlı toqquşmalara, sonu görünməyən münaqişələrə gətirib çıxarır. Belə arzuolunmaz proseslərin fonunda Azərbaycanda müşahidə edilən mənzərə müsbət bir nümunə kimi diqqət çəkir. Respublikamızda tarixdən gələn tolerantlıq ənənələri bu gün də yüksək səviyyədə qorunaraq yaşadılır. Hazırda özünün çoxkonfessiyalı və çoxmədəniyyətli mühiti ilə qürur duyan Azərbaycan tolerantlığı təbliğ edən və öz təcrübəsini bölüşən azsaylı ölkələr sırasında yer alır. Qeyd etmək xoşdur ki, respublikamızın bu istiqamətdə apardığı siyasət müsbət nəticə verir. Belə ki, hazırda beynəlxalq miqyasda bu məsələ ilə bağlı daha dəqiq təsəvvür formalaşıb. Azərbaycanın multikulturalizmə böyük önəm verdiyini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur.
Öz növbəsində, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” festivalı da Azərbaycanın multikultural ənənələrinə sadiq qaldığını bir daha təsdiqlədi. Tədbirdə ölkəmizdə yaşayan ayrı-ayrı xalqların yaradıcılıq qruplarının bir-birindən maraqlı çıxışları bütövlükdə festivalın rəngarəngliyini daha da artırdı. Əslində, müharibədən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ilk dəfə keçirilən “Xarıbülbül” festivalında ölkəmizdə yaşayan müxtəlif xalqların musiqisinin səsləndirilməsi böyük rəmzi məna daşıyır. Yuxarıda bildirdiyimiz kimi, 44 günlük Vətən müharibəsində Azərbaycandakı bütün xalqların təmsilçiləri misilsiz fədakarlıqlar göstəriblər. İndi həmin xalqların işğaldan azad olunan Şuşada keçirilən festivalda şənlənməyə və qələbə sevincini bölüşməyə hər cür mənəvi haqqı var. Festivalın Azərbaycanda yaşayan bütün xalqları əhatə etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev “Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır”, - deyə bildirib.
Qeyd edək ki, mayın 12-də - “Xarıbülbül” musiqi festivalının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq, hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırıb. Festivalın ikinci günündə qala-konsert baş tutub. Əsl musiqi, mədəniyyət bayramına çevrilən festivalın sonunda Cıdır düzündə hamı birlikdə “Qarabağ Azərbaycandır!” söyləyib.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  3630  |  
  • Tarix:  18-05-2021  |  
  •    Çap et   |  
Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar

14 İyun 21:10
Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton ilə telefon danışığı olub
14 İyun 21:02
Brüsseldə Türkiyə və ABŞ prezidentləri arasında görüş keçirilib
14 İyun 21:01
Milli Qurtuluş Günü ədliyyə orqanlarında qeyd olunub
14 İyun 21:00
Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində əməkdaşlığı genişləndirir
14 İyun 20:53
Azərbaycan ilə Monqolustan arasında çoxtərəfli formatlarda əməkdaşlıq uğurla həyata keçirilir
14 İyun 20:49
Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır
14 İyun 20:40
YAP Göyçay rayon təşkilatı “Tarixi qələbəyə gedən yol qurtuluşdan başlayır” adlı videokonfrans keçirib
14 İyun 20:34
YAP Bərdə rayon təşkilatında “Qurtuluşdan qələbəyə” adlı təqdimat mərasimi keçirilib
14 İyun 20:28
YAP Şəmkir rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
14 İyun 20:14
Mingəçevirdə “Ümummilli Lider Heydər Əliyev milli qurtuluşumuzun müəllifidir” mövzusunda videokonfrans keçirilib
14 İyun 20:11
Bakı Slavyan Universitetində tədbir: Əsrə bərabər gün
14 İyun 20:09
“Xilaskarlıq missiyası”
14 İyun 19:05
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
14 İyun 18:56
Binəqədi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan-zəfərə” mövzusunda tədbir keçirilib
14 İyun 18:50
Fəxrəddin Vəliyev: Ulu Öndər Heydər Əliyevin adı tariximizə böyük xilaskar kimi düşüb
14 İyun 18:46
Ağdaşda “Qurtuluşdan başlanan yol” adlı konfrans keçirilib
14 İyun 17:49
Adil Əliyev: Milli Qurtuluş Günü ölkəmizin parçalanmasının qarşısının alınmasının başlanğıc tarixidir
14 İyun 17:46
YAP Gəncə şəhər təşkilatında Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib
14 İyun 17:40
BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni layihələrlə xeyli genişlənib
14 İyun 17:34
Milli Məclis deputatları Moskva şəhərinə səfər edəcəklər
14 İyun 17:33
YAP Hacıqabul rayon təşkilatı "Azərbaycanın tarixi qələbəsi Heydər Əliyev siyasətinin uğurudur" mövzusunda videokonfrans keçirib
14 İyun 17:32
Səfir: Norveç bölgədə sülhün və sabitliyin tərəfdarıdır
14 İyun 17:28
Gədəbəydə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
14 İyun 17:22
YAP Qaradağ rayon təşkilatı Qaradağ rayon İcra Hakimiyyəti ilə birgə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirib
14 İyun 17:20
Pərvin Kərimzadə: Milli Qurtuluş Günü dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb
14 İyun 17:18
Şahin İsmayılov: Ölkəmiz qlobal proseslərə kifayət qədər böyük töhvələr verir
14 İyun 17:15
Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub
14 İyun 17:09
Azərbaycan və Qazaxıstan parlamentlərarası dostluq qruplarının onlayn görüşü keçirilib
14 İyun 16:54
Umayra Tağıyeva: Təbiət istifadəçilərini təbiəti, ətraf mühiti tullantılarla çirkləndirməməyə çağırıram
14 İyun 15:57
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü qeyd edilib
14 İyun 15:56
“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başlayıb
14 İyun 15:51
YAP Qubadlı rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə videoformatda tədbir keçirib
14 İyun 15:31
Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis edilib
14 İyun 15:24
Yevlaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
14 İyun 15:13
Təhsil naziri “Son zəng” tədbirində iştirak edib
14 İyun 15:02
Təhsil İnstitutu Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq edəcək
14 İyun 14:59
YAP Sumqayıt şəhər təşkilatında şəhid Kərim Əhmədəliyevin xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
14 İyun 14:54
YAP Cəbrayıl rayon təşkilatı Milli Qurtuluş Günü münasibətilə videokonfrans keçirib
14 İyun 14:52
“Azərbaycanla qürur duyuruq”
14 İyun 14:43
Təhsil nazirinin müavini: 2020-2021-ci tədris ili uğurlarla yadda qaldı
14 İyun 14:27
Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi təsis ediləcək
14 İyun 14:25
Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş jurnalistlər və yerli icra hakimiyyətinin nümayəndəsi təltif edilib - SƏRƏNCAM
14 İyun 14:21
YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib
14 İyun 14:20
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
14 İyun 14:04
YAP Mərkəzi Aparatında 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” adlı gənc rəssamların sənət sərgisi keçirilib
14 İyun 14:02
Suraxanı rayonunda şəhid İsa Məmmədovun məzarı ziyarət olunub
14 İyun 13:28
Ömər Eldarov: Azərbaycan xalqı üçün əlamətdar günlərə həsr olunmuş sərgilərin təşkili ənənə halı alıb
14 İyun 12:59
Azərbaycandan keçməklə Potidən Daşkəndə ilk konteyner blok qatarı yola düşüb
14 İyun 12:56
“ASAN İmza” və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Elektron imza üzrə Avropa Forumunda təqdim edilib
14 İyun 12:39
Suraxanı rayonunda şəhid Məhəmməd İsmayılzadənin xatirəsinə inşa edilmiş bulağın açılışı olub
14 İyun 12:28
Bakı Ali Neft Məktəbinin Layihə İdarəetmə Məktəbinin növbəti məzun buraxılışı olub
14 İyun 12:22
Ombudsman: Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, ərazilərin bərpası prosesini də ləngidir
14 İyun 12:14
Tahir Budaqov: Milli qurtuluşdan başlayan yol milli tərəqqiyə yol açdı
14 İyun 12:09
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: Ermənistan təcavüzə görə özünün məsuliyyətini inkar edir
14 İyun 11:56
Daimi nümayəndəlikdə 15 İyun-Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
14 İyun 11:53
15 İyun Milli Qurtuluş Günü tarixə Azərbaycanın xilası günü kimi daxil olub
14 İyun 11:42
Deputat: Türkiyə Prezidentinin ölkəmizə səfəri Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirəcək
14 İyun 11:31
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib
14 İyun 11:20
Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində döyüşmüş livanlı muzdlu terrorçu 20 il müddətinə azadlıqdan məhrum edilib
14 İyun 10:44
YAP Suraxanı rayon təşkilatının nümayəndələri Gülərin 8 yaşını təbrik etmişlər
14 İyun 10:41
YAP Göygöl rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
14 İyun 10:27
Milli Kitabxana növbəti virtual sərgini Milli Qurtuluş Gününə həsr edib
14 İyun 10:15
Azərbaycan məktəblərində 84 min 69 şagird XI sinfi bitirir
14 İyun 09:19
Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” çalınır
14 İyun 09:11
Bu gün futbol üzrə Avropa çempionatında daha üç oyun keçiriləcək
13 İyun 18:46
Xəzər Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvləri bəyanatla çıxış ediblər
13 İyun 18:17
Hikmət Hacıyev: Xarici diplomatlarla buradan bir neçə ildən sonra müasir Ağdam şəhərinə qayıtmaq arzusu ilə ayrılırıq
13 İyun 18:14
Heydər Əliyev Mərkəzinin üzərində “Avro-2020”nin iştirakçıları ilə bağlı görüntülər nümayiş etdirilib
13 İyun 17:23
Xarici diplomatlara Ağdamda aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verilib
13 İyun 16:32
Seyid Abbas Musəvi: Çox təəssüf edirəm ki, bu cür cənnət kimi yerlər viran qoyulub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA