Ana səhifə »  Xəbər lenti »  “Xarıbülbül” festivalı Azərbaycanda illərdir yürüdülən multikulturalizm siyasətinin nümayişidir
A+   Yenilə  A-
“Xarıbülbül” festivalı Azərbaycanda illərdir yürüdülən multikulturalizm siyasətinin nümayişidir

Ötən həftə 29 illik fasilədən sonra Qarabağımız azan səsinə oyanıb, “Bayatı-Şiraz”ın səsinə qürurlanıb düşmənə bir daha göz dağı verdi. Qarabağımızın tacı olan Şuşamızdan gələn bu səsi bizə yaşadan Azərbaycan əsgərinin hünəri, döyüş ruhu oldu.  Cıdır düzündən yayılan bu səs həm də ermənilərin arzularını, xəyallarını yarımçıq qoyan, Şuşa ilə bağlı planlarını alt-üst edən haqq səsi idi. 

Şübhəsiz ki, Qarabağdan danışarkən ilk növbədə gözlərimizin önündə Azərbaycan mədəniyyətinin incisi olan Şuşa canlanır. Şuşa istər yerləşdiyi coğrafi mövqe, istərsə də tarixi və mədəni imkanlarından dolayı Azərbaycan üçün olduqca əhəmiyyətli bir məkandır. Çünki Şuşa sadəcə coğrafi baxımdan, Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüququnu nümayiş etdirən əsas yaşayış məntəqəsi kimi strateji əhəmiyyət kəsb edən bir yer yox, həm də Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir yerdir. Şuşa zəfərimizin rəmzidir, yenilməzlik nişanəsi, milli ruhumuzun sığınacağıdır. Əbəs yerə Azərbaycanın mədəniyyət və incəsənət beşiyi sayılan Şuşanı Qarabağın döyünən qəlbi adlandırmırlar. Şuşa Pənahəli xanın mirasıdır, Qarabağın baş tacıdır, Qafqazın sənət məbədidir, xalqın qürur yeridir, tariximizin rəngarəngliyinin sübutudur, dünya səviyyəli ziyalılarımızın həyata atdığı ilk addımların məskənidir. Azərbaycanın Üzeyir Hacıbəyov, Bülbül, Xan Şuşinski, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Xurşudbanu Natəvan, Əhməd bəy Ağaoğlu kimi məşhur ziyalıları, sənətçiləri əslən Şuşadandır. 8 Noyabr 2020 ci ildə Şuşanı işğaldan azad etməklə biz mədəniyyətimizi, mirasımızı, vəsiyyətimizi, məbədimizi, tariximizi, ruhumuzu qaytardıq. 

Bu gün artıq Şuşada bir sıra infrastruktur layihələri gerçəkləşdirilir, festivallar baş tutur. 12-13 may tarixlərində Şuşada 32 illik fasilədən sonra gerçəkləşdirilən “Xaribülbül” festivalı da  bizim qayıdışımızın əyani təsdiqi idi. İki gün boyunca bütün Azərbaycanın qəlbi məhz Şuşada döyünürdü.

Prezident İlham Əliyevin tapşırığına əsasən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu festivalın əbədi qürur yerimiz olan, Qələbəmizi bizə yaşadan şəhidlərin xatirəsinə həsr olunması isə əlbəttə ki, təsadüfi deyildi. Bununla şəhidlərimizin əziz xatirəsinə bir daha ən yüksək səviyyədə ehtiram göstərildi.  6 ay öncə hərbi gücü ilə Şuşaya geri dönən Azərbaycan əsgəri indi Azərbaycan xalqının mənəviyyatı ilə, mədəniyyəti ilə Şuşaya geri dönüşünü gerçəkləşdirdi. “Xarıbülbül” musiqi festivalının keçirilməsi Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirirdi. Gələn il 270 illik yubileyinin qeyd olunması ərəfəsində keçirilən bu festivalın bu ildən başlayaraq hər il keçirilməsi nəzərdə tutulur ki, bu da Şuşanın, Qarabağın əsil sahiblərinin kim olduğunu bir daha bütün dünyaya ələlxüsus da tarixi torpaqlarımızı illərdir ki, özününküləşdirməyə çalışan ermənilərə göstərdi. Festivalın açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bir daha 28 illik işğal dövrü ərzində bu vəziyyətlə barışmayacağı, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyimiz barədə verdiyi qərarlarda qətiyyətli olduğunu xatırlatdı. Festivalın keçirilməsinin digər bir əhəmiyyəti də iştirakçıların Azərbaycanda yaşayan bütün etnik xalqların, icmaların, millətlərin nümayəndələrini təmsil etmələri idi. Əlbəttə ki, bu da bütün dünyaya bir mesaj idi: Azərbaycan multikulturalist dəyərlərin ən yüksək səviyyədə təmsil olunduğu bir ölkədir . Bəli, Azərbaycanda fərqli etnik köklərə mənsub xalqlar birgə, bir ailə kimi yaşayırlar.Onların hər biri azərbaycanlıdır və bunu 44 günlük Vətən müharibəsində də bir daha sübut etdilər. Bizim etnik fərqliliyimiz ən böyük gücümüzdür. Monoetnik tərkibə malik Ermənistan da bunu görməli və anlamalıdır ki, fərqli millətlərin nümayəndələri birgə, qardaş kimi yaşaya bilərlər. 

Qeyd edək ki, may ayının 12-də daha bir əlamətdar hadisə baş verdi. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşada yeni məscidin təməlini qoydu. Təməlqoyma zamanı ökə başçımız bildirdi ki, məscid kompleksinin 8, minarələrinin isə 11 rəqəmi şəklində olacağı planlaşdırılır. Bu isəŞuşanın noyabrın –yəni 11-ci ayın 8-də azad edilməsini və Zəfər Gününü simvolizə edir. Beləliklə, Şuşa torpağı, Qarabağ torpağı bizim əbədi sevgimizdir. Şuşaya qayıdışımızı musiqi festivalı və azan səsi ilə qeyd etməyimiz isə bir daha  sübut etdi ki, bundan sonra azərbaycanlılar Şuşada əbədi yaşayacaqlar. Bu qayıdışın digər bir simvolik başlanğıcı da Ramazan bayramı ilə bağlı Yuxarı Gövhərağa məscidində bayram namazının qılınmasıdır. Qısa zamanda Şuşa həm regionun, həm də bütün dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcəkdir. Artıq Şuşanın əsl sahibləri geri dönüb və uzun illər düşmən tərəfindən dağıdılan Şuşa şəhərini bərpa edir, dirçəldir. Şuşanın əvvəlki şöhrətinin geri qaytarılmasında yeni dövr başlayır. “Xarı bülbül” fevstivalı xalqımızın haqq ədalət savaşında tarixi qələbəsinin təntənəsi, Azərbaycan xalqının milli birlik və həmrəyliyinin təcəssümu idi.


İlqam Əskərov,

YAP Pirallahı rayon təşkilatının aparat rəhbəri

 
  • Oxunub:  3390  |  
  • Tarix:  17-05-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır

23 İyun 22:21
Nizami Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib
23 İyun 22:02
Hulusi Akar: Qara dənizdəki gərginlik araşdırılır
23 İyun 21:51
“Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir
23 İyun 21:48
AŞPA-da pandemiyaya qarşı mübarizədə Azərbaycanın müsbət təcrübəsindən danışılıb
23 İyun 21:44
Azərbaycan Ordusunda briqada komanda-qərargah təlimi keçirilir
23 İyun 21:43
Türkiyə Məşvərət Şurasının növbəti iclası keçirilib
23 İyun 21:02
Kamal Cəfərov: Ermənistanın mina xəritələrini verməməkdə məqsədi yenidənqurma işlərinə və məcburi köçkünlərin qayıtmasına maneə olmaqdır
23 İyun 21:01
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daimi dövlət qulluğuna qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib
23 İyun 20:59
Şuşa Bəyannaməsi bütün dünyaya tarixi reallıqla barışmağın qaçılmazlığını göstərdi
23 İyun 20:52
Azərbaycanla Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələri genişlənir
23 İyun 20:50
Milli Məclisin növbədənkənar iclasının gündəliyinə 12 məsələ daxil edilib
23 İyun 20:48
Mariya Rizzotti: Artıq müharibə bitib, indi sülhün bərqərar olması barədə düşünmək lazımdır
23 İyun 20:41
Stefan Şennak: Ermənistan mina xəritələrini verməlidir, Ağdama gedib vəziyyəti öz gözlərimlə də görmək istəyirəm
23 İyun 20:39
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 4 məsələ plenar iclasa tövsiyə olunub
23 İyun 20:36
Prezidentin Mətbuat Xidmətinin məlumatı
23 İyun 17:37
İşğaldan azad edilmiş ərazilərimizdə modul tipli daha bir yeni hərbi hissə istifadəyə verilib
23 İyun 17:32
Nərimanov rayonu üzrə “Məktəb hesabatları” dinlənilib
23 İyun 17:30
Sevinc Fətəliyeva: Həqiqətlərin düzgün və şəffaf çatdırılması üçün jurnalistlərə təhlükəsiz şərait yaradılmalıdır
23 İyun 17:27
Parlamentlərarası əməkdaşlıq Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə xidmət edəcək
23 İyun 17:19
“Tələbə baharı” XV ümumrespublika bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırılıb
23 İyun 17:17
QDİƏT Parlament Məclisinin Baş Assambleyasının onlayn formatda iclası keçirilib
23 İyun 17:14
Azərbaycanın xarici işlər naziri Səudiyyə Ərəbistanına rəsmi səfərə yola düşüb
23 İyun 17:07
Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir
23 İyun 17:00
Cəlal Allahverdiyev: Şuşa Bəyannaməsində Qars müqaviləsinə istinad edilməsi tarixi sənədə sadiqliyin nümayişidir
23 İyun 16:52
Baş nazirin müavini: İşğaldan azad edilmiş bütün ərazilərdə keyfiyyətli su təminatı olacaq
23 İyun 16:51
Kamilə Əliyeva: Vətəndaşlarımız təhlükədən yayınmaq üçün Operativ Qərargahın tövsiyələrinə ciddi əməl etməlidirlər
23 İyun 16:43
Azərbaycanda koronavirus infeksiyasından daha 84 nəfər müalicə olunaraq sağalıb
23 İyun 16:33
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Şuşa Bəyannaməsi ilə bağlı konfrans keçirilib
23 İyun 16:23
Şahin Mustafayev: Üçtərəfli İşçi qrupu Ermənistanda yeni hökumət formalaşandan sonra fəaliyyətini davam etdirəcək
23 İyun 16:21
Prezident Vladimir Putin Qarabağda atəşkəsə nail olunmasında Rusiyanın rolunu qeyd edib
23 İyun 16:19
Rüstəm Nağıyev: Bəyannamənin Şuşada imzalanması xüsusi əhəmiyyət daşıyır
23 İyun 16:16
Azərbaycan Dövlət İqtisad Universitetində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib
23 İyun 16:12
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb
23 İyun 16:08
İntihar və intihara cəhd hadisələri ilə əlaqədar Baş Prokurorluqda konfrans keçirilib
23 İyun 16:06
Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin innovasiyalar və kosmik sahədə əməkdaşlığı müzakirə olunub
23 İyun 16:00
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “MILEX-2021” Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində iştirak edir
23 İyun 15:50
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının XII hesabat konfransı keçirilib
23 İyun 15:44
Rusiya paytaxtında Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransı keçirilir
23 İyun 15:38
Təkrar əkinlərə görə subsidiya almaq üçün müraciətlərin qəbuluna başlanılıb
23 İyun 15:32
Şahin Mustafayev: İşğaldan azad olunan ərazilərdə 13 iri çay, 9 su anbarı mövcuddur
23 İyun 15:27
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
23 İyun 15:20
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərinə yekun vurulub
23 İyun 15:14
Prezident İlham Əliyev: Biz bu miqyasda dağıntıdan inkişafa doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik
23 İyun 15:09
Müşfiq Məmmədli: Epidemioloji vəziyyətin yaxşılaşmasına baxmayaraq, vətəndaşlar karantin qaydalarına ciddi riayət etməlidirlər
23 İyun 15:05
Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu göstərdi
23 İyun 15:04
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri bölgədəki vəziyyəti müzakirə ediblər
23 İyun 14:48
Deputat: COVID-19 pandemiyasından uşaqlar daha çox əziyyət çəkirlər
23 İyun 14:31
Antalyaya gedib, Qalaiçini görməmək mümkün deyil
23 İyun 14:27
Azərbaycan ərazisində terror-təxribat cinayətləri törədən erməni silahlı dəstələrinin üzvləri ilə bağlı növbəti məhkəmə iclası keçirilib
23 İyun 14:24
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
23 İyun 14:24
Torpaqlarımızın işğaldan azad olunması 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaradıb
23 İyun 13:55
Təhsil naziri Bakı Ali Neft Məktəbində yaradılan tədris mühitini yüksək qiymətləndirib
23 İyun 13:52
Ankarada görkəmli qazax şairi Mukağali Makatayevin şeirlər kitabının təqdimatı olub
23 İyun 13:48
Hərbi cinayətlərdə ittiham olunan erməni hərbçilərlə bağlı növbəti məhkəmə iclası keçirilib
23 İyun 13:31
Vüsal Qasımlı: Dünya bazarlarının Azərbaycan iqtisadiyyatına təsiri müsbətdir
23 İyun 13:09
AŞPA-nın bir qrup üzvü Ermənistanın bütün mina xəritələrini verməsi ilə bağlı bəyanat yayıb
23 İyun 12:58
Vətən müharibəsindən sonra 100-cü şəhid övladı dünyaya gəlib
23 İyun 12:56
Maliyyə Nazirliyi: Hazırda Dünya Bankından kreditin alınması gündəmdə deyil
23 İyun 12:50
Prezident İlham Əliyev dövlət qulluqçularını təltif edib – SƏRƏNCAM
23 İyun 12:24
Ağdamın işğaldan azad olunmuş ərazilərində su ehtiyatlarının qiymətləndirilməsi ilə əlaqədar iclas keçirilib
23 İyun 12:09
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul edib
23 İyun 12:03
Azərbaycanda əhalinin 19 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib
23 İyun 11:58
Bu gün “Avro-2020”nin qrup mərhələsinə yekun vurulacaq
23 İyun 11:52
Yay məktəbi çərçivəsində məktəblilər üçün ekskursiyalar təşkil olunub
23 İyun 11:46
Sədaqət Vəliyeva: Vaksinasiya olunmaq və Operativ Qərargahın qaydalarına əməl etmək vacibdir
23 İyun 11:37
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açır
23 İyun 11:18
Deputat: Müharibədən 7 ay keçməsinə baxmayaraq, Azərbaycanın “dəmir yumruğu” Ermənistanı hələ də silkələməkdədir
23 İyun 10:51
KOB-ların biznes fəaliyyətlərində üzləşdiyi çətinliklər müzakirə olunub
23 İyun 10:21
Təhsil Nazirliyi: Şagirdlərin dərsliklərə dair fikirləri öyrənilir
23 İyun 10:13
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+34 +39
gecə+20 +24