Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Diaspor könüllüləri dünya dövlətlərini mina xəritələrinin verilməsi üçün rəsmi İrəvana təsir göstərməyə çağırıblar

Diaspor könüllüləri dünya dövlətlərini mina xəritələrinin verilməsi üçün rəsmi İrəvana təsir göstərməyə çağırıblar

29.04.2021 [19:30]

Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməkdən imtina etməsinə etiraz əlaməti olaraq Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə xüsusi aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, pandemiya qaydalarına uyğun olaraq, ayrı-ayrı qruplar şəklində Komitədə toplaşan könüllülər öz şəxsi elektron ünvanlarından müxtəlif ölkələri təmsil edən avropalı parlamentarilərə, ABŞ konqresmenlərinə və beynəlxalq təşkilatlara müraciət ediblər. Qərb siyasətçilərinin və beynəlxalq təşkilatların elektron ünvanlarına ingilis dilində göndərilən ümumilikdə yüz minlərlə müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğaldan azad edilmiş şəhər və kəndlərini viran qoyduqları, əraziləri minaladıqları diqqətə çatdırılıb.

Təəssüflə qeyd edilib ki, Ermənistanın mina xəritələrini təhvil verməkdən imtinasının acısını 30 ilə yaxın məcburi köçkünlük həyatı yaşamış və müharibədən sonra doğma torpaqlarına can atan Azərbaycan vətəndaşları çəkir. Bildirilib ki, onların minaların qurbanına çevrilir, həlak olur və ya əlilə çevrilirlər. Bu proses Qarabağda yenidənqurma işlərinin aparılmasına, Azərbaycan vətəndaşlarının öz evlərinə qayıtmasına, bölgədə uzunmüddətli sülh və sabitliyin bərqərar olmasına ciddi əngəl yaradır.

Ermənistanın beynəlxalq humanitar hüquq prinsipini pozduğunu xatırladan Diaspor Könüllüləri beynəlxalq təşkilatları, avropalı və amerikalı parlamentariləri minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməsi üçün rəsmi İrəvana təsir göstərməyə çağırış ediblər.

Paylaş:
Baxılıb: 417 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30