Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Xarıbülbül” musiqi festivalının keçirilməsi azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasının gözəl nümunələrindəndir

“Xarıbülbül” musiqi festivalının keçirilməsi azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasının gözəl nümunələrindəndir

12.05.2021 [17:21]

Azərbaycan Müzəffər Ali Baş Komandanın rəhbərliyi və şanlı Ordumuzun qəhrəmanlığı nəticəsində öz gücünə ərazilərini işğaldan azad etdi və ərazi bütövlüyünü bərpa etdi. Təəssüflər olsun ki, işğaldan azad olunmuş ərazilərimizdə olan minlərlə tarixi abidəmiz ermənilər tərəfindən ya dağıdılıb, ya da onların gerçək tarixi saxtalaşdırılıb. Prezident İlham Əliyev bu ərazilərə səfərləri zamanı bu məsələləri diqqətdə saxlayır və erməni şovinistlərinin törətdiyi vəhşilikləri əyani şəkildə göstərir. Prezident, həmçinin qeyd edir ki, bu ərazilərimizin yenidən bərpası ilə yanaşı, maddi-mədəni tariximizin bərpası istiqamətində də işlər ən yüksək səviyyədə icra olunacaq. Artıq biz bu sahədə görülən işlərin şahidiyik.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov bildirib.

Deputat deyib: “Bu torpaqlar əzəli-əbədi Azərbaycan torpaqlarıdır. Buralarda olan tarixi-mədəni abidələrimiz də bunun əyani sübutlarıdır. İşğaldan azad olunmuş ərazilərdə olan bir çox tarixi-mədəni nümunələr dünya mədəni irsinin də zərif nümunələrindəndir. Əfsuslar olsun ki, erməni vandalları bu abidələrin bir çoxuna ciddi ziyan vurub. Amma biz əminik ki, güclü Azərbaycan dövləti bu sahədə də işləri ən yüksək səviyyədə təşkil edəcək. Artıq məlum olduğu kimi Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. Öz coğrafi quruluşuna, tarixinə, mədəni abidələrinə və bir çox parametrlərinə görə unikallığı ilə fərqlənən bu qədim Azərbaycan şəhəri yaxın gələcəkdə dünya miqyasında da tanınan yerlərdən biri olacaqdır”.

Şahin İsmayılov qeyd edib ki, festivallar böyük bir mədəni hadisədir. Dünyada bir çox şəhərlərin adı məhz orada keçirilən festivalların adları ilə bağlıdır. “Xarıbülbül” musiqi festivalı da öz tarixi və rəngarəngliyi olan, keçirildiyi dövrdə bir çox mədəniyyət adamlarının diqqətini cəlb edən bir mədəniyyət hadisəsi idi. Ermənilərin Şuşa şəhərini işğal etməsi ilə bu mədəni hadisə də bir növ işğal altına düşmüşdür. Artıq bu torpaqlar öz sahiblərinə qovuşublar. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə öz mədəni irsini bərpa edir. “Xarıbülbül” musiqi festivalı da bunun gözəl nümunələrindəndir.

Paylaş:
Baxılıb: 313 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31