Ana səhifə »  Xəbər lenti »  Əliabbas Salahzadə: Azərbaycan və Türkiyə birlik, həmrəylik nümunəsi göstərirlər
A+   Yenilə  A-
Əliabbas Salahzadə: Azərbaycan və Türkiyə birlik, həmrəylik nümunəsi göstərirlər

Milli Məclisin deputatı Əliabbas Salahzadə daim dünyaya nümunə olan Azərbaycan-Türkiyə dostluğundan, qardaşlığından bəhs edərək bildirib ki, bu birlik, həmrəylik   regionda sülhün, təhlükəsizliyin təminatçısıdır: “İki dövlətin siyasi iradəsinin və qətiyyətinin sayəsində reallaşan layihələr ölkələr, xalqlar arasında dostluq körpüsünü daha da möhkəmləndirir. Türkiyə rəsmiləri əbəs yerə Azərbaycan və Türkiyəni  eyni köklər üzərində böyüyən ulu bir çinarın budaqlarına bənzətmirlər. Həmin çinarın kölgəsi birgə  həyata keçirilən  layihələr sayəsində Qafqazdan Avropayadək bir çox ölkələrə  uzanıb. Bu birlik, həmrəylik   30 il həllini gözləyən  Dağlıq Qarabağ münaqişəsinin 44 günlük Vətən müharibəsi nəticəsində tarixə qovuşmasında  özünü bir daha dünyaya nümayiş etdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır” bəyanatı dünyaya ciddi mesaj olmaqla yanaşı, Azərbaycana böyük mənəvi güc, dəstək oldu. Dövlətimizin başçısı İlham Əliyev  mayın 3-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının etimadnaməsini qəbul edərkən bir daha diqqəti Vətən müharibəsinə yönəldərək bildirmişdir ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir. Vətən  müharibəsində Qələbəmiz  bölgədə yeni bir reallıq yaratdı. Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər. Rolumuz, təsir imkanlarımız artdı və artacaq.”

Ə.Salahzadə vurğulayıb ki, möhtərəm Prezidentimizin qeyd etdiyi kimi,  əlaqələrimizin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanır: “Türk dünyasının  öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin  “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”,  “Bir millət, iki dövlət” tezisləri  iki dost, qardaş ölkənin münasibətlərinin dünəninə, bu gününə və gələcəyinə işıq salır. Bu gün bu əlaqələr Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində daha da möhkəmlənir, bütün sahələrdə yüksələn xətlə inkişaf edir. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda yeni həyat başlanıb. İşğalçı Ermənistanın dağıtdığı, yerlə-yeksan etdiyi ərazilərimizi dost ölkələrlə birgə bərpa edirik. İlk olaraq Türkiyə şirkətləri  dəstəklərini nümayiş etdirdilər. Böyük Qayıdışın başlanğıcı kimi dəyərləndirilən Zəngilanda ilk “ağıllı kənd” layihəsinin icrasında qardaş  ölkənin şirkətləri fəal iştirak edirlər. Qardaşlığın simvolu olan və gələcəkdə görüləcək işlər hələ çoxdur.  Türkiyə Prezidenti dostluğumuzun, həmrəyliyimizin bir daha dünyaya nümayişi olan qalib Azərbaycanın Zəfər Paradındakı nitqində bu əminliyi ifadə etmişdir ki,  Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.”

Millət vəkili Azərbaycanın da hər zaman qardaş Türkiyənin yanında olduğunu önə çəkərək diqqəti aprelin 24-də ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatına Azərbaycan tərəfinin  etirazına yönəldib: “Dövlətimizin başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında ABŞ Prezidentinin bu qərarını tarixi səhv adlandıraraq onun qəbuledilməzliyini bildirdi.  Ölkə Prezidenti Co Baydenin tarixin saxtalaşdırımasına xidmət edən bu addımına Azərbaycan rəhbərliyinin və ictimaiyyətinin narahatlığını  ABŞ dövlət katibi Entoni Blinkenin telefon zəngində də ifadə etmişdir.  Belə ki, cənab İlham Əliyevin “Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır” fikirləri  haqqı-ədaləti maraqlarına qurban verib yalana, tarixin saxtalaşdırılmasına şərik olan dövlətlərə ciddi mesaj oldu. Günbəgün möhkəmlənən bu birlik sayəsində  bütün maneələr dəf edilir, həqiqətlər açıqlanır, dünya dövlətləri Azərbaycan və Türkiyənin timsalında həmrəyliyin nümunəsini görürlər. Bu gün Azərbaycan və Türkiyə birliyi yalnız xalqlarımız üçün deyil, bölgə, dünya üçün çox böyük önəm daşıyır. Ən əsası Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirəcək  infrastruktur layihələrinin inşasında iki dost, qardaş ölkə birgə iştirakı əsrlərdən bu günümüzə körpü olan, tarixin sınaqlarından şərəflə çıxaraq daha da möhkəmlənən dostluq, qardaşlıq yolumuzun uğurlu və davamlı  olduğunun təsdiqidir.”

“İqtisadi güc hər bir ölkənin davamlı inkişafında, siyasi mövqeyinin möhkəmlənməsində əsas amillərdən biridir” söyləyən Əliabbas Salahzadə qeyd edib ki, hər iki dövlətin siyasi iradəsi və qətiyyəti sayəsində reallaşdırılan layihələr təkcə iştirakçı deyil, eyni zamanda, dünya dövlətlərinin davamlı inkişafına geniş imkanlar açır:  “Uğurlu sonluqla başa çatan hər bir layihə növbəti layihənin müjdəçisidir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsi ilə yeni reallıqlar yaradan Azərbaycan  yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir. Bu əməkdaşlıq əlaqələrinin qurulması bölgəyə daimi sülh, əmin-amanlıq gətirəcək ki, bu da öz növbəsində iqtisadi imkanların artmasını təmin edəcək. Türkiyə və Azərbaycanın bölgəmizin təhlükəsizliyinin və sabitliyinin əsas aktorları olduğu artıq hamı tərəfindən qəbul edilməyə başlanıb. İki qardaş ölkənin qoşulmadığı və dəstək vermədiyi hər hansı  layihə hədəfinə çata bilməz.”

 
  • Oxunub:  1710  |  
  • Tarix:  05-05-2021  |  
  •    Çap et   |  
Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır

07 May 13:16
İtkin düşmüş daha bir hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdirilərək nəşi aidiyyəti üzrə verilib
07 May 12:58
Bu günümüz və sabahımız Ülu Öndər Heydər Əliyevin yaratdığı özül üzərində ucalır
07 May 12:46
Milli Məclisin deputatı Əliabbas Salahzadə seçicilərlə növbəti görüş keçirib
07 May 12:43
Ötən il İTSDA bütün tibb müəssisələrində koronavirus ilə mübarizə tədbirlərində iştirak edənlərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödəyib
07 May 12:05
Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib
07 May 11:28
Azərbaycanla Gürcüstan dəmir yolları əməkdaşlığa dair sənəd imzalayıb
07 May 11:23
Paytaxtın daha bir ərazisində cib tipli avtobus dayanacaq məntəqələri və nizamlanan piyada keçidi təşkil edilib
07 May 11:16
Dövlət İdarəçilik Akademiyasında konfrans: Heydər Əliyev və Azərbaycan Respublikasında gənclər siyasəti
07 May 10:51
“Avro-2020”nin kubokunun Bakı səyahəti
07 May 10:47
Şuşanın içməli su təchizatının yaxşılaşdırılması üçün magistral su kəmərinin tikintisinə başlanılıb
07 May 10:45
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarına start verilib
07 May 10:44
Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi ilk səfərinə çıxıb
07 May 10:06
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub
07 May 09:02
Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır
07 May 08:59
Heydər Əliyev və milli-tarixi yaddaşımızın reallıqları
07 May 08:56
Tarixi şəxsiyyət, əbədiyaşar Lider - HEYDƏR ƏLİYEV
07 May 08:46
8 may tarixi bundan sonra Şuşanın işğalı günü kimi qeyd edilməyəcək
07 May 08:42
Elşad Musayev: Azərbaycanın qətiyyətli mövqeyi sayəsində Zəngəzur dəhlizi mütləq reallaşdırılacaq
07 May 08:41
Əsli Kazımova: Zəngilan rayonu ərazisində beynəlxalq hava limanının inşa edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir
07 May 08:38
Abutalıb Səmədov: Azərbaycan dövləti bütün səylərini Böyük Qayıdışın reallaşması üçün səfərbər edib
07 May 08:37
Arzuxan Əlizadə: Hər hansı bir təxribat Azərbaycan Ordusu tərəfindən ən ağır şəkildə cavablandırılacaq
07 May 08:35
Əli Kərimlinin yeni yalanları...
07 May 08:34
Paşinyan yeni repressiya dalğasına start verib
07 May 08:32
Azərbaycan dövlətinin növbəti humanist addımı
07 May 08:31
Peyvənd olunsaq da, gigiyena qaydalarına əməl etməliyik
07 May 08:29
Azərbaycançılıq xalqımızın milli-tarixi sərvətidir
06 May 20:51
Milli Məclisdə Azərbaycan-Venesuela əlaqələri müzakirə olunub
06 May 20:47
Samir Nuriyev: İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövlətimizin başçısının daim diqqət mərkəzindədir
06 May 20:43
Səfir: Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
06 May 20:05
YAP Gənclər Birliyi “İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin bərpasında gənclərin rolu” mövzusunda görüş keçirib
06 May 19:06
YAP Xəzər rayon təşkilatının nümayəndələri şəhid Rəşad Şiriyevin ailəsini ziyarət ediblər
06 May 19:03
YAP Qusar rayon təşkilatı "Heydər Əliyev siyasətinin parlaq nəticəsi: Qalib Azərbaycan" mövzusunda tədbir keçirib
06 May 18:53
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rusiyanın xarici işlər nazirinə müraciət ünvanlayıb
06 May 18:51
BDU-da dəyirmi masa: Heydər Əliyev gənclər siyasətinin banisidir
06 May 18:49
Ermənilərin müharibədən əvvəlki və postmüharibə dövründəki ritorikasında nifrət nitqi ilə bağlı hesabat təqdimat olunub
06 May 18:43
Tam orta təhsil səviyyəsi üzrə aprelin 15-16-da keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb
06 May 18:27
Milli Məclisdə Vətən müharibəsinin qəhrəmanları və jurnalistlərlə görüş keçirilib
06 May 18:14
Ombudsmanın ermənilərin azərbaycanlılara qarşı nifrət nitqinə dair hesabatında Ermənistanın terrorçu mahiyyəti faktlarla göstərilir
06 May 18:02
Deputat: Azərbaycan ombudsmanının hesabatı ermənilərin azərbaycanlılara qarşı nifrət bəslədiklərini açıq-aşkar göstərir
06 May 17:59
Baş Prokurorluq: Azərbaycandan Rusiyaya bir nəfər ekstradisiya edilib
06 May 17:58
Azərbaycan ombudsmanı Ermənistan ombudsmanının regionda sülhə zərbə vuran fəaliyyəti haqqında Mişel Başele və Dunya Miyatoviçə məktub ünvanlayıb
06 May 17:52
UNEC-də Heydər Əliyev və Azərbaycanda iqtisadi islahatlar mövzusunda konfrans təşkil edilib
06 May 17:48
Apreldə Dövlət Miqrasiya Xidmətinin 919 - Çağrı mərkəzinə 9532 zəng daxil olub
06 May 16:49
Azərbaycanda koronavirusa 844 yeni yoluxma faktı qeydə alınıb
06 May 16:45
Gürcüstanla Azərbaycanın iqtisadi əlaqələr və ticarət dövriyyəsinin genişləndirilməsi üçün geniş imkanlar var
06 May 16:44
Nazir: Apreldə qeyri-neft ixracı 62,5 faiz artıb
06 May 16:23
Azərbaycan Tibb Universiteti ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb
06 May 16:17
Vladimir Zelenski ABŞ-ın Dövlət katibi ilə görüşüb
06 May 16:14
Deputat: Dünya ictimaiyyətinin həqiqətləri bilməsi informasiya müharibəsində əsas hədəflərimizdən biri olmalıdır
06 May 16:12
Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi yad edilib
06 May 16:09
Yüz gənc hüquqşünas prokurorluq orqanlarında qulluğa qəbul edilib
06 May 15:40
Mariya Odriskol : Faşizmin izləri insanı dəhşətə gətirir
06 May 15:34
ANAMA-ya daxil olan 3 minə yaxın çağırış nəticəsində mindən çox partlamamış hərbi sursat aşkarlanıb
06 May 15:13
İyirmi üç yaşayış məntəqəsində subartezian quyuları qazılacaq – SƏRƏNCAM
06 May 15:12
Ümummilli Lider Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib
06 May 15:09
Pirallahı rayonunda 15 may – Beynəlxalq Ailə Gününə həsr olunmuş konfrans keçirilib
06 May 14:51
Türkiyə XİN: Latviya parlamentinin saxta “soyqırımı” ilə bağlı qərəzli qərarını rədd edirirk
06 May 14:44
Fərid Şəfiyev: Hazırda Ermənistan cəmiyyətində Azərbaycanofobiya hökm sürür
06 May 14:26
Mədəni müxtəlifliyin rəmzi – Ramazanın birliyi
06 May 14:21
Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq hallarının azaldılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görür – MÜSAHİBƏ
06 May 14:18
FHN-in Akademiyası ilə DİN-in Polis Akademiyası arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb
06 May 14:16
Fermerlər təsərrüfatlarında zərərvericilərin vəziyyətini SMS ilə öyrənə biləcəklər
06 May 14:11
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
06 May 13:44
Mayın 10-dan Azərbaycanda 18 yaşına çatmış vətəndaşların vaksinasiyası başlanır
06 May 13:41
Hulusi Kılıç: Ermənilərin müharibə cinayətlərinin araşdıracaq komissiya tarixi missiya həyata keçirəcək
06 May 13:28
“Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” monoqrafiyasının təqdimatı olub
06 May 13:17
Teymur Musayev: Ramazan bayramı günlərində əlavə məhdudiyyətlər tətbiq olunmayacaq
06 May 13:01
Səhiyyə işçilərinin 90 faizə qədəri koronavirusa qarşı peyvənd olunub
06 May 12:54
Ceff Bezosun kompaniyası kosmosa uçuş üçün online-hərrac açıb
06 May 12:44
Teymur Musayev: Hər il mövsümi qrip vaksinasiyası kimi COVID-19-a qarşı olan peyvəndləməyə də ehtiyac duyula bilər

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA