Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ulu öndər Heydər Əliyevin bütün fəaliyyətinin kökündə xalqına, dövlətinə, Vətəninə sonsuz məhəbbət dayanırdı

Ulu öndər Heydər Əliyevin bütün fəaliyyətinin kökündə xalqına, dövlətinə, Vətəninə sonsuz məhəbbət dayanırdı

07.05.2021 [20:56]

Mayın 7-də müasir Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) onlayn formatda tədbir keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ulu öndərin Azərbaycan tarixində yeri və rolu, tarixi əhəmiyyətli xidmətləri, uğurlu fəaliyyəti və xilaskar missiyaları barədə danışıb.

Qeyd edib ki, tariximizin bənzərsiz siması olan Heydər Əliyevin bütün fəaliyyətinin kökündə xalqına, dövlətinə, Vətəninə sonsuz məhəbbət dayanırdı və xalqı üçün nə edirdisə, onu böyük şövqlə, sevərək edirdi. Ulu Öndər özünün dühası, özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi nöqtədə birləşdirmək bacarığı ilə dövlətə rəhbərlik fəaliyyətinin bütün mərhələlərində xalqın rəğbət və etimadını, inamını qazanıb.

AHİK sədri Ümummilli Liderin Azərbaycan cəmiyyətinin vahidliyinin, bütövlüyünün təmin olunmasını özünün strateji vəzifəsi saydığını, ölkəni sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan vermədiyini deyib.

Qeyd olunub ki, Ulu Öndər istər 1969-cu ildə, istərsə də 1993-cü ildə hakimiyyətə gələrkən ölkədə böhran vəziyyəti hökm sürürdü, həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçilərkən də orada durum o qədər də yaxşı deyildi. Ulu Öndər hər üç halda üzərinə götürdüyü missiyanı uğurla yekunlaşdıraraq xilaskar rolunu oynayıb. Bugünkü çiçəklənən Azərbaycanın uğurlarının kökündə məhz Onun unudulmaz tarixi xidmətləri dayanır.

S.Möhbalıyev bildirib ki, 1993-cü ildə Prezident seçiləndən sonra ali rəhbərin sərkərdəlik məharəti ilə Ermənistanın Azərbaycana qarşı hücum əməliyyatlarının dayandırıldığını və ardınca Füzuli rayonunun 20, Cəbrayıl rayonunun bir hissəsinin, həmçinin Horadiz qəsəbəsinin işğaldan azad edildiyi tarixi “Horadiz” əməliyyatını xatırladaraq, bunu münaqişənin gedişində əsaslı dönüş adlandırıb.

Ulu Öndərin həmkarlar ittifaqlarına diqqət və qayğısından danışan AHİK sədri qeyd edib ki, ötən əsrin 90-cı illərin əvvələrində rəhbərlik etdiyi quruma ovaxtkı hakimiyyətin münasibəti birmənalı olmayıb. Həmkarlar ittifaqlarının işinə yerli-yersiz müdaxilələr olunduğunu, hətta qurumun mülkiyyəti hesab edilən inzibati binanın başqa bir quruma verilməsi cəhdi göstərildiyini vurğulayıb. Məhz ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra bu cür təzyiqlərə son qoyulub, həmkarlar ittifaqlarının həyatında yeni mərhələ başlayıb. Ümummilli Lider daim həmkarlar ittifaqının fəaliyyətini diqqətdə saxlayırdı, qayğıları ilə maraqlanırdı və bugünkü fəaliyyətimiz, uğurlarımız üçün ona borcluyuq.

AHİK sədri bildirib ki, Ulu Öndərin layiqli davamçısı kimi Prezident İlham Əliyevin də diqqət və qayğısını həmişə üzərimizdə hiss edirik. Bu, bizi daha da ruhlandırır və məsuliyyətimizi artırır.

Sonra Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının sədri Hikmət Osmanov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Cəmilə Səttarova, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının sədri Cahangir Əliyev, Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının sədri Fəzail Bağırov çıxış edərək ulu öndərin həyat yolundan, siyasi fəaliyyətindən, quruculuq işlərindən, kadr siyasətindən söz açıblar və xatirəsini ehtiramla yad ediblər.

Paylaş:
Baxılıb: 451 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30