/ / Tahir Mirkişili: “Dövlət satınalmaları haqqında” qanun layihəsi ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə hazırlanıb
Tahir Mirkişili: “Dövlət satınalmaları haqqında” qanun layihəsi ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə hazırlanıb
05.05.2021 [14:43]
“Dövlət satınalmaları haqqında” qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin dövlət satınalmalarında şəffaflığın və səmərəliliyin təmin edilməsinə dair tapşırıqlarının icrası, bu sahədə ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin ( birinci oxunuş) müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, qanun layihəsi elektron satınalmanın əhatə dairəsinin genişləndirilməsi, kotirovka sorğusu prosedurunun elektronlaşması və açıq tenderlə yanaşı, kotirovka sorğusunun (5 min manatdan 50 min manatadək olan tenderlər) yalnız portal vasitəsilə həyata keçirilməsini, dövlət satınalma proseslərində iştirak haqlarının və digər xərclərin əhəmiyyətli şəkildə azaldılmasına, sahibkarlara iştirak üçün geniş imkanların yaradılmasına, o cümlədən iştirak haqlarının portalın operatoruna ödənilməsinin təşkilini, həmçinin bu vəsait hesabına portalın saxlanılması xərclərinin ödənilməsi məqsədlərinə xidmət edir.
Qeyd olunub ki, qanun layihəsində, həmçinin dövlət satınalmaları üzrə prosedurların və şikayət mexanizminin təkmilləşdirilməsi, müddətlərin (o cümlədən satınalma elanları ilə bağlı müddətlərin, təkliflərin qiymətləndirilməsi və müqavilənin imzalanması müddətlərinin azaldılması, işlərin tamamlanmasına görə təminatın təkrar alınması ilə bağlı tələbin qanunda konkretləşdirilərək bütün təminat müddətini əhatə etməsi, işlərin yoxlanması zamanı satınalan qurum icra olunmuş işlər üzrə razılığa gələ bilmədiyi zaman yaranan gecikmənin tənzimlənməsi və azaldılması, mövcud müqavilələrə edilən əlavələr və kiçik düzəlişlər üçün müddətin azaldılması) konkretləşdirilməsi və optimallaşdırılması, əlavə məsuliyyət tədbirlərinin müəyyənləşdirilməsini nəzərdə tutur.
Qanun layihəsində satınalma müqavilələrinin icrasına başlanılması üçün icazələrin alınmasının satınalan təşkilatlar tərəfindən qabaqcadan təmin edilməsi (əvvəllər müqaviləni udan sahibkar (podratçı) müqavilə üzrə icazələri fərdi qaydada aidiyyəti dövlət qurumlarından almalı idi), portal vasitəsilə həyata keçirilən satınalmalarda (açıq tender və kotirovka sorğusu) iştirak haqqının portalın operatoruna ödənilməsi, portalın təkmilləşdirilməsi üçün dayanıqlı maliyyə təminatının yaradılması və satınalma barədə elanların yalnız portal vasitəsilə verilməsi (əvvəllər elanların qəzetlərdə dərci həm maliyyə resurslarının, həm də vaxt itkisinə səbəb olurdu), malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun əvvəlcədən qiymətləndirilməsi prosedurunun müddətlərinin göstərilməsi, satınalma komissiyası üzvlərinin sayı, təhsil və peşə tələbləri ilə bağlı suallara aydınlıq gətirilməsi, tender iştirakçısının müsabiqədən kənarlaşdırılması səbəblərinin yazılı şəkildə iddiaçılara təqdim olunmasının tələb kimi qanuna daxil edilməsi əksini tapacaq.
Tahir Mirkişili bildirib ki, qanun layihəsinin qəbul edilməsi nəticəsində biznes mühitinin əlverişliliyi daha da artırılacaq, bu da ölkəyə investisiyaların cəlb olunmasına töhfəsini verəcək. Eyni zamanda, dövlət satınalmalarında şəffaflığın və səmərəliliyin artmasına, sui-istifadə hallarının minimallaşmasına nail olunacaq. Elektron üsulla keçirilən satınalmaların sayının artacağı üçün satınalmalara nəzarət asanlaşacaq, daha səmərəli hesabatlılıq qurulacaq və nəzarət imkanları genişlənəcək. Sahibkarlar arasında rəqabətliliyin artacağı ilə əlaqədar dövlət vəsaitindən daha qənaətli istifadəyə zəmin yaranacaq. Satınalma prosesində operativlik, çeviklik və əlçatanlıq səviyyəsi yüksələcək.
Bununla da dövlət satınalmaları sahəsində şəffaflığın artırılması, satınalmaların sağlam rəqabət mühitində keçirilməsi, malgöndərənlərə (podratçılara) bərabər şəraitin yaradılması, satınalan təşkilatlar tərəfindən satınalmaların düzgün planlaşdırılması və vaxtında həyata keçirilməsi təmin olunacaq, nəticədə malgöndərənlərdə (podratçılarda) dövlət satınalmalarına etibar xeyli artacaq və dövlət vəsaitindən daha da səmərəli istifadəyə zəmin yaranacaq.
Xəbər lenti
Hamısına baxAnalitik
20 Aprel 11:10
Siyasət
20 Aprel 11:00
Xəbər lenti
20 Aprel 10:55
MEDİA
20 Aprel 10:50
Siyasət
20 Aprel 10:45
Xarici siyasət
20 Aprel 10:40
Siyasət
20 Aprel 10:35
İqtisadiyyat
20 Aprel 10:30
Siyasət
20 Aprel 10:20
Gündəm
20 Aprel 10:10
Siyasət
20 Aprel 10:00
Xəbər lenti
20 Aprel 09:50
Xəbər lenti
19 Aprel 21:21
Xəbər lenti
19 Aprel 20:54
Dünya
19 Aprel 20:00
Xəbər lenti
19 Aprel 17:58
YAP xəbərləri
19 Aprel 17:44
Xəbər lenti
19 Aprel 17:38
Siyasət
19 Aprel 17:35
Xəbər lenti
19 Aprel 17:33
Gündəm
19 Aprel 17:29
Xəbər lenti
19 Aprel 17:10
Xəbər lenti
19 Aprel 16:45
Xəbər lenti
19 Aprel 16:25
Xəbər lenti
19 Aprel 15:48
Xəbər lenti
19 Aprel 15:44
Siyasət
19 Aprel 15:41
Xəbər lenti
19 Aprel 15:19
Xəbər lenti
19 Aprel 15:00
Xəbər lenti
19 Aprel 14:44
Xəbər lenti
19 Aprel 14:12
Xəbər lenti
19 Aprel 13:43
Dünya
19 Aprel 13:42
Xəbər lenti
19 Aprel 13:38
Xəbər lenti
19 Aprel 13:37
Xəbər lenti
19 Aprel 13:36
Xəbər lenti
19 Aprel 12:35
Xəbər lenti
19 Aprel 12:23
Dünya
19 Aprel 12:21
Xəbər lenti
19 Aprel 12:20
Xəbər lenti
19 Aprel 12:19
Xəbər lenti
19 Aprel 12:06
Xəbər lenti
19 Aprel 11:36
Xəbər lenti
19 Aprel 11:30
Ədəbiyyat
19 Aprel 11:18
Xəbər lenti
19 Aprel 11:07
Sosial
19 Aprel 11:00
Xəbər lenti
19 Aprel 10:55
Maraqlı
19 Aprel 10:54
Sosial
19 Aprel 10:50
Mədəniyyət
19 Aprel 10:45
Sosial
19 Aprel 10:40
İqtisadiyyat
19 Aprel 10:35
İqtisadiyyat
19 Aprel 10:32
MEDİA
19 Aprel 10:30
Xəbər lenti
19 Aprel 10:29
Xəbər lenti
19 Aprel 10:25
Siyasət
19 Aprel 10:23
Xəbər lenti
19 Aprel 10:20
Siyasət
19 Aprel 10:15
Siyasət
19 Aprel 10:10
Gündəm
19 Aprel 10:00
Siyasət
19 Aprel 09:50
Xəbər lenti
19 Aprel 09:33
Xəbər lenti
19 Aprel 09:26
Xəbər lenti
19 Aprel 09:20
Dünya
19 Aprel 08:43
Dünya
18 Aprel 22:01
Xəbər lenti
18 Aprel 20:05
Xəbər lenti
18 Aprel 18:18