Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / DİN-dən I Avropa Oyunları tamaşaçılarına tövsiyələr

DİN-dən I Avropa Oyunları tamaşaçılarına tövsiyələr

05.06.2015 [11:13]

Daxili İşlər Nazirliyi (DİN) I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək tamaşaçılara özləri ilə hansı sənədləri götürmələri və hansı əşyalardan istifadədən imtina etmələrinə dair tövsiyələr verib.
Trend xəbər verir ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Əziz Baqişev İTV-yə açıqlamasında deyib ki, ilk Avropa Oyunları zamanı tamaşaçıların, eləcə də iştirakçıların təhlükəsizlyinin təmin edilməsi məqsədi ilə biletlə yanaşı şəxsiyyət vəsiqələrini də gətirməlidirlər. Əlavə sıxlığın yaranmaması üçün tamaşaçılardan Bakı Olimpiya Stadionunun ərazisinə vaxtında, yəni saat 17:00-dan etibarən toplaşmaları tövsiyə olunur: "Tamaşaçılar “ekspress” avtobuslarına minərkən onların şəxsiyyət vəsiqələri və biletləri vizual qaydada yoxlanılacaq. Sonra həmin tamaşaçılar turniketlərdən keçəcəklər, bu zaman onlar əllərində olan bileti və şəxsiyyət vəsiqələrini turniketin üzərində olan xüsusi yerə yaxınlaşdıraraq içəri daxil ola biləcəklər. Sonra tamaşaçılar xüsusi avadanlıqlar vasitəsilə yoxlanılaraq stadiona buraxılacaqlar”.
Ə.Baqişev tamaşaçılara qadağan olunmuş əşyaları özləri ilə götürməməyi məsləhət görüb: “Bunlar əsasən partlayıcı, tezalışan maddələr, priotexniki məhsullar, kəsici-deşici alətlər, şüşə qablarda olan hər hansı maye, iri həcmli çantalar və irihəcmli digər əşyalar stadiona buraxılmayacaq. Qadağan olunmuş əşyaların siyahısı tamaşaçılara satılan biletlərə qoşma şəkildə əlavə olunub”.
Qeyd edək ki, I Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsi üçün Daxili İşlər Nazirliyi və Daxili Qoşunların əməkdaşlarından ibarət 25 min qüvvə cəlb olunub. Yarış və qeyri-yarış obyektləri, qonaqların qalacağı mehmanxanalar nəzarətə götürülüb, nəzarət-müşahidə kameraları quraşdırılıb, hərəkət marşrutu üzrə təhlükəsizlik tədbirləri həyata keçirilib.

Paylaş:
Baxılıb: 386 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30