Ana səhifə »  Xəbər lenti »  Milli Məclisin növbəti plenar iclası keçirilib
A+   Yenilə  A-
Milli Məclisin növbəti plenar iclası keçirilib

Mayın 4-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyi təsdiqləndikdən sonra deputatlar cari məsələlər barədə danışıblar.

Parlamentin komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputatlardan Könül Nurullayeva, Fazil Mustafa, Bəhruz Məhərrəmov, Əli Məsimli, Razi Nurullayev, Tural Gəncəliyev, Azər Badamov, Müşfiq Cəfərov müxtəlif aktual məsələlərə toxunublar. Millət vəkilləri Dövlət Təhlükəsizliyi Xidməti və Sərhəd qoşunları zabitlərinin sərhəddə təqdirəlayiq fəaliyyətindən, azad olunmuş ərazilərdə yenidənqurma işlərindən, o cümlədən “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələrinin həyata keçirilməsindən bəhs ediblər. Çıxışlarda, həmçinin manatın məzənnəsi, bankların durumu, icbari tibbi sığorta ilə bağlı vəziyyət, sosial şəbəkələrdə edilən xoşagəlməz çıxışlar, müxtəlif yaş kateqoriyasından olan şəxslər, xüsusilə uşaqlar arasında intihar hallarının baş verməsi, bunun səbəbləri və qarşısının alınmasının vacibliyi, bələdiyyə torpaqlarının ayrılması sahəsində vəziyyət, təhsil sahəsində mövcud durum barədə fikirlər səsləndirilib. Deputatlar, eyni zamanda, seçiciləri narahat edən problemləri diqqətə çatdırıblar, bununla bağlı öz qeyd və təkliflərini səsləndiriblər.

Sonra parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün 11 məsələ müzakirə ediləcək. Gündəliyin ilk 4 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.

Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. Bildirilib ki, qanun layihəsi üçüncü oxunuşun tələblərinə tam cavab verir. Sənəd dini etiqad azadlığı sahəsində mövcud olan və yeni yaranan münasibətləri ölkənin qanunvericilik sisteminə uyğun şəkildə tənzimləmək, qanunun tələblərinə riayət olunmasına nəzarəti və maarifləndirmə işini səmərəli təşkil etmək məqsədi daşıyır.

Müzakirələr zamanı komitə sədri Siyavuş Novruzov, deputatlardan Məlahət İbrahimqızı, Hikmət Məmmədov, Sabir Rüstəmxanlı, Aydın Mirzəzadə layihə barədə öz fikirlərini açıqlayıblar.

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, bu sənəd “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsinin icrası ilə əlaqədar hazırlanıb. Layihədə nəzərdə tutulan dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Arıçılıq haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Psixoloji yardım haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında sənədin layihəsi ilə bağlı üçüncü oxunuşda məlumat verib.

Komitə sədri, həmçinin ölkədə koronavirusa qarşı peyvəndləmə prosesindən bəhs edib və bununla bağlı statistik məlumatları diqqətə çatdırıb.

Deputat Qüdrət Həsənquliyev çıxış edərək layihə barədə fikirlərini səsləndirib.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra parlamentin sədri Sahibə Qafarova bildirib ki, növbəti üç məsələ mahiyyətcə bir-birinə yaxın və bağlı olan qanun layihələridir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli gündəliyin növbəti üç məsələsini - “Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 2003-cü il tarixli 185 nömrəli Konvensiyanın (dəyişdirilmiş) Əlavələrinə edilmiş 2016-cı il tarixli dəyişikliklərin təsdiq edilməsi barədə, “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edib.

Diqqətə çatdırılıb ki, hər üç sənəd “Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 2003-cü il tarixli 185 nömrəli Konvensiyanın (dəyişdirilmiş) Əlavələrinə edilmiş 2016-cı il tarixli dəyişikliklərə əsasən, dənizçilərin şəxsiyyət sənədlərinin forması və məzmununun beynəlxalq konvensiyanın tələblərinə uyğunlaşdırılması məqsədilə hazırlanıb.

Bildirilib ki, dəyişikliklərdə dənizçinin şəxsiyyət sənədinin verilməsi, dəyişdirilməsi, təhvil verilməsi, qüvvədən düşmüş hesab edilməsi prosedurlarının təkmilləşdirilməsi və daha sistemli tənzimləmə mexanizminin yaradılması təklif olunur. Layihədə, eyni zamanda, dənizçinin şəxsiyyət sənədində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) tələblərinə və standartlarına uyğun elektron daşıyıcının (çipin) yerləşdirilməsi, şəxsə məxsus bir sıra məlumatların sənədin özündə deyil, məhz çipə daxil edilməsi nəzərdə tutulub. Sənəddə, həmçinin, dənizçinin şəxsiyyət sənədinin verilməsi (dəyişdirilməsi) haqqında ərizə-anketin yeni formasının müəyyən olunması və dənizçinin şəxsiyyət sənədinin nümunəsinin yeni redaksiyada təsdiq edilməsi öz əksini tapıb.

Deputat Qüdrət Həsənquliyevin məsələ ilə bağlı səsləndirdiyi fikirlərə Əli Məsimli münasibət bildirib.

Sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Daha sonra “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə məsələyə baxılıb.

Məsələ ilə bağlı çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda iqtisadi sahədə həyata keçirilən səmərəli dövlət siyasətindən danışıb, azad iqtisadi zonaların əhəmiyyətini qeyd edib. Komitə sədri azad iqtisadi zonaya sərmayələrin cəlb edilməsi üçün hüquqi çərçivənin dəqiq müəyyən olunmasının önəmli olduğunu deyib. O, “Ələt azad iqtisadi zonası haqqında” Qanunun qəbulundan sonra keçən müddət ərzində baş verən dəyişikliklərdən bəhs edib, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbənin regionda yaratdığı yeni iqtisadi imkanlar, Zəngəzur nəqliyyat dəhlizinin açılması reallığı fonunda müzakirəyə çıxarılan qanun layihəsinin vacibliyini vurğulayıb.

Tahir Mirkişili layihənin Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması və müvafiq qanunun tətbiqi təcrübəsindən irəli gəldiyini söyləyib. Qeyd edilib ki, sənəd Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin və bu sahədə qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Qanun layihəsində terminlərin dəqiqləşdirilməsi, səlahiyyətli qurumun hüquqlarının genişləndirilməsi, vergi, gömrük, maliyyə məsələlərinin qətiləşdirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulub. Sənəddə, həmçinin, investorların cəlb edilməsi, mübahisələrin sahəvi bölgüsünün ləğvi, onların həllində nəzərdə tutulan qurumların siyahısına Beynəlxalq Arbitraj İnstitutunun əlavə olunması ilə bağlı dəyişikliklər öz əksini tapıb. Düzəlişlərin Azad Zonanın fəaliyyətinin səmərəliliyinin təmini baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Müzakirələr zamanı deputatlar Razi Nurullayev, Etibar Əliyev, Tahir Kərimli, Qüdrət Həsənquliyev, Mahir Abbaszadə, Fazil Mustafa, İltizam Yusifov, Tural Gəncəliyev sənədlə bağlı fikirlərini söyləyiblər.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Parlamentin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti iki məsələsi Konstitusiya Məhkəməsinin tövsiyəsi ilə Milli Məclisdə hazırlanıb və müvafiq qurumlarla razılaşdırılıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqında” və “İpoteka haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri mahiyyətcə bir-birinə yaxındır.

Sonra komitə sədri Tahir Mirkişili birinci oxunuşda hər iki qanun layihəsi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, təklif olunan layihələr Milli Məclisin komitələri tərəfindən hazırlanıb, geniş müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub. Qanun layihələri hərrac baş tutmadığı halda ipoteka kreditində olan girovun kredit verən təşkilatın əmlakına keçdiyi zaman hansı sənədin verilməsini və yaranan verginin kimin ödəməsi ilə bağlı məsələyə aydınlıq gətirir. Qeyd edilib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə məsələ İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən araşdırılıb, bununla bağlı xüsusi işçi qrupu yaradılıb.

Məlumat verilib ki, təklif olunan dəyişikliklərdə ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı mülkiyyət hüququnun rəsmiləşdirilməsinin və əldə edilmiş əmlakın satışı zamanı əsas borc həcmində dövriyyənin vergidən azad olunmasının qanunvericiliklə dəqiq tənzimlənməsi nəzərdə tutulub.

Qeyd edilib ki, dəyişikliklər bazarda münasibətlərin daha da sağlamlaşması, ədalətli tənzimləmənin səviyyəsinin daha da artırılması, bank sektorunun sağlamlaşması istiqamətində ölkədə aparılan islahatlara dəstək və eyni zamanda, kredit faizlərinin aşağı salınması, kreditin dəyərinin uzlaşması baxımından əhəmiyyətlidir.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli rəhbərlik etdiyi komitənin məsələ ilə bağlı rəyinin müsbət olduğunu bildirib.

Komitə sədri Tahir Rzayev, deputatlardan Əli Məsimli, Aydın Hüseynov, Etibar Əliyev dəyişikliklər barədə fikirlərini və təkliflərini səsləndiriblər.

Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İclasda daha sonra “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihəni Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təqdim edib.

Bildirilib ki, qanun layihəsi “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 22 aprel tarixli 998 nömrəli Fərmanına əsasən hazırlanıb. Təklif olunan dəyişiklik heyvanların dövlət sifarişi ilə planlı profilaktik və məcburi peyvənd edilməsi ilə bağlı həyata keçirilən baytarlıq xidmətlərinə görə haqların müəyyənləşdirilməsinə hüquqi əsas yaradacaq. Belə ki, özəl baytarlıq subyektləri tərəfindən heyvanların peyvənd edilməsi ilə bağlı həyata keçirilən baytarlıq xidmətlərinin haqları müəyyən edilməlidir ki, bunun əsasında da onlarla müqavilələr bağlanıla bilsin və həmin vəsait onlara ödənilsin. Qanun layihəsinin qəbul olunması heyvan sağlamlığının qorunmasına və xəstəliklərinin qarşısının alınmasına, eyni zamanda, baytarlıq sahəsində özəl sektorun inkişafının dəstəklənməsinə və xidmət keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin iclası başa çatıb.

 
  • Oxunub:  2190  |  
  • Tarix:  04-05-2021  |  
  •    Çap et   |  
“Xarıbülbül” festivalı Azərbaycanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı

18 May 22:26
Manlio Di Stefano: Biz hazırda Azərbaycan ilə İtaliya arasında əlaqələrin ən yüksək səviyyəsinə şahidlik edirik
18 May 22:19
Azərbaycan ilə İtaliya arasında münasibətlər yüksək səviyyədədir
18 May 21:07
AQTA sədri Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndə heyəti ilə görüşüb
18 May 21:06
Təhsil nazirinin müavini UNESCO Davamlı İnkişaf üçün Ümumdünya Təhsil Konfransında çıxış edib
18 May 21:05
Şərqşünaslıq İnstitutunda Mustafa Kamal Atatürkün 140 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib
18 May 21:03
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə elmi seminarı keçirilib
18 May 20:59
Azərbaycanın xarici işlər nazirinin Türk Şurasının Baş katibi ilə telefon danışığı olub
18 May 20:58
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
18 May 20:48
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
18 May 20:44
AŞPA-nın komitə iclasında Azərbaycanın multikultural ənənələrindən danışılıb
18 May 20:17
İqtisadiyyat Nazirliyi “Carlsberg Azerbaijan” ilə anlaşma memorandumu imzalayıb
18 May 20:14
Romada Azərbaycan və İtaliya parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
18 May 20:02
Milli Məclis sədrinin başçılıq etdiyi parlament nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib
18 May 17:42
Litvanın ölkəmizdəki səfiri Milli Məclisdə olub
18 May 17:33
ICESCO Beynəlxalq Muzeylər Günü münasibətilə mətbuat üçün açıqlama yayıb
18 May 17:13
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
18 May 17:09
Mayın 18-də Azərbaycanda koronavirusa qarşı 36 minə yaxın vaksin vurulub
18 May 16:58
Rotterdam-Avroviziya-2021: Azərbaycan təmsilçisi müsabiqədə qadın gücünü tərənnüm edəcək
18 May 16:44
Azərbaycanda koronavirus infeksiyasından daha 1024 nəfər müalicə olunaraq sağalıb
18 May 16:38
Dünya azərbaycanlıları “YAŞAT" xeyriyyə marafonuna qoşulur
18 May 16:35
Sahib Alıyev: Sərhəd məsələsində təkcə Ermənistan yox, onu gələcək forpostları kimi görən güclər narahatdır
18 May 16:33
Nurlan Qələndərli: Ermənistan vəziyyəti gərginləşdirməyə və reallıqları təhrif etməyə yönəlmiş addımlardan çəkinməlidir
18 May 16:26
İordaniya agentliyi Azərbaycan XİN-in Ermənistanın əsassız iddialarına dair şərhini yayıb
18 May 16:23
QMİ sədri Türkiyənin yeni səfirini qəbul edib
18 May 16:09
YAP Gənclər Birliyi birinci “Davamlı İnkişaf Məktəbi” layihəsinə başlayıb
18 May 15:43
Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib
18 May 15:29
Milli Paralimpiya Komitəsi əməkdaşlarına medallar təqdim olunub
18 May 15:27
Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib
18 May 15:13
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
18 May 14:54
Deputat: Əsrarəngiz təbiətə malik Laçın yenə öz sakinlərinə qucaq açacaq və orada həyat yenidən qaynayacaq
18 May 14:36
Almaniyada yaşayan azərbaycanlılar etiraz aksiya keçirib
18 May 14:33
Beynəlxalq Muzeylər Günü münasibətilə videokonfrans keçirilib
18 May 14:30
Bu gündən Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə yeni hərəkət cədvəli tətbiq olunub
18 May 14:28
TAP kəməri ilə Avropaya 2 milyard kubmetrdən çox Azərbayan təbii qazı göndərilib
18 May 14:23
Yaponiyada yaşayan azərbaycanlılar soydaşlarımızı “YAŞAT” xeyriyyə marafonunda fəal iştirak etməyə çağırıblar
18 May 13:57
Mayın 26-da ilin ilk Ay tutulması hadisəsi baş verəcək
18 May 13:54
Mayın 19-da bəzi bölgələrdə 35° isti olacaq
18 May 13:51
Bakıda I sinfə qəbulla bağlı 43 mindən çox elektron müraciət daxil olub
18 May 13:48
Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın ilk iclası keçirilib
18 May 13:46
“Arabnews” qəzetində ulu öndər Heydər Əliyevə həsr edilmiş məqalə dərc olunub
18 May 13:08
Sabah təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbuluna başlanılır
18 May 12:54
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə münasibətdə dağıdıcı rəftar beynəlxalq hüququn hiddətləndirici pozuntusudur
18 May 12:45
Horadiz-Ağbənd dəmir yolu istiqamətində infrastruktur işlərinə başlanılıb
18 May 12:37
Yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 220 min e-arayış verilib
18 May 12:14
Təlimlərin gedişi barədə məruzələr dinlənilib
18 May 12:10
YAP Qaradağ rayon təşkilatında müşavirə keçirilib
18 May 12:06
Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yeni qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası həyata keçiriləcək
18 May 11:59
“Həyat dolu küçələr” kampaniyasına başlanılıb
18 May 11:46
Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır
18 May 11:38
Ombudsman “İnsan Hüquqları Aylığı” ilə bağlı müraciət yayıb
18 May 11:36
İşğaldan azad edilən ərazilərin turizm marşrutları hazırlanır
18 May 11:25
Belarusun müdafiə naziri Azərbaycana səfərə gəlib
18 May 11:20
Prezident İlham Əliyev: Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir
18 May 11:07
Laçın bu gün azaddır və 18 may tarixini artıq Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi qeyd edir
18 May 10:50
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisinə başlanılıb
18 May 10:48
Azərbaycan ordusu bütün bölgədə sülhün və təhlükəsizliyin qarantıdır - Naqif Həmzəyev
18 May 10:21
PUA heyətləri təlim tapşırıqlarını icra edir
18 May 10:09
Prezidentin Mətbuat Xidmətinin məlumatı
18 May 10:00
18 may - Beynəlxalq Muzeylər Günüdür
18 May 09:55
“Avroviziya-2021”də Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adları açıqlanıb
18 May 09:50
Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə Avropa İttifaqı komissarı ilə görüşüb
18 May 09:31
“Xarıbülbül” festivalı Azərbaycanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı
18 May 09:17
Mənsum İbrahimov: 32 ildən sonra yenidən Şuşada “Xarıbülbül” musiqi festivalında iştirak etmək mənim üçün böyük xoşbəxtlik idi
18 May 09:14
Əyani tədris qismən bərpa olundu
18 May 09:13
Seçkilərə hazırlaşan Ermənistanda siyasi xaos davam edir
18 May 09:12
Əli Kərimli indi də “Ağıllı kənd” layihəsini hədəfə almağa çalışır
17 May 20:37
Vətən müharibəsi dövründə 77 dövlətin Ədliyyə nazirliklərinə və 10 beynəlxalq təşkilata 400-dək məktub göndərilib
17 May 20:33
Cəlil Xəlilov: Hərbi təlimlərin miqyası və keyfiyyəti Ordumuzun qüdrətindən və yüksək döyüş hazırlığından xəbər verir
17 May 20:27
Azərbaycanın Gürcüstandakı səfirliyi Dmanisi rayonunda baş vermiş insidentlə əlaqədar bəyanat yayıb
17 May 20:26
Qənirə Paşayeva: “Xarıbülbül” musiqi festivalının təşkili Qarabağın tarixi simasının bərpasının parlaq təcəssümüdür

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA