Ana səhifə »  Xəbər lenti »  AHİK İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
A+   Yenilə  A-
AHİK İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Aprelin 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin onlayn formatda iclası keçirilib.

AHİK-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun sədri, deputat Səttar Möhbalıyev iclasın gündəliyinə “Azərbaycan həmkarlar ittifaqlarının 2020-ci üzrə gender statistikası haqqında”, “Azərbaycan həmkarlar ittifaqları idman təşkilatlarının 2020-ci ilin yekunları üzrə fəaliyyəti və statistik hesabatları haqqında”, “Həmkarlar ittifaqlarının xidmətində olan kitabxanaların və mədəniyyət müəssisələrinin 2020-ci il üzrə hesabatı haqqında”, “2020-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının təsis edilməsi haqqında”, “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə keçirilən respublika müsabiqəsinin 2020-ci il üzrə yekunları haqqında” və digər cari və təşkilati məsələlərin daxil edildiyi barədə məlumat verib.

Mövzularla bağlı çıxışlarda qeyd olunub ki, ölkə iqtisadiyyatının müxtəlif sahələrində gender bərabərliyinin reallaşmasında həmkarlar ittifaqlarının iştirakı, habelə həmkarlar ittifaqlarının strukturlarında gender bərabərliyinin gözlənilməsi və qadınların rəhbər vəzifələrdə təmsil olunması vəziyyətinə görə, 2021-ci ilin 1 yanvar tarixinə həmkarlar ittifaqları üzvlərinin sayında kişilərin 48 faiz, qadınlar isə 52 faiz təşkil edir. Ötən illə müqayisədə həmkarlar ittifaqı təşkilatlarının sayında dəyişikliklər müşahidə olunur ki, bu da ölkədə baş verən pandemiya şəraitində iqtisadi aktivliyin azalması ilə əlaqədar olaraq bir sıra idarə, müəssisə və təşkilatların ləğv olunması, yenilərinin yaranması, birləşməsi, o cümlədən struktur dəyişikliklərindən irəli gəlir. Həmkarlar ittifaqlarının üzvlərinin 50,8 faizi gənclər, 49,2 faizi gənc qadınlardır.

Bildirilib ki, bütün səviyyəli rəhbər vəzifələrdə çalışanların 39,8 faizi qadınlardır ki, onlardan da 45,7 faizi gənc qadınlardır. Rəhbər vəzifədə işləyən qadınların sayı isə 7 faiz azalaraq 40,3 faiz, onlardan maaşlı vəzifə tutanların sayı 2 faiz artaraq 25 faiz olub. O cümlədən gənc sədr qadın vəzifəsində işləyənlərin sayında 3,5 faiz artım müşahidə olunur. Bu da 36,5 faiz edir, onlardan pullu vəzifə tutan gənc qadınların sayı 1,1 faiz azalaraq 20,9 faiz olub. Deyilib ki, həmkarlar ittifaqının seçkili orqanlarında qadınların sayı 3,2 faiz artaraq 45,2 faiz təşkil edib.

Çıxışlarda diqqətə çatdırılıb ki, qadınların ictimai fəallığının artırılması daim Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində olduğu məsələlərdəndir, həmkarlar ittifaqları da bu sahəyə xüsusi önəm verir.

Həmçinin qeyd olunub ki, hesabat ilinin sonunda ötən illə müqayisədə həmkarlar ittifaqlarının strukturlarında fəaliyyət göstərən gender bərabərliyi və qadın problemləri üzrə komissiyaların sayında 2070 (2116) azalma olub, üzvlərin sayı isə artaraq 11 min 170 nəfər (8569) təşkil edib. Gender və qadın problemləri üzrə komissiyalardan əlavə, bu problemlərlə yerlərdə 804 nəfər xüsusi təyin olunmuş məsul şəxsin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Bu da keçən illə müqayisədə 9,8 faiz azalıb.

Hesabat ilində sahə həmkarlar ittifaqı orqanları və onların üzv təşkilatlarının səyi nəticəsində gender və qadın problemlərinə həsr olunmuş 34 seminar, dəyirmi masa və digər tədbirlər keçirildiyi, burada 500 nəfərə yaxın şəxsin, o cümlədən beynəlxalq səviyyəli təşkilatların iştirakı ilə keçirilmiş 5 tədbirdə 6 nəfər qadının iştirak etdiyi bildirilib. Bu da ötən illə müqayisədə bütün dünyada və Azərbaycanda COVID-19 infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədardır.

AHİK İcraiyyə Komitəsinin 15.07.2020-ci il tarixli qərarına əsasən, sahə həmkarlar ittifaqı orqanlarından 45 gəncdən 2019-cu il üzrə 19 nəfər gənc qadın “İlin peşəkar gənci” fəxri adına layiq görülüb. Qeyd olunan məlumatlardan sonra “Azərbaycan həmkarlar ittifaqlarının 2020-ci üzrə gender statistikası haqqında” qərar müzakirələrdən sonra qəbul edilib.

“2020-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının təsis edilməsi haqqında” AHİK İK-nin qərarının icrası barədə müzakirə zamanı bildirilib ki, respublikada həmkarlar ittifaqı üzvlərinin üçdə biri 35 yaşınadək olan gənclərdir və bu gün ölkə gəncləri yeni, müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak edirlər. Həmkarlar ittifaqları gənclərin fəallığını təmin etməyə, rəhbər orqanlarda təmsil olunmalarına şərait yaratmağa, işləyən və təhsil alan gənclərin hüquq və mənafelərinin qorunmasına çalışırlar.

Qeyd olunub ki, artıq bir neçə ildir ki, həmkarlar ittifaqlarının gənclər şuraları fəaliyyət göstərir və gənc liderlər beynəlxalq təşkilatların keçirdikləri toplantılara dəvət edilirlər. Vurğulanıb ki, “İlin peşəkar gənci” fəxri adı gənclər şuralarının fəaliyyətinin yüksəldilməsinə, istedadlı gənclərin üzə çıxarılmasına, onlara həmkarlar ittifaqı təşkilatı tərəfindən diqqətin artırılmasına xidmət edir. Həmçinin 23 sahə həmkarlar ittifaqı orqanlarından 50 nəfər gənc işçinin sənədləri AHİK-ə daxil olduğu, onların fəaliyyətini əks etdirən məlumatlarım ümumiləşdirilərək təqdimat hazırlandığı bildirilib. Sonra AHİK-in İcraiyyə Komitəsi tərəfindən qərara alındı ki, əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adı verilsin və onlara Fəxri Diplom, Döş nişanı və vəsiqə təqdim edilsin, həmçinin onların ictimaiyyətə tanıdılması üçün bir sıra tədbirlər həyata keçirilsin.

Bildirilib ki, “Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq sahəsində ilin ən yaxşı müəssisəsi – 2020” adı uğrunda keçirilən müsabiqədə 1730-dan artıq müəssisə və təşkilat iştirak edib. 17 sahə həmkarlar ittifaqlarını təmsil edən 155 müəssisədən 37 qalib müəssisə və təşkilatın sənədləri mükafatlandırılma üçün AHİK-ə göndərilib.

AHİK-in İcraiyyə Komitəsində “Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq sahəsində ilin ən yaxşı müəssisəsi – 2020” adı uğrunda respublika müsabiqəsinin 2020-ci il üzrə qaliblərinin AHİK-in diplom və hədiyyələri ilə təltif edilməsi qərara alınıb, həmçinin bu deviz altında növbəti il üzrə respublika müsabiqəsinin elan edilməsi nəzərdə tutulub.

Müzakirə olunan məsələlərə münasibət bildirən AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev qeyd edib ki, çalışmalıyıq ki, rəhbər orqanlarda qadınların sayın artırılsın. Qadın kişi ilə bir yerdə işləyirsə, onların hüquqları da bərabər olmalıdır, bu, bütün məsələlərdə, xüsusən də əməkhaqqı sahəsində özünü göstərməlidir.

Ölkəmizin dünyada tanıdılması üçün idman sahəsinə hərtərəfli dəstəyin vacibliyinə diqqət çəkən AHİK sədri bildirib ki, hazırda idmançılarımız ölkəmizi tanıtdırmaq üçün səylə çalışırlar. Bu gün ölkə Prezidenti idman sahəsinə xüsusi diqqət və qayğı göstərir, pandemiyaya qədər ölkəmizdə müxtəlif növ beynəlxalq yarışlar keçirilirdi. Azərbaycan dünyada daha çox idman ölkəsi kimi tanınır. S.Möhbalıyev bunun üçün də həmkarlar təşkilatlarının idmançılara diqqət yetirməli olduğunu vacib hesab edib və xüsusilə vurğulayıb ki, bunun üçün idmanın kütləviliyi artırılmalı və onlar üçün hər bir şərait yaradılmalıdır.

AHİK sədri “İlin peşəkar gənci” müsabiqəsini keçirməkdə məqsədin savadlı, fəal gəncləri seçmək olduğunu bildirərək qeyd edib ki, qaliblərin sayını artırmaq, seçim məsələsində ədaləti ən yüksək səviyyədə qorumaq, ictimai sahədə fəal olan, həmkarlar ittifaqlarına üzv olanlara üstünlük verməliyik.

Konfederasiya sədri iş prosesində sağlam əmək şəraitinin yaradılmasının vacib olduğunu önə çəkib. Onun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə bildirib ki, fəaliyyətimizdə ən vacib məsələ xalqımızın sağlamlığıdır və biz də buna çalışmalıyıq. Sədr pandemiya başlayan zaman dövlətimizin xalqımızın sağlamlığı naminə bütün zəruri tədbirləri gördüyünü vurğulayıb, həmçinin koronavirusa qarşı peyvəndi ilk alan ölkələrdən olduğumuzu bildirib.

İclasda təşkilat məsələsinə də baxılıb. İlmir İsmayılov Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasının sədri seçilib.

İcraiyyə Komitəsinin iclasında digər cari məsələlərə də baxılıb.

 
  • Oxunub:  1620  |  
  • Tarix:  30-04-2021  |  
  •    Çap et   |  
Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir

06 May 20:51
Milli Məclisdə Azərbaycan-Venesuela əlaqələri müzakirə olunub
06 May 20:47
Samir Nuriyev: İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövlətimizin başçısının daim diqqət mərkəzindədir
06 May 20:43
Səfir: Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
06 May 20:05
YAP Gənclər Birliyi “İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin bərpasında gənclərin rolu” mövzusunda görüş keçirib
06 May 19:06
YAP Xəzər rayon təşkilatının nümayəndələri şəhid Rəşad Şiriyevin ailəsini ziyarət ediblər
06 May 19:03
YAP Qusar rayon təşkilatı "Heydər Əliyev siyasətinin parlaq nəticəsi: Qalib Azərbaycan" mövzusunda tədbir keçirib
06 May 18:53
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rusiyanın xarici işlər nazirinə müraciət ünvanlayıb
06 May 18:51
BDU-da dəyirmi masa: Heydər Əliyev gənclər siyasətinin banisidir
06 May 18:49
Ermənilərin müharibədən əvvəlki və postmüharibə dövründəki ritorikasında nifrət nitqi ilə bağlı hesabat təqdimat olunub
06 May 18:43
Tam orta təhsil səviyyəsi üzrə aprelin 15-16-da keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb
06 May 18:27
Milli Məclisdə Vətən müharibəsinin qəhrəmanları və jurnalistlərlə görüş keçirilib
06 May 18:14
Ombudsmanın ermənilərin azərbaycanlılara qarşı nifrət nitqinə dair hesabatında Ermənistanın terrorçu mahiyyəti faktlarla göstərilir
06 May 18:02
Deputat: Azərbaycan ombudsmanının hesabatı ermənilərin azərbaycanlılara qarşı nifrət bəslədiklərini açıq-aşkar göstərir
06 May 17:59
Baş Prokurorluq: Azərbaycandan Rusiyaya bir nəfər ekstradisiya edilib
06 May 17:58
Azərbaycan ombudsmanı Ermənistan ombudsmanının regionda sülhə zərbə vuran fəaliyyəti haqqında Mişel Başele və Dunya Miyatoviçə məktub ünvanlayıb
06 May 17:52
UNEC-də Heydər Əliyev və Azərbaycanda iqtisadi islahatlar mövzusunda konfrans təşkil edilib
06 May 17:48
Apreldə Dövlət Miqrasiya Xidmətinin 919 - Çağrı mərkəzinə 9532 zəng daxil olub
06 May 16:49
Azərbaycanda koronavirusa 844 yeni yoluxma faktı qeydə alınıb
06 May 16:45
Gürcüstanla Azərbaycanın iqtisadi əlaqələr və ticarət dövriyyəsinin genişləndirilməsi üçün geniş imkanlar var
06 May 16:44
Nazir: Apreldə qeyri-neft ixracı 62,5 faiz artıb
06 May 16:23
Azərbaycan Tibb Universiteti ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb
06 May 16:17
Vladimir Zelenski ABŞ-ın Dövlət katibi ilə görüşüb
06 May 16:14
Deputat: Dünya ictimaiyyətinin həqiqətləri bilməsi informasiya müharibəsində əsas hədəflərimizdən biri olmalıdır
06 May 16:12
Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi yad edilib
06 May 16:09
Yüz gənc hüquqşünas prokurorluq orqanlarında qulluğa qəbul edilib
06 May 15:40
Mariya Odriskol : Faşizmin izləri insanı dəhşətə gətirir
06 May 15:34
ANAMA-ya daxil olan 3 minə yaxın çağırış nəticəsində mindən çox partlamamış hərbi sursat aşkarlanıb
06 May 15:13
İyirmi üç yaşayış məntəqəsində subartezian quyuları qazılacaq – SƏRƏNCAM
06 May 15:12
Ümummilli Lider Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib
06 May 15:09
Pirallahı rayonunda 15 may – Beynəlxalq Ailə Gününə həsr olunmuş konfrans keçirilib
06 May 14:51
Türkiyə XİN: Latviya parlamentinin saxta “soyqırımı” ilə bağlı qərəzli qərarını rədd edirirk
06 May 14:44
Fərid Şəfiyev: Hazırda Ermənistan cəmiyyətində Azərbaycanofobiya hökm sürür
06 May 14:26
Mədəni müxtəlifliyin rəmzi – Ramazanın birliyi
06 May 14:21
Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq hallarının azaldılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görür – MÜSAHİBƏ
06 May 14:18
FHN-in Akademiyası ilə DİN-in Polis Akademiyası arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb
06 May 14:16
Fermerlər təsərrüfatlarında zərərvericilərin vəziyyətini SMS ilə öyrənə biləcəklər
06 May 14:11
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
06 May 13:44
Mayın 10-dan Azərbaycanda 18 yaşına çatmış vətəndaşların vaksinasiyası başlanır
06 May 13:41
Hulusi Kılıç: Ermənilərin müharibə cinayətlərinin araşdıracaq komissiya tarixi missiya həyata keçirəcək
06 May 13:28
“Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” monoqrafiyasının təqdimatı olub
06 May 13:17
Teymur Musayev: Ramazan bayramı günlərində əlavə məhdudiyyətlər tətbiq olunmayacaq
06 May 13:01
Səhiyyə işçilərinin 90 faizə qədəri koronavirusa qarşı peyvənd olunub
06 May 12:54
Ceff Bezosun kompaniyası kosmosa uçuş üçün online-hərrac açıb
06 May 12:44
Teymur Musayev: Hər il mövsümi qrip vaksinasiyası kimi COVID-19-a qarşı olan peyvəndləməyə də ehtiyac duyula bilər
06 May 12:43
Azərbaycanda koronavirusa ən çox yoluxma halı 30-59 yaş arasında müşahidə olunur
06 May 12:33
Azərbaycanda koronavirusun ştammları ilə əlaqədar testlərin aparılması imkanı olan laboratoriyalar mövcuddur
06 May 12:32
Yaqut Qarayeva: Hazırda ölkəmizdə epidemioloji vəziyyət nəzarət altında saxlanılır və müsbət dinamika mövcuddur
06 May 12:17
Peyvəndin ikinci dozasının vurulmadığı halda qoruyuculuq müddəti az olacaq
06 May 11:57
Deputat: Beynəlxalq birlik, o cümlədən Avropa Parlamentinin nümayəndələri Ermənistana təzyiq etməlidirlər
06 May 11:55
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur
06 May 11:47
Birinci sinfə qəbul üçün onlayn müsahibələr keçirilir
06 May 11:41
Vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi yaradılıb
06 May 11:36
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
06 May 11:31
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
06 May 11:28
YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirilib
06 May 10:54
Nərimanov rayonunda Vətən müharibəsi qazisi Ruslan Məmmədov ziyarət olunub
06 May 10:41
Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək
06 May 10:38
Sərbəst güləşçilərimiz dünya Olimpiya təsnifat turnirində mübarizəyə başlayırlar
06 May 10:27
"Avro-2020" Bakı media könüllüləri üçün 6 saatlıq təlim proqramı təşkil olunub
06 May 09:34
Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademik
06 May 09:27
Qahirədə Azərbaycan rəssamlarının sərgisi açılıb
06 May 08:32
Heydər Əliyev yolu Azərbaycanı daim yeni-yeni uğurlara, nailiyyətlərə, zəfərlərə aparır
06 May 08:30
“Azərbaycanda vətəndaşsızlıq: nailiyyətlər və hədəflər” jurnalı nəşr olunub
06 May 08:27
“Ramazan ayında virusa yoluxmamaq üçün kütləvi yığıncaqlardan çəkinməliyik”
06 May 08:25
ATƏT-in Minsk qrupu qarşıdakı dövrdə öz fəaliyyətini hansı istiqamətdə qura bilər?
06 May 08:23
Ermənistanın xalqımıza qarşı nifrəti qanlı cinayətlərlə müşayiət olunur

06 May 08:21
İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni irsin, multikultural dəyərlərin bərpası Azərbaycan dövlətinin diqqət mərkəzindədir

06 May 08:18
Ölkəmizin uğurları xaricdəki bəzi qüvvələri narahat edir
05 May 22:02
“Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib
05 May 21:58
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA