Ana səhifə »  Xəbər lenti »  Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əbədiyaşar xatirəsi YAP Səbail rayon təşkilatında yüksək ehtiram və böyük məhəbbətlə yad olundu
A+   Yenilə  A-
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əbədiyaşar xatirəsi YAP Səbail rayon təşkilatında yüksək ehtiram və böyük məhəbbətlə yad olundu
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü münasibətilə onlayn formatda videokonfrans keçirildi. Rayon ictimaiyyəti nümayəndələri, ziyalılar, partiya veteranları, fəal gənclərin iştirak etdiyi videokonfransda YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, “Modern inkişaf və ailə cəmiyyəti” İctimai Birliyinin sədri, Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə xanım Quliyeva, YAP Veteranlar Şurasının və YAP Səbail rayon təşkilatının İdarə heyətinin üzvü Adilə xanım Abasova, YAP Səbail rayon “Müalicə-diaqnostika” (“Xüsusi Müalicə Sağlamlıq Kompleksi”) ərazi ilk partiya təşkilatının üzvü, həkim-oftalmoloq Bahar xanım Mustafayeva, YAP Səbail rayon “Vərəm həkimləri” (3 saylı Vərəm əleyhinə dispanser) ərazi ilk partiya təşkilatının üzvü Günel xanım Hacıyeva, YAP Səbail rayon “Caspian International Hospital” ərazi ilk partiya təşkilatının üzvü Firuzə xanım Ağayeva çıxış etdilər. 
Əvvəlcə, görkəmli alim, Azərbaycan tibb elmində yeni elmi məktəbin əsasını qoyan, nəhəng elmi tədqiqatların müəllifi olan, eyni zamanda, qayğıkeş ana və nümunəvi həyat yoldaşı akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev hər il Zərifə xanımın əbədiyaşar xatirəsinin bütün Azərbaycan xalqı tərəfindən yüksək ehtiram və böyük məhəbbətlə yad olunduğunu diqqətə çatdıraraq bildirdi ki, Zərifə xanım Əliyeva sözün əsl mənasında mərhəmət, nəciblik, qayğıkeşlik və fədakarlıq simvolu idi. Özünü bütünlüklə elmə, təhsilə, xalqının sağlamlığı, rifahı üçün böyük fədakarlıq tələb edən peşəsinə həsr edən və Azərbaycanın görkəmli qadın şəxsiyyətlərdən olan Zərifə xanımın adı dünya tibb elminə, ölkəmizin ictimai-siyasi tarixinə qızıl hərflərlə əbədi həkk olunub. Dahi siyasətçi, görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin sadiq ömür-gün yoldaşı, möhtərəm Prezidentimiz, qalib Sərkərdə, müzəffər Ali Baş Komandan İlham Əliyevi dünyaya gətirən və böyüdən Zərifə xanım Əliyeva ən yüksək insani keyfiyyətləri özündə ehtiva edən, şərəfli həyat yolu keçən və özündən sonra zəngin elmi irs qoyan nadir qadın mütəxəssis idi. Ş.Hacıyev vurğuladı ki, dövrünün ən məşhur siyasətçilərindən, dövlət xadimlərindən və alimlərindən biri olan Əziz Əliyevin ailəsində tərbiyə alan Zərifə xanımın həyatı enişli-yoxuşlu olub, bu nəcib və zərif Azərbaycan-Türk qadını taleyin bütün çətinliklərinə, sınaqlarına mətanətlə sinə gəlib və istər ailə həyatında, istərsə də son dərəcə çətin peşəsində Azərbaycan xalqı üçün tarixi xidmətlərə imza atıb. Qeyd olundu ki, Azərbaycan tibb elmində, xüsusilə insanın ən zərif və mürəkkəb bədən üzvü olan göz xəstəliklərinin müalicəsi sahəsində bir çox kəşflər məhz Zərifə xanımın adı ilə bağlıdır. Zərifə xanım XX əsrin II yarısında SSRİ-də geniş yayılan traxoma xəstəliyinin müalicəsini tapan ilk alimlərdən biri idi. Minlərlə insanın dünya işığına həsrətinə son qoyan, dərdinə dərman olan və dünyada məşhurlaşan görkəmli oftalmoloq-alim Zərifə xanım təsadüfi deyil ki, dövrünün ən yüksək mükafatı – SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın alim olmuşdur.
Zərifə xanım Əliyevanın Azərbaycan tibb elmindəki əvəzsiz tarixi xidmətləri, tədqiqatları, müəllifi olduğu kitabları, əsərlərində həkim və xəstə arasındakı münasibətlərin psixoloji aspektlərinə xüsusi həssaslıqla yanaşması haqqında geniş danışan Ş.Hacıyev, eyni zamanda, görkəmli alim, etibarlı həyat yoldaşı və müqəddəs ana vəzifələrinin öhdəsindən layiqincə gəlməyi bacaran Zərifə xanımın şərəfli həyat yolunun bütün gənclər üçün ən gözəl örnək olduğunu xüsusi vurğuladı. Sədr yüksək fəxarət və əminliklə bildirdi ki, Zərifə xanımın ruhu bu gün şaddır, çünki müstəqil Azərbaycanı güclü, qüdrətli dövlətə çevirən, 27 ildir düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad edən, Azərbaycan xalqının başını uca edən möhtərəm Prezidentimiz, Zərifə xanımın oğlu, Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı İlham Əliyev nəinki yaxın coğrafiyada, dünya miqyasında tanınan və yüksək nüfuza sahib olan ölkə rəhbəri, görkəmli dövlət xadimi və siyasətçidir. Ş.Hacıyev Azərbaycan xalqının qəlbində gözəl işləri, mərhəməti və qayğıkeşliyi ilə əbədi həyat qazanan Zərifə xanım Əliyevaya bir daha qəni-qəni rəhmət dilədi.
“Modern inkişaf və ailə cəmiyyəti” İctimai Birliyinin sədri, Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə  Quliyeva yaddaşlara ləyaqətli xanım, bənzərsiz şəxsiyyət, görkəmli alim və incə ruhlu, gözəl ana kimi həkk olunan Zərifə xanım Əliyevanın peşə fəaliyyəti, tədqiqatları və ailə həyatındakı rolu haqqında danışaraq Zərifə xanımla bağlı xatirələrini konfrans iştirakçıları ilə bölüşdü.
YAP Veteranlar Şurasının və YAP Səbail rayon təşkilatının İdarə heyətinin üzvü Adilə Abasova Zərifə xanımın taleyinin adı kimi zəriflik, yüksək nəcabət və ətrafındakı bütün insanlar üçün qayğıkeşlik, mərhəmət məktəbi olduğunu vurğuladı və gənclərə Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini dərindən araşdırmağı, nümunələr götürməyi tövsiyə etdi.
Çıxış edən YAP Səbail rayon “Müalicə-diaqnostika” (“Xüsusi Müalicə Sağlamlıq Kompleksi”) ərazi ilk partiya təşkilatının üzvü, həkim-oftalmoloq Bahar Mustafayeva Zərifə xanım Əliyevanı Azərbaycan təbabət elmində özünəməxsus yeri olan və yüksək fitri istedada sahib alim kimi xarakterizə etdi, Zərifə xanımın dərinmənalı ömrünü kamillik və müdriklik məktəbi adlandırdı. Xeyirxahlıq və mərhəmətin Zərifə xanım üçün həyat tərzi olduğunu vurğulayan B.Mustafayeva bildirdi ki, Zərifə xanımın nur dolu, parlaq xatirəsi yalnız Onun yetirmələri və Onu tanıyanların deyil, bütün Azərbaycan xalqının qəlbində yaşayıb və yaşayacaq.
YAP Səbail rayon “Vərəm həkimləri” (3 saylı Vərəm əleyhinə dispanser) ərazi ilk partiya təşkilatının üzvü Günel xanım Hacıyeva Azərbaycan elmində peşə laboratoriyasının əsasını qoyan Zərifə xanımın gənclərə örnək olan nəcib xüsusiyyətləri, yüksək insani keyfiyyətləri və əxlaq prinsipləri, eləcə də bədii incəsənətə olan marağı və istedadı haqqında danışdı.
YAP Səbail rayon “Caspian International Hospital” ərazi ilk partiya təşkilatının üzvü Firuzə  Ağayeva Azərbaycan oftalmologiya elminin inkişafında misilsiz xidmətləri olan Zərifə xanım Əliyevanın elmi irsi və milli təbabətimizə bəxş etdiyi saysız-hesabsız yetirmələri haqqında danışaraq Zərifə xanımı Azərbaycan elminin fəxri adlandırdı. 
Videokonfrans Zərifə xanım Əliyevanın elmi irsinə və şərəfli həyat yoluna dair fikir mübadiləsi ilə davam etdi.
 
MÜŞFİQƏ
 
  • Oxunub:  1980  |  
  • Tarix:  29-04-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

17 May 13:12
Dosta fəxarət, düşmənə göz dağı verən festival...
17 May 13:10
FHN yay mövsümünün yaxınlaşması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib
17 May 13:01
İqtisadiyyat Nazirliyinin əməkdaşlarının vaksinasiyası davam edir
17 May 13:00
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 9,3 faiz artıb
17 May 12:44
Milli Məclisin deputatları Parlamentlərarası Gənclər Assambleyasının iclasında iştirak edəcəklər
17 May 12:40
Muxtar respublikada dövlət dəstəyi və stimullaşdırıcı tədbirlər arıçılığa marağı artırıb
17 May 12:31
Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı
17 May 12:29
Ukraynalı alim: Şuşada keçirilən “Xarıbülbül” festivalı Azərbaycan tarixində ən mühüm mədəni hadisələrdən biridir
17 May 12:27
Təhsil Nazirliyi: Yaz imtahan sessiyası distant keçiriləcək
17 May 12:05
ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 87 mina aşkarlanıb
17 May 11:51
Sərəncam: Qəbələnin Nic qəsəbəsində 360 şagird yerlik yeni məktəb binası tikiləcək
17 May 11:47
Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 5 milyon manat ayırıb
17 May 11:40
M8 ekspress xəttində gediş haqqı tarifi azaldılıb
17 May 11:37
Bakıda 240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək - Vüsal Kərimli
17 May 11:33
Mayın 17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günüdür
17 May 11:30
Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur
17 May 11:23
Paralimpiyaçımız Raman Saleh Avropa çempionu olub
17 May 11:11
Prezidentin Mətbuat Xidmətinin məlumatı
17 May 10:53
Elm və təhsil müəssisələrində çalışanlara Prezident təqaüdünün verilməsi qaydası müəyyənləşib
17 May 10:21
Mayın 20-də IX və XI sinif şagirdləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçiriləcək
17 May 09:46
Bu gün Şimali Makedoniyada 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürəcək
17 May 08:56
Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub
17 May 08:49
Regionlarda tütün əkini intensiv şəkildə davam edir
17 May 08:45
Ev əvəzinə minalar
16 May 21:02
Yevlaxda küçələrə üfüqi nişanlama xətləri çəkilib
16 May 19:17
Deputat: Qəbələdə alban abidələrinin bərpası Azərbaycanda bütün dini konfessiyalara dövlət dəstəyinin göstəricisidir
16 May 19:16
NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayıb
16 May 19:15
Deputat: “Xarıbülbül” festivalı ölkəmizdə fərqli mədəniyyətlərə malik xalqların həmrəyliyinin ifadəsi idi
16 May 19:12
MDB Parlament Assambleyasının daimi komissiyalarının iclası keçirilib
16 May 18:31
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirirlər
16 May 18:07
Bəxtiyar İslamov: “Xarıbülbül” festivalı Azərbaycanın mədəni-intellektual potensialının sərgilənməsi idi
16 May 18:04
Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının ilk iclası keçirilib
16 May 17:39
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Ağstafa rayonunda şəhid ailəsini ziyarət ediblər
16 May 17:33
Raket və artilleriya bölmələri təyin olunmuş marşrutlarla hərəkət edir
16 May 17:17
Milli Məclisin deputatı Vüqar Bayramov və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov "Yeni TV"-nin canlı yayımında
16 May 17:16
Azərbaycanda koronavirus infeksiyasından 1122 nəfər müalicə olunaraq sağalıb
16 May 16:38
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir
16 May 16:36
Deputat: Yeni dəmir yolunun istifadəyə verilməsi Qəbələyə səfər edən turistlərin sayının artmasına gətirib çıxaracaq
16 May 16:33
Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb
16 May 16:32
Sevinc Hüseynova: Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi böyük əhəmiyyətə malik olan tarixi hadisədir
16 May 15:58
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq turizm sərgisində təbliğ olunub
16 May 15:51
Əliabbas Salahzadə: Şuşadan dünyaya ünvanlanan sülh mesajı Azərbaycanın tolerant ölkə olduğunu bir daha təsdiqlədi
16 May 15:50
Qeyri-iş günlərində paytaxtda 42 min kvadratmetr sahədə təmir işləri aparılıb
16 May 15:42
“JARA 2022” festivalının tarixi açıqlanıb
16 May 15:40
Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb
16 May 15:08
Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyəti İtaliyada səfərdə olacaq
16 May 14:03
Akademik Arif Paşayev “Mühəndislik elminin perspektiv məsələləri” adlı beynəlxalq konfransda məruzə ilə çıxış edib
16 May 14:01
Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır
16 May 13:36
Sərhəd pozucularının açdığı atəş nəticəsində şəhid olan hərbçimiz Qubada torpağa tapşırılıb
16 May 13:35
Dövlət sərhədinin pozulması zamanı şəhid olan hərbçimiz Tovuzda dəfn edilib
16 May 12:53
Azərbaycan 89 ölkəyə məhsul ixrac edib
16 May 12:48
Bakıda keçiriləcək dünya yaş qrupları yarışlarında 18 ölkədən 202 gimnast iştirak edəcək
16 May 12:46
Növbəti əyani müayinədə daha 12 nəfərin diaqnozunun və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib
16 May 12:22
Türkiyə mediası Azərbaycan Ordusunun hərbi təlimlərini geniş işıqlandırır
16 May 12:20
Məlahət İbrahimqızı: “Xarıbülbül” festivalı göstərdi ki, Azərbaycan xalqının erməni faşizmi üzərindəki Zəfəri regionda və dünyada sülhə bir töhfədir
16 May 12:18
Şahin İsmayılov: “Xarıbülbül” musiqi festivalı mühüm mədəniyyət hadisəsidir
16 May 12:13
Ötən ay Dövlət Miqrasiya Xidmətinə 9254 əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib
16 May 12:09
Azərbaycanın gözü olan Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi Zəfər yürüşümüzün təntənəsidir
16 May 12:05
Şuşadan, Cıdır düzündən dünyaya milli birlik mesajı verildi
16 May 12:03
YAP Səbail rayon təşkilatında Müqəddəs Ramazan bayramı münasibətilə növbəti sosial aksiya həyata keçirilib
16 May 11:42
SOCAR-ın prezidenti Türkmənistanın dövlət başçısı ilə görüşüb
16 May 11:40
Xocavənd rayonu ərazisində silah-sursat aşkarlanıb
16 May 11:36
Birinci sinfə şagird qəbulu üzrə elektron portal yenidən akivləşdirilib
16 May 11:10
DSX-nin iki hərbçisinin həlak olması ilə bağlı cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb
16 May 11:09
Mayın 16-sı QİÇS Qurbanlarının Ümumdünya Xatirə Günüdür
16 May 10:45
“Avro-2020”nin ilk könüllü komandası fəaliyyətə başlayıb
16 May 10:13
Sabah əyani tədris qismən bərpa olunur
16 May 10:01
Azərbaycan Ordusunda təlimlər başlayıb
16 May 09:42
Azərbaycan xalçaları Xorvatiyada nümayiş edilib
16 May 09:05
Leyla Abdullayeva: Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+25 +30
gecə+15 +20